Tarixi məlumat. Fiziki-kimyəvi analiz, xüsusilə onun heterogen
tarazlığa aid hissəsi D.V.Gibbsin (1876-1884), V.B.Rozebomun (1888-1911),
F.Q.Vant-Hoffun (1897), D.P.Konovalovun (1884) işlərinə əsaslanır. Lakin
fiziki-kimyəvi analizin bir elm sahəsi kimi formalaşması N.S.Kurnakova aid
edilməlidir.
Bir sıra fiziki-kimyəvi terminlərinin izahı
Əsas terminlərdən biri sistemdir.
1-ci sistem: Fəzanın bu və ya digər məqsədlə maddə və ya maddələr
mövcud olan ayrılmış hissəsi sistem adlanır. Sistemlər iki qrupa ayrılır:
termodinamik və fiziki-kimyəvi sistemlər.
1) Termodinamik sistem o sistemlərə deyilir ki, hissəciklər arasında
müəyyən enerji mübadiləsi mövcud olsun.
2) Hissəciklər arasında eyni zamanda istilik və maddə mübadiləsi olarsa, belə
sistemlərə fiziki-kimyəvi sistem deyilir.
Məsələn, fərz edək ki, A, B, C, D maddələrindən ibarət sistem verilmiş
və bunların tərkibi a, b, c, d stexiometrik miqdarlarından ibarətdir. Əgər A ilə
B, B ilə C, C ilə D arasıda istilik, maddə mübadiləsi gedirsə, bu bir vahid
sistem hesab edilir.
Sistemə misal olaraq: dibində bərk duz fazası olan məhlulu və onun
üzərindəki buxarı göstərmək olar. Burada bərk duzla məhlul arasında, məhlul
3
ilə onun üzərindəki buxar fazası arasında maddə mübadiləsi olduğundan onlar
vahid sistem təşkil edirlər.
Dostları ilə paylaş: |