Bir komponentli real sistemlərin hal diaqramı.
Kükürdün hal diaqramı. Şəkil 2.6-da kükürdün hal diaqramı verilmişdir. Stabil sahələrin sərhədi
bütöv xətlərlə, metastabil isə qırıq xətlərlə verilmişdir. Məlumdur ki, bərk halda kükürdün bir
enantrop çevrilməsi vardır. Yəni 95,5
0
C-də rombik kükürd monoklinik kükürdə çevrilir. Öz buxar
təzyiqi altında bu temperaturdan aşağı rombik , yuxarıda isə monoklinik kükürd
davamlıdır.Diaqramda divariant tarazlığı əks etdirən aşağıdakı bir fazalı sahələr vardır : ABFH
əyrisindən sola – rombik kükürdün, BCF – monoklinik kükürdün, HCD – maye kükürdün, ABCD
əyrisindən aşağıda kükürd buxarının davamlı olduqları sahələridir. Bu bir fazalı sahələrdə AB
rombikkükürdün buxar təzyiqinin temperaturdan asılılığı əyrisi, BC – monoklinik kükürdün
buxarlanma əyrisi , CD maye kükürdün buxarlanma əyrisi, KB qırıq xıtti ( rombik kükürdün
monoklinik kükürdə çevrilmə əyrisi ), CF- monoklinik kükürdün ərimə temperaturunun təzyiqdən
asılılığı əyrisi və FH rombik kükürdün ərimə əyrisidir.Bu monovariant əyrilərin kəsişməsindən
alınmış B, C, F nöqtələri üçlü nöqtələr olub, nonvariant prosesləri əks etdirirlər. B nöqtəsində
rombik kükürd - monoklinik kükürd - buxar, C nöqtəsində
monoklinik kükürd – buxar – maye kükürd, F nöqtəsində
rombik kükürd – monoklinik kükürd – maye kükürd
tarazlıqda mövcud olurlar.
Şəkil 6. Kükürdün hal diaqramı.
Sistemin metastabil sahəsi kükürdlü ifrat soyutmaqla və
rombik kükürü keçid nöqtəsindən yuxarı qızdırmaqla alınır.
Ona görə də BG, CG və FG xətlərlə BFC sahəsində
nəhayətləndirərək, üç bir fazalı metastabil sahələr alınır:
BGF – rombik kükürdün, CGF – maye kükürdün, BCG –
kükürd buxarının mövcudluğu sahələridir. Bu sahələr
aşağıdakı iki fazalı monovariant əyrilər əmələ gətirir:
BG – ifrat qızdırılmış rombik kükürdün buxar təzyiqi P= f(T) – nintemperaturdan asılılığı
əyrisi, GC – ifrat soyudulmuş maye kükürdün əyrisi, FG – ifrat qızdırılmış rombik kükürdün ərimə
əyrisidir. Monovariant əyrilər metastabil sahənin üçlü nonvariant nöqtəsi G – nöqtəsində birləşirlər
ki, burada rombik kükürd – maye – buxar “S” nonvariant tarazlıqda olurlar.
Şəkil 7. Suyun tam hal diaqramı.
Dostları ilə paylaş: |