40
edir.Belə amillər məhdudlaşdırıcı və ya limitləyici amillər adlandırılır.
Mühitin limitlətici amilləri növün arealını müəyyən edir.
Əgər,qarşılıqlı təsirdə olan amillər məcmusundan ibarət mühitdə kəmiyyətcə
müəyyən minimumdan az və ya maksimumdan çox olan ekoloji amil
varsa,orqanizmin belə mühitdə fəal həyat fəaliyyəti mümkün deyil.Bu
amilin
minimal və maksimal qiymətləri məhdudlaşdırıcı (limitləyici) rol oynayır.İki
pessimum arasındakı məsafə-tolerantlıq zonası adlanır. Orqanizmin hər-hansı
ekoloji amilin dəyişkənliyinə münasibətdə dözümlülüyü tolerantlıq
adlandırılır.Tolerant növlər əlverişsiz mühit şəraitinə dayanıqlı olan
növlərdir.Növün verilmiş coğrafi ərazidə mövcud olma imkanını müəyyən etmək
üçün mühit amillərinin hər-hansı birinin ekoloji valentlik həddini aşıb-aşmamasını
aydınlaşdırmaq lazımdır.Bu qanunauyğunluğu amerikan alimi V.E.Şelford irəli
sürmüşdür. 1913-cü ildə V.E.Şelford “tolerantlıq qanununu” formalaşdırmışdır.Bu
qanuna görə,istənilən kənar amilin (məsələn,bitkilər
üçün azot,fosfor,işıq,karbon
qazı və s.) həm çatışmazlığı,həm də izafiliyi bioloji obyekt (orqanizm)
üçün zərərli
ola bilər.
(Amerikalı zooloq,ekologiya,əsasən də su orqanizmləri sahəsində görkəmli
mütəxəssis Şelford Viktor Ernst (ing.Shelford Victor Erest) 22sentyabr 1877-ci
ildə Çemunqda anadan olmuş və 27dekabr 1968-ci ildə Nyu-Yorkda
vəfat
etmişdir.)
Tolerantlıq qanunu 1975-ci ildə Y.Odum tərəfindən daha tam izahını tapmışdır:
-orqanizmlər bir
amilə münasibətdə daha geniş,digər
amilə münasibətdə isə daha
dar tolerantlıq diapazonuna malik ola bilər.
- bütün ekoloji amillərə münasibətdə geniş diapozonda tolerantlığa
malik növlər
adətən daha çox yayılanlardır.
-əgər,bir ekoloji amil üzrə şərait qeyri-optimaldırsa,onda digər
ekoloji amillərə
görə də tolerantlıq diapozonu daralır (məsələn,torpaqda azotun miqdarı
azdırsa,onda dənlibitkilər üçün daha çox su tələb olunur.).
-ayrı-ayrı amillərə və onların kombinasiyasına tolerantlıq diapazonu müxtəlifdir.
-bütün orqanizmlər üçün artıb-törəmə dövrü böhranlı olduğuna görə,məhz bu
ərəfədə limitləyici amillərin sayı da artır.
Müasir ekoloji ədəbiyyatlarda (Odum,1975,1986; Fyodorov,Gelmanov,1980;
Leviç və b.,1997) Şelfordun “tolerantlıq qanununa” Libix prinsipinin davamı və
genişlənməsi kimi baxılır.
Dostları ilə paylaş: