Azərbaycan dünya kosmik klubunun tamhüquqlu üZVÜDÜR


- Azərbaycan  kosmik  fəzanı  fəth  edir.  Bu,  təkcə  dövlətin  nüfuzunun



Yüklə 206,14 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix09.04.2022
ölçüsü206,14 Kb.
#55023
1   2   3   4   5
AZƏRBAYCAN DÜNYA KOSMIK KLUBUNUN TAMHÜQUQLU ÜZVÜDÜR

-

Azərbaycan  kosmik  fəzanı  fəth  edir.  Bu,  təkcə  dövlətin  nüfuzunun 

artırılması baxımından deyil, həm də iqtisadi cəhətdən də əhəmiyyətlidir... 

-

Kosmosun  fəthi  iqtisadiyyatın  səviyyəsinin  və  milli  təhlükəsizliyin  müəyyən 



olunmasının amilidir. Dövlətin iqtisadi inkişafının və hərbi gücünün artırılması 

kosmik  tədqiqatlar  sahəsində  fundamental  elmi  biliklərin  genişləndirilməsini 




tələb  edir.  Aerokosmik  məkanda  yerləşdirilən  cihazlar  və  komplekslər  tədqiq 

olunan  obyektlər  haqqında  genişmiqyaslı  və  keyfiyyətcə  yeni  məlumatların 

alınmasına əlverişli imkanlar yaradır. Aerokosmik laboratoriyada Yerin, dünya 

okeanlarının  təbii  ehtiyatlarının,  planetlərin  və  digər  mühüm  obyektlərin 

öyrənilməsi üçün böyük imkanlar mövcuddur. 

Bizim dövlətimiz dünya xəritəsində bir uğur nümunəsidir. Xarici və daxili siyasət, 

iqtisadiyyatla  bağlı  bütün  nailiyyətlər  onun  müstəqilliyinin  möhkəmlənməsinə 

xidmət  edir.  Dövlətimizin  başçısı  bununla  bağlı  deyib:  “Azərbaycan  qarşıya 

qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi 

yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz 

dəyərli  sözünü  deyir.  “Azerspace-2”  telekommunikasiya  peykinin  orbitə 

çıxarılması  bizim  növbəti  tarixi  qələbəmizdir.  Bundan  sonra  da  Azərbaycan 

yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”. 

Bütün  bunlar  Azərbaycanın  dünya  siyasətində  kosmik  uğurlarla  nüfuzunun 

daha  da  artırılmasından  xəbər  verir.  Heç  də  az  əhəmiyyətə  malik  olmayan 

iqtisadiyyata gəldikdə isə, yuxarıda bununla bağlı danışmışıq. 



-


Yüklə 206,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin