Azərbaycan dünya kosmik klubunun tamhüquqlu üZVÜDÜR


Həmin müsahibəni oxucuların diqqətinə təqdim edirik



Yüklə 206,14 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix09.04.2022
ölçüsü206,14 Kb.
#55023
1   2   3   4   5
AZƏRBAYCAN DÜNYA KOSMIK KLUBUNUN TAMHÜQUQLU ÜZVÜDÜR

Həmin müsahibəni oxucuların diqqətinə təqdim edirik. 

-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanına əsasən 

2010-

cu il mayın 3-də “Azərkosmos” ASC yaradılıb. Bu il həmin qurumun 

yaradılmasının  doqquz  ili  tamam  olur.  Ötən  illər  ərzində  bu  strukturun 

fəaliyyətini  necə  qiymətləndirmək  olar  və  Azərbaycan  bu  sahədə  hansı 

uğurları əldə edib? 

-

Azərbaycanda yüksək texnologiyaların tətbiqinin əsasının qoyulması və ölkədə 



kosmos  sənayesinin  yaradılması  məqsədilə  Azərbaycan  Respublikasının 

Prezidentinin  4  noyabr  2008-

ci il tarixli “Azərbaycan Respublikasında kosmik 

sənayenin  yaradılması  və  telekommunikasiya  peyklərinin  orbitə  göndərilməsi 

haqqında” Sərəncamında 2009-2013-cü illərdə kosmik sənayenin yaradılması 

və inkişafı üzrə Dövlət Proqramının işlənib hazırlanması nəzərdə tutulub. Bu 

istiqamətdə işlərin ardıcıl və sistemli aparılmasını təmin etmək, qarşıya qoyulan 

strateji  məqsədlərə  nail  olmaq  üçün  müvafiq  idarəetmə  strukturunun 

yaradılması,  kosmik  sənayenin  təşəkkülü  və  inkişafı,  telekommunikasiya 

peyklərinin  hazırlanması  və  orbitə  göndərilməsi  yolu  ilə  telekommunikasiya 

peykləri şəbəkəsinin yaradılması, kosmik informasiyanın qəbulu və işlənilməsi 

üzrə  çoxfunksiyalı  superkompüter  mərkəzinin  formalaşdırılması,  kadrların 

hazırlığı  mühüm  əhəmiyyət  kəsb  edir.  Eyni  zamanda,  nanotexnologiyaların 

geniş  tətbiqi  vasitəsilə  kosmik  sənayenin  və  informasiya  texnologiyalarının 

inkişafı  da  nəzərdə  tutulurdu  və  bu  sahədə  ən  mühüm  amil  yeni  normativ-

hüquqi aktların qəbulu ilə hüquqi bazanın təkmilləşdirilməsi idi. 

Artıq  bu  istiqamətdə  Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə  çox  böyük  işlər 

görülüb:  “Azərkosmos”  ASC-nin  idarəetmə  strukturu  formalaşdırılıb,  kosmik 

sənayenin əsasları yaradılıb, orbitə iki telekommunikasiya və bir aşağı orbitli 

peyk  göndərilib,  Bakıda  və  Naxçıvan  Muxtar  Respublikasında  peyklərin 




istismarı  və  idarə  edilməsi  məqsədilə  yerüstü  infrastruktur  yaradılıb  və 

yenilənib. 

“Azərkosmos”  ASC  kosmik  fəaliyyətin  göstərilməsinə  dair  yerli  və  xarici 

subyektlərlə  müqavilələr  imzalayıb.  Bu  qurumun  iqtisadi  nailiyyətləri  barədə 

məlumatlar  onun  rəsmi  saytında,  kütləvi  informasiya  vasitələrində  və 

nəzarətedici idarələrin hesabatlarında əks olunub. Qeyd etmək lazımdır ki, bu 

məlumatlarda müsbət istiqamətdə inkişaf göstəriciləri yer alıb. 

Ötən ilin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-

2022-

ci  illərdə  yerli  peyklərin  xidmətlərinin  inkişafı  üzrə  Dövlət  Proqramını 



təsdiq edib. Bu sənəd yaxın 3 ildə müxtəlif dövlət strukturları və özəl şirkətlər 

tərəfindən  peyklərin  məlumatlarının  istifadəsinin  inkişafı  sahəsində,  xüsusən 

ətraf  mühitin  qorunması,  ekologiya,  kənd  təsərrüfatı,  fövqəladə  hallar, 

şəhərsalma,  nəqliyyat  kommunikasiyalarının  çəkilməsi  və  s.  kimi  bir  sıra 

mühüm  iqtisadi  vəzifələrin  həllinə  yeni  təkan  verəcək.  Yüksəkixtisaslı  yerli 

kadrların  hazırlanması  və  onların  ixtisaslarının  artırılması,  maddi-texniki 

bazanın  möhkəmləndirilməsi  məsələləri  də  böyük  əhəmiyyət  kəsb  edir. 

Proqramda  alınan  informasiya  imkanlarının  genişləndirilməsi  yolu  ilə  Yerin 

səthinin  məsafədən  müşahidəsi,  təbii  ehtiyatlardan  istifadə  və  digər  tətbiqi 

vəzifələrin yerinə yetirilməsi üzrə elmi-tədqiqat işlərinin aparılmasına da xüsusi 

yer ayrılıb. 

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il noyabrın 9-da Azərbaycan Milli 

Elmlər  Akademiyasının  (AMEA)  70  illik  yubileyinə  həsr  olunmuş  ümumi 

yığıncaqdakı nitqində deyib: “Doğrudan da ölkədə yeni sənaye istiqaməti, yeni 

elmi  sahə  yaradılmışdır.  Əlbəttə  ki,  bu  sahədə  ilk  növbədə  beynəlxalq 

əməkdaşlıq daha da dərinləşməlidir. Çünki bu sahə bizim üçün yenidir. Xarici 

tərəfdaşlarla  mütləq  müxtəlif  tədbirlər  -  seminarlar,  konfranslar,  elmi–praktik 

tədbirlər keçirilməlidir. Biz kadr potensialının hazırlanması işində daha da fəal 

olmalıyıq.  Çünki  bu  yeni  kosmik  sənaye  artıq  yaradılıbdır.  Azərbaycan 

d

ünyanın sayı o qədər də çox olmayan kosmik klubuna da üzv olmuşdur. Bu, 



bizim siyasətimizi əks etdirir. Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik 

inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə 

bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar 

da var”. 




Yüklə 206,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin