Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi


XVI fəsil  TORPAQ SAHƏLƏRİ ÜZƏRİNDƏ HÜQUQLARIN



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə30/121
tarix02.05.2022
ölçüsü1,03 Mb.
#56810
1   ...   26   27   28   29   30   31   32   33   ...   121
Torpaq Mecellesi

  

XVI fəsil 



TORPAQ SAHƏLƏRİ ÜZƏRİNDƏ HÜQUQLARIN 

 

DÖVLƏT QEYDİYYATI 

Maddə 78. Torpaq sahələrinin və onların üzərində hüquqların dövlət qeydiyyatının ümumi 



qaydaları 

 

1. Torpaq sahəsinin dövlət qeydiyyatı dövlət torpaq kadastrında aparılır. 



 

2. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı torpaq sahəsinin yerləşdiyi ərazi üzrə 

dövlət reyestrinə aşağıdakı məlumatların daxil edilməsi ilə aparılır: 

 

torpaq sahəsi üzərində hüququ əldə edən şəxs barədə məlumat; 



 

torpaq  sahəsinin  təsviri  (torpağın  kateqoriyası,  istifadə  məqsədi,  torpaq  uqodiyasının  növü, 

torpaq  sahəsinin  ölçüsü,  sərhədləri,  kadastr  nömrəsi  və  digər  səciyyəvi  xüsusiyyətləri 

göstərilməklə); 

 

torpaq  sahəsinin  mülkiyyətə,  istifadəyə  və  icarəyə  verilməsi  haqqında  müqavilənin  şərtləri, 



sahənin  istifadəsində  müəyyən  edilmiş  servitutlar,  öhdəliklər  və  məhdudiyyətlər  haqqında 

məlumatlar; 

 

torpaq sahəsi barədə sərəncam verilməsinə dair əqdlərin bağlanması və digər fəaliyyət barədə 



məlumatlar; 

 

torpaq sahəsinə dair əqdlərin bağlanmasına qadağanlar müəyyən edilməsinə dair məlumatlar; 



 

torpaq sahəsinin dövlət və bələdiyyə ehtiyacları üçün özgəninkiləşdirilməsi barədə qərarların 

tarixi və nömrəsi; 

 

qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar. 



 3.  Torpaq 

sahəsinə  dair  əqdlərin  dövlət  qeydiyyatı  həmin  əqdlərin  predmeti  sayılan  torpaq 

sahəsinin planı olduqda həyata keçirilir. 

 

4.  Torpaq  sahəsi  üzərində  hüquqların  dövlət  qeydiyyatı  onu  aparan  orqana  torpaq  sahəsi 



üzərində  hüquqlar  barədə  lazım  olan  bütün  sənədlər  daxil  olduğu  vaxtdan  on  gün  müddətində 

aparılır. 

 

5. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə qeydiyyatın tarixi 



və  nömrəsi,  habelə  qeydiyyatı  aparan  orqan  haqqında  məlumatlar  göstərilməklə  torpaq 

mülkiyyətçilərinə,  istifadəçilərinə  və  ya  icarəçilərinə  bu  Məcəllədə  və  digər  normativ-hüquqi 

aktlarda müəyyən olunmuş hüquqi sənədlər verilir. 

 

6. Torpaq sahəsinə dair əqdlər onun özgəninkiləşdirilməsi ilə nəticələnirsə, dövlət reyestrində 



həmin əqdlər barədə qeydlər aparılır və torpaq verənin (satıcının) torpaq sahəsi üzərində hüquqları 

barədə sənədləri dövlət qeydiyyatını aparan orqana təqdim edilir. 




 

7.  Torpaq  sahəsi  və  onunla  bağlı  daşınmaz  əmlak  üzərində  hüquqların  dövlət  qeydiyyatının 

aparılması  qaydaları  dövlət  torpaq  kadastrı,  habelə  daşınmaz  əmlak  və  onunla  bağlı  əqdlərin 

dövlət qeydiyyatı haqqında normativ-hüquqi aktlarla müəyyən edilir. 

 

8.  Torpaq  sahəsi  üzərində  hüquqlar  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  həmçinin 



daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. 

[63]


 

Maddə 79. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtina edilməsinin 




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin