[84]
Maddə 100. Torpaqla bağlı əqdlərə tətbiq edilən tədiyələr
1. Müvafiq icra hakimiyyəti orqanları və səlahiyyətləri daxilində bələdiyyələr torpaqla bağlı
əqdlərin növündən və torpaq sahələrinin qiymətindən asılı olaraq, tədiyələrin diferensiallaşdırılmış
dərəcələrini və ödəmə qaydalarını müəyyən edirlər.
2.
Torpaqla bağlı əqdlərə tətbiq edilən tədiyələrdən (ödənclərdən) daxil olan vəsaitin müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hissəsi yeni torpaqların kənd təsərrüfatı
dövriyyəsinə cəlb edilməsinə, dövlət proqramları əsasında torpaqların keyfiyyətinin
yaxşılaşdırılmasına, rekultivasiyasına, dövlət torpaq kadastrının, torpaqların monitorinqinin,
yerquruluşu və elmi-tədqiqat işlərinin aparılmasına, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar
digər tədbirlərin həyata keçirilməsinə sərf edilir.
Torpaq ödəncləri üzrə güzəştlər Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktları
ilə müəyyən edilir.
XX fəsil
Dostları ilə paylaş: |