Maddə 85. Torpaq sahəsinin dövriyyəsi anlayışı
Torpaq sahəsinin dövriyyəsi — torpaq sahəsinin bir mülkiyyət növündən digərinə, torpaq sahəsi
Respublikasının Mülki Məcəlləsində və bu Məcəllədə nəzərdə tutulmuş qaydada və xüsusiyyətlərə
Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata
girov haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə girov (ipoteka) predmeti sayılan
dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları.
bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları.
[67]
2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və
fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları
alqı-satqı obyekti ola bilməz.
[68]
3. Azərbaycan Respublikasında torpaqlar dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə, habelə
Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə satıla bilər.
4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və
təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız haqqı ödənilməklə istifadə və icarə hüququnda
verilə bilər.
[69]
5. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların
vəkil etdiyi şəxslərin, yaxud orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq hərracları və ya
müsabiqələri vasitəsilə alınıb satıla bilər.
6. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu,
yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə
müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir.
Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları
və müsabiqələri vasitəsilə həyata keçirilir.
[70]
7. Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə
və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanılmış və notarial qaydada
təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir.
8. Torpaq sahəsinin alqı-satqısının qaydaları Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə tənzimlənir.
Maddə 87. Torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi
1. Xüsusi mülkiyyətdə olan torpaq sahəsi hüquqi şəxslərin nizamnamə (pay) fonduna mülkiyyət
və istifadə hüququ formalarında verilir.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi nizamnamə (pay) fonduna yalnız
istifadə hüququ əsasında verilə bilər.
3. Torpaq istifadəçiləri torpaqdan istifadə hüququnu nizamnamə (pay) funduna yalnız
mülkiyyətçilərin razılığı ilə müvəqqəti verə bilərlər.
4. Pay şəklində verilən torpaq sahəsinin və ya sahədən istifadə hüququnun dəyəri torpaq
sahəsinin nizamnamə (pay) fonduna verilməsi barədə tərəflər arasında bağlanılmış müqavilə ilə
müəyyən edilir.
5. Torpaq sahəsi üzərində mülkiyyət və ya ondan istifadə hüququ nizamnamə (pay) fonduna
qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alındıqdan sonra keçir. Torpaq
sahəsi üzərində hüquqların qeydiyyatı torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi
barədə tərəflərin müqaviləsi əsasında aparılır.
Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində
Dostları ilə paylaş: