Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi


[80]   Maddə 97. Torpaq haqqının formaları



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə37/121
tarix02.05.2022
ölçüsü1,03 Mb.
#56810
1   ...   33   34   35   36   37   38   39   40   ...   121
Torpaq Mecellesi

 [80]

 

Maddə 97. Torpaq haqqının formaları 



 

1. Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur. 

 

2. Torpaq haqqı torpaq vergisi və icarə haqqı formalarında müəyyən edilir. 



Maddə 98. Torpaq vergisi 


 

Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisinin müəyyən edilməsi və 

ödənilməsi qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir. 

[81]


 

Maddə 99. İcarə haqqı 

 

1.  Torpağın  icarə  haqqı  torpaqdan  müddətli  istifadəyə  görə  icarəçinin  icarəyəverənə  ödədiyi 



vəsaitdir. 

 

2. İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil 



edilir. 

 

İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə 



alınmır. 

 

3. Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur. 



 

4.  Dövlət və  bələdiyyə mülkiyyətində  olan  torpaqların  icarə  haqqının  aşağı  həddi və  hərraca 

(müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin 

qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı 

olaraq,  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilmiş  normativlər  əsasında 

müəyyənləşdirilir.  Həmin  sənədlərdə  torpağın  normativ  qiyməti,  torpaq  vergisi,  habelə  tələb  və 

təklif nəzərə alınmalıdır. 

[82]

 

 



5. Kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində olan 

torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan 

torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilə bilər. 

[83]

 

6. Kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün icarəyə 



verildikdə, torpaq qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlar tətbiq olunur. 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin