Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi


TORPAQ MÜLKİYYƏTÇİLƏRİNƏ, İSTİFADƏÇİLƏRİNƏ



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə39/121
tarix02.05.2022
ölçüsü1,03 Mb.
#56810
1   ...   35   36   37   38   39   40   41   42   ...   121
Torpaq Mecellesi

TORPAQ MÜLKİYYƏTÇİLƏRİNƏ, İSTİFADƏÇİLƏRİNƏ 

VƏ İCARƏÇİLƏRİNƏ VURULAN ZƏRƏRİN VƏ KƏND 

TƏSƏRRÜFATI VƏ MEŞƏ TƏSƏRRÜFATI İSTEHSALI 

İTKİLƏRİNİN ÖDƏNİLMƏSİ 

Maddə  101. Torpaq  mülkiyyətçilərinə,  istifadəçilərinə  və  icarəçilərinə  vurulan  zərərin 



ödənilməsi 

 

1. Torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə 



torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud 

hüquqi  və  fiziki  şəxslərin  fəaliyyətinin  təsiri  ilə  torpaqların  keyfiyyətinin  pisləşməsi  nəticəsində 

dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə 

və icarəçilərinə tam həcmdə ödənilməlidir. Torpaq sahələri geri alınarkən qeyd olunan xərclərlə 

yanaşı, habelə torpaq mülkiyyətçisinin üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından 

əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü xərci də ödəməlidir. 

[85]

 

 



2.  Vurulmuş  zərəri,  o  cümlədən  əldən  çıxmış  gəliri,  geri  alınan  torpaq  sahələrini  əldə  etmiş 

hüquqi və fiziki şəxslər, habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin 

hüquqlarının məhdudlaşmasına, yaxud yaxınlıqda yerləşən torpaqların keyfiyyətinin pisləşməsinə 

səbəb olan hüquqi və fiziki şəxslər bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilən 

q

aydada ödəyirlər. 



 

3.  Zərərin  ödənilməsi  ilə  əlaqədar  mübahisələrə  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada 

müvafiq məhkəmədə baxılır. 

Maddə 102. Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin ödənilməsi 

 

1. Kənd təsərrüfatı və meşə təsərrüfatı ilə əlaqədar olmayan məqsədlər üçün kənd təsərrüfatı 



və  meşə  təsərrüfatı  torpaqlarının  geri  alınması,  habelə  istifadə  sahəsində  hüquqi  və  ya  fiziki 

şəxslərin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində baş verən kənd təsərrüfatı və 

meşə  təsərrüfatı  itkiləri  bu  Məcəllənin  101-ci  maddəsinə  uyğun  olaraq  zərərin  ödənilməsindən 

əlavə olaraq kompensasiya edilir. 

 

2. Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərini aşağıdakılar ödəyirlər: 



 

kənd təsərrüfatı və meşə təsərrüfatı ilə əlaqədar olmayan ehtiyaclar üçün kənd təsərrüfatı və 

meşə torpaqlarını xeyrinə geri alan hüquqi və fiziki şəxslər; 

 

obyektlərinin  ətrafında  mühafizə,  sanitariya  və  qoruyucu  zonalar  müəyyənləşdirilərkən  kənd 



təsərrüfatı  və  meşə  torpaqlarını  dövriyyədən  çıxaran  və  ya  onları  daha  az  qiymətli  torpaqlara 

keçirən hüquqi və fiziki şəxslər. 




 

3. Hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri nəticəsində kənd təsərrüfatı və meşə təsərrüfatı 

yerlərinin  keyfiyyəti  pisləşdikdə  də  kənd  təsərrüfatı  və  meşə  təsərrüfatı  istehsalı  itkiləri  onlar 

tərəfindən kompensasiya edilir. 

 

4.  Kənd  təsərrüfatı  və  meşə  təsərrüfatı  itkilərinin  ödənilməsi  qaydasında  daxil  olan  vəsait 



müvafiq  icra  hakimiyyəti  orqanının  hesabına  keçirilir.  Həmin  vəsaitdən  ilk  növbədə  ərazisindən 

torpaq alınan rayonda yeni torpaqların mənimsənilməsi, torpaqların münbitliyinin artırılması, meşə 

salınması və meşə fondu torpaqlarının məhsuldarlığının yüksəldilməsi, torpaqların mühafizəsi və 

digər tədbirlərin həyata keçirilməsi üçün istifadə edilir. 

 

5.  İtkilərin  və  ziyanın  miqdarının  müəyyən  edilməsi  və  ödənilməsi  qaydaları  Azərbaycan 



Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ-hüquqi aktlar 

əsasında müəyyən edilir. 

  

XXI fəsil 




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin