Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi


TORPAĞIN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ TORPAQ HAQQININ



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə36/121
tarix02.05.2022
ölçüsü1,03 Mb.
#56810
1   ...   32   33   34   35   36   37   38   39   ...   121
Torpaq Mecellesi

TORPAĞIN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ TORPAQ HAQQININ 

 

MÜƏYYƏN EDİLMƏSİNİN ƏSASLARI 

Maddə 94. Torpağın qiymətləndirilməsi 

 1. 

Təbii resurs kimi torpaqlar torpaq haqqının məbləğini, torpağın dəyərini və rüsumların həcmini 



müəyyən etmək, habelə torpaq dövriyyəsi prosesini tənzimləmək məqsədilə qiymətləndirilir. 

 

2.  Torpaqların  qiymətləndirilməsində  torpağın  normativ  qiymətindən  və  bazar  qiymətindən 



istifadə olunur. 

Maddə 95. Torpağın normativ qiyməti 

 

1. Torpağın normativ qiyməti torpaq sahəsinin təbii və iqtisadi potensialına ekvivalent götürülən 



dəyər göstəricisidir. 

 

2. Torpağın normativ qiymətindən meyar kimi aşağıdakı hallarda istifadə edilir: 



 

torpaq sahələri mülkiyyətçilərdən geri alındıqda və ya müsadirə edildikdə; 

 

torpaq  sahələri  alınıb  satıldıqda,  girov  (ipoteka)  qoyulduqda,  nizamnamə  (pay)  fonduna  və 



icarəyə verildikdə, sığorta edildikdə; 

 

torpaq sahəsi bir kateqoriyadan başqa kateqoriyalara keçirildikdə. 



 

3.  Torpağın  normativ  qiymətinin  hesablanmasında  istifadə  olunan  tariflər  inflyasiyanın 

səviyyəsinə uyğun olaraq, indeksləşdirilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

 

4.  Torpağın  normativ  qiymətinin  müəyyən  edilməsi  qaydaları  Azərbaycan  Respublikasının 



müvafiq qanunvericiliyi ilə tənzimlənir. 

Maddə 96. Torpağın bazar qiymətinin formalaşmasının əsasları 

 

1. Torpağın bazar qiyməti torpaq əqdlərinin növlərindən, satışın formalarından, satış obyektinin 



təyinatından, torpaqların hüquqi statusundan, rejimindən və normativ qiymətindən, habelə tələb və 

təklifdən asılı olaraq formalaşır. 

 

2. Xüsusi mülkiyyətdə olan torpaq sahələri bilavasitə satıldıqda qiymətlər tərəflərin razılığı ilə 



bazar məzənnəsi nəzərə alınmaqla müəyyənləşdirilir. 


 

3.  Bələdiyyə  mülkiyyətində  olan  torpaq  sahələri fərdi  yaşayış  evinin  tikintisi  üçün  bilavasitə 

satıldıqda  qiymətlər,  habelə  hərraca  və  ya  müsabiqəyə  çıxarılan  bələdiyyə  mülkiyyətində  olan 

torpaqların  ilkin  qiyməti  (qiyməti) normativ  qiymətdən  az  olmamaq  şərtilə  bazar  məzənnələri 

nəzərə alınmaqla, bələdiyyələr tərəfindən müəyyən edilir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılan 

torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya 

müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi 

vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. 



[78]

 

 



4.  Bələdiyyələrin  kənd  təsərrüfatına  az  yararlı  və  yararsız  torpaqları  öz  vəsaitləri  hesabına 

yararlı hala salaraq kənd təsərrüfatı məhsulları istehsal edən Azərbaycan Respublikasının hüquqi 

və  fiziki  şəxslərinə  satıldıqda  bu  torpaqlarda  torpaq  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qiymət 

güzəştləri tətbiq olunur. 

 

5.  Bələdiyyə  və  xüsusi  mülkiyyətdə  olan  torpaq  sahələrinin (ipoteka  predmeti  olan  torpaq 



sahələri  istisna  olmaqla) hərrac  və  müsabiqə  vasitəsilə  satışında  ilkin  qiymət  (müsabiqədə  isə 

qiymət) bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılaşma 

əsasında torpağın normativ qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. 

 

6. Torpaq sahələri dövlət ehtiyaclarını ödəmək məqsədilə mülkiyyətçilərdən əvəzi ödənilməklə 



alındıqda  onların  satınalma  qiyməti  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  müvafiq 

olaraq,  tərəflərin  razılığı  əsasında  müəyyənləşdirilir.  Tərəflər  arasında  mübahisə  məhkəmə 

qaydasında həll olunur.

[79]


 

 

7. Torpaq üzərində istifadə və icarə hüquqlarının qiyməti, bazar məzənnələri nəzərə alınmaqla, 



bilavasitə satışı zamanı qarşılıqlı razılaşma əsasında, hərrac (və ya müsabiqə) vasitəsilə satıldıqda 

isə  ilkin  qiymət  (qiymət)  kimi  mülkiyyətçilərlə  satışın  təşkilatçıları  arasında  razılaşma  əsasında 

müəyyən edilir. 

 

8.  Torpaq  sahələri  (xüsusi  mülkiyyətdə  olan  torpaqlar  istisna  olmaqla)  bağışlanıldıqda, 



dəyişdirildikdə və vərəsəliyə  verildikdə  onlar müvafiq icra hakimiyyəti orqanı və  ya bələdiyyələr 

tərəfindən müəyyən edilən qaydada normativ qiymətlərdən az olmamaq şərti ilə qiymətləndirilir. 

 

9.  Nizamnamə  (pay)  fonduna  verilən  torpaq  sahəsinin  və  ya  bu  sahə  üzərindəki  hüquqların 



dəyəri iştirakçılar arasında bağlanılmış müqavilə ilə bazar məzənnəsinə uyğun müəyyən olunur. 

10. İpoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən onun ilkin satış qiyməti ipoteka 

haqqında qanunvericiliyə uyğun olaraq bazar qiyməti nə-zərə alınmaqla müəyyən edilir.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin