Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 135 -
çox sayda inkişafetdirici kompüter oyunları möv-
cuddur. Lakin bunların
bəzisi gözəl musiqi müşayiəti,
rəngarəng animasiyalarla zəngin olsa da,
zəif metodik
səviyyədə olurlar. Belə bir suala cavab tapmağa
çalışaq: bu qədər çox oyunların arasından
uşaqlar
üçün inkişafetdirici və onlara faydalı olanlarını necə
seçmək olar? Ilk növbədə oyunları seçərkən diqqəti
uşaqların idraki marağını artıran və onların
psixofisiki inkişafına səbəb olan oyunlara yönəltmək
lazımdır. Məsələn, “Vunderkind” oyununda 26
inkişafetdirici oyun var.
Bu oyunlar şagirdlərdə fəza
təsəvvürünü, danışıq dilini, məntiqi təfəkkürünü və
yaddaşını inkişaf etdirir. Proqramın dörd səviyyəsi
var, onların hər biri uşaqların
müvafiq səviyyələrinə
uyğundur. Uşaqlar birinci səviyyədən başlayaraq
dördüncü səviyyəyə qədər yüksələ bilərlər.
Hazırda ən çox oynanılan oyunlardan biri olan
“tetris” uşaqlarda fəza
təsəvvürünü və həndəsi
fiqurların düzülüşünü qura bilmək kimi qabiliyyətləri
inkişaf etdirir. Bu oyunun
üçölçülü fəza üçün olan
“pentiks” variantı da mövcuddur.
Şagirdlər üçün “Superintellekt” adlı inkişaf-
etdirici disklər komplektində çoxlu məntiqi oyunlar
var. “Ağıllı qarışqa”, “Macəra”, “Marsdan gələnlər”,
“Yarış”, “Rəqəmləri tap”, “Şəbəkə cazibəsi”,