Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 44 -
V. İnformatika tədrisinin forma və metodları 1.
Təlim metodları.
2.
Differensial təlim vasitələri.
3.
İnformatika dərslərinin təşkili formaları.
4.
İnformatika dərslərinin tipləri.
Təlim metodları. Informatikanın tədrisində
digər fənlərin tədrisində istifadə edilən metodlar tətbiq
edilir. Lakin bu metodların tətbiqinin bəzi özünə-
məxsus xüsusiyyətləri vardır.
Metodların seçilməsi və düzgün tətbiqi müəyyən
üsulların seçilməsini tələb edir. Y.K. Babanskinin
fikrincə, informatikada metodlar seçilərkən onun
kibernetik əsaslarının olduğu nəzərə alınmalıdır. Bu
nöqteyi-nəzərdən üç qrup metodlar ayırd edilir: [15,
s.93-100]
·
Tədris işinin təşkili və həyata keçirilməsi
üçün istifadə edilən metodlar;
·
Tədrisdə stimullaşdırma və motivasiyaya
sövq edən metodlar;
·
Nəzarət və özünənəzarət metodları.