Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 43 -
Böyük summativ qiymətləndirmə yarımillərin
sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən
yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni
tədris edən müəllim tərəfindən aparılır. Ona görə də
metodik vəsaitdə böyük summativ qiymətləndirmə
üçün testlərin nümunəsi verilməyib.
Şagirdin qiyməti düzgün cavabların maksimum
bala nisbəti ilə faiz göstəricisinə uyğun
müəyyənləşdirilir: [7]
Azərbaycan Respublikası Təhsil nazirinin 01
may 2014-cü il tarixli, 522 nömrəli əmri ilə təsdiq
edilmiş “Ümumi təhsil müəssisələrində şagirdlərin
sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti
qaydalar”a əsasən, illik qiymət yarımillik qiymətlərin
ədədi ortasına bərabər tutulur. Şagirdin yarımillik
qiymətləri müxtəlif olduqda alınan rəqəmin vergüldən
sonrakı hissəsi 5-dən kiçikdirsə, həmin hissə atılır, 5
və 5-dən böyükdürsə, tam hissəyə bir rəqəm artırılır.
Summativ qiymətləndirmədə şagirdin yerinə
yertirdiyi tapşırıqların miqdarına görə əgər 0-40%
arası 2 (qeyri-kafi), 40-60% arası 3 (kafi), 60-80%
arası 4 (yaxşı), 80-100% arası (əla) qiyməti ilə
müəyyənləşdirilir.