Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 39 -
– aşağı, orta, yuxarı nailiyyət səviyyələrinin
xüsusiyyətlərini necə bilmək olar?
Qiymətləndirmə şkalası nailiyyət səviyyələrinə
qiymət (bal) verilməsi üçün mexanizmdir. Rubriklərin
hazırlanması üçün əvvəlcə dərsin məqsədləri müəyyən
olunmalıdır. Qiymətləndirmənin formalarından biri
seçilməlidir (diaqnostik, formativ və ya summativ).
Müəllimlər üçün rubriklərin üstün cəhətləri bunlardır:
- Rubriklər qiymətləndirmənin daha ədalətli,
obyektiv, etibarlı və ardıcıl olmasına imkan
verir.
- Rubriklər müəllimlərə öz meyarlarını müəy-
yənləşdirmək üçün əlverişli imkanlar yaradır.
- Rubriklər müəllimləri tədrisin səmərəliliyi ilə
bağlı faydalı məlumatlarla təmin edir.
- Rubriklər keyfiyyət səviyyələrinin intervalı
vasitəsilə müxtəlif qabiliyyətli
şagirdlərin
olduğunu nəzərə alır. Səviyyələr üzrə
təsvirlərin hazırlanması üçün təlimatda: [4; 5]
1.
Qısa və sadə tərzdə, şagirdin anlayacağı
sadə dildən istifadə edilməlidir;