Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 36 -
Müşahidə (müəllim şagirdin təlim fəaliyyətini
müşahidə əsasında qiymətləndirir);
Müşahidə vərəqi (şagirdin təlim fəaliyyətindən
gözlənilən nəticəni əks etdirən meyarlar cədvəli);
Müsahibə (Şifahi yoxlama);
Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq
hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama
zamanı müəllimin diaqnoz qoymaq istədiyi məsələnin
yazıldığı vərəq);
Mövzu üzrə müxtəlif insanlardan müsahibə
götürmək;
Tapşırıqvermə;
Çalışmalar;
Praktik çalışmaların,
tapşırıqların yerinə
yetirilməsi;
Valideynlərlə və digər fənn müəllimləri ilə
söhbət;
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə
və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış
vərəq);