Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 35 -
Müasir məktəbdaxili qiymətləndirmə diaqnostik,
formativ və summativ kimi növlərə bölünür. [4, s.14-
17]
İlkin səviyyənin qiymətləndirilməsi (diaq- nostik qiymətləndirmə). Diaqnostik qiymətləndirmə
şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin
müəyyənləşdirilməsinə və bunun əsasında hər bir
şagirdin potensial imkanlarını nəzərə alan təlim
strategiyalarının seçilməsinə xidmət edir. Diaqnostik
qiymətləndirmə əsasən dərs ilinin, bəhs və ya
bölmələrin əvvəlində, şagird başqa ümumi təhsil
müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər
zəruri hallarda onun bilik və bacarıqları haqqında
məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və
təlim strategiyasını müəyyənləşdirmək məqsədilə
müəllim tərəfindən aparılır. Bu qiymətləndirmənin
nəticələri sinif və formativ qiymətləndirmə jurnal-
larında qeyd olunmur, müəllimin qeyd dəftərində öz
əksini tapır. Diaqnostik qiymətləndirmə rəsmi xarak-
ter daşımır, rəqəmdən istifadə olunmur, nəticələr
müəllimin şəxsi qeyd dəftərində əks olunur.
Diaqnostik qiymətləndirmədə istifadə olunan
üsul, vasitələr və şagird fəaliyyətinin növləri
bunlardır: [4; 5]