Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 34 -
əvvəlcə İngiltərədə, sonralar isə ABŞ-da tətbiq
edilməyə başlamışdı. İlk əvvəllər testlərdən yalnız
şagirdlərin psixofiziki xarakterini, səsə, yaddaşa və s.
reaksiyalarını müəyyən etmək üçün istifadə edilirdi.
1911-ci ildə alman psixoloqu V.Ştern insanın
intellektual inkişafını müəyyən etmək üçün ilk test
hazırlayır. Daha sonralar test üsulu məktəblərdə,
universitetlərdə, insanların işə qəbulunda və s.
sahələrdə geniş tətbiq edilməyə başlanır.
[18, s.115-
116]
Məktəblərdə istifadə olunan kompüter testləri
adətən 4 və ya 5 hazır cavabı olan suallardan ibarət
olur. Bu üsulun mənfi cəhəti ondan ibarətdir ki, şagird
bəzən əmin olmadığı cavabı təsadüfən seçir və yüksək
nəticə göstərir. Lakin test üsulu dərs prosesində
yüksək obyektivliyi, vaxtdan səmərəli istifadəni,
nəticələrin düzgün və riyazi üsullarla əldə edilməsini
təmin edir. İnformatika fənninin tədrisində test üsu-
lundan istifadə kompüterin köməyi ilə reallaş-
dırıldıqda daha effektiv nəticələr əldə oluna bilər.
Hər bir məktəbdaxili qiymətləndirmə növünün
üsul və vasitələri vardır. Qiymətləndirmə üsulu
dedikdə, bu prosesin hansı formada həyata keçirilməsi
nəzərdə tutulur. Qiymətləndirmənin məqsədindən asılı
olaraq üsul və vasitələr fərqli olur.