tərbiyə” sözünün “rəbb” kökündən əmələ gəlib. O, üç mənanı
ifadə edir: “Rəba”-doğru yol göstərmək; “Rəbi”-bəsləmək,
yetişdirmək, böyütmək, tamamlamaq; “riba”-çoxaltmaq.
“Ərsəyə çatdırma” dedikdə, uşağın sərbəst yaşamaq, öz taleyi
haqqında düşünməyi bacarmaq və davranışını sərbəst olaraq
qaydaya salmaq, dünyaya münasibətdə müstəqil dərketmə
qabiliyyətinə yiyələnmək səviyyəsinə çatdırmaq mənası başa
düşülür.
Magistrant tərbiyənin kateqoriyalarını yaxşı bilməli, onların
mahiyyətini yaxşı anlamalıdır.
Şəxsiyyətin tərbiyəsi və
təhsili dövlətin prioritet
məsələlərindən biridir. Çünki dövlətin gücü bir çox cəhətdən
insanların tərbiyəsindən asılıdır. Buna görə də istənilən insan
layihəsinin hazırlanmasında dövlətin maraqları əsas rol oynayır.
Dövlət bu sahədə ardıcıl olaraq hüquqi-normativ aktlar qəbul edir,
sərəncamlar verir.
Dostları ilə paylaş: |