Microsoft Word Azf-285346. doc



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə9/76
tarix13.05.2022
ölçüsü1,3 Mb.
#57757
1   ...   5   6   7   8   9   10   11   12   ...   76
Azf-285346

Magistrant bacarmalıdır:  Tərbiyənin kateqoriyalarını  şərh 

etməyi bacarmalıdır. Tərbiyənin  hüquqi - normativ  əsaslarını 

bilməklə yanaşı onlardan istifadə etməyi  bacarmalıdır. Tərbiyə  

məfhumunu və tərbiyə etmək anlayışını ayırd etməyi bacarmalıdır.  

Magistrant tərbiyənin yaranma tarixi   haqqında  məlumatları 

bilməli,  və bu məlumatlardan istifadə etməyi bacarmalıdır.    



Magistrant bilməlidir:   Naxçıvanda tunc dövrünə aid 

Gəmiqaya abidəsi eramızdan  əvvəl I-III minilliklərə aid edilir ki, 

üzərindəki rəsmlər, yazı, işarələr insanların bir-biri ilə ünsiyyət və 

əlaqə, öyrətmə-öyrənmə prosesini əks etdirir. Qayaüstü təsvirlərdə 

rəqs səhnələri o dövrün estetik zövqünü bildirir, ov səhnələri, örüş 

sahələri, keçi, maral, quş, habelə əmək alətləri dövrün peşələri olan 




 

8

ovçuluqdan,  əkinçilikdən, maldarlıqdan xəbər verir, at, dəvə, ulaq, 



araba təsvirləri insanların istifadə etdikləri nəqliyyat növünü göstərir. 

Günəş, ağac, çay kimi rəsmlər qədim insanlarımızın inancından 

xəbər verir, daşlar üzərində düz xətlə çəkilmiş bir neçə xət və ya çox 

xət Gəmiqayalıların say anlayışından xəbərdar olmalarını bildirir. 

Gəmiqayalıların bəbir, canavar, ilan, dəvə kimi rəsmlərin müxtəlif 

vəziyyətlərdə daşlara döymə üsulla böyük məharətlə  işləmələri bir 

tərəfdən o dövrün rəssamlığını, nəqqaşlığını göstərirsə, digər tərəfdən 

də  şübhəsiz insanlara ətraf mühiti, ərazini onun flora və faunasını 

öyrədir. Gəmiqaya rəsmlərində bir atlının baş  və ayağında geyim 

olması o dövrün peşələrini (toxuculuq, çəkməçilik və s.) təxmin 

etməyə imkan yaradır.  Şübhəsiz böyüklər də  əldə etdiyi bilik və 

təcrübələri, qazandıqları peşələri kiçiklərə öyrətmişlər və yaxud da 

kiçiklər böyükləri müşahidə etməklə müəyyən bilik, bacarıq və 

təcrübə əldə etmişlər. 

Gəmiqaya tədqiqatlarından məlum olur ki, Gəmiqayada 

1500-ə yaxın yazı, rəsm daş və metal alətlərlə döymə, qazma, sürtmə 

yolu ilə  həkk olunmuşdur. Onlar aşağıdakı kimi qruplaşdırılmışdır: 

1) İnsan rəsmləri; 2) Araba rəsmləri; 3) Heyvan rəsmləri; 4) Müxtəlif 

mövzulu səhnələr; 5) İşarələr; 6) Qeyri-müəyyən təsvirlər. 

Gəmiqayalılar nəqliyyat vasitəsi kimi at, dəvə, ulaq və arabadan 

istifadə etmiş, maldarlıq, ovçuluq, əkinçiliklə  məşğul olmuşlar. 

Buradakı araba rəsmləri diqqətimizi cəlb edir. Belə ki, qədim tarixi 

mənbələrdən, “Oğuznamə”lərdən məlum olur ki, arabanı kəşf edənlər 

Kanqlı tayfaları olmuşlar: “...Oğuz Kağanın çeriyində bacarıqlı, 

cüssəli, yaxşı bir kişi vardı. Bu kişi bir araba çapdı... Arabalar 

gedəndə “Kanq, kanq” deyə  səs çıxarırdılar. Onun üçün arabaya 

“Kanğa” adı qoydular. Oğuz Kağan kanğaları gördü, güldü, ayıtdı.. 

Qoy yüklü arabaları əsirlər çəksin. Sənə verilən “Kanğaluğ” adı qoy 

kanğanı yada salsın”. Bu ad Dədə Qorqudda “Kanqlı Qoca” və ya 

başqa bir yazılışda “Qanlı Qoca” kimi işlənmişdir. Bu Naxçıvanda 

məskunlaşmış  qədim Kəngərli tayfasının adıdır. Gəmiqayalılar 

müxtəlif təbiət hadisələrinə, çaya, ağaca, heyvana inanmış, onların 

təsvirlərini çəkmiş, Günəşə sitayiş etmişlər. Gəmiqayada günəşə 



 

9

sitayişi ifadə edən dairə ortasına nöqtə qoyulmuş  rəsmlər vardır ki, 



bu da günəşi, işığı, tərəqqini ifadə edir. 

Pedaqoji mənbələrdə göstərilir ki, qədim Yunanıstanda quldar 

balalarını  xüsusi təlim-tərbiyə müəssisəsinə aparıb - gətirən, onların 

təlim tərbiyəsi ilə məşğul olan adamlara “Peydaqoqos” lar  deyilirdi.  

Qədim yunan dilində  “Paydas”  - “uşaq”, “gogos”-“yola salan” 

deməkdir ki, “pedaqogika”, “pedaqoq” sözləri də buradan meydana 

gəlmişdir. O xüsusi təlim tərbiyə müəssiəsnin adına “Şkola” deyilirdi 

ki, bunun da mənası kitablrda yazıldığı kimi qədim yunan dilində 

“Asudə vaxt keçirilən yer”  deməkdir. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin