Dissertasiyanın quruluşu . Dissertasiyanın quruluşu dedikdə onun ilk
səhifəsindən son səhifəsinədək tədqiqatın əsas hissələrinin,
bölmələrinin, fəsillərinin, yarım fəsillərinin, bəndlərinin ardıcıllığı,
sistemliliyi başa düşülür. Bu quruluşa habelə tədqiqatın nəticələri,
istifadə olunmuş ədəbiyyat, əlavələr daxil olur.
Üz vərəqi dissertasiyanın ilk səhifəsi hesab olunur. Bu səhifə
nömrələnmir. Üz vərəqinin tərtibinə ciddi əməl edilməlidir. Bu səhifənin
baş hissəsində Nazirliyin və onun altında tədris müəssisəsinin adı
yazılır. Ondan aşağıda vərəqin sağ tərəfində“Əlyazması hüququnda”
sözləri yazılır. Daha sonra aşağıda müəllifin adı,atasının adı və soyadı
yazılır (adlıq halda).