etmişdir. İstifadə edilmiş ədəbiyyat siyahısı müəyyən mənada tədqiqatın
elmi
mədəniyyəti,
etikası
deməkdir.
Ədəbiyyat
siyahısından
dissertasiyanın səviyyəsi, tədqiqatçının problemlə bağlı məlumatlılığı
öziiııü göstərir. İstifadə edilmiş mənbələr çap olunduqları dillərdə
(əvvəlcə Azərbaycan dilində ədəbiyyat, sonra türk, rus, ingilis və s.)
əlifba sırası ilə, ərəb rəqəmləri ilə ardıcıl nömrələnərək siyahıda
göstərilir. Ədəbiyyat siyahısı real olmalıdır. Əsas istifadə edilmiş
ədəbiyyat siyahıya daxil edilməlidir. Siyahıda göstərilmiş ədəbiyyat
neçənci nömrədə göstərilmişsə dissertasiyanın mətnində istinad edilmiş
ədəbiyyat da həmin nömrəyə uyğun olmalıdır. Dissertasiyanın
yazılışında mütaliə edilmiş ədəbiyyat da ədəbiyyat siyahısına daxl ola
bilər.
Dissertasiyanın “Əlavələr”i ədəbiyyat siyahısından sonra verilir.
Əlavələr dissertasiyanın əsas mətninin bir hissəsi- tərkib hissəsidir ki,
onun əlavə olaraq əhəmiyyəti vardır. Əlavələr dissertasiyanın
məzmununu tamamlayır. Dissertasiyanın məzmununa ehtiyac olduqda
əlavələr verilir. Əlavələr müxtəlif ola bilər. Bu hər hansı bir sənədin üzü,
hesabat materialının bir hissəsi, nümunəviplan, proqram və yaxud bir
protokol və ya təlimat və s. ola bilər. Əlavələr dissertasiyanın son
səhifələridir. Hər bir əlavə yeni səhifədə verilməli və vərəqin üst sağ
tərəfində “Əlavə 1” , “Əlavə 2“ və s. yazılır. “Əlavələr” çox olduqda onu
ayrıca qovluqda və ya cildlənmiş şəkildə “Dissertasiyaya əlavələr” adı ilə
də təqdim etmək olar.
Dostları ilə paylaş: