Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


Heydər Əliyev və dövlət idarəçiliyində milli dilin rolu



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə148/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   166
2015-332

Heydər Əliyev və dövlət idarəçiliyində milli dilin rolu 
Hər  bir  xalqın  milli  dili,  o  xalqın  varlığı  deməkdir.  Dil, 
xalqla  birlikdə  dünyaya  gəlir,  həyatın  sərt  qanunlarında  inkişaf 
edir, zənginləşir. 
Şah  İsmayıl  Xətai,  I-ci  Pyotr  və  Mustafa  Atatürk  kimi  öz 
xalqının  həyatına  milli  müstəqillik  tarixinə  islahatçı  kimi  daxil 
olan  rəhbərlər  öz  ana  dilinin  qorunub  saxlanmasına  böyük  səy 
göstərmişlər. 
Buna canlı misal olaraq zəmanəmizin böyük şəxsiyyəti, bütün 
canı-qanı  ilə  xalqına,  onun  mənəviyyatına  bağlı  olan  ümummili 
liderimiz  H.Ə.Əliyevin  müstəsna  xidmətlərini  sadalamaq  kifayət 
edər. O demişdir: Mənim üçün hər şeydən üstün olan mənim milli 
mənliyimdir.Biz  öz  əcdadlarımıza  daim  minnətdar  olmalıyıq.Ona 
görə ki, ən çətin vaxtlarda dilimiz itməyib, yaşayıb. Onu xalqımız 
və onun yetişdirdiyi böyük şəxsiyyətləri yaşadıbdır. 


 
207 
Bu gün Azərbaycan dilinin dövlət dili statusu almasında yal-
nız  ümummili  liderimiz  Heydər  Əliyevə  borcluyuq.O,  xalqının 
xalqımızın mənəviyyatının daha da zənginləşməsi yolunda bütün 
qüvvəsini sərf etmişdir.Onun həyata keçirdiyi bütün işlər həmişə 
diqqət mərkəzində olmuşdur. 
1993-cü  ilin  iyununda  bütün  dünyanın  diqqəti  Azərbaycana 
yönəlmişdi.Bir-birinin  ardınca  baş  verən  ağır  siyasi  proseslər, 
millətçi  separatçılıq  Azərbaycan  dövlətçiliyini  sarsıtmış,  onun 
müstəqilliyini  və  azadlığını  təhlükə  altına  qoymuşdu.Belə  bir 
vəziyyətdə  xalqın  tələbi  ilə  hakimiyyətə  dəvət  olunan,  təcrübəli 
siyasətçi  Heydər  Əliyevin  dövləti  idarəetmə  mexanizmini  və 
qanunçuluğu qısa müddətdə işə salması, ölkədə baş verən siyasi-
ictimai  hadisələri  nəzarətə  götürməsi  təbii  ki,  xalqımızın,  həm-
çinin  dünyanın  bütün  demokratik  qüvvələrinin  bu  böyük  tarixi 
şəxsiyyətə inamını bir daha artırdı. 
Heydər  Əliyevın  istər  xarici,  istərsə  də  daxili  siyasət  sahə-
sində  nail  olduğu  ən  böyük  nailiyyətlər  onun  işi,  ağlının,  dərin 
zəkasının və müdrikliyinin bəhrəsidir. 
H.Əliyevin  ardıcıl  olaraq,  Azərbaycan  dilinin  Dövlət  İda-
rəçiliyinin bütün sahələrində uğurla işləməyə çalışmış, bu işə hər 
cür qayğı göstərmişdir. 
Azərbaycan dili böyük sınaqlar, çətin imtahanlar, qarşısında 
qalanda,  dərin  böhranlar  içərisində  çırpınanda  və  özünün  xilas-
karını axtaranda onun harayına yalnız Heydər Əliyev çatmışdır. 
Hələ,  1921-1937-ci  illərdə  Konstitusiya  qəbul  edilərkən, 
1956-ci  ildə  1937-ci  ildə  qəbul  olunmuş  Konstitusiyaya  dövlət 
dili  barəsində  maddə  əlavə  olunmuşdur.Bu  da  pis  nəticə  ver-
mişdi. 
Hətta  1959-cu  ildə  Sov.İKP  MK-da  Azərbaycanda  millət-
çilərin  olması  barəsində  qərar  qəbul  edilmiş  və  bir  çox  rəhbər  iş-
çilər  cəzalandırılaraq  işlərindən  kənarlaşdırılmışdır.  1978-ci  ildə 
SSR-nin yer üzündə hökmranlıq himni oxunduğu bir dövrdə Azər-


 
208 
baycanın ―Böyük Sovetlər İttifaqının kiçik üzvlərindən biri olduğu 
həmin  dövrdə  yeni  Konstitusiya  qəbul  edilməli  idi.Hər  yerdə 
―Ümumi  Sovet  Xalqı‖  ümumi  ünsiyyət  vasitəsi  anlayışları  hökm 
sürdüyü bir şəraitdə müstəqil respublikamızda milli dillərin Kons-
titusiyada  ayrıca  ünsiyyət  vasitəsi  olaraq  göstərilməsinə  ehtiyac 
olmadığı haqqında ideoloji təbliğat bütün ölkəni bürümüşdü. 
Azərbaycan  dilinin  SSR  Konstitusiyasında  rəsmi  dövlət  dili 
kimi  öz  əksini  tapması  Ukrayna  kimi  böyük  bir  respublikanın 
rəhbərlərinin  və  başqalarının  buna  qəti  etirazları  səslənsə  də, 
Heydər  Əliyev  onlara  çox  kəskin  və  qəti  olaraq  ―dövlət  dilinin 
Azərbaycan dili olduğunu Azərbaycan konstitusiyamızda yazdır-
malıyıq və yazacağıq!‖ deməklə iradını bildirənləri susdurmuşdur 
və  beləliklə  də,  ana  dilimizi  məhv  olmaqdan  qoruyub  saxlaya 
bilmişdir.  Bu  da  danılmaz  bir  faktdir  ki,  o  vaxtlar  Azərbaycan 
dilini konstitusiyada dövlət dili kimi yazdıran yeganə türk mən-
şəli respublika Azərbaycan idi.  
Dilimizin  varlığı  uğrunda  Heydər  Əliyevin  mübarizəsi  bu-
nunla  bitmir,  yeni  və  ilk  milli  konstitusiyanın  yazılması  zərurəti 
və  yenidən  Azərbaycan  dilini  dövlət  dili  kimi  konstitusiyada 
təsbit edilməsi mühüm bir problem kimi meydana çıxdı.  
Əslində  Heydər  Əliyev  hakimiyyətə  qayıtdığı  gündən  ―Mə-
nim ana dilim, mənim şirin dilim‖ özünə gəlmişdir. Onun sədrliyi 
ilə hazırlanmış konstitusiyada ana dilimiz öz parlaq əksini tapdı. 
Heydər  Əliyev  Azərbaycan  dilinin  dövlət  dili  olmasına  olduqca 
həssaslıqla  yanaşdı.Şəxsən  onun  təklifi  ilə  konstitusiya  layihə-
sinin  ümumi  müzakirəsindən  əlavə,  dövlət  dili  haqqında  olan 
maddə  ətrafında  ayrıca  müzakirə  təşkil  edilmişdir.  Bu  müzakirə 
əvvəlcə  1995-ci  il  oktyabr  ayının  14-də  konstitusiya  komissiya-
sının iclasında, 1995-ci il oktyabr ayının 31-i tarixində bu maddə 
Azərbaycan  Respublikası  Elmlər  Akademiyasında  alimlərin,  zi-
yalıların,  dil  sahəsində  çalışan  bütün  mütəxəssislərin  iştirakı  ilə 
müzakirə  olunmuşdur.  Bu  müzakirədə  layihənin  son  variantı 


 
209 
yenidən müzakirə edilmişdi.  
Beləliklə, bu məsələ tam aşkarlıq və demokratik bir şəraitdə 
böyük dairələrdə demək olar ki, bütün xalq tərəfindən müzakirə 
edilmir  və  xalqımız  əksərən  Azərbaycan  dövləti,  Azərbaycan 
xalqı və Azərbaycan dili tərəfdarı olduqlarını təsdiq etmişlər.  
Konstitusiyada  dövlət  dili,  xalqın  adı,  ölkənin  adı,  məhz 
böyük  cəfakeş  insan  Heydər  Əliyevin  dühası,  qüdrəti  sahəsində 
həmişəyaşarlıq statusu aldı. 
 Gürcü şairi Karlo Kaladze dilimiz barəsində belə demişdir: 
―Azərbaycan  dili  ən  şirin,  ən  rəvan,  ən  lətafətli  və  ən  mu-
siqili bir dildir‖. Elə bir dildir ki, hamı onu başa düşə bilir.‖ 
 Heydər  Əliyevin  Azərbaycan  dilinə  dövlət  dili  statusu  ve-
rilməsində xidməti bu dahi şəxsiyyətin xalqına, vətəninə milli di-
linə  dərin  bağlılığı  ilə  səciyyələnir.  Bunu  biz  onun  sabirabad-
lılarla  bir  görüşündə  söylədiyi  fikirlərində  daha  aydın  görürük 
―Azərbaycan xalqı qəhrəman xalqdır, qeyrətli xalqdır. Hələ 2500 
il bundan əvvəl əlində qılınc, ulu nənəmiz Tomris İran hökmdarı 
Kirin  başını  kəsərək,  tuluğa  atmış  və  demişdir:  ―Sağlığında  qan 
içməkdən doymadınsa, indi doyarsan‖. Bütün xalq dastanları ara-
sında Koroğlu səviyyəli ikinci qəhrəmanlıq dastanı yoxdur. Onun 
kimi  öz  xalqının  gözəl  ənənələrini  cəmləşdirən  ikinci  bir  xalq 
qəhrəmanı mən tanımıram. 
 Azərbaycan xalqı çox qədim tarixə və mədəniyyətə malik olan 
bir  xalqdır.  Hələ  XII  əsrdə  dünya  poeziya  səmasında  günəş  kimi 
hər tərəfə şəfəq saçan Nizami Gəncəvi adlı dahi bir şairimiz olanda, 
dünyanın indiki aparıcı xalqlarının çoxu əslində bir xalq kimi hələ 
formalaşmamışdı. Öz əqidəsindən dönmədiyinə görə dərisi diri-diri 
soyulmuş bənzərsiz dahi şair İmadəddin Nəsimi, bütün XIV əsrin 
bəzəyi  olmuş,  qəm  şairi  deyilən  əslində  ilahi  eşq,  məhəbbət  şairi, 
bütün bəşəriyyət tərəfindən 500 illiyi təntənəli surətdə qeyd edilmiş 
Məhəmməd  Füzuli,  XVI  əsrə  şəfəq  saçır.  XVIII  əsrdən  onu  vəsf 
edən  dahi  şairimiz  S.Vurğunu,  gözəllik  və  məhəbbət şairi  Cavidi, 


 
210 
xalqımızın  qeyrət  qalası  olan  Şuşanın  və  Laçın  yurdunun  ərən 
övladları,  ölməz  sənətkarımız  qalereyasının  dahi  bəstəkarımız 
Ü.Hacıbıyovu,  Salyan-Sabirabad  zonasının  xalqımıza  bəxş  etdiyi 
unudulmaz  şairi  Xəlil  Rza  Ulutürkü  yad  etmək  istəyirəm.  Ona 
deyəndə  ki,  əllər  yuxarı, əllərini qaldırmışdı.  Silahın varmı ?!Bəli 
var.Təhvil ver! O silah mən özüməm, mən odam, atəşəm, yandıra-
cağam  sizi,  demiş  və  onu  tutmağa  gələnləri  şok  vəziyyətinə  sal-
mışdır.Belə sənətkarları olan xalq basılmazdır.  
Heydər Əliyev bu sözləri özünəməxsus gözəl bir nitqdə de-
mişdir. Öz ana dilinin gözəlliyini dərk edən Heydər Əliyev ədəbi 
dilimizdən  bir  ziyalı  kimi  istifadə  edir.  Onun  həyat  təcrübəsi, 
dünyagörüşü,  bacarığı,  mədəni  səviyyəsi  dilin  incəliklərini  duy-
maq  qabiliyyəti  bu  sahədə  mühüm  rol  oynayır.  Heydər  Əliyev 
yaxşı bilir ki, dil amilini əsas tutmasan dövlət idarəçiliyindən bir 
xalqın varlığından, onun qurduğu cəmiyyətdən, dövlət quruluşun-
dan söhbət gedə  bilməz.Dil həm cəmiyyət üzvləri, həm də döv-
lətlər arasındakı münasibətləri tənzimləyən başlıca vasitədir. 
Heydər  Əliyev dilimizin leksik  və  frazeoloji zənginliyini də-
rindən  bilən  bir  şəxsdir.O,  yeri  gəldikcə  öz  nitqində  ondan  geniş 
istifadə  etməyi  bcarır.  Heydər  Əliyev  ədəbi  dili  yaxşı  bilir,  ifadə 
etdiyi fikri yığcam və səlis bir şəkildə, tələb olunan ədəb -ərəkanlı, 
leksik qrammatik normaları gözləmək şərtilə dinləyiciyə çatdırır. 
Heydər Əliyev monoloji nitqdən geniş istifadə edir.O, dövlət 
məmurlarından  tələb  edir  ki,  ifadə  etmək  istədikləri  fikir  aydın, 
səlis  bir  şəkildə  olsun.  Dövlət  idarəçiliyində  hər  bir  məmurun 
fərdi deyim tərzi, fərdi üslubu mühüm amildir. Heydər Əliyev də 
topladığı  faktik  materialları,  müşahidə  etdiyi  hadisələri,  zərurət-
dən doğan rəqəmləri, nəzəri ədəbiyyatdan əks etdiyi üçün müla-
hizələri  və  s.  yadda  möhkəm  saxlamaq,  yeri  gəldikcə  onlardan 
məharətlə istifadə etməyi bacarmaq məharəti vardır.İnsanda yad-
daş təbiətin insana bağışladığı böyük hədiyyədir. 
Heydər  Əliyev  müdrik  natiqdir.  Böyük  yunan  alimi  Siseron 


 
211 
belə  qənaətə  gəlib  ki,  gözəl  nitqə  əsaslanmayan  müdriklik  cə-
miyyətə  bir  o  qədər  də  fayda  verməz.  Müdrikliyə  əsaslanmayan 
gözəl  nitq  isə  əksinə  zərər  gətirər.  Ancaq  müdrik  adam  natiq  ola 
bilər.Yaxşı natiq o adam ola bilər ki, düşünməyi bacarır, kim hə-
yatını  gözəl  danışmaq  sənətinə  həsr  edirsə,  o,  eyni  zamanda  öm-
rünü  müdrikliyə  həsr  edir.  Heydər  Əliyevə  görə,  dövlət  məmuru 
danışmağa hazırlaşarkən hər şeyi  gərək dönə-dönə araşdırsın, mü 
zakirə etsin, ölçüb-biçsin, təcrübədən keçirsin.Onu danışma mən-
tiqinə çevirsin. 
Siseron izah edir ki, danışdığın dildə natiqlik sənətinə yiyə-
lənmək çox çətindir. Çünki o, çoxlu biliklə, səylə bağlıdır.Sözləri 
seçib  cümlə  düzəltməklə  nitqə  gözəllik  verməlisən;  təbiətin  in-
sana  bəxş  etdiyi  ruhun  bütün  hərəkətləri  ilə  hər  şeyi  ən  incəlik-
lərinə qədər öyrənməlisən. Ona görə ki, sənin danışığın dinləyi-
cilərin ruhunu ya sakitləşdirmək, ya da oyatmaq üçündür. 
Heydər Əliyev hər hansı mövzunu nütəxəssisindən daha gö-
zəl  ifadə  etmək  üçün  ciddi  səy  göstərirdi.  Heydər  Əliyevin  ana 
dilində  söhbətləri,  danışıqları,  çıxışları  xalq  kütləsinin  ürəyinə 
yol tapır, onları sanki ovsunlayırdı. 
Siseron  yazır  ki,  ―Natiqlik  sülhün  peykidir,  asudə  vaxtın, 
dincliyin müttəfiqidir‖, elə bil yaxşı qurulmuş cəmiyyətin tərbiy-
yəçisidir.  
Azərbaycan  dilinin  böyüklüyünü,  onun  gözəlliyini  bütün 
dünyaya  tanıdan  şəxs  Heydər  Əliyev  xalqımız  üçün  böyük  iş 
görüb, bizə fayda vermişdi. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin