8
―Fəlsəfə və sosial psixologiya‖, ―Dillər‖ kafedraları, ―Heydər
Əliyev Dövlət İdarəçilik Universiteti‖, ―Geostrateji Araşdırmaları
Mərkəzi‖, ―İnformasiya Texnologiyaları Mərkəzi‖, ―İnsan
hüquqları, ―Demokratiya və Sülh problemləri üzrə YUNESKO
Mərkəzi‖, ―Sorğu Sosioloji Araşdırmalar Mərkəzi‖, ―İnzibati
idarəçilik strukturları‖, ictimai təşkilatlar və digər şöbələr,
bölmələr fəaliyyət göstərir, həmçinin İnzibati idarəetmə fakül-
təsinin ―Kompüter elmləri‖, ―İqtisadiyyat‖, ―Dövlət və bələ-
diyyə‖, ―Ekologiya‖ ixtisasları üzrə kadrlar hazırlanır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İda-
rəçilik Akademiyasının fakültələrində 1059 nəfər bakalavr, 173
nəfər magistr, ―Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının ixtisasının
artırılması İnstitutunda‖ 225 nəfər magistrant ―Dövlət və bələdiy-
yə idarəetməsi‖ ixtisası üzrə təhsilini davam etdirir. Bu tələ-
bələrin: bakalavr və magistr pilləsində oxuyanların və
dinləyicilərin təhsili ilə müxtəlif ixtisaslar üzrə 197 nəfər
müəllim məşğul olur. Onların da 27 nəfəri elmlər doktoru, 112
nəfəri isə elmlər namizədidir. Müəllimlərdən bir nəfəri Azər-
baycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, bir nəfəri isə
AMEA-nın müxbir üzvüdür.
Əziz dostlar! Siz bizim akademiyamızın auditoriyalarına
qədəm basan yüzlərlə tələbə və magistrın nümayəndəsisiniz. Sizi,
maraqlı təhsil illəri gözləyir. Ümid edirik ki, çətin sınaq
imtahanlarından necə keçmişsinizsə, təhsil illərini də uğurla başa
çatdıracaqsınız. Sizə uğurlar arzulayırıq!
Dostları ilə paylaş: