10
Dil haqqında müdriklərin dedikləri ―Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, çox inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir‖. ( H.Ə. Əliyev ) ―Qrammatikasız oratoriya kütdür, poeziya pəltəkdir, fəlsəfə əsassızdır, tarix xoşagəlməzdir, hüquqşünaslıq şübhəlidir‖. ( M.V.Lomonosov ) ―Dilin qanunlarına itaətkarlıqla tabe olun və birdəfəlik möh- kəmcə bilin ki, bu qanunlar sizin üçün müqəddəsdir‖. ( Bualo ) ―Biz dünyanı dilimiz vasitəsi ilə öyrəndik, dilimiz vasitəsi ilə tərbiyə tapdıq‖. ( Abbas Səhhət ) ―Zaqafqaziya diyarının tatar dili (Azərbaycan dili – Z.M.) türk dilindən az fərqlənir və fransız dili ilə Avropanı gəzmək mümkün olduğu kimi, onunla da bütün Asiyanın bu başından o başına getmək mümkündür‖. ( A.A.Bestujev – Marilinski ) Azərbaycan dili silahdı, qafil, Qalacaq cahanda Günəş qalınca, Gül yarpağı qədər bu tər, incə dil, Qəzəbli vaxtında dönər qılınca. ( B.Dubrovin )