Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə5/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   166
2015-332

 


 

                          DĠL HAQQINDA MƏLUMAT 
 
Dil cəmiyyətin varlığı, onun təşəkkülü və inkişafı üçün çox 
zəruri olan bir vasitədir. Cəmiyyətdə dilin başlıca rolu onun əsas 
ünsiyyət vasitəsi olmasıdır.  
Dil fikrin ifadə aləti kimi təzahür etdiyinə görə beyinin fəa-
liyyəti  ilə  bağlı  olan  təfəkkürlə  sıx  əlaqədədir.  Dil  ilə  təfəkkür 
eyni  vaxtda  və  eyni  mənbədən  yarandıqları  üçün  vəhdət  təşkil 
edir. Lakin çox oxşar cəhətlərin olmasına baxmayaraq, dil ilə tə-
fəkkür heç də eyniyyət yaratmır. Bunların hər birinin özünəməx-
sus cəhətləri vardır. Bu fərqlərin ən başlıcası odur ki, dil lüğəvi 
və  qrammatik  vasitələrdən  istifadə  edir.  Lakin  təfəkkür  üçün 
istifadə  mənbəyi  sözlər  və  cümlələr  deyil,  məfhumlar  və 
hökmlərdir. 
Təfəkkürün ifadə vasitəsi olan dil ictimai hadisədir.Bu, digər 
ictimai hadisələrlə də əlaqədədir. Lakin dil heç də bütün cəhətləri 
ilə başqa ictimai hadisələrə oxşamır. Bunun özünəməxsus xüsu-
siyyətləri  vardır.  Dilin  başlıca  səciyyəvi  əlaməti  ondan  ibarətdir 
ki, o bir neçə ilin, yaxud müəyyən bir dövrün məhsulu olmayıb, 
bir çox əsrlər boyu yaranır və inkişaf prosesi keçirərək get-gedə 
formalaşır, zənginləşir. Həmçinin, dil yarandığı zamandan etiba-
rən  xidmət  etdiyi  cəmiyyət  üzvləri  arasında  heç  bir  fərq  qoy-
madan  bütün  üzvlər  üçün  eyni  dərəcədə  ünsiyyət  vasitəsi  olur. 
Buna görə də dil ictimai xarakterə malikdir. 
Dil  xalqın  tarixi  ilə  üzvi  surətdə  əlaqədar  olub,  çünki  dil 
ancaq cəmiyyət daxilində təşəkkül tapır. Dili yaradan xalqdır. Elə 
buna görə də dilin taleyi onu yaradan xalqın taleyi ilə bağlı olur. 
Hər  bir  xalq  ünsiyyət  üçün  öz  dilini  yaratdıqdan  sonra  onu 
qoruyub  və  inkişaf  etdirir.  Azərbaycan  xalqı  da  hələ  uzaq  keç-
mişdə öz ana dilini yaratmışdır. Xalqımızın yaratdığı həmin dilə 
hal-hazırda Azərbaycan dili deyilir. 
 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin