12
―Bütün dünyada yaşayan 48 703 575 nəfər təşkil edir‖. Al-
maniyada yaşayan soydaşımız Əlixan İqbal ötən əsrin sonunda
böyük xərc çəkərək araşdırmalar aparmışdır. Onun əldə etdiyi
nəticələr ―Respublika qəzeti‖nin 4 oktyabr 1994-cü il tarixli
nömrəsində dərc edilmişdir. İndi bu rəqəm 6 milyona çatmışdır
.
Azərbaycan dili öz mahiyyətinə görə dünyanın ən zəngin
milli dillərindən biri sayılır. Bu dilin özünəməxsus gözəlliyi və
ahəngi vardır. Azərbaycan dili hər şeydən əvvəl, xoş avaz yara-
dan səslər sisteminə, zəngin və rəngarəng söz ehtiyatına, tam
sabitləşmiş qrammatik quruluşa malikdir.
Azərbaycan dilində ən dərin duyğuları, ən incə mənaları
istədiyin şəkildə çox müxtəlif bədii boyarlarla ifadə etmək olur.
Bu dil elmi, siyasi, fəlsəfi fikirləri çox aydın ifadə etməyə qadir
olduğu kimi, bədii təfəkkürün gözəl nümunələrini yaratmaq üçün
çox yararlıdır. Eyni zamanda dünya mədəniyyəti xəzinəsinə
qiymətli hədiyyə kimi daxil olan və onu zənginləşdirən M.Füzu-
linin məşhur ―Leyli və Məcnun‖ poeması, M.F.Axundovun
komediyaları və bir çox sənət əsərləri həmin dildə-Azərbaycan
dilində yaranmışdır.
Azərbaycan dilinin gözəlliyi, onun zənginliyi və digər xüsu-
siyyətləri tarixən bir sıra görkəmli şəxsiyyətlərin nəzər-diqqətini
özünə cəlb etmişdir. Böyük rus şairi M.Y.Lermontov Azərbaycan
dili haqqında demişdir:
"...mən bir çox dağlar aşdım, Şuşa, Quba
və Şamaxı şəhərlərində oldum... azərbaycanca öyrənməyə baş-
ladım; həmin dil burada və ümumiyyətlə Asiyada fransız dilinin
Avropada olduğu qədər zəruri bir dildir".
Məşhur şəxsiyyətlərdən Bestujev-Marlinski, L.Bualo və baş-
qaları da Azərbaycan dilinin əhəmiyyətindən bəhs etmişlər.
Görkəmli ictimai xadim olan Sultan Məcid Qənizadə Azərbaycan
dili haqqında yazmışdır:
"Həqiqətən bu dil (Azərbaycan dili –
Y.S.) öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi