Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


Müasir Azərbaycan ədəbi dilinin üslubları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə16/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   166
2015-332

                Müasir Azərbaycan ədəbi dilinin üslubları 
 
Ədəbi  dilin  xarakterik  cəhətlərindən  biri  də  onun  müxtəlif 
üslublara malik olmasıdir. 
Üslub nədir? Üslub sözü bir çox mənalarda işlənir. Məsələn: 
dilin  üslubu,  yazıçının  üslubu  və  s.  Dilin  üslubu  ilə  yazıçının 
üslubu  eyni  anlayış  deyildir.  Ona  görə  bu  anlayışlari  bir-biri  ilə 
qarışdırmaq olmaz. 
Dilin üslubu dedikdə ümumi üslublar nəzərdə tutulur. Lakin 
yazıçının  üslubu  onun  ümumxalq  dilindən,  dil  vasitələrindən  öz 
arzu və zövqünə, mövzu və məqsədinə görə necə seçib işlətməsi 
üsulları  ilə  bağlıdır.  Hər  bir  yazıçının  üslubu  onun  həyata  mü-
nasibəti,  elmi  və  siyasi  biliyi,  mədəniyyəti  və  bacarığı  əsasında 
yaranır.  Buna  görə  də  yazıçının  dünyagörüşü  ilə  ifadə  tərzinin 
vəhdəti  onun  üslubudur.  Lakin  yazıçının  üslubu  ümumdil  xari-
cində mövcud deyildir. Bu ümumidən asılı olaraq onun bir hissə-
sidir. Bədii yaradıcılıqda hər bir sənətkarın öz üslubunun olması 
əsas  şərtlərdəndir.  Çünki  fərdi  üslub  sənətkarın  yaradıcılıq 
orijinallıgını müəyyən edir və onu başqalarından fərqli bir sənət-


 
23 
kar  kimi  tanıdır.  Elə  buna  görədir  ki,  Səməd  Vurğun  demişdir: 
―öz üslubunu təyin etmək və ona daima sadiq yaşayıb yaratmaq 
şair  üçün  səadətdir!  Başqalarından  söz,  düşüncə  və  duyğu  pər-
dələri altında gizlənib qalmaq isə şair üçün fəlakətdir.‖ 
Dilin üslubları müxtəlif səbəblər nəticəsində əmələ gəlir. Bu 
hər şeydən əvvəl, insan fəaliyyətinin müxtəlif sahələri ilə əlaqə-
dar olaraq bu və ya başqa şəraitdə fikrin ifadə olunması üçün dil 
vasitələrindən istifadə edilərkən yaranır. Hər bir üslub dilin milli 
xüsusiyyətləri əsasında qurulur. Bunların yaranmasında həm ya-
zıçıların,  həm  də  alim-müəllim  və  digər  qrup  ziyalıların  böyük 
xidməti olur. 
Dildəki üslubların əmələ gəlməsi və digər cəhətlərindən bəhs 
edən xüsusi elm sahəsi vardır. Buna dilçilikdə üslubiyyat deyilir. 
Üslubiyyatda  dilin  ifadə  vasitələrinin  müxtəlif  üslublarda 
işlənilmə üsulları geniş şəkildə öyrənilir. 
Azərbaycan ədəbi dilində, qədim dövrlərdən başlayaraq, zən-
gin  üslubi  sistem  yaranmışdir.  Ədəbi  dilimizin  ayrı-ayrı  inkişaf 
mərhələlərində  müxtəlif  üslublar  olmuşdur.  Zaman  keçdikcə  bu 
üslublar daha da artmış, zənginləşmiş və təkmilləşmişdir. Hazır-
da Azərbaycan ədəbi dilinin aşağıdakı üslubları vardır. Bədii üs-
lub,  elmi  üslub, ictimai-publisistik  üslub,  rəsmi üslub. Bu üslub-
ların həm ümumi, həm də hər birinin özünəməxsus fərqli xarak-
terik cəhətləri vardır. 
1.Ədəbi  dilin  bədii  üslubu.  Fikrin  bədii  ifadə  və  təsvir 
vasitələri  ilə  ifadə  olunmasına  bədii  üslub  deyilir.  Bədii  üslub 
eyni zamanda bədii dil də adlanır. 
Azərbaycan  ədəbi  dilində  bədii  üslub  xüsusi  yer  tutur.  Bu 
üslub  tarixən  qədim,  mahiyyətinə  görə  isə  çox  kütləvidir.  Bədii 
üslub ədəbi dilimizin ilk formalaşdığı dövrdən onun əsasını təşkil 
etmişdir. 
Bədii üslubun iki forması vardır: nəzm üslubu və nəsr üslubu. 
Bədii  üslubun  bu  formaları  bir  sıra  cəhətlərinə  və  əlamət-


 
24 
lərinə görə bir-birindən fərqlənir. Məsələn, şeirlə yazılan əsərlər-
də müəyyən ölçü olur; belə ki, şeirdə hecalara fikir verilir, qafiyə 
nəzərə  alınır  və  s.  Lakin  nəsr  əsərlərində  isə  bu  ölçülər  hazırkı 
dövrdə  nəzərə  alınmır  (ədəbiyyatımızda  qafiyəli  nəsr  də  olmuş-
dur). 
Bədii  üslubun  hər  iki  formasında  janrlarla  əlaqədar  bir  sıra 
üslublar  da  olur;  məsələn,  qəzəl  üslubu;  qoşma  üslubu;  hekayə 
üslubu; dram üslubu; satira üslubu və s. 
Ədəbi  dilin  bədii  üslubunun  özünəməxsus  bir  sıra  xüsu-
siyyətləri vardır ki, bunlar onu başqalarından fərqləndirir. Həmin 
fərqlər, əsasən, aşağıdakı sahələrdə özünü göstərir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin