Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə15/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   166
2015-332

                Müasir Azərbaycan ədəbi dilinin formaları 
 
Ədəbi dilin iki forması vardır: 1) şifahi və 2) yazılı 
1. Şifahi ədəbi dil.Eşitmə vasitəsi ilə dərk olunan ədəbi dilə 
şifahi ədəbi dil deyilir. Ədəbi dilin bu forması həm dialoji, həm 
də monoloji olur. 
Sual-cavablar  dialoji,  mühazirələr,  məruzələr,  radio  və  tele-
vizorda müəyyən mətnin oxunması və s. isə monoloji şifahi ədəbi 
dilə misal ola bilər. 
Şifahi  ədəbi  dil  danışığın  mövzu  və  məzmunundan  asılı 
olaraq müxtəlif şəkildə olur. Buna görə də şifahi ədəbi dilin özü 
iki yerə bölünür: a) şifahi kitab dili; b) şifahi danışıq dili. 
Azərbaycan  şifahi  ədəbi  dilinin  tarixi  çox  qədimdir.  Şifahi 
ədəbi  dilimiz  təbii  olaraq  ilk  dövrlərdə  çox  inkişaf  etməmişdir. 
Bu  dil  sürətli  inkişaf  yoluna  son  dövrlərdə  qədəm  qoymuşdur. 
Hazırda  ədəbi  dilimizin  şifahi  forması,  əsasən,  radionun,  televi-
zorun, ali və orta məktəblərin vasitəsi ilə daha da inkişaf etdirilir. 
2.  Yazılı  ədəbi  dil.  Yazı  vasitəsilə  ifadə  olunan  ədəbi  dilə 
yazılı ədəbi dil deyilir. Ədəbi dilin yazılı forması monolojidir
Yazı  ədəbi  dilin  təşəkkülündə  və  inkişafında  yeganə  vasitə 
deyil, başlıca vasitələrdəndir. İlk dəfə şifahi yolla formalaşmağa 
başlayan ədəbi dilin inkişafında yazı xüsusi rol oynayır. Yazı dil 
üzərində  çox  işləmək  tələb  edir.  Buna  əsasən  də  yazı  vasitəsilə 


 
21 
ədəbi dil daha da səlisləşir, cilalanır və təkmilləşir. 
Azərbaycan  yazılı  ədəbi  dilinin  tarixi,  təxminən  XIII  əsrdən 
başlayır. Həmin dövrdən Azərbaycan ədəbi dilində müxtəlif forma-
larda  abidələr,  tarixi  sənədlər,  bədii  dil  nümunələri  meydana 
çıxmışdır. Bu dilzaman keçdikcə daha da inkişaf etmiş və təkmil-
ləşmişdir.  Hazırda  yazılı  ədəbi  dilimizin  inkişaf  etdirilməsində 
mətbuatın  böyük  rolu  vardır.  Ədəbi  dilin  şifahi  və  yazılı  forma-
larından hər birinin özünəməxsus xarakterik xüsusiyyətləri və fərqli 
cəhətləri mövcuddur. Həmin fərqlər aşağıdakılardan ibarətdir: 
1)  şifahi  ədəbi  dil  danışılır  və  eşidilir,  lakin  yazılı  ədəbi  dil 
isə yazılır və oxunur. 
2)  şifahi  ədəbi  dilin  leksikasında  hamıya  aydın,  ümumişlək 
sözlərə daha çox yer verilir. Lakin yazılı ədəbi dildə elmi, texniki, 
siyasi və digər terminlər çox olur. 
3) şifahi ədəbi dildə cümlələr əsasən qısa və quruluşca sadə 
olur, lakin yazılı dildə isə əksinə, uzun və mürəkkəb cümlələrdən 
daha çox istifadə olunur. 
4)  şifahi  ədəbi  dildə  danışıq  dilinin  xüsusiyyətləri  mühafizə 
olunaraq  yarımçıq  cümlələrdən,  qısa  replikalardan  çox  istifadə 
edilir. Lakin yazılı ədəbi dildə bağlayıcılara və silsiləli mürəkkəb 
cümlələrə  daha  çox  yer  verilir.  Buna  görə  də  yazılı  dildə 
sintaksis mürəkkəb olur. 
5)  şifahi  ədəbi  dildə intonasiya,  pauza,  vurğu  və  s.  kimi  va-
sitələrdən  istifadə  olunur.  Yazılı  ədəbi  dildə  isə  bunların  əvə-
zində, imkan daxilində, işarələr işlədilir. 
6) şifahi ədəbi dildə fikrin ifadəsi üçün əlavə olaraq mimika, 
jestlər  və  hərəkətlərdən  də  istifadə  olunur.  Aydın  məsələdir  ki, 
yazı  bu  əlavə  vasitələrdən  məhrumdur.  Ona  görə  yazılı  ədəbi 
dildə fikrin bütün incəliklərini mütləq əks etdirmək lazım gəlir. 
7)  şifahi  ədəbi  dil  müəyyən  vasitə  olmadan  bu  və  ya  digər 
fikri gələcək nəslə olduğu kimi çatdıra bilmir. Lakin yazılı ədəbi 
dil  hər  hansı  bir  məlumatın  nəsildən-nəslə  keçməsində  əsas  rol 


 
22 
oynayır.  Məsələn,  XVI  əsrin  böyük  şairi  Füzulinin  məşhur əsər-
ləri bizə ancaq yazının köməyi ilə gəlib çatmışdır. 
8)  şifahi  ədəbi  dilin  tempi  çox  sürətlidir.  Lakin  yazılı  dilin 
sürəti xeyli zəif olur. Obrazlı demiş olsaq ―şifahi dillə yazılı dil 
arasındakı fərq qaçmaqla yeriməyi xatırladır‖. 
Müasir Azərbaycan ədəbi dilinin şifahi və yazılı formaları ara-
sında  möhkəm  əlaqə  vardır.  Bunlar  bir-biri  ilə  qarşılıqlı  şəkildə 
inkişafdadır. Adətən, bəzən ədəbi dilin formalarından biri çox, di-
gəri isə az inkişaf edə bilir. Lakin müasir Azərbaycan ədəbi dilində 
bunların hər ikisi, demək olar ki, eyni səviyyədə inkişaf edir. 
Azərbaycan ədəbi dilinin formaları ilə yanaşı, onun üslubları 
da əmələ gəlmiş və müəyyən inkişaf yolu keçirmişdir. 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin