26
ləşmə və inkişaf yolu keçirmişdir. Hazırda elmin bütün sahə-
lərinə dair bu üslubda mükəmməl elmi əsərlər yaradılır. Elmi
üslubu digər üslublardan fərqləndirən bir sıra xüsusiyyətlər
vardır.
Həmin xüsusiyyətlər, əsasən, aşağıdakılarla müəyyənləşir.
Fikrin elmi izahı. Elm – təbiət və cəmiyyət qanunlarını aydın-
laşdırır. Buna görə də elm mövcud anlayışlara dair dəqiq izahat
tələb edir; müəyyən məsələ şərh olunarkən elmi təfəkkür əsas
götürülür. Bu xüsusiyyət elmi üslubu digər üslublardan fərqləndirir.
Terminlərin çox işlənməsi. Məlum olduğu kimi termin elmin
əlifbasıdır. Elə buna görə də elmi üslubda elmin müxtəlif sahə-
lərinə dair aparılan tədqiqatla əlaqədar terminlərdən geniş istifadə
olunur.
Sözün həqiqi mənada işlənməsi. Elmi üslub üçün əsas əla-
mətlərdən biri sözü ilk mənasında işlətməkdir. Bu üslubda söz-
lərin məcazi, yaxud bir neçə mənada işlədilməsinə əsasən yol
verilmir. Çünki elmi üslubda sözlərin çoxmənalılığı bəzən do-
laşıqlığa, anlaşılmazlığa səbəb ola bilir.
Xüsusi ifadələrin işlənilməsi. Elmi üslubda bu və ya digər
məsələ şərh olunarkən
―tədqiqat göstərir ki, ‖ ―belə nəticəyə gəl-
mək olur ki‖, ―bu nöqteyi – nəzərdən‖ və s. kimi xüsusi ifadə-
lərdən tez-tez istifadə olunur. Bunlar elmi üslubun xüsusiyyətləri
ilə bağlı ifadələrdir.
Mürəkkəb sintaktik konstruksiyaların tələb olunması. Elmi
üslubda bu və ya digər anlayışı dəqiq və düzgün ifadə etmək
üçün dilin bütün qrammatik vasitələrindən, o cümlədən mürək-
kəb sintaktik quruluşlu cümlələrdən istifadə edilir.
Müxtəlif işarələrin işlədilməsi. Ayrı-ayrı elm sahələri ilə
əlaqədar olaraq elmi üslubda yazılan əsərlərdə müxtəlif işarələr
sistemindən istifadə edilir. Dialektlərə aid yazılmış əsərlərdə
transkripsiya ilə əlaqədar işarələr buna misal ola bilər.
Qədim yunan və latın əlifbalarından istifadə olunması. Bəzi
elm sahələrində yunan və latın hərflərinə müraciət
27
olunur.Məsələn, iks (x), iqrik (y) və s.
Bu və ya digər tədqiqat işi elmi üslubda şərh olunarkən hər
bir müəllifin fərdi üslubu yaranır. Lakin bu fərdi üslub bədii
üslubda yaranan fərdi üslub kimi xüsusi mahiyyətə malik olmur.
Elmi üslub bədii üslub qədər kütləvi xarakter daşımır. Belə
ki, bədii üslubda yazılan hər bir parçanı hamı oxuyanda və ya
eşidəndə başa düşür, lakin elmi üslubda müxtəlif sahələrə aid ya-
zılan əsərləri hamı dərk edə bilmir.
Qeyd etmək lazımdır ki, ədəbi-tənqidi əsərlər də eyni üs-
lubda yazılır. Bu növ əsərlər elmi üslubu ictimai-publisistik üs-
luba yaxınlaşdırır.
Dostları ilə paylaş: