Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə10/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   166
2015-332

                            Azərbaycan dilinin tarixinə dair 
 
 
Hər bir dilin tarixi həmin dildə danışan xalqın tarixi ilə bağlı 
olur. Azərbaycan dilinin tarixi xalqımızın tarixi ilə əlaqədar ola-
raq onun kimi çox qədimdir. 


 
14 
Azərbaycan  dili  hazırkı  inkişaf  səviyyəsinə  birdən-birə  çat-
mamışdır.  Bu  bir  sıra  əsrlərin  məhsuludur.  İlk  dövrlərdə,  başqa 
dillər kimi, Azərbaycan dilinin də lüğət tərkibi kasıb, qrammatik 
quruluşu  isə  bəsit  olmuşdur.  Lakin  xalqımız  tarixən  inkişaf 
etdikcə  dilimizin  səs  sistemi  tədricən  səlisləşmiş,  lüğət  tərkibi 
zənginləşmiş və qrammatik quruluşu təkmilləşmişdir. 
Tarixdə humanist, sülhsevər, mehriban və xeyirxah xalq ki-
mi məşhur olan, uzun əsrlər boyu həm onu əhatə edən qonşularla, 
həm  də  bütün  digər  xalqlarla  dostluq,  qardaşlıq  münasibətində 
yaşayan  Azərbaycan  xalqı  tarixin  müxtəlif  dövrlərində  bir  sıra 
işğallarla  üz-üzə  gəlmişdir.  VII  əsrdən  başlayaraq  Azərbaycana 
ərəb işğalçıları, sonralar isə fars, monqol, türk qəsbkarları basqın 
etmişlər.  Bu  yadellilərin  məqsədi  xalqımızı  və  eləcə  də  onun 
dilini tarix meydanından çıxarmaq idi. 
Lakin  Azərbaycan  xalqı  tarix  boyu  bu  mənfur  işğalçılarla 
amansız mübarizə apararaq öz varlığını qoruduğu kimi, öz dilini 
də mühafizə edib saxlamışdır. 
İşğalçıların  arzu  və  əməllərinin  əksinə  olaraq,  Azərbaycan 
dilində  sənət  əsərləri  yaradılır  və  dilimiz  yavaş-yavaş  ədəbi  zə-
min əsasında formalaşıb inkişaf edirdi. Yadellilərin təqibinə bax-
mayaraq, XIII əsrdə Həsənoğlu, XIV əsrdə Nəsimi və başqa sə-
nətkarlarımız Azərbaycan dilində gözəl əsərlər yazıb yaratmışlar. 
Həmin  dövrlərdə  (assimilyasiya  dövründə)  Azərbaycan  dili 
nəinki  öz  müstəqilliyini  qoruyub  saxlamış,  eyni  zamanda  "...öz 
həyatilik və sabitliyini sübut etmiş, hətta öz növbəsində ərəb və 
xüsusilə  də  fars  dilinə  də  təsir  göstərmişdir".  Bu  təsir  sonralar 
təkcə həmin dillərə deyil, başqa bir sıra dillərə də olmuşdur. 
Bütün  tarix  boyu  öz  orijinallığını  mühafizə  edib  saxlayan 
Azərbaycan  dili  get-gedə  inkişaf  edərək  XIX  əsrdə  milli  dilə 
çevrilmişdir.  Bu  dövrdə  Azərbaycan  dilinin  müstəqilliyinə  qarşı 
olan  mübarizə  daha  da  kəskinləşmişdir.  Lakin  dövrün  qabaqcıl 
adamları və bütün xalq dilin milli varlığını qorumağa başlamışlar. 


 
15 
Həmin  dövrdə  böyük  mütəfəkkir  M.F.Axundov  dilimizin  çox 
nadir və poetik vüsətə malik bir dil olduğunu həm nəzəri, həm də 
əməli olaraq sübut etməyə çalışmışdır. 
XIX əsrin sonu XX əsrin əvvələrində Azərbaycanın görkəm-
li  maarifpərvərləri  M.Ə.Sabir,  C.Məmmədquluzadə,  Ə.Haqver-
diyev  və  başqaları  dilimizin  milli  orijinallığı  uğrunda  ciddi  mü-
barizə aparmış və bu məsələdə xalqa düzgün istiqamət vermişlər. 
Bütün  sahələrdə  olduğu  kimi  dil  sahəsində  də  inkişaf  üçün 
geniş imkanlar yarandı. Sovet dövründə Azərbaycan dilinin lüğət 
tərkibi,  qrammatik  quruluşu,  üslubları  bəlkə  də  min  ilə  bərabər 
bir inkişaf yolu keçdi. Hazırda dilimiz öz inkişafını davam etdirir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin