“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun
potensialının artırılması imkanları və mövcud problemlər
Demokratik Təşəbbüslər İnstitutu (IDI)
5
Şərq-Qərb dəhlizi üzərində yerləşən Qazaxstan, Gürcütsan və Türkiyənin Avropa Birliyi və Çin
ilə ticarət və gömrük müqavilələrinin olmasına baxmayaraq Azərbaycanın qeyd edilən qurum və
ölkələrlə hazırda qüvvədə olan müqavilələri mövcud deyildir.
Yeni dəniz limanının imkanlarından hələlik tam istifadə mümkün olmayıb.
Dünya Bankının Doing Business hesabatında xarici ticarət indikatoru üzrə Azərbaycanın
mövqeyi son illər xeyli yaxışlaşsa da, hələ inkişaf etmiş ölkələrin müvafiq göstəricilərindən çox
geridir.
“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun
potensialının artırılması imkanları və mövcud problemlər
Demokratik Təşəbbüslər İnstitutu (IDI)
6
Giriş
İstənilən ölkənin iqtisadi inkişafında logistika infrastrukturunun keyfiyyəti mühüm rol oynayır. Lakin
əgər ixtiyari bir ölkə mənsub olduğu region ölkələri, yaxud qlobal ticarət təmin edilməsində fərqli
regionlara məxsus müxtəlif dövlətlər və ya bölgələr arasında tranzit ölkə, nəqliyyat qovşağı olmağa
iddialıdırsa, logistik infrasturukturun önəmi daha da artır.
Logistika ölkələrarası və ölkədaxili ticarətdə məhsulların istehsalçıdan son istehlakçıya qədər fasiləsiz
fiziki axınını təmin edən xidmətlər şəbəkəsidir. Bura daşıma (nəql), anbar, saxlama, terminal xidmətləri
(əsasən hava və dəniz limanlarında olan fəaliyyətlər), sürətli çatdırılma, gömrük broker xidməti, bir neçə
daşıma növünün kombinasiyasından istifadə (məs dəniz -hava, dəniz-dəmir yolu), informasiyaların idarə
edilməsi və s. daxildir.
Qeyd edilənləri nəzərə aldıqda, ölkənin logistika perfomansı onun məhsuldarlığının açarıdır və xarici
investisiyalar cəlb etmək üçün çox önəmli faktordur. Keyfiyyətsiz logistika xidmətləri xüsusən inkişaf
etməkdə olan ölkələrin ticarət xərclərini artırır, beynəlxalq və daxili bazarın inteqrasiyası potensialını
aşağı salır. Aşağı gəlirli ölkənin öz logistik performansını orta gəlirli ölkənin göstəricilərinə çatdırması
onun ticarət dövriyyəsini 15% və daha artıq artırmağa imkan verir
1
. Eyni zamanda, daha yaxşı logistika
xidmətləri daha çox bazarlara çıxış və ticarətin inkişafı deməkdir .
Sərhəd- keçid məntəqələrində bir gün gecikmə ticarətin 1% azalması deməkdir
2
. Bir çox ölkələrdə
tariflər və gömrük yığımlarından daha çox logistika xidmət xərcləri ticarət xərclərinə təsir edir.
Logistika xərclərinin 10% azalması ticarətin 25% artması deməkdir
3
. Dənizə çıxışı olmayan ölkələrin
nəqliyyat xərcləri dənizə çıxışı olan ölkələrlə nisbətdə 50% daha artıq olur. Birləşmiş Millətlər
Təşkilatının Ticarət və İnkişaf Konfransında ( UNCTAD , 2010 ) olan araşdırmaya görə dənizə çıxışı
olmayan inkişaf etməkdə olan ölkələr eyni gəlir səviyyəsi üzrə qrupdan olan dənizə çıxışı olan ölkələrə
nisbətdə xarici ticarətdən zamanı iki dəfə daha artıq, inkişaf etmiş ölkələrə nisbətdə isə üç dəfə daha
artıq nəqliyyat xərcləri yaranır.
Son 15 ildə Avropa ilə Asiyanı birləşdirən qədim ticarət yolunun - İpək Yolunun bərpası ilə bağlı qlobal
təşəbbüslərin artması Azərbaycana da tranzit ölkə kimi beynəlxalq marağı xeyli artırıb. Azərbaycan da
bu marağı nəzərə alaraq ötən dövr ərzində özünün logistik imkanlarını, bu sahədə zəruri infrastrukturun
formalaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçrilməyə başlayıb. Xəzər dənizi ətrafında
1
Qureshi , Zia 2011 :”The The G-2 and Global Development” In World Bank (2011): Postcrises growth and development .
Postcrisis
Growth and Development : A Development Agenda for the G-20 (worldbank.org)
2
(Djankov,S.Freund C.,Pham C (2006) Trading on Time” World Bank Policy Research Working Paper,3909 .
World Bank Document
3
(Limão and Venables (2001)
Limao and Venables 2000 study examined the cost of transporting a 40 foot | Course Hero
|