“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun potensialının artırılması imkanları və mövcud problemlər Demokratik Təşəbbüslər İnstitutu (IDI) 13
Amma şübhəsiz ki, Azərbaycan hökumətinin tranzit ölkə kimi logistik potensialın gücləndirilməsi
istiqamətində real praktik fəaliyyəti adıçəkilən sənədlərin qəbulundan və ya qeyd olunan Şuranın
yaradılmasından daha əvvəlki illərə gedib çıxır. Bu baxımdan ən azından son 20 ilə yaxın dövr ərzində
“İpək Yolu” layihəsində aktiv rol almaq, eyni zamanda da regional tranzit mərkəzə çevrilmək üçün
insfrastruktur, gömrük və sərhəd keçid məntəqələri və digər dövlətlərlə əməkdaşlıq ilə bağlı atdığı
addımları nəzərdən keçirmək vacibdir.
Çinin təklif etdiyi Bir Yol Bir Kəmər layihəsi ilə yanaşı Avrasiyanın istehsal, ticarət və nəqliyyat
şəbəkələrini özündə birləşdirən Avropa Birliyinin irəli sürdüyü TRASEKA , Asiya İnkişaf Bankının
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC), Rusiyanın Avrasiya İqtisadi Birliyi
(EAEU ), ABŞ -ın Yeni İpək yolu, Türkiyənin Orta Dəhliz layihələrinin hər biri ölkələr və regionlar
üzrə müxtəlif proqramlar təqdim edir.
Azərbaycan 1993-cü ildə Avropa İttifaqının təşəbbüsü ilə “Avropa-Qafqaz-Asiya-Transqafqaz”
Nəqliyyat dəhlizinə (TRASEKA ) üzv olmuşdur. İmzalanmış sənədə əsasən qədim Şərq-Qərb İpək
Yolunun bərpası, nəqliyyat kommunikasiya infrastruktrunun yenidən qurulması və inkişaf etdirilməsinə
qərar verilmişdir. Azərbaycanla birgə Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızstan, Tacikistan,
Türkmənistan, Özbəkistan, Ukraniya, Moldova, Monqolustan, Bolqarıstan, Ruminiya və Türkiyə də bu
təşəbbüsə qoşulmuşdur. Yəni Çinin 2013-cü ildə təklif etdiyi layihədən daha öncə qədim İpək Yolunun
yenidən canlandırılması üçün adıçəkilən dəhlizi üzərində yerləşən ölkələr arasında artıq anlaşma
imzalanmış və qurum yaradılmışdır
.
2001-ci ildə əsası qoyulmuş CAREC proqramı Azərbaycan, Əfqanıstan, Çin, Qazaxtan, Qırğızıstan,
Monqolustan, Tacikistan və Özbəkistan, Pakistan və Türkmənistan və Gürcüstandan ibarət 11 ölkəni
əhatə edir. Bu proqramı 6 çoxtərəfli maliyyə institutu (Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və
İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, Birləşmiş Millətlət İnkişaf Proqramı və
Dünya Bankı) dəstəkləyir. CAREC proqramı nəqliyyat, ticarət əlaqələrinin asanlaşdırılması, xarici
ticarət və enerji sektorlarında əməkdaşlığın inkişaf etdirilməsini hədəfləyir.
Türkiyənin irəli sürdüyü Orta Dəhliz layihəsi isə Avropa Birliyinin təşəbbüsü olan TRASEKA-nın
bənzəri olub Türkiyəni Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya vasitəsi ilə Çinlə birləşdirir. Bu
layihənin əsasında 2008-ci ildə Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxstan və Qırğızıstan gömrük
orqanları arasında sərhəd-keçid məntəqələrində sərf olunan vaxtın azaldılması, gömrük prosedurlarının
azaldılması və vahid prosedurlara uyğunlaşdırılması üçün üçün Karvansaray Layihəsini imzalamışdılar.