“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun
potensialının artırılması imkanları və mövcud problemlər
Demokratik Təşəbbüslər İnstitutu (IDI)
9
artım olacaq, habelə aşağı gəlirli ölkələr üçün birbaşa xarici investisiyaların həcmi 7.6 faiz artacaq.
Qiymətləndirmələrə görə, insfrastrukturun keyfiyyətinin aşağı olması, dövlətlərarası gömrük və ticarət
anlaşmaların yoxluğu və ya effektiv işləməməsi, sərhəd keçid məntəqələrində sərf olunan zamanın çox
olması səbəbindən həmin ölkələr potensial ticarət həcminin 30%-ni, xarici birbaşa investisiya cəlbinin
70%-ni itirirlər
4
.
Azərbaycan bu layihədə Çin-Mərkəzi Asiya-Qərbi Asiya (bundan sonra Şərq-Qərb ) dəhlizi üzərində
yerləşir. Son bir neçə ildə layihənin aktiv iştirakçısı olmaq üçün bir sıra investisiya layihələri,
dövlətlərarası anlaşmalar və birliklərdə iştirak etməyə başlamışdır. Dünya Bankının məlumatına əsasən
2019-cu il üçün Azərbaycana olan birbaşa xarici investisiyanın həcmi 1,5 milyard ABŞ dolları
dəyərində olmuşdur
5
. Bankın araşdırmasına əsasən, Azərbaycanın yerləşdiyi Şərb-Qərb dəhlizi
layihədə aktiv şəkildə istifadə edilərsə, bu zaman ölkəyə cəlb olan xarici investisiyanın həcminin
artması, dəhliz boyunca yerləşən ölkələrlə ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, logistika
infrastrukturun keyfiyyətinin yüksəldilməsi, iqtisadiyyatın digər sahələrinin də birbaşa və dolayı yolla
inkişaf etdirilməsi imkanlarına malik ola bilər. Lakin bunun üçün ölkə yüksək keyfiyyətli logistika
infrastrukturuna malik olmalıdır.
Dünya Bankının araşdırmalarına görə, İpək Yolu dəhlizində yerləşən ölkələr arasında ticarət zamanı 1
günə qənaət edilməsi ortalama ixracın 5.2 faiz artması deməkdir
6
. Həmçinin ticarət zamanı yüklərin
qısa zamanda çatdırılma tez xarab olan məhsullar üçün xüsusi ilə önəmlidir. Ölkələrarası ticarət
anlaşmalarının olması, sərhəd keçid məntəqələrinin sərf olunan vaxtın azaldılması və ölkənin
təkmilləşdirilmiş nəqliyyat infrastrukturunun olması nəticəsində ticarət zamanı sərf olunan vaxtın daha
da azalması və yeni bazarlara çıxış imkanlarının artması deməkdir. Ümumilikdə isə bu dəhliz boyunca
ölkələrin infrastrukturunda təkmilləşdirilmə, yenidənqurma, dövlətlərarası ticarət müqavilələrin
imzalanması, sərhəd keçid məntəqələrində sərf olunan zamanın və tariflərin azaldılması üzrə qanunların
olması nəticəsində ticarətin inkişafı ən çox Mərkəzi və Qərbi Asiya ölkələrində özünü biruzə verəcəkdir.
İnfrastrukturun səviyyəsinin yaxşılaşmasına görə ticarətdə 7.3% artım, sərhəd keçid məntəqələrində sərf
edilən vaxtda 16.6 % azalma olacağı təxmin edilir. Hesablamalara görə Azərbaycan üzrə isə sadəcə
infrastrukturun inkişafı nəticəsində ticarətin 6-8% artacağı, sərhəd keçid məntəqələrində sərf olunan
4
Belt and road economics Opportunities and Risks of Transport Corridors, World Bank Group, 2019 ,
https://openknowledge.worldbank.org/handle/10986/31878
5
https://data.worldbank.org/indicator/BX.KLT.DINV.CD.WD?locations=AZ
6
Suprabha Baniya,Nadia Rocha , Michele Ruta : “Trade Effects of the New Silk Road :A Gravity Analysis|” Policy Research Working
Paper 8694, World Bank Group, January 2019 ,
https://openknowledge.worldbank.org/bitstream/handle/10986/31138/WPS8694.pdf?sequence=5&isAllowed=y