“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun potensialının artırılması imkanları və mövcud problemlər


“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix19.05.2022
ölçüsü1,4 Mb.
#58619
1   ...   4   5   6   7   8   9   10   11   ...   33
zP9vAQB2t8KKnnKAyzpa0Q6ezKJfb7mKJgLApK2o

“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun
potensialının artırılması imkanları və mövcud problemlər
 
 
Demokratik Təşəbbüslər İnstitutu (IDI)
12 
2. Azərbaycanın “İpək Yolu” nəqliyyat dəhlizi üzrə logistik 
potensialının gücləndirilməsi sahəsində həyata keçirdiyi təşəbbüs və 
layihələr 
Azərbaycan yeni “İpək Yolu” layihəsi çərçivəsində logistik imkanlarının artırılması istiqamətində 
fəaliyyətlərinin daha sistemli və kompleks xarakter alması üçün 2012-ci ildə “Gələcəyə baxış: 2020 
Konsepsiyası”nı, 2016-cı ildə isə “Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ni 
təsdiqləmişdir. Həmin sənədlərdə logistika infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra 
tədbir və planların həyata keçirilməsi nəzərdə tutulur. Ölkənin qeyri-neft sektorunu inkişafı, 2025-ci 
illərə qədər və sonrakı dövrləri əhatə edən logistika, nəqliyyat və ticarət sahəsində infrastrukturun 
təkmilləşdirilməsi, Azərbaycanın regional tranzit mərkəz olması, Ələt limanını fəaliyyətə başlaması, 
xüsusi iqtisadi zonanın yaradılması, Bakı-Tbilisi -Qars və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə dəmir 
yolu layihələrinin tamamlanması, logistika xidmətlərinin təkmilləşdirilməsi, logistik mərkəzlərin Bakı 
və regionlarda yaradılması Strateji Yol Xəritəsinin əsas prioritetləri kimi müəyyən edilmişdi. Çünki 
hökumət üçün aydındır ki, istehsal olunmuş məhsulların yeni bazarlara daha tez və ucuz yollarla 
çatdırılması bir sıra addımlar atılmadan mümkün deyil. Bura nəqliyyat infrastrukturunun 
təkmilləşdirilməsi, qanunvericilikdə (vergi, gömrük) təşviq mexanimlərinin nəzərdə tutulması, sərhəd-
keçid məntəqələrində proseslərin elektronlaşdırılması, digər ölkə və qurumlarla azad ticarət 
müqavilələrinin imzalanması, xüsusi iqtisadi zonaların yaradılması, logistika sektorunda fəaliyyət 
göstərən dövlət şirkətlərinin fəaliyyətinin məhsuldarlığının artırılması və ya bir çox xidmətlərin özəl 
şirkətlərə həvalə edilməsi kimi geniş istiqamətlər daxildir.
Ölkənin tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədi ilə 
isə Azərbaycan Respublikasının Prezidentinin 25 oktyabr 2015-ci il tarixli 655 saylı fərmanı ilə Tranzit 
Yüklərin Koordinasiyası Şurası yaradılmışdır . Şuranın əsas vəzifəsi daşımaların vahid prinsip və 
şərtlərinin müəyyən olunması, tariflərin optimallaşdırılması, daşıyıcılar ilə dövlət orqanlarının 
fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin olunması, tranzit prosedurlarının asanlaşdırılması və 
təkmilləşdirilməsi, onların sayının və müddətinin azaldılması, tranzit yükdaşımalar sahəsində tam 
əlverişli sistemin tətbiqi, yüklərin daşındığı ölkələr və aidiyyəti qurumlar arasında əməkdaşlığın
genişləndirilməsi, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin tətbiqindən ibarətdir.



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin