1. İqtisadiyyatda keynsçilik adlanan bu yol ingilis iqtisadçısı Con Meynar
Keyns (ing. John Maynard Keynes 1883-1946) tərəfindən irəli sürülmüşdür.
Keynsçilik böhrandan çıxış yolu kimi ortaya çıxsa da, əslində daha ciddi bir
problemə – konsyumerizmə sürüklədi.
2. Jan Bodriyar (fr. Jean Baudrillard 1929-2007) – fransız sosioloq, kulturoloq
və filosofu
İstifadə olunan mənbələr:
1. Karl Marks. Kapital I cild
2. Erix Fromm. Marksın İnsan Konsepsiyası
3. Erich Fromm. The Sane Society (1955)
4. Erich Fromm. To Have or to Be (1976)
5. Jean Baudrillard. The Consumer Society: Myths and Structures (1970)
6. Егоров А. Ю. Нехимические зависимости. – СПб., 2007
35
Ziya Bayramov
Marksda “Yadlaşma” məfhumu
Yadlaşma
məfhumu,
fəlsəfədəki
alman
intibahından sonra, sosiologiya, tarix, teologiya,
ədəbiyyat, eləcə də fəlsəfədə, insan varlığının tarix
oxu üzərindəki durumunun təsvirinin ayrılmaz
hissəsinə çevrilib. Antik yunan və yaxın paraleldəki
sivilizasiyaların çoxunda daha çox insanın dünyadan,
dünyəvilikdən qopması, “Loqos”a, tanrılara, təbiətə qovuşması mənasında işlənən və
normativ kimi təbliğ olunan bu məfhum, Hegel və davamçıları ilə birlikdə başqa kontekstə
keçirilmiş və birinci mənasına bütünlüklə qarşı qoyulmuşdur. Bu yazıda, əsasən Hegel
və Marksın yadlaşma haqdakı fikirlərinin xülasəsini verməyə çalışacağıq.
***
Hegel, nəzərdə tutduğumuz anlamda, yadlaşmaya ilkin olaraq “Fenomenologi-
ya”da
1
(“Ruhun Fenomenologiyası”) toxunur. Orada yadlaşma Ruhun (Geist) özünü-
açma prossesində məruz qaldığı bir dəyişiklik və bir parçalanmadır. Ruh ictimai şüurun
və fəaliyyətin bütünüdür və tarixi hərəkətin mərkəzindəki fiqurdur. Ruhun özünü-
açması da, birbaşa, ictimai şüur və fəaliyyətdə və həmin fəaliyyət nəticəsində ortaya
çıxan məhsullarda özünü əks elətdirir. Yadlaşma, yəni Ruhun parçalanması əslində
ayrılmaz bütün olan şüurun və fəaliyyətin, yəni mənəvi və maddi olanın bir-birindən
ayrılması və bir-birlərinə qarşı durmaları formasında olur
2
.
Bunun bədii təsvirini Hegel elə orada, “Fenomenologiya”da verir. Hegelin hissi
yəqinliklə başladığı tarixdə, subyektlər əvvəlcə təbiətlə müəyyən bir münasibətə girir
və təbiəti öz düşüncələrinin obyekti halına gətirərək onda müəyyən dəyişikliklər aparır
FƏLSƏFƏ
36
№1 Fevral 2014
və özlərini həmin fəaliyyətin nəticəsində tanıya bilirlər. Bu dəyişiklik, subyektin özünü
obyektdə tanıma cəhdidir və dolaylı tanınmadır. Çünki subyekt özünü, necəliyini
birbaşa yox hansısa xarici varlıq – obyekt vasitəsilə dərk edir. Bu, ümumi dərk
prossesində birinci tarixi aktdır. Bu fəaliyyətdə maksimuma çatan subyekt daha sonra
özü kimi olan başqa bir subyektdə tanınmağa, onun tərəfindən tanınmağa cəhd edir.
Özü-kimi-olan subyekt tərəfindən tanınmaq istəyən iki subyektin qarşılaşması isə
tanınmaq mübarizəsini və bu da nəticə olaraq bunlardan birinin o birini təhəkkümü
altına almağı ilə sonlanır. Məşhur ağa-kölə dialektikası burdan başlayır. Öz bioloji-
heyvani instinktlərindən fədakarlıqda bulunan və mübarizədən qaçmayan ağa, heyvani
instinktlərlə öz bioloji varlığını qorumağa çalışan isə kölə olur. Ağa mübarizədəki
mövqeyi ilə heyvandan fərqləndiyini, insan olduğunu dərk edir. Kölə isə ağanın onun
üzərindəki iradəsini qəbul edir. Mübarizədən üstün çıxan ağanın tragediyası oradadır
ki, o özü-kimi-olan tərəfindən tanınmaq cəhdini, özünə uduzan kölədə tapır, lakin kölə
ekzistensial forma etibarilə artıq onun kimi deyil. Ağanın ağalığı kölənin onu ağa kimi
qəbul etməsindədir. Lakin bu həm də o deməkdir ki, ağa mübarizədə qalib çıxsa da,
onu dəyişdirsə də, köləni dəyişdirdiyi-obyekt kimi görmür, ona şüur kimi yanaşır;
yəni kölə də ağa tərəfindən tanınır. Bu, ikinci tarixi aktdır. Ağa daha sonra təbiətlə
birbaşa yox, təhəkkümü altına aldığı kölə vasitəsilə münasibət qurur. Burda kölə, daha
dəqiq ifadə etsək, kölə əməyi ağanın şüurunun təbiətlə qurmaq istədiyi münasibətlə
müəyyən olunur. Bələliklə kölə öz əməyi üzərindəki sərəncamını itirir və ağanın
şüurunun eksteriorizasiyası (xariciləşdirilməsi, dışsallaşdırması) olmaq etibarilə öz
əməyinə yadlaşır. Əməyinin onun varlığının özünü-açma forması olduğuna görə
dolayı yolla öz varlığına da yadlaşır. Ağa isə maddi fəaliyyətdən imtina edərək, öz
şüurunu başqasının (kölənin, yadın, özgənin) əməyində reallaşdırmaqla öz əməyinə
və yenə o da dolayı yolla öz varlığına yadlaşır. Bütünlükdə Ruhu formalaşdıran bu
parçalanma həm də Ruhun özünə yadlaşmasıdır. Bu parçalanmanın aradan qaldırılması,
yadlaşmanın aşılması isə ancaq maddi və mənəvi bölünmənin ləğvi ilə yəni ağa-kölə
münasibətlərinin, subyektin bir başqa subyektdə özünü tanımaq cəhdindən əl çəkməsi
ilə, özünü özündə tanımağa çalışması ilə mümkündür. Bu, şüurun və şüurun dərkinin
xarici olan təsirlərdən arınması mütləq özünüdərkə, tam azadlığa gətirib çıxaracaq.
37
Hegel fəlsəfəsində azadlıq yadlaşma ilə dialektik ziddiyət təşkil edir və azadlıq tarixin
məqsədidir
3
.
***
Hegeldən sonra, Marksa qədərki fəlsəfədə əsas xətt isə din (xristianlığın)
təftişçiliyidir. Fəlsəfənin çıxış nöqtəsi kimi (məs: Hegeldə bu saf şüur aktı – hissi
yəqinlikdir) ilahiyyat əsas rol oynayırdı. Bütün metafizik, siyasi, hüquqi, əxlaqi
təsəvvürlər dini təsəvvürlər formasına gətirilib çıxarılır, bu institutların şüuru dini
şüur elan olunur, müəyyən siyasi, hüquqi, əxlaqi keyfiyyətlərə malik insan – nəticə
etibarı ilə “ümumiyyətlə” insan – dindar insan kimi qələmə verilirdi. Bütün bu
(yadlaşdırıcı) institutların diniliyə müncər olunması, sözsüz ki, yadlaşmanı da dini
zəmində yadlaşmaya müncər edirdi. Buna görə də, yadlaşmanın aşılması dinin, dini
38
№1 Fevral 2014
təsəvvürlərin və ümumilikdə ilahiyyatçı dünyagörüşlərinin aşılması ilə eyniləşdirilirdi.
Din, ümumilikdə bütün dini (mifolojik) təsəvvürlər insanın öz-fəaliyyətini, öz əməyinin
məhsullarını özündən ayırması, özününkü saymaması ucbatında ortaya çıxmışdır.
Əslində “ilahi” olan insanidir
4
. İlahi olan və ilahlar insanın məhsullarıdır və nəticə
olaraq ilah əslində insandır. Yadlaşmanın aşılması da elə burdadır – insan fövqəltəbii
yaradıcı ideyasından imtina etdikdə, özünü dərk edəcək və ilahiyyat antropologiyaya
çevriləcək
5
.
Ümumi götürəndə bu tərz fəlsəfənin əslində Hegel sistemindən kənara çıxdığını
söyləmək mümkün deyil. Bu fəlsəfə başlanğıc kateqoriyaları, prosesin forması və
sonluq olaraq Hegel sistemində onsuz da var olan xüsusi bir halın (hansı ki bunu sırf
siyasət, sırf əxlaq və s. üçün də etmək olardı) tədqiqindən başqa bir şey deyil. Hegel
sisteminin eləcə də oradakı əsas məfhum kimi yadlaşmanın başqa kontekstdə mütaliə
olunması və sistemin ilk əsaslı tənqidini Marks vermişdir. Yadlaşma Marksda da
azadlıq məsələsi kimi qoyulur. Və həqiqi-mütləq azadlığa, onda da, yadlaşmanın ləğvi
ilə çatılır. Sadəcə olaraq burda təsvir olunan tarixin çıxış nöqtələri və bəzi elementləri
Hegeldən fərqlidir. “Əgər onlar fəlsəfəni, ilahiyyatı, substansiyanı “mənlik şüurunda”
(Hegelin ibarəsidir – müəl.) əridib həll etmişlərsə, əgər onlar “insanı” heç vaxt köləsi
olmadığı bu ibarələrin hökmranlığından azad etmişlərsə, “insan”ın “azad edilməsi”
hələ bir addım da irəliləməmişdir. Həqiqi azadlığı ancaq həqiqi dünyada və həqiqi
vasitələrlə həyata keçirmək mümkündür. [...] Azadlıq fikir işi deyil, tarixi işdir və tarixi
münasibətlər, [məhsuldarlığın artması] onunla nəticələnəcəkdir”
6
.
Marks yadlaşmanın istehsal münasibətlərinin inkişafı nəticəsində artan
məhsuldarlığın və ortaya çıxan əmtəələrin qeyri-bərabər paylanması səbəbindən
yaranan siniflərdən hakim olanın digəri üzərindəki təhəkkümündən yarandığını
və yadlaşmanın aşılmasının da buna səbəb olan faktorların aradan qaldırılması ilə
mümkün olacağını deyirdi. Məhsuldarlığın artması əmək bölgüsünün spesifikləşməsini
və bu əmək bölgüsündə fərdlərin payına düşənin onları əsir alması – sinfi antaqonizmi
yaradır. Yadlaşmanın ləğvi deməli əmək bölgüsünün – təbii ki, sinfi antaqonizmin-
ləğvi, insanın hansısa bir peşəyə ömür boyu təhkim olunmağının aradan qaldırılması
ilə mümkündür ki, bu da ancaq kommunizmdə mümkün olacaqdır.
39
***
Marks Hegeldən fərqli olaraq tarix təsvirinə insanla başlayır. “Bəşər tarixinin
birinci müqəddəm şərti, əlbəttə, canlı insan fərdlərinin mövcud olmasıdır
7
. Bu insanların
tarix yaratmaq qabiliyyətinə sahib olmaq üçün onların yaşamağa imkanları olmalıdır.
Yaşamaq üçün hər şeydən əvvəl yemək, içmək, məskən, paltar və s. lazımdır. Beləliklə
birinci tarixi akt bu tələbatı ödəmək üçün lazım olan həyat vasitələrinin istehsalıdır.
Həm də bu elə bir tarixi aktdır ki, insanların yaşaya bilməsi üçün hər gün, hər saat
yerinə yetirilməlidir
8
. Ödənilmiş ilk tələbatın özü, ödəmə fəaliyyəti və əldə edilən
ödəmə aləti yeni tələbatın əmələ gəlməsinə səbəb olur və bu yeni tələbatın ödənməsi,
ikinci tarixi aktdır
9
. Üçüncü tarixi akt odur ki, öz həyatlarını hər gün yenidən istehsal
edən insanlar başqa insanları da istehsal etməyə başlayıb çoxalırlar. Başlanğıcda yeganə
ictimai münasibət olan bu ailə, sonralar çoxalmış tələbat yeni ictmai münasibətlər
törətdiyi, çoxalmış əhali isə yeni tələbat əmələ gətirdiyi zaman tabe edilmiş münasibət
olur”
10
. İnsanın öz həyatını əmək vasitəsi ilə başqasının həyatını uşaq törətmək vasitəsi
ilə istehsal etməsi özünü ikiyönlü münasibət kimi göstərir; təbii münasibət və ictimai
münasibət kimi. Ona görə ictimai münasibət kimi ki, burda müxtəlif fərdlərin birgə
işi, birgə fəaliyyəti var. Deməli, müəyyən istehsal üsulu həmişə müəyyən birgə
fəaliyyət üsulu ilə əlaqədardır. “Bu birgə fəaliyyət üsulunun özü “məhsuldar qüvvədir”,
insanların əl çatdırdığı məhsuldar qüvvələrin məcmusu ictimai vəziyyətin şərtidir
və deməli “bəşəriyyət tarixini” həmişə”
11
istehsal münasibətləri zəminində, daha
kompleks formada sənaye və mübadilə tarixi ilə əlaqədar tədqiq etmək lazımdır. Marks
tarix quruculuğunun empirik yollarla araşdırıla biləcək aksiomlarını verdikdən sonra,
münasibətin ünsiyyət (Verkehr) vasitəsilə mümkün olduğunu, bunun da öz növbəsində
şüuru doğurduğunu qeyd edir. Şüur, xalis və mütləq başlanğıc deyil – ünsiyyət vasitəsilə
ortaya çıxan ictimai məhsuldur. “Şüur ictimai məhsuldur və insanlar mövcud olduqca
ictimai məhsul olaraq qal[ır]. Şüur əvvəlcə yalnız hiss ilə qavranılan ən yaxın mühitin
və özünü tanımağa başlayan fərddən kənarda qalan digər fərdlər və obyektlərlə məhdud
əlaqənin dərk edilməsidir”
12
. Şüur həm də insanın əvvəlcə tamamilə yad, əlçatmaz
qüvvə kimi baxdığı, ona heyvan kimi münasibət bəslədiyi təbiətin bütünlükcə dərk
edilməsidir.
40
№1 Fevral 2014
Burdan (bax: sonuncu cümlə kursiv) çıxan nəticə, təbiətə göstərilən bu münasibət
cəmiyyətin formasından asılıdır və visa versa. Hər yerdə olduğu kimi burda da təbiətlə
insanın eyniliyi ortaya çıxır: insanların təbiətə məhdud münasibəti, onların bir-birinə
məh-dud münasibətinə şərt olur. onların bir-birinə məhdud münasibəti isə təbiətlə
qurulan məhdud münasibətdir. Bu ona görədir ki, təbiət tarixin bu anında, köklü
dəyişdirilməmişdir. Buna baxmayaraq, insanın ətrafındakı digər fərdlərlə münasibətə
girmək zərurətini dərk etməsi, cəmiyyətdə yaşadığının dərkinin başlanğıcıdır.
Birinci mərhələdə həmin başlanğıc,
ictimai həyatın özü kimi, heyvani
xarakterdədir – “bu xalis sürü şüurudur
və burada insan qoyundan yalnız
onunla fərqlənir ki, onun instinkti dərk
edilmiş instinktdir”
13
. Məhsuldarlığın
və parallel olaraq tələbatın artması
əsasında əhalinin artması bu şüuru
inkişaf etdirir ki, əvvəl cinsi əlaqədəki
əmək bölgüsündən ibarət olan ümumi
əmək bölgüsü, maddi şərait və s.
faktorlara görə daha da genişlənir.
Əmək bölgüsü yalnız o zaman
həqiqi əmək bölgüsü sayıla bilər ki,
orada maddi əmək və mənəvi əmək
(ideologiya, din, siyasət) bir-birindən
ayrılsın. Bu da öz növbəsində daha da
inkişaf etmiş ictimai münasibətləri və
daha çox məhsuldarlığı lazım qılır. Şüur ancaq bu vaxt mövcud praktikanın dərkindən
başqa bir şeyə – (müstəqil kateqoriyaya) çevrilə, dünyadan “azad” olub xalis nəzəriyyə
(ideologiya, din, siyasət) kimi təzahür edə bilər. Bu nəzəriyyə mövcud münasibətlərlə
ziddiyət təşkil edərsə, bu ona görədir ki, həmin münasibətlər, məhsuldar qüvvələrlə
ziddiyət təşkil etmiş olsun. “Şüurun özlüyündə necə “təşəbbüs” göstərəcəyinin heç bir
Küçədə bahalı dükanın qarşısında yatan evsiz. Bakı.
Foto: Abbas Atilay
41
fərqi yoxdur [..] bütün bu[nlardan] məhz bu nəticəni əldə edirik ki, [...] məhsuldar qüvvə
ictimai [münasibət] və şüur bir-birinə zidd gələ bilər və gəlməlidir, çünki əmək bölgüsü
nəticəsində mümkün olan [...] hal bundan ibarətdir ki, mənəvi və maddi fəaliyyət, zövq
və əmək, istehsal və istehlak müxtəlif fərdlərin payına düşür”
14
. Marks daha sonra əmək
bölgüsünün ən ibtidai formasından bəri özündə mülkiyyət anlayışını daşıdığını da əlavə
edir. Mülkiyyət əmək məhsullarının bölüşdürülməsidir və bölüşdürmə həm keyfiyyət,
həm də kəmiyyət baxımından qeyri-bərabər olur; ona görə ki, ictimai münasibətin
dəyişməsi, əmək bölgüsünun artıq daha çox kompleksləşdirib və şaxələndirib. İlk halda
gizli şəkildə olan bu qeyri bərabərlik məhsuldarlığın artması ilə daha da vüsət tapır.
Məhsuldarlığını artırmış ictimai münasibətlərdə “əmək bölgüsü və xüsusi mülkiyyət
bir-birinin eyni olan ifadələrdir”
15
.
***
Əmək bölgüsü (xüsusi mülkiyyət) ilə birlikdə ayrı-ayrı fərdlərlə bütün fərdlərin
ümumi mənafeyi arasında ziddiyyət meydana gəlir. Bu ümumi mənafe əmək bölgüsü
tətbiq edən fərdlərin bir-birindən qarşılıqlı asılı olması şəklində mövcuddur ki, “xüsusi
mənafe ilə ümumi mənafe arasındakı ziddiyyət nəticəsində ümumi mənafe dövlət
formasında təşəkkül tapır”
16
. Bu forma özünü gücləndirdikcə xəyali bir ümumilik kimi
dərk olunur. İctimai münasibətlərin ilk pilləsində bu ziddiyyət qana, nəslə, dilə, əmək
bölgüsünə görə baş verir və özünü qəbilə, tayfa mənafeyi şəklində göstərirsə, inkişaf
etmiş ictimai münasibətlərdə bu sinif mənafeyi əsasında olur. “Əmək bölgüsündən asılı
olaraq, hər bir belə insan məcmusunda bir-birindən ayrılıb xüsusiləşir və bunlardan biri
digəri üzərində hökmranlıq edir. Burdan belə nəticə çıxır ki, aristokratiya, monarxiya,
demokratiya arasındakı mübarizə müxtəlif siniflərin bir-biri ilə etdiyi həqiqi mübarizənin
[mənafelər mübarizəsinin] xəyali formasından başqa bir şey deyil”
17
.
Bu müstəvidə fərdlər ancaq öz mənafelərini güddüklərinə və bunun digər
fərdlərin ümumi mənafelərinə zidd olduğuna görə, “ən ümumi [mənafe] isə bütovlükdə
ümumiliyin xəyali forması olduğuna görə bu ən ümumi şey onlara [yad] forma kimi”
18
meydana çıxır. Marksın tarix təsvirində yadlaşma, insanın öz əməyinə yadlaşması məhz
burdan və bu qeyd olunan səbəblərdən doğur. Ümumi mənafenin hökmranlığı altında
meydana çıxan yeni əmək bölgüsü könüllü əsaslarla yox, onun məcbur etdiyi kimi,
42
№1 Fevral 2014
zorən olur. Belədə “insanın öz əməli onun üçün [yad] olur, onun qarşısında elə bir qüvvə
olur ki, insan bu qüvvəyə hakim olmaq əvəzinə həmin qüvvə onu sıxıb əzir”. Bu yeni
əmək bölgüsü insana zorla qəbul elətdiriləndə elə bir fəaliyyət dairəsi meydana gəlir
ki, insan bu dairədən qopa bilmir – o hansı vəzifəni görürsə, hansı peşənin sahibidirsə,
həyat vasitələrindən məhrum olmamaq üçün elə o cür də qalmalıdır. Bu məhsuldar
qüvvələrin hamısı icbari şəkildə fəaliyyət göstərdikləri üçün, fəaliyyətlərinin onların öz
fəaliyyətləri olduğunu dərk etmir, əksinə həmin məhsuldarlığın onlardan kənarda duran
və onlara yad olan bir hakimiyyət tərəfindən yaradıldığını düşünürlər.
Yaranan bu “yadlaşmanın aradan qaldırılması ancaq bu iki şərt mövcud olduqda
mümkün ola bilər”
19
: Əvvəla, yuxarıda da göstərildiyi kimi insanın yadlaşmış
əməyinin onu sıxması dözülməz həddə çatıb onu inqilabi qüvvəyə çevirsin. Bu da o
vaxt mümkündür ki, cəmiyyətin əsas kütləsi sərvətdən maksimum səviyyədə məhrum
olunsun – sərvətin qeyri-bərabər bölüşdürülməyinin pik həddinə çatması (ictimai
münasibət kimi kapitalizmdə) – cəmiyyətin “məhrum olunmuşları”nı sərvəti əlində
toplayanlara qarşı qoysun. Marks bu iki şərtin ancaq o vaxt mövcud olacağını deyir ki,
həmin vəziyyətdə məhsuldar qüvvələrin inkişafı da ən yüksək həddə olsun. “Bunsuz
yalnız yoxsulluq ümumi şəkildə yayıl[ır]; son dərəcə ehtiyac şəraitində isə zəruri şeylər
uğrunda mübarizə də yenidən başlamalı” olardı ki, burda hansısa “ümumi mənafe”yə
qarşı inqilabi qüvvənin yaranmağından danışmaq yersizdir. Məhsuldar qüvvələrin
inkişafı həm də insanların sərhədləri aşan ünsiyyətini yaradır ki, bunun nəticəsində,
“məhrum olunmuşların” başqa yerlərdə də var olduğunu öyrənmək mümkün olur və bir
cəmiyyətdə bu istiqamətdə baş verən dəyişikliklər eyni vəziyyətdəki digər cəmiyyətlərdə
də öz təsirini göstərir. Bu ünsiyyət “ümumdünya-tarixi (weltgeschichtliche) mahiyyətdə
olan fərdləri universal mahiyyətli fərdlərə çevirir”
20
. Yadlaşmanın mütləq şəkildə
aradan qaldırılması məhz bu universal fərdlərin iştirakı ilə eyni zamanda bütün
dünyada kommunizmin qurulması ilə həyata keçiriləcək. Bu universal fərdlərin –
proletariatın əsəri olan kommunizm yalnız “ümumdünya tarixi” mövcudluq mənasında
mümkündür. Bu elə bir mövcudluq formasıdır ki, dünya tarixi ilə dolayısız şəkildə
əlaqədardır. “Kommunizm elə bir hal deyil ki, təsis olunmalıdır, elə bir ideal deyildir ki,
gerçəklik ona uyğunlaşdırılmalıdır. Biz indiki halı məhv edən gerçək halı kommunizm
43
adlandırırıq”
21
.
Necə ki, azadlıq tarixi işdir, eləcə də mütləq azadlıq olan kommunizmin zəruriliyi
də tarix çərçivəsində əsaslandırıla bilər. Bura qədərki hissədə Marksın tarix təsvirini,
tarixin inkişaf xətti haqqındakı təsvirlərini verməyə çalışdıq. Bəs tarix özü nədir? “Tarix
müxtəlif nəsillərin bir-birini əvəz etməsindən başqa bir şey deyildir, bu nəsillər hər biri
əvvəlki nəsillərdən onlara irs qalan materialdan, kapitaldan və məhsuldar qüvvələrdən
istifadə edir”
22
– Marks tarixin tərifini bu şəkildə verməklə, o vaxt populyar olan tarix
anlayışına – sonrakı tarixin əvvəlki tarixin məqsədi olduğuna dair görüşlərə qarşı çıxır.
Hansı ki, tarixin bu cür anlaşılması “əvvəlki tarixin sonrakı tarixə fəal təsirinə sərf-
nəzər etməkdən başqa bir şey deyil”
23
.
Bir-birinə təsir göstərən bu tarixi dairələr “bu inkişafın gedişində genişləndikcə,
təkmilləşdirilmiş istehsal üsulu və inkişaf edən ünsiyyət nəticəsində [...] tarix daha
böyük ölçüdə ümumdünya tarixinə çevrilir”
24
. Bir ölkədə baş verən hansısa texniki
tərəqqi başqa ölkədəki minlərcə insanı işsiz qoyursa deməli bu ümumdünya miqyaslı
tarixi bir faktdır. Burdan aydın olur ki, “tarixin ümumdünya tarixinə çevrilməsi tamamilə
maddi, empirik şəkildə müəyyən olunan işdir”
25
.
Marks, özünəqədərki tarixin başqa empirik bir faktını, ayrı-ayrı fərdlərin
fəaliyyətinin ümumdünya tarixi fəaliyyəti nəticəsinə çatdıqca, daha çox özlərinə
yad olan qüvvənin altına düşdüklərini qeyd edir. “Elə bir qüvvə ki, getdikcə daha
da kütləviləşir və nəhayət dünya bazarı formasında təzahür edir”
26
.Dünya bazarı
kommunist inqilabının mövcud ictimai quruluşu devirməsi və onun əsas determinantı
– xüsusi mülkiyyəti məhv etməsi nəticəsində yox olacaqdır.
Bunun üçün lazımdır ki, əvvəla, məhsuldar qüvvələrin o ankı inkişaf pilləsi
artıq qurucu yox dağıdıcı xarakter göstərsin. Bu elə bir sinfi meydana gətirəcək ki,
cəmiyyətin bütün yükünü, əmtəə istehsalının bütün yükünü öz çiyinlərində daşımasına
baxmayaraq, həmin bu nemətlərdən istifadə etməkdən məhrumdur. Bu digər sinif(lər)
lə həmin bu sinfin arasında ola biləcək ən qəti formada ziddiyyət yaranmağına gətirib
çıxaracaq.
Bu sinif cəmiyyətin əksər hissəsini təşkil edir və bu ziddiyyətin məhvinin labüd
olduğuna dair inqilabi – kommunist şüur məhz bu sinifdə, “zəncirlərindən başqa
44
№1 Fevral 2014
itirəcəyi heç nəyi olmayan sinifdə”
27
cücərəcək.
***
Hakim sinfin yaratmış olduğu hakim şərait və orada hakim olan düşüncə özünün
təsdiqini “ümumi mənafe”də dövlət formasında tapır. Əzilən sinifdə artıq cücərmiş
olan inqilabi mübarizə, sinfi mübarizə kimi hakim sinfə qarşı aparıldığı kimi həm də
hakim şəraitə – dövlətə qarşı aparılmalıdır ki, bu mövcudluq forması aradan qaldırılsın.
Uğurla başa çatan bu inqilabi mübarizə, əvvəlki inqilablarda fəaliyyətin xarakterinin
toxunulmaz qalması, inqilabın ancaq fəaliyyətin yenidən bölüşdürülməsi kimi təzahür
edən xüsusiyyətinin ləğv olunması, bir sinfin hegemoniyasının, ümumilikdə sinif
hegomoniyası və buna səbəb olan əsas şeyin, məcburi (yadlaşmış) əməyin aradan
qaldırılmasını əsas prinsip kimi qəbul etməlidir.
Ən əsası isə kommunist şüurunu kütləvi surətdə yaratmaq və məqsədə –
kommunizmə çatmaq üçün insanların dəyişdirilməsi, bu da ancaq praktikada – inqilabi
hərəkət vasitəsilə mümkündür. “İnqilabın zəruri olması onun üçün deyildir ki, hakim
sinfi başqa heç bir yolla devirmək mümkün deyil; inqilab ona görə zəruridir ki, devirən
sinif bütün köhnə iyrəncliyini yalnız bu yolla üzərindən ata bilər və cəmiyyətin yeni
əsasını yaratmağa qadir ola bilər”.
Qeydlər:
Dostları ilə paylaş: |