Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın



Yüklə 9,24 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix14.01.2017
ölçüsü9,24 Mb.
#5119
1   2   3   4   5   6

1.    İqtisadiyyatda  keynsçilik  adlanan  bu  yol  ingilis  iqtisadçısı  Con  Meynar 

Keyns (ing. John Maynard Keynes 1883-1946) tərəfindən irəli sürülmüşdür. 

Keynsçilik böhrandan çıxış yolu kimi ortaya çıxsa da, əslində daha ciddi bir 

problemə – konsyumerizmə sürüklədi.

2.   Jan Bodriyar (fr. Jean Baudrillard 1929-2007) – fransız sosioloq, kulturoloq 

filosofu

İstifadə olunan mənbələr:

1.  Karl Marks. Kapital I cild

2.  Erix Fromm. Marksın İnsan Konsepsiyası

3.  Erich Fromm. The Sane Society (1955)

4.  Erich Fromm. To Have or to Be (1976)    

5.  Jean Baudrillard. The Consumer Society: Myths and Structures (1970)

6.  Егоров А. Ю. Нехимические зависимости. – СПб., 2007

35

Ziya Bayramov

                                        

      

Marksda “Yadlaşma” məfhumu

Yadlaşma 

məfhumu, 

fəlsəfədəki 

alman 

intibahından  sonra,  sosiologiya,  tarix,  teologiya, 



ədəbiyyat,  eləcə  də  fəlsəfədə,  insan  varlığının  tarix 

oxu  üzərindəki  durumunun  təsvirinin  ayrılmaz 

hissəsinə  çevrilib.  Antik  yunan  və  yaxın  paraleldəki 

sivilizasiyaların  çoxunda  daha  çox  insanın  dünyadan, 

dünyəvilikdən qopması, “Loqos”a, tanrılara, təbiətə qovuşması mənasında işlənən və 

normativ kimi təbliğ olunan bu məfhum, Hegel və davamçıları ilə birlikdə başqa kontekstə 

keçirilmiş və birinci mənasına bütünlüklə qarşı qoyulmuşdur. Bu yazıda, əsasən Hegel 

və Marksın yadlaşma haqdakı fikirlərinin xülasəsini verməyə çalışacağıq. 

***

Hegel, nəzərdə tutduğumuz anlamda, yadlaşmaya ilkin olaraq “Fenomenologi-



ya”da

1

 (“Ruhun Fenomenologiyası”) toxunur. Orada yadlaşma Ruhun (Geist) özünü-



açma prossesində məruz qaldığı bir dəyişiklik və bir parçalanmadır. Ruh ictimai şüurun 

və  fəaliyyətin  bütünüdür  və  tarixi  hərəkətin  mərkəzindəki  fiqurdur.  Ruhun  özünü-

açması da, birbaşa, ictimai şüur və fəaliyyətdə və həmin fəaliyyət nəticəsində ortaya 

çıxan  məhsullarda  özünü  əks  elətdirir. Yadlaşma,  yəni  Ruhun  parçalanması  əslində 

ayrılmaz bütün olan şüurun və fəaliyyətin, yəni mənəvi və maddi olanın bir-birindən 

ayrılması və bir-birlərinə qarşı durmaları formasında olur

2



Bunun bədii təsvirini Hegel elə orada, “Fenomenologiya”da verir. Hegelin hissi 



yəqinliklə başladığı tarixdə, subyektlər əvvəlcə təbiətlə müəyyən bir münasibətə girir 

və təbiəti öz düşüncələrinin obyekti halına gətirərək onda müəyyən dəyişikliklər aparır 



FƏLSƏFƏ

36

 №1 Fevral 2014

və özlərini həmin fəaliyyətin nəticəsində tanıya bilirlər. Bu dəyişiklik, subyektin özünü 

obyektdə  tanıma  cəhdidir  və  dolaylı  tanınmadır.  Çünki  subyekt  özünü,  necəliyini 

birbaşa  yox  hansısa  xarici  varlıq  –  obyekt  vasitəsilə  dərk  edir.  Bu,  ümumi  dərk 

prossesində birinci tarixi aktdır. Bu fəaliyyətdə maksimuma çatan subyekt daha sonra 

özü kimi olan başqa bir subyektdə tanınmağa, onun tərəfindən tanınmağa cəhd edir. 

Özü-kimi-olan  subyekt  tərəfindən  tanınmaq  istəyən  iki  subyektin  qarşılaşması  isə 

tanınmaq mübarizəsini və bu da nəticə olaraq bunlardan birinin o birini təhəkkümü 

altına almağı ilə sonlanır. Məşhur ağa-kölə dialektikası burdan başlayır. Öz bioloji-

heyvani instinktlərindən fədakarlıqda bulunan və mübarizədən qaçmayan ağa, heyvani 

instinktlərlə  öz  bioloji  varlığını  qorumağa  çalışan  isə  kölə  olur. Ağa  mübarizədəki 

mövqeyi ilə heyvandan fərqləndiyini, insan olduğunu dərk edir. Kölə isə ağanın onun 

üzərindəki iradəsini qəbul edir. Mübarizədən üstün çıxan ağanın tragediyası oradadır 

ki, o özü-kimi-olan tərəfindən tanınmaq cəhdini, özünə uduzan kölədə tapır, lakin kölə 

ekzistensial forma etibarilə artıq onun kimi deyil. Ağanın ağalığı kölənin onu ağa kimi 

qəbul etməsindədir. Lakin bu həm də o deməkdir ki, ağa mübarizədə qalib çıxsa da, 

onu  dəyişdirsə  də,  köləni  dəyişdirdiyi-obyekt  kimi  görmür,  ona  şüur  kimi  yanaşır; 

yəni  kölə  də  ağa  tərəfindən  tanınır.  Bu,  ikinci  tarixi  aktdır. Ağa  daha  sonra  təbiətlə 

birbaşa yox, təhəkkümü altına aldığı kölə vasitəsilə münasibət qurur. Burda kölə, daha 

dəqiq ifadə etsək, kölə əməyi ağanın şüurunun təbiətlə qurmaq istədiyi münasibətlə 

müəyyən  olunur.  Bələliklə  kölə  öz  əməyi  üzərindəki  sərəncamını  itirir  və    ağanın 

şüurunun  eksteriorizasiyası  (xariciləşdirilməsi,  dışsallaşdırması)  olmaq  etibarilə  öz 

əməyinə    yadlaşır.  Əməyinin  onun  varlığının  özünü-açma  forması  olduğuna  görə 

dolayı  yolla  öz  varlığına  da  yadlaşır. Ağa  isə  maddi  fəaliyyətdən  imtina  edərək,  öz 

şüurunu  başqasının  (kölənin,  yadın,  özgənin)  əməyində  reallaşdırmaqla  öz  əməyinə 

və yenə o da dolayı yolla öz varlığına yadlaşır. Bütünlükdə Ruhu formalaşdıran bu 

parçalanma həm də Ruhun özünə yadlaşmasıdır. Bu parçalanmanın aradan qaldırılması, 

yadlaşmanın aşılması isə ancaq maddi və mənəvi bölünmənin ləğvi ilə yəni ağa-kölə 

münasibətlərinin, subyektin bir başqa subyektdə özünü tanımaq cəhdindən əl çəkməsi 

ilə, özünü özündə tanımağa çalışması ilə mümkündür. Bu, şüurun və şüurun dərkinin 

xarici  olan  təsirlərdən  arınması  mütləq  özünüdərkə,  tam  azadlığa  gətirib  çıxaracaq. 


37

Hegel fəlsəfəsində azadlıq yadlaşma ilə dialektik ziddiyət təşkil edir və azadlıq tarixin 

məqsədidir

3



***

Hegeldən  sonra,  Marksa  qədərki  fəlsəfədə  əsas  xətt  isə  din  (xristianlığın) 

təftişçiliyidir.  Fəlsəfənin  çıxış  nöqtəsi  kimi  (məs:  Hegeldə  bu  saf  şüur  aktı  –  hissi 

yəqinlikdir)  ilahiyyat  əsas  rol  oynayırdı.  Bütün  metafizik,  siyasi,  hüquqi,  əxlaqi 

təsəvvürlər  dini  təsəvvürlər  formasına  gətirilib  çıxarılır,  bu  institutların  şüuru  dini 

şüur elan olunur, müəyyən siyasi, hüquqi, əxlaqi keyfiyyətlərə malik insan – nəticə 

etibarı  ilə  “ümumiyyətlə”  insan  –  dindar  insan  kimi  qələmə  verilirdi.    Bütün  bu 

(yadlaşdırıcı)  institutların  diniliyə  müncər  olunması,  sözsüz  ki,  yadlaşmanı  da  dini 

zəmində yadlaşmaya müncər edirdi.  Buna görə də, yadlaşmanın aşılması dinin, dini 


38

 №1 Fevral 2014

təsəvvürlərin və ümumilikdə ilahiyyatçı dünyagörüşlərinin aşılması ilə  eyniləşdirilirdi. 

Din, ümumilikdə bütün dini (mifolojik) təsəvvürlər insanın öz-fəaliyyətini, öz əməyinin 

məhsullarını  özündən  ayırması,  özününkü  saymaması  ucbatında  ortaya  çıxmışdır. 

Əslində “ilahi” olan insanidir

4

.  İlahi olan və ilahlar insanın məhsullarıdır və nəticə 



olaraq ilah əslində insandır. Yadlaşmanın aşılması da elə burdadır – insan fövqəltəbii 

yaradıcı ideyasından imtina etdikdə, özünü dərk edəcək və ilahiyyat antropologiyaya 

çevriləcək

5



Ümumi götürəndə bu tərz fəlsəfənin əslində Hegel sistemindən kənara çıxdığını 

söyləmək  mümkün  deyil.  Bu  fəlsəfə  başlanğıc  kateqoriyaları,  prosesin  forması  və 

sonluq olaraq Hegel sistemində onsuz da var olan xüsusi bir halın (hansı ki bunu sırf 

siyasət, sırf əxlaq və s. üçün də etmək olardı) tədqiqindən başqa bir şey deyil. Hegel 

sisteminin eləcə də oradakı əsas məfhum kimi yadlaşmanın başqa kontekstdə mütaliə 

olunması  və  sistemin  ilk  əsaslı  tənqidini  Marks  vermişdir.  Yadlaşma  Marksda  da 

azadlıq məsələsi kimi qoyulur. Və həqiqi-mütləq azadlığa, onda da, yadlaşmanın ləğvi 

ilə çatılır. Sadəcə olaraq burda təsvir olunan tarixin çıxış nöqtələri və bəzi elementləri 

Hegeldən fərqlidir. “Əgər onlar  fəlsəfəni, ilahiyyatı, substansiyanı “mənlik şüurunda” 

(Hegelin ibarəsidir – müəl.) əridib həll etmişlərsə, əgər onlar “insanı” heç vaxt köləsi 

olmadığı  bu  ibarələrin  hökmranlığından  azad  etmişlərsə,  “insan”ın  “azad  edilməsi” 

hələ  bir  addım  da  irəliləməmişdir.  Həqiqi  azadlığı  ancaq  həqiqi  dünyada  və  həqiqi 

vasitələrlə həyata keçirmək mümkündür. [...] Azadlıq fikir işi deyil, tarixi işdir və tarixi 

münasibətlər, [məhsuldarlığın artması] onunla nəticələnəcəkdir”

6



Marks  yadlaşmanın  istehsal  münasibətlərinin  inkişafı  nəticəsində  artan 



məhsuldarlığın  və  ortaya  çıxan  əmtəələrin  qeyri-bərabər  paylanması  səbəbindən 

yaranan  siniflərdən  hakim  olanın  digəri  üzərindəki  təhəkkümündən  yarandığını 

və  yadlaşmanın  aşılmasının  da  buna  səbəb  olan  faktorların  aradan  qaldırılması  ilə 

mümkün olacağını deyirdi. Məhsuldarlığın artması əmək bölgüsünün spesifikləşməsini 

və bu əmək bölgüsündə fərdlərin payına düşənin onları əsir alması – sinfi antaqonizmi 

yaradır. Yadlaşmanın  ləğvi  deməli  əmək  bölgüsünün  –  təbii  ki,  sinfi  antaqonizmin- 

ləğvi, insanın hansısa bir peşəyə ömür boyu təhkim olunmağının aradan qaldırılması 

ilə mümkündür ki, bu da ancaq kommunizmdə mümkün olacaqdır.  



39

***


Marks Hegeldən fərqli olaraq tarix təsvirinə insanla başlayır. “Bəşər tarixinin 

birinci müqəddəm şərti, əlbəttə, canlı insan fərdlərinin mövcud olmasıdır

7

.  Bu insanların 



tarix yaratmaq qabiliyyətinə sahib olmaq üçün onların yaşamağa imkanları olmalıdır. 

Yaşamaq üçün hər şeydən əvvəl yemək, içmək, məskən, paltar və s. lazımdır. Beləliklə 

birinci tarixi akt bu tələbatı ödəmək üçün lazım olan həyat vasitələrinin istehsalıdır. 

Həm də bu elə bir tarixi aktdır ki, insanların yaşaya bilməsi üçün hər gün, hər saat 

yerinə  yetirilməlidir

8

.  Ödənilmiş  ilk  tələbatın  özü,  ödəmə  fəaliyyəti  və  əldə  edilən 



ödəmə aləti yeni tələbatın əmələ gəlməsinə səbəb olur və bu yeni tələbatın ödənməsi, 

ikinci tarixi aktdır

9

.  Üçüncü tarixi akt odur ki, öz həyatlarını hər gün yenidən istehsal 



edən insanlar başqa insanları da istehsal etməyə başlayıb çoxalırlar. Başlanğıcda yeganə 

ictimai  münasibət  olan  bu  ailə,  sonralar  çoxalmış  tələbat  yeni  ictmai  münasibətlər 

törətdiyi, çoxalmış əhali isə yeni tələbat əmələ gətirdiyi zaman tabe edilmiş münasibət 

olur”


10

. İnsanın öz həyatını əmək vasitəsi ilə başqasının həyatını uşaq törətmək vasitəsi 

ilə istehsal etməsi özünü ikiyönlü münasibət kimi göstərir; təbii münasibət və ictimai 

münasibət kimi. Ona görə ictimai münasibət kimi ki, burda müxtəlif fərdlərin birgə 

işi,  birgə  fəaliyyəti  var.  Deməli,  müəyyən  istehsal  üsulu  həmişə  müəyyən  birgə 

fəaliyyət üsulu ilə əlaqədardır. “Bu birgə fəaliyyət üsulunun özü “məhsuldar qüvvədir”, 

insanların  əl  çatdırdığı  məhsuldar  qüvvələrin  məcmusu  ictimai  vəziyyətin  şərtidir 

və  deməli  “bəşəriyyət  tarixini”  həmişə”

11

  istehsal  münasibətləri  zəminində,  daha 



kompleks formada sənaye və mübadilə tarixi ilə əlaqədar tədqiq etmək lazımdır. Marks 

tarix quruculuğunun empirik yollarla araşdırıla biləcək aksiomlarını verdikdən sonra, 

münasibətin ünsiyyət (Verkehr) vasitəsilə mümkün olduğunu, bunun da öz növbəsində 

şüuru doğurduğunu qeyd edir. Şüur, xalis və mütləq başlanğıc deyil – ünsiyyət vasitəsilə 

ortaya çıxan ictimai məhsuldur. “Şüur ictimai məhsuldur və insanlar mövcud olduqca 

ictimai məhsul olaraq qal[ır]. Şüur əvvəlcə yalnız hiss ilə qavranılan ən yaxın mühitin 

və özünü tanımağa başlayan fərddən kənarda qalan digər fərdlər və obyektlərlə məhdud 

əlaqənin  dərk  edilməsidir”

12

.  Şüur  həm  də  insanın  əvvəlcə  tamamilə  yad,  əlçatmaz 



qüvvə kimi  baxdığı, ona heyvan kimi münasibət bəslədiyi təbiətin bütünlükcə dərk 

edilməsidir. 



40

 №1 Fevral 2014

Burdan (bax: sonuncu cümlə kursiv) çıxan nəticə, təbiətə göstərilən bu münasibət 

cəmiyyətin formasından asılıdır və visa versa. Hər yerdə olduğu kimi burda da təbiətlə 

insanın eyniliyi ortaya çıxır: insanların təbiətə məhdud münasibəti, onların bir-birinə 

məh-dud  münasibətinə  şərt  olur.  onların  bir-birinə  məhdud  münasibəti  isə  təbiətlə 

qurulan  məhdud  münasibətdir.  Bu  ona  görədir  ki,  təbiət  tarixin  bu  anında,  köklü 

dəyişdirilməmişdir. Buna baxmayaraq, insanın ətrafındakı digər fərdlərlə münasibətə 

girmək  zərurətini  dərk  etməsi,  cəmiyyətdə  yaşadığının  dərkinin  başlanğıcıdır.  

Birinci  mərhələdə  həmin  başlanğıc, 

ictimai  həyatın  özü  kimi,  heyvani 

xarakterdədir – “bu xalis sürü şüurudur 

və  burada  insan  qoyundan  yalnız 

onunla fərqlənir ki, onun instinkti dərk 

edilmiş instinktdir”

13

.  Məhsuldarlığın 



və  parallel  olaraq  tələbatın  artması 

əsasında  əhalinin  artması  bu  şüuru 

inkişaf etdirir ki, əvvəl cinsi əlaqədəki 

əmək bölgüsündən ibarət olan ümumi 

əmək  bölgüsü,  maddi  şərait  və  s. 

faktorlara  görə  daha  da  genişlənir. 

Əmək  bölgüsü  yalnız  o  zaman 

həqiqi  əmək  bölgüsü  sayıla  bilər  ki, 

orada  maddi  əmək  və  mənəvi  əmək 

(ideologiya,  din,  siyasət)  bir-birindən 

ayrılsın. Bu da öz növbəsində daha da 

inkişaf  etmiş  ictimai  münasibətləri  və 

daha çox məhsuldarlığı lazım qılır. Şüur ancaq bu vaxt mövcud praktikanın dərkindən 

başqa bir şeyə – (müstəqil kateqoriyaya) çevrilə, dünyadan “azad” olub xalis nəzəriyyə 

(ideologiya, din, siyasət)  kimi təzahür edə bilər. Bu nəzəriyyə mövcud münasibətlərlə 

ziddiyət təşkil edərsə, bu ona görədir ki, həmin münasibətlər, məhsuldar qüvvələrlə 

ziddiyət təşkil etmiş olsun. “Şüurun özlüyündə necə “təşəbbüs” göstərəcəyinin heç bir 

Küçədə bahalı dükanın qarşısında yatan evsiz. Bakı. 

Foto: Abbas Atilay


41

fərqi yoxdur [..] bütün bu[nlardan] məhz bu nəticəni əldə edirik ki, [...] məhsuldar qüvvə 

ictimai [münasibət] və şüur bir-birinə zidd gələ bilər və gəlməlidir, çünki əmək bölgüsü 

nəticəsində mümkün olan [...] hal bundan ibarətdir ki, mənəvi və maddi fəaliyyət, zövq 

və əmək, istehsal və istehlak müxtəlif fərdlərin payına düşür”

14

.  Marks daha sonra əmək 



bölgüsünün ən ibtidai formasından bəri özündə mülkiyyət anlayışını daşıdığını da əlavə 

edir. Mülkiyyət əmək məhsullarının bölüşdürülməsidir və bölüşdürmə həm keyfiyyət, 

həm  də  kəmiyyət  baxımından  qeyri-bərabər  olur;  ona  görə  ki,  ictimai  münasibətin 

dəyişməsi, əmək bölgüsünun artıq daha çox kompleksləşdirib və şaxələndirib. İlk halda 

gizli şəkildə olan bu qeyri bərabərlik məhsuldarlığın artması ilə daha da vüsət tapır. 

Məhsuldarlığını artırmış ictimai münasibətlərdə “əmək bölgüsü və xüsusi mülkiyyət 

bir-birinin eyni olan ifadələrdir”

15



***

Əmək bölgüsü (xüsusi mülkiyyət) ilə birlikdə ayrı-ayrı fərdlərlə bütün fərdlərin 

ümumi mənafeyi arasında ziddiyyət meydana gəlir. Bu ümumi mənafe əmək bölgüsü 

tətbiq edən fərdlərin bir-birindən qarşılıqlı asılı olması şəklində mövcuddur ki, “xüsusi 

mənafe  ilə  ümumi  mənafe  arasındakı  ziddiyyət  nəticəsində  ümumi  mənafe  dövlət 

formasında təşəkkül tapır”

16

.  Bu forma özünü gücləndirdikcə xəyali bir ümumilik kimi 



dərk olunur. İctimai münasibətlərin ilk pilləsində bu ziddiyyət qana, nəslə, dilə, əmək 

bölgüsünə görə baş verir və özünü qəbilə, tayfa mənafeyi şəklində göstərirsə, inkişaf 

etmiş ictimai münasibətlərdə bu sinif mənafeyi əsasında olur. “Əmək bölgüsündən asılı 

olaraq, hər bir belə insan məcmusunda bir-birindən ayrılıb xüsusiləşir və bunlardan biri 

digəri üzərində hökmranlıq edir. Burdan belə nəticə çıxır ki, aristokratiya, monarxiya, 

demokratiya arasındakı mübarizə müxtəlif siniflərin bir-biri ilə etdiyi həqiqi mübarizənin 

[mənafelər mübarizəsinin] xəyali formasından başqa bir şey deyil”

17



Bu  müstəvidə  fərdlər  ancaq  öz  mənafelərini  güddüklərinə    və  bunun  digər 

fərdlərin ümumi mənafelərinə zidd olduğuna görə, “ən ümumi [mənafe] isə bütovlükdə 

ümumiliyin xəyali forması olduğuna görə bu ən ümumi şey onlara [yad] forma kimi”

18

 



meydana çıxır. Marksın tarix təsvirində yadlaşma, insanın öz əməyinə yadlaşması məhz 

burdan və bu qeyd olunan səbəblərdən doğur. Ümumi mənafenin hökmranlığı altında 

meydana çıxan yeni əmək bölgüsü könüllü əsaslarla yox, onun məcbur etdiyi kimi, 


42

 №1 Fevral 2014

zorən olur. Belədə “insanın öz əməli onun üçün [yad] olur, onun qarşısında elə bir qüvvə 

olur ki, insan bu qüvvəyə hakim olmaq əvəzinə həmin qüvvə onu sıxıb əzir”. Bu yeni 

əmək bölgüsü insana zorla qəbul elətdiriləndə elə bir fəaliyyət dairəsi meydana gəlir 

ki, insan bu dairədən qopa bilmir – o hansı vəzifəni görürsə, hansı peşənin sahibidirsə, 

həyat  vasitələrindən  məhrum  olmamaq  üçün  elə  o  cür  də  qalmalıdır.  Bu  məhsuldar 

qüvvələrin hamısı icbari şəkildə fəaliyyət göstərdikləri üçün, fəaliyyətlərinin onların öz 

fəaliyyətləri olduğunu dərk etmir, əksinə həmin məhsuldarlığın onlardan kənarda duran 

və onlara yad olan bir hakimiyyət tərəfindən yaradıldığını düşünürlər. 

Yaranan bu “yadlaşmanın aradan qaldırılması ancaq bu iki şərt mövcud olduqda 

mümkün  ola  bilər”

19

:  Əvvəla,  yuxarıda  da  göstərildiyi  kimi  insanın  yadlaşmış 



əməyinin onu sıxması dözülməz həddə çatıb onu inqilabi qüvvəyə çevirsin. Bu da o 

vaxt mümkündür ki, cəmiyyətin əsas kütləsi sərvətdən maksimum səviyyədə məhrum 

olunsun  –  sərvətin  qeyri-bərabər  bölüşdürülməyinin  pik  həddinə  çatması  (ictimai 

münasibət  kimi  kapitalizmdə)  –  cəmiyyətin  “məhrum  olunmuşları”nı  sərvəti  əlində 

toplayanlara qarşı qoysun. Marks bu iki şərtin ancaq o vaxt mövcud olacağını deyir ki, 

həmin vəziyyətdə məhsuldar qüvvələrin inkişafı da ən yüksək həddə olsun. “Bunsuz 

yalnız yoxsulluq ümumi şəkildə yayıl[ır]; son dərəcə ehtiyac şəraitində isə zəruri şeylər 

uğrunda mübarizə də yenidən başlamalı” olardı ki, burda hansısa “ümumi mənafe”yə 

qarşı  inqilabi  qüvvənin  yaranmağından  danışmaq  yersizdir.  Məhsuldar  qüvvələrin 

inkişafı həm də insanların sərhədləri aşan ünsiyyətini yaradır ki, bunun nəticəsində, 

“məhrum olunmuşların” başqa yerlərdə də var olduğunu öyrənmək mümkün olur və bir 

cəmiyyətdə bu istiqamətdə baş verən dəyişikliklər eyni vəziyyətdəki digər cəmiyyətlərdə 

də öz təsirini göstərir. Bu ünsiyyət “ümumdünya-tarixi (weltgeschichtliche) mahiyyətdə 

olan  fərdləri  universal  mahiyyətli  fərdlərə  çevirir”

20

.  Yadlaşmanın  mütləq  şəkildə 



aradan  qaldırılması  məhz  bu  universal  fərdlərin  iştirakı  ilə  eyni  zamanda  bütün 

dünyada  kommunizmin  qurulması  ilə  həyata  keçiriləcək.  Bu  universal  fərdlərin  – 

proletariatın əsəri olan kommunizm yalnız “ümumdünya tarixi” mövcudluq mənasında 

mümkündür.  Bu  elə  bir  mövcudluq  formasıdır  ki,  dünya  tarixi  ilə  dolayısız  şəkildə 

əlaqədardır. “Kommunizm elə bir hal deyil ki,  təsis olunmalıdır, elə bir ideal deyildir ki, 

gerçəklik ona uyğunlaşdırılmalıdır. Biz indiki halı məhv edən gerçək halı kommunizm 



43

adlandırırıq”

21



Necə ki, azadlıq tarixi işdir, eləcə də mütləq azadlıq olan kommunizmin zəruriliyi 



də tarix çərçivəsində əsaslandırıla bilər. Bura qədərki hissədə Marksın tarix təsvirini, 

tarixin inkişaf xətti haqqındakı təsvirlərini verməyə çalışdıq. Bəs tarix özü nədir? “Tarix 

müxtəlif nəsillərin bir-birini əvəz etməsindən başqa bir şey deyildir, bu nəsillər hər biri 

əvvəlki nəsillərdən onlara irs qalan materialdan, kapitaldan və məhsuldar qüvvələrdən 

istifadə edir”

22

 – Marks tarixin tərifini bu şəkildə verməklə, o vaxt populyar olan tarix 



anlayışına – sonrakı tarixin əvvəlki tarixin məqsədi olduğuna dair görüşlərə qarşı çıxır. 

Hansı ki, tarixin bu cür anlaşılması “əvvəlki tarixin sonrakı tarixə fəal təsirinə sərf-

nəzər etməkdən başqa bir şey deyil”

23



Bir-birinə təsir göstərən bu tarixi dairələr “bu inkişafın gedişində genişləndikcə, 

təkmilləşdirilmiş  istehsal  üsulu  və  inkişaf  edən  ünsiyyət  nəticəsində  [...]  tarix  daha 

böyük  ölçüdə  ümumdünya  tarixinə  çevrilir”

24

.  Bir  ölkədə  baş  verən  hansısa  texniki 



tərəqqi başqa ölkədəki minlərcə insanı işsiz qoyursa deməli bu ümumdünya miqyaslı 

tarixi bir faktdır. Burdan aydın olur ki, “tarixin ümumdünya tarixinə çevrilməsi tamamilə 

maddi, empirik şəkildə müəyyən olunan işdir”

25



Marks,  özünəqədərki  tarixin  başqa  empirik  bir  faktını,  ayrı-ayrı  fərdlərin 

fəaliyyətinin  ümumdünya  tarixi  fəaliyyəti  nəticəsinə  çatdıqca,  daha  çox  özlərinə 

yad  olan  qüvvənin  altına  düşdüklərini  qeyd  edir.  “Elə  bir  qüvvə  ki,  getdikcə  daha 

da  kütləviləşir  və  nəhayət  dünya  bazarı  formasında  təzahür  edir”

26

.Dünya  bazarı 



kommunist inqilabının mövcud ictimai quruluşu devirməsi və onun əsas determinantı 

– xüsusi mülkiyyəti məhv etməsi nəticəsində yox olacaqdır. 

Bunun  üçün  lazımdır  ki,  əvvəla,  məhsuldar  qüvvələrin  o  ankı  inkişaf  pilləsi 

artıq qurucu yox dağıdıcı xarakter göstərsin. Bu elə bir sinfi meydana gətirəcək ki, 

cəmiyyətin bütün yükünü, əmtəə istehsalının bütün yükünü öz çiyinlərində daşımasına 

baxmayaraq, həmin bu nemətlərdən istifadə etməkdən məhrumdur. Bu digər sinif(lər)

lə həmin bu sinfin arasında ola biləcək ən qəti formada ziddiyyət yaranmağına gətirib 

çıxaracaq. 

Bu sinif cəmiyyətin əksər hissəsini təşkil edir və bu ziddiyyətin məhvinin labüd 

olduğuna  dair  inqilabi  –  kommunist  şüur  məhz  bu  sinifdə,  “zəncirlərindən  başqa 



44

 №1 Fevral 2014

itirəcəyi heç nəyi olmayan sinifdə”

27 

cücərəcək. 



***

Hakim sinfin yaratmış olduğu hakim şərait və orada hakim olan düşüncə özünün 

təsdiqini  “ümumi  mənafe”də  dövlət  formasında  tapır.  Əzilən  sinifdə  artıq  cücərmiş 

olan inqilabi mübarizə, sinfi mübarizə kimi hakim sinfə qarşı aparıldığı kimi həm də 

hakim şəraitə – dövlətə qarşı aparılmalıdır ki, bu  mövcudluq forması aradan qaldırılsın. 

Uğurla başa çatan bu inqilabi mübarizə, əvvəlki inqilablarda fəaliyyətin xarakterinin 

toxunulmaz qalması, inqilabın ancaq fəaliyyətin yenidən bölüşdürülməsi kimi təzahür 

edən  xüsusiyyətinin  ləğv  olunması,  bir  sinfin  hegemoniyasının,  ümumilikdə  sinif 

hegomoniyası  və  buna  səbəb  olan  əsas  şeyin,  məcburi  (yadlaşmış)  əməyin  aradan 

qaldırılmasını əsas prinsip kimi qəbul etməlidir.

Ən  əsası  isə  kommunist  şüurunu  kütləvi  surətdə  yaratmaq  və  məqsədə  – 

kommunizmə çatmaq üçün insanların dəyişdirilməsi, bu da ancaq praktikada – inqilabi 

hərəkət vasitəsilə mümkündür. “İnqilabın zəruri olması onun üçün deyildir ki, hakim 

sinfi başqa heç bir yolla devirmək mümkün deyil; inqilab ona görə zəruridir ki, devirən 

sinif bütün köhnə iyrəncliyini yalnız bu yolla üzərindən ata bilər və cəmiyyətin yeni 

əsasını yaratmağa qadir ola bilər”.



Qeydlər:

Yüklə 9,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin