Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın



Yüklə 9,24 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix14.01.2017
ölçüsü9,24 Mb.
#5119
1   2   3   4   5   6

6.    “Quod  attinet  ad  jus  civile,  servi  pro  nullis  habentur;  non  tamen  et  jure 

naturali, quia quod ad jus naturale attinet, omnes homines aequales sunt” 

(D. 50.17.32)

7.    Cumaraswamy  D.P.  The  Universal  Declaration  of  Human  Rights  –  Is  it 

Universal? // International Commission of Jurists Review. 1997. №58-59. 

P. 118-123

8.    Bir çox “üçüncü dünya ölkələrinin” ABŞ və Qərbi Avropa ilə əlaqədar heç nəyi 

qəbul etməmələri bir çox hallarda bu regoanların daha az inkişaf etmiş ölkə 

və xalqlara qarşı ənənəvi siyasətinin nəticəsidir. Müəyyən dərəcədə Qərbin 

iqtisadi-siyasi sisteminin diskreditasiya etdiyi qədər heç kim insan haqları və 

azadlıqları diskreditasiya etməyib. Məsələ sadəcə beynəlxalq siyasətdə deyil. 

Məsələn, ABŞ-da indiyə qədər ölüm hökmü tam şəkildə ləğv olunmayıb (bu da 

1948-ci il Ümumi insan haqları Deklarasiyasına ziddir), bundan başqa, ABŞ 

indiyə qədər 1948-ci il Ümumi İnsan Haqları Deklarasiyasından doğan və 

qəbul edilmə üçün məcbur olan iqtisadi, sosial və mədəni haqlar haqqındakı 

Beynəlxalq Paktı ratifikasiya etməyib ki, bu da ABŞ üçün universal insan 

haqları və prioritetlərinin qeyri-bərabərliyini sübut edir.

9.    Джеймс Рейчелз “Вызов культурного релятивизма”.

57

İstifadə olunan mənbələr:

1.  Thomas Sukopp: Wider den radikalen Kulturrelativismus. Universalismus,   

     Kontextualismus 

      und Kompatibilismus // Aufklärung und Kritik. 2/2005

2.  James Rachels, The Elements of Moral Philosophy, 1999

3.  Corpus iuris civilis. Дигесты. т. 50

4.  Даниэль Бенсаид, Спектакль как высшая стадия товарного 

     фетишизма, 2012

5. Cumaraswamy D.P. The Universal Declaration of Human Rights – Is it  

    Universal? //  International Commission of Jurists Review. 1997

Ruscadan tərcümə: Ləman Orucova

58

 №1 Fevral 2014

“Marx Reloaded” filminin 

rejissoru Jason Barker ilə 

müsahibə

 

“Marx Reloaded” (“Marks Yenidən”) Slavoy 



Jijek, Antonio Neqri, Jak Ransyer və Peter Sloterdayk 

kimi  şəxslərin  düşüncələri  və  müsahibələrindən 

ibarət,  qlobal  maliyyə  böhranı  şəraitində    Karl 

Marksın  siyasi  və  iqtisadi  fəlsəfəsini  işıqlandıran 

sənədli filmdir. 

Filmin rejissoru Ceyson Barkerə bir neçə sual ünvanladıq

1



–        “Marx  Reloaded”  filosofa  və  əsərlərinə  yenidən  yaranan  diqqəti 

canlandırdığınız  filmdir. Filmi çəkməkdə məqsədiniz nədir?

          “Kommunizm  ideyası”nın  araşdırıldığı  bir  vaxtda  bu  film  ”kapitalizm 

böhranı”na  sadə  cavab  cəhdidir.  Mən  “kommunizm  nəzəriyyədə  əla  ideyadır,  lakin 

praktikada tətbiqi mümkün deyil” klişesi ətrafında müzakirələrin tərəfdarıyam. Digər 

məqsəd Marksın “yenidən canlanma prosesinin” tədqiqi idi. Filmin adı mənim üçün 

olduqca əhəmiyyətlidir. Bu çevrilmə haqqındadır və azacıq fərqli nüanslara baxmayaraq, 

Badyu, Neqri və Jijekin Marks haqqındakı düşüncələrini özündə açıq-aşkar əks etdirir. 

Markssız marksizm olarmı? Bu, Badyu və Jijekin proto-kommunizmidirmi? Zənnimcə, 

Marks marksist deyildi ya da marksist olmaq istəməzdi. Ransyer filmdə qeyd edib ki, 

Marks hər şeydən əvvəl öz partiyasının üzvü idi. İstənilən halda bu, adi totalitar əxlaq 

olmadan Marksı bir mütəfəkkir kimi yenidən qələmə verməyə və ya təsəvvür etməyə 



MƏDƏNİYYƏT

59

çalışmaq idi və  görünür ki, çoxdan edilməli idi.



–      Bank  böhranları  başladığından  bəri  biz  Marksın  tanınmış  maliyyə 

mətbuatında tez-tez peyda olduğunu görürük – bu, yeni baxış bucağıdır yoxsa 

sizcə, kapitalizm böhranlarında onun ideyalarının ciddi şəkildə yenidən nəzərdən 

keçirilməsidir?

    Məncə bu qismən sosial aktiv oxucuların diqqətini cəlb etmək, qismən də 

ideyaları mənimsəmək cəhdidir. Burjua mətbuatının Marksla arası hər zaman əla olub. 

Məsələn, Time jurnalı onu sevir, elə deyilmi? Marks orta sinfin seçdiyi filosof olub 

(o, 4 il əvvəl BBC Radioda keçilmiş sorğuda ən sevimli filosof seçilib). Bəlkə də mən 

filmin  köməyi  ilə  bu  sevgi  romanına  öz  töhfəmi  qatıram.  Nuriel  Rubininin  “Marks 

haqlı idi” frazası Marksın əsərlərindəki ideyaların tam tətbiqinə şüursuz şəkildə qarşı 

gəlmək cəhdlərini ifadə edir. Bu, xəbərdaredici vuruşdur: “Biz Marksla bağlı debatların 

aktivləşəcəyini  bilirik,  elə  isə  gəlin  buna  imkan  verməyək”.  Bu,  bizi  yuxarıda 

qeyd  etdiyim  klişeyə  aparır.  Siz  Marksın  kapitalizmlə  bağlı  proqnozlarının  özünü 

doğrultuduğunu, ekspertlərin təsdiqlədiyini də görürsünüz, lakin eyni zamanda onun 

kommunizm “öncəgörməsi” utopiya adlandırılaraq cəfəngiyat kimi qələmə verilir. Con 

Qrey filmdəki bu mövqeni eynilə qəbul edib və ötən il Radio 4-də Marksın kapitalizm 

barədə haqlı, kommunizm haqda isə yanlış olduğunu təkrarlayıb. Bu, səhvdir, çünki 

Marks deyir: “kommunizm mövcud vəziyyəti dəyişdirəcək real qüvvədir” və birmənalı 

şəkildə izah edir ki, kommunizm kapitalizmin daxilində fəaliyyət göstərə bilməz. Lakin 

insanlar daim bu utopik klişeni eşitmək istəyirlər və anladığım qədəriylə populyar və 

iqtisadi mətbuat onlara bu klişe fikirləri təqdim edir.

–     Sizin filmdə kitabları geniş auditoriya tərəfindən oxunan Slavoy Jijek, 

Antonio Neqri, Nina Pauer və Maykl Hardt kimi  müasir filosof və mütəfəkkirlərə 

yer  ayrılıb.  “Mədəniyyət  nəzəriyyəsinin  Elvisi”  Jijek  hətta  tammetrajlı  sənədli 

filmin qəhramanına çevrilib. Biz marksizmin populyarlaşdığı dövrdəmi yaşayırıq? 

Və  yaşayırıqsa,  bu  onun  siyasi  iqtisadla  bağlı  fikirlərini  populyarlaşdırmağa 

imkan verirmi?

    Sadaladığınız  insanlar  həqiqətən  məşhurdurlarmı?  Məncə  də  Jijek  mə-

dəniyyət nəzəriyyəsinin Elvisidir, lakin o Las Veqasın Elvisi deyil. O, ümumiyyətlə 



60

 №1 Fevral 2014

nə vaxtsa Las Veqasda olubmu? Veqasa getsə, zənnimcə, çox az insan onu tanıyacaq. 

Mən  populyar  KİV-i  çox  az  oxuduğumdan  marksizmin  populyarlaşdığı  dövrdə 

yaşayıb-yaşamadığımızı deyə bilməyəcəyəm, şəxsən mən sizin vurğuladığınız qədər 

populyar olduğunu düşünmürəm. Jijekə bir nəzəriyyəçi kimi hörmət edirəm və onun 

geniş publika tərəfindən qəbul edilib-edilməməsi məni çox az maraqlandırır, bir sıra 

filmlərdə çəkilməsinə baxmayaraq, mənim filmimdə çəkilməyi qəbul etməsi üçün xeyli 

əziyyət çəkdim. Mən işin istehlak tərəfi barədə isə  narahat deyiləm. Əgər ideyanın 

hədəfi varsa, o, hətta müasir, qarma-qarışıq situasiyada belə özünə yol tapa biləcək. 

Düşünürəm ki, əgər böyük ictimaiyyət özü üçün Jijek və ya mənim filmim vasitəsilə 

Marks  və  ya  Marksizmi  kəşf  etsə,  daha  sonrakı  mübahisələrdə  o  daha  əhəmiyyətli 

persona (şəxsiyyət) halına gələcək.



–   “Marks Yenidən” filmində filosof Antonio Neqri qeyd edir ki, “Marksın 

qayıdışı” praktiki tənqidin inkişafı, postfordist işçilər və bunların əlaqəli olduqları 

mənəvi bağlar üzərində yaşayır. Bununla razısınız, yoxsa bu xətt akademiklərin 

və özünü Marksla maraqlanan hesab edənlərin yaşadıqları təcrübəni əks etdirdiyi 

üçün ona maraq artır? Əks halda, siz Marksın bu layihə üçün həqiqətən mühüm 

olduğunu düşünürsünüzmü?

–    İctimai Marksist nəzəriyyə Neqriyə, Marksın “Grundrisse” (“1844-cü il İqtisa-

di-fəlsəfi əlyazmaları” – red.) manuskripti ilə oxuduğu mühazirələrə görə çox borcludur. 

Mən tez-tez düşünürəm ki, əgər Neqrinin “Ekol normal”dakı seminarları (1991-ci ildə 

“Marx Beyond Marx” adı ilə nəşr olunmuşdur) 20 il əvvəl olsaydı, bu, Altusseri fərqli 

istiqamətdə yönləndirəcəkdi. Mən onun əsərlərinin İmperiya Trilogiyası istiqamətində 

təkamül yolunu çox inandırıcı görmürəm, baxmayaraq ki, bu, Marksın dirçəlişinə təkan 

vermişdi. “Grundgrisse” əsərində biz artıq Marksın təhlillərini 2 iş növündə görürük: 

abstrakt və konkret iş. İş o mənada abstraktdır ki, o, əmtəələri istehsal edən fərdi işçilərə 

münasibətdə müstəqildir. Alberto Toskanonun bunu “Marks Reloaded” filmində ifadə 

etdiyi kimi, işin “qeyri-maddi” və ya əqli, yaxud maddi və ya fiziki olub-olmaması o 

işin praktiki olaraq necə təşkil edildiyindən daha az əhəmiyyətlidir. Qeyri-maddi işin 

akademiklərin təcrübəsini əks etdirib-etmədiyinə gəldikdə isə, mən düşünmürəm ki, 

biz insanların motivasiyasından ehtiyat etməliyik. Zənnimcə, vacib və original tədqiqat 


61

aparmaqla bərabər, ictimai intellektual olmaq da mümkündür.



–    Marksa olan maraq kommunizmin siyasi bir qüvvə olaraq qayıtdığının 

xəbərdarlığıdırmı? Kommunizm dünyanı gəzən kabusdur, yoxsa akademiyaları 

dolaşan Marksın xəyalətidir?

   Yenə də mən burada heç bir ziddiyyət görmürəm. Fəlsəfi konfranslar kimi 

qələmə  verilən  kommunizm  konfranslarının  ideyası,  mənim  fikrimcə,  önəmli  bir 

istinad  nöqtəsi  kimi  çıxış  edir.  Mənim  onlardan  uzaqlaşdırdığım  bugünkü  siyasi 

düşüncə odur ki, bugünkü siyasi düşüncə yenidən Marksın yaşadığı dövrdəki sosial 

vəziyyəti eynilə əks etdirir. Badyu həmişə vurğulayır ki, bu, siyasi düşüncənin vacib 

qaydasıdır. Marksın əsərlərinin düzgün ötürüldüyü fikrini unudun. Əgər Marksın bizə 

öyrədəcəyi nə isə varsa, bu təkcə 1968-ci il deyil, həmçinin 1848-ci ildəki vəziyyəti 

xatırlamağa və düşünməyə kömək olan fikirləridir. Badyu son zamanlarda 1848-ci ilin 

tarixi əhəmiyyətini qeyd edənlərdən biridir. Hobsbaum da həmçinin. Bu, bizim Ərəb 

baharından işğal (“Occupy” hərəkatı – tərc.qeydi) cəhdlərinə qədər, o cümlədən keçən 

il və o dövrlərdə nələrin baş verdiyini nəzərə alaraq həqiqətən dərk etməli olduğumuz 

inqilabdır, dərsdir.



Qeydlər:

1.  Huw Lemmey tərəfindən götürülmüş müsahibənin ingiliscədən tərcüməsi 

     Mənbə: http://www.versobooks.com/blogs/900-an-interview-with-jason-

     barker- director-of-marx-reloaded

 © SOLFRONT.org



62

 №1 Fevral 2014

Salvador

Qraffiti sinfi mübarizə vasitəsi 

kimi. Banksy

“Kommunist  Partiyasının  Manifesti”ndə 

deyildiyi  kimi,  “İndiyə  qədər  mövcud  olan 

bütün  cəmiyyətlərin  tarixi  siniflər  mübarizəsi 

tarixi  olmuşdur”.  Və  bu  siniflər  mübarizəsi 

tarixin müxtəlif çağlarında müxtəlif incəsənət növlərində öz izini qoymuşdur. Strit-art 

(Küçə incəsənəti) da istisna hal deyil. Strit-artın yaranması birbaşa olmasa da dolayı 

yolla siyasətlə əlaqədardır. Onun yaranmasının ilk nümunəsi kimi Rus futuristlərinin 

“İncəsənətin  demokratikləşdirilməsi  haqqında  (hasar  ədəbiyyatı  və  meydan  rəsmi)” 

1918-ci ildə çap edilmiş №1 Dekreti göstərmək olar. Dekretdə deyilir:



“Yoldaşlar  və  vətəndaşlar,  biz,  Rusiya  futurizminin  –  gəncliyin  inqilabi 

incəsənətinin – başçıları, elan edirik:

1.  Bundan  sonra  çar  quruluşunun  məhvi  ilə  incəsənətin  insan  dühasının 

anbarlarında,  damlarında  –  saraylarda,  qalereyalarda,  salonlarda,  kitabxanalarda, 

teatrlarda yaşaması ləğv edilir.

2. Qoy hər kəsin mədəniyyət qarşısındakı bərabərliyinin böyük ayaq səsi naminə 

yaradıcı  şəxsiyyətin  Azad  Sözü  ev  divarlarının  tinlərində,  hasarlarda,  damlarda, 

şəhərlərimizin,  kəndlərimizin  küçələrində,  avtomobillərin,  ekipajların,  tramvayların 

arxasına və bütün vətəndaşların paltarlarına yazılsın.

3.  Qoy  əlvan  zolaqlarla  rəsmlər  (rənglər)  yoldan  keçənin  gözlərini  (zövq) 

oxşayaraq, sevindirərək evdən evə küçələrdə və meydanlarda yayılsınlar.

Rəssamlar  və  yazıçılar  ləngimədən  bəzədilmə  sənətkarlıqlarının  boyalar  və 

MƏDƏNİYYƏT

63

fırçalar olan qablarını götürməyə, şəhərlərin, vağzalların və daim hərəkət edən dəmiryol 

vaqonları dəstəsinin bütün künclərini, alınlarını, sinələrini rəngləməyə borcludurlar.

Qoy  bundan  sonra  vətəndaş  küçədən  keçərkən  hər  dəqiqə  böyük  müasirlərin 

düşüncələrinin dərinliyindən həzz alsın, bu gün gözəl xoşbəxtliyin əlvan parlaqlığını 

seyr etsin, hər yerdə gözəl bəstəkarların musiqilərini — melodiyaları, gurultunu, küyü 

dinləsin.

Qoy küçələr hər kəs üçün incəsənət bayramı olsun”.

— Vladimir Mayakovski, David Burlyuk, A.Kamenski (“Futuristlərin qəzeti”. — 

M., 15 mart, 1918)

***


Strit-artın əsasını qraffiti təşkil edir, lakin bu o demək deyil ki, strit-art məhz 

qraffitidir.  Qraffiti  hip-hop  altmədəniyyətinin  beş  sütunundan  biridir.  Hip-hopun 

sütünu olaraq qraffiti həyat tərzi kimi onu siyasi mahiyyətindən fərqlənir. Əgər hip-hop 

altmədəniyyəti (subkultura) prizmasından baxmasaq, qraffitinin məşhurlaşması 1942-ci 

ildə İkinci Dünya Müharibəsi zamanı Kilroy adlı fəhlənin Detroytda yerləşən fabrikdə 

istehsal olunan bombalar olan hər yeşiyə “Kilroy was here”

 cümləsini yazması ilə baş 



verib. Avropada bombardman zamanı sağ qalan əsgərlər bu cümləni divarlara yazmağa 

başlayırlar. Müharibə ərzində və sonrakı bir neçə onillikdə bu “Kilroy was here” ifadəsi 

rəsmlə əlavə edilmiş şəkildə bütün dünyada yayılmağa başlayır. İfadə amerikan ordusu 

tərəfindən istifadə edildiyindən amerikan kütləvi mədəniyyətinə tezliklə daxil olur. Çində 

qraffiti daha erkən dövrdə – 1920-ci illərdə – ölkədə kommunist inqilabının müdafiəsi 

və canlanması üçün ictimai yerlərdə inqilabi şüarların və rəsmlərin çəkilməsini istifadə 

edən Mao Zedunqun siyasi fəaliyyəti ilə birgə yaranıb. Çin cəmiyyətini tənqid etdiyi 

4000 obrazdan ibarət ən uzun qraffiti rekordu Maoya aiddir.

Parisdə  1968-ci  ilin  mayında  baş  verən  tələbə  etirazları  və  ümummilli  tətil 

ərəfəsində  şəhəri  “L’ennui  est  contre-révolutionnaire”  (“Darıxma  əks-inqilabidir”

kimi inqilabi, anarxist və situasionist şüarlar bürümüşdü. Bəzən divarlarda yazılan siyasi 

şüarları qraffiti ilə səhv salırlar (!).Yəni adi əl ilə yazılan hər bir yazı qraffiti sayılmır, 

hətta onlar aerozol boya ilə yazılsalar da. Parisdəki şüarlar qraffiti (ən primitiv), plakat 

və trafaret üslübunda edilmişdilər. “Çılğın altmışıncı illər” məlum olduğu kimi təkcə 



64

 №1 Fevral 2014

Fransada deyil dünyanın bir çox ölkəsində baş vermişdi. Bura həmçinin 60-larda siyasi 

şüarların məşhurlaşmağa başladığı ABŞ da daxil idi. Bunlardan biri “Qara Bəbirlər” 

hərəkatının lideri Hyui Nyutona həsr edilmiş “Hyuini azad edin” şüarı idi. 1970-lərin 

ən məşhur qraffitisi gənclərin ABŞ prezidenti Niksona qarşı ədavətini əks etdirən “Dick 

Nixon Before He Dicks You” oldu.

Qraffiti  öz  təsirini  rok-n-rollda  da  göstərirdi.  Məsələn,  ən  məşhur  qraffiti 

yazılarından biri London metropolitenindəki “Clapton is God” ifadəsi oldu. Bu yazı 

İslinqton stansiyasında 1967-ci ilin payızında aerozol boya ilə yazılmışdı. Sözü gedilən 

qraffiti  bir  itin  divarı  isladarkən  çəkildiyi fotoda  təsvir  edilirdi. 1969–1974-cü  illəri 

ümumiyyətlə qraffiti üçün inqilabi zaman kimi saymaq olar. Məhz bu illərdə qraffiti 

üslubunun yeni cərəyanları yaranırdı, artıq rayterlər divarlara “teq” adlanan imzalarını 

yazmağa,  şriftlər    isə  daha  mürəkkəb  forma  almağa  başlayırdı.  Qraffiti  incəsənəti 

həmçinin 1970-lərin əvvəlindəki etiraz cərəyan olan pank-rokla da əlaqədar oldu. “Black 

Flag” və “Crass” (həmçinin onların davamçıları) kimi qruplar hər yerdə öz adlarını 

Fransada 1967-ci ilin payızında başlamış və 1969-cu ildə – De Qollun istefaya getməsi ilə başa 

çatmış “Qırmız May” hadisələri zamanı tələbələrin hazırladıqları plakatlar.


65

trafaretlər  ilə  çəkirdilər.  Daha  sonra  1980-lərin  sonunda  Martini  bokalının  tərsinə 

çevrilmiş rəsmi – “Missing Foundation” pank-qrupunun rəmzi – aşağı Manxettendə 

hər yerdə ən çox rast gəlinən oldu və bütün Amerika və Qərbi Almaniyada hardkor-

pank fanatları tərəfindən təqlid edildi.

Gündəlik məşhurluğu və nisbətən qanuniliyi əldə etdikdən sonra qraffiti “əllərini” 

çirkaba  batıraraq  yeni  kommersiya  pilləsinə  qalxdı.  2001-ci  ildə  kompüter  şirkəti 

İBM Çikaqoda və San-Fransiskoda aerozol boyaları ilə səkilərə sülh rəmzini, ürək və 

pinqvin (Pinqvin – əməliyyat sistemi “Linux”un rəmzidir) çəkən insanlar göstərilən 

reklam kampaniyasına başladı. Sülh rəmzini, ürək və pinqvin “Sülh, sevgi və Linux” 

şüarını əks etdirirdi. Buna baxmayaraq qraffitinin qeyri-qanuni olduğundan bəzi “küçə 

rəssamları”  vandalizmə  görə  həbs,  İBM  şirkəti  isə  120  000  dollar  cərimə  ödəməyə 

məcbur oldu. 2005-ci ildə eyni cür kampaniyanı Sony şirkəti başlatdı. Bu dəfə yeni əl 

oyunu sistemi PSP reklam olunurdu. “TATS CRU” rayter komandası bu kampaniya 

üçün  qraffitini  Nyu-Yorkda,  Çikaqoda,  Atlantada,  Filadelfiyada,  Los-Ancelesdə  və 

Fransa, 68-lərin plakatları. 1) “Sois jeune et tais toi” (“Cavan ol və səsini kəs”) 

2) “La beaute est dans la rue” (“Gözəllik küçədədir”)


66

 №1 Fevral 2014

Mayamidə həyata keçirdilər. İBM-in uğursuz təcrübəsini nəzərə alaraq, Sony şirkəti 

binanın sahiblərinə onların divarlarında çəkmək hüququ üçün əvvəlcədən pul ödədilər. 

Qraffiti özlüyündə əlində sanki oyun pristavkası deyil skeydbord və ya oyuncaq at olan, 

PSP oynayan sarsılmış uşaqları əks etdirirdi. Bundan başqa TATS CRU “Cola-Cola”, 

“McDonalds”,  “Toyota”  və  “MTV”  kimi  şirkətlər  üçün  də  reklam  kampanaiyaları 

keçiriblər və bununla da məşhurluq qazanıblar. Kovent Qardendəki Boxfresh mağazası 

hesab edərək ki, qeyri-adi reklam brendin irəliləməsinə yardım edəcək, Sapatistlərin 

inqilabi plakatlarının rəsmləri əks olunan trafaretlərdən istifadə edirdi. Əksər rayterlər 

köhnə adət-ənənəyə sadiq qalaraq leqal reklamı və ümumiyyətlə reklamı “ödənilmiş və 

qanuniləşdirilmiş qraffiti” hesab edirlər və rəsmi reklamlara qarşı çıxırlar.

Siyasi  münaqişələr  dövründə  divar  rəsmləri  özünüifadə  vasitəsi  və  sosial, 

etnik və ya irqi bölünmüş cəmiyyətlərin üzvləri arasında ünsiyyət olmuşdur. Bu cür 

qraffitilər ədavət aparan və ya ayrılmış tərəflər arasında dialoqun qurulmasına imkan 

yaradırdı.  Məsələn,  Berlin  divarı  demək  olar  ki,  tamamilə  Sovet  hakimiyyətinin 

ADR-ə olan təzyiqlərini əks etdirən rəsmlərlə örtülü idi. Şimali İrlandiya münaqişəsi 

də həmçinin böyük həcmdə qrafftinin yaranmasına səbəb oldu. Şüarlardan əlavə Şimali 

İralandiya qraffiti mədəniyyəti özündə böyük ölçüdə divar rəsmləri də daxil edirdi. Bu 

cür divar rəsmləri eyni zamanda səkilərin rənglənmiş daşları və bayraqlar kimi küçə 

qruplaşmalarının  ərazilərini  ayırırdı.  Rəsmlər  adətən  evlərin  fasadlarında  həmçinin 

Sülhün  sərhəddində  –  ədavət  aparan  tərəfləri  ayıran  hündür  divarlarda  –  çəkilirdi. 

Divar rəsmlərinə olduqca üslub verilmişdi və müxtəlif siyasi partiyalar müxtəlif rəsm 

üsullarına  üz  tuturdular.  Olter  loyalistləri  tarixi  hadisələrə  müraciət  edirdilər  –  II 

Yakov ilə Oranlı Vilhelm arasındakı müharibədən başlayaraq, XVII əsrdə qurtararaq, 

respublikaçıların qraffitiləri isə Şimali İralandiyadakı müasir münaqişənin məzmununu 

əks etdirirdi.

Qraffitini hər bir qruplaşmanın müəyyən teqlər və loqotiplər dəstinə malik olduğu 

ərazinin hüdudlanması üçün istifadə edirlər. Bu cür qraffiti özgəyə buranın kimin ərazisi 

olduğunu göstərir. Küçə qruplaşmaları ilə əlaqədar olan rəsmlər anlaşılmaz işarələr və 

olduqca üslublaşdırılmış hərflər-insiallar ehtiva edir. Onlar vasitəsilə qruplaşmaların 

tərkibi,  rəqiblərin  və    müttəfiqlərin  adları  elan  olunur,  lakin  daha  çox  bu  rəsmlər 


67

sadəcə sərhədləri nişanlayır – həm ərazi, həm də ideoloji. Sosialist dövrün ən məşhur 

qraffitilərindən biri Berlin divarında Dmitriy Vrubelin çəkdiyi “Brejnev və Xonekkerin 

Öpüşü” adlı rəsm olub.

***

Qraffitinin daha bir yeni formasını Böyük Britaniyada 1970-lərdə Pulların Azad 



Edilməsi Frontunun üzvləri düşünmüşdülər. Bu, şair və dramaturq Xitkot Uilyamsın, 

həmçinin naşir və dramaturq Cey Ceff Consun daxil olduğu anderqraund jurnalistlərin 

və  yazıçıların  azad  ittifaqı  idi.  Onlar  kağız  pulları  əksmədəniyyət  (kontrkultura

ideyalarının  təbliğatı  üçün  istifadə  etməyə  başlayıblar:  onların  üzərində  adətən  Con 

Bulu, səciyyəvi ingilis karikatur obrazını təsvir edərək banknotlar çap edirdilər. Özünün 

qısa müddətli mövcudluğuna baxmayaraq, Ledbrouk Qrouv küçəsində yerləşən Pulların 

Azad Edilməsi Frontu Londonun alternativ ədəbiyyat birliyinin parlaq nümayəndəsi 

oldu.  Sonradan  bu  küçədə  davamlı  olaraq  antiistebleşment  ideyalarını  əks  etdirən 

yumoristik qraffitilər yer alır.

1993-cü  ildə  Sinqapurda  polis  sinqapur-amerikan  məktəbinin  tələbəsi  Maykl 

P.Feyi bir neçə bahalı avomobillərin üzərində qraffiti çəkdiyi qismində şübhəli bilərək 

həbs edir. Sorğudan sonra onu vandalizmdə günahkar bilirlər. Fey özünün avtomobilləri 

çəkməkdə, həmçinin yol işarələrini oğurlamaqda günahkar olduğunu etiraf edir. 1966-

cı ildə Sinqapura kommunist qraffitlərinin daxil olmasını məhdudlaşdırmaq məqsədi 

ilə əvvəlcədən vandalizm barədə qəbul olunmuş qanuna əsasən, məhkəmə Feyi 3 500 

sinqapur dolları (2,233 ABŞ dolları) cərimələyir, ona şallağ cəzası kəsir və 4 aylıq həbsə 

məhkum edir. Nyu-York Tayms qəzetində bu cür mühakiməni ittiham edən və amerikan 

ictimaiyyətini Sinqapur məhkəməsinin qərarını etiraz etməyə səsləyən bir çox məqalə 

meydana  çıxır.  Mühakimənin  yumşaldılması  üçün  çoxsaylı  xahişlərə  baxmayaraq, 

Sinqapur hakimiyyəti şallaq cəzasını ləğv etmədi, lakin ölkənin prezidenti On Ten Çen 

cəzanı dəyişdi: Fey şallaq ilə 6 zərbə əvəzinə qamçı ilə 4 zərbə alır.

1995-ci  ildə  Nyu-Yorkun  meri  Rudolf  Culiani  Qraffitiyə  qarşı  xüsusi 

komissiyanın, qraffiti-vandallar ilə mübarizə aparmaq qabiliyyətində olan çoxixtisaslı 

təşkilatın əsasını qoydu. İctimai mülkiyyətə ziyan verməyə görə cəzalandırma tədbirləri 

ağırlaşdırıldı. Elə həmin ildə Nyu-Yorkun inzibati qanununun 10-117-ci maddəsi 18 


68

 №1 Fevral 2014

yaşına kimi şəxslərə aerozol boyaların satışını qadağa etdi. Yeni qanun həmçinin bu 

cür boyaların satıcılarının balonları mağaza oğruları onları oğurlaya bilməsinlər deyə 

bağlı  yeşiklərdə  saxlamalarını  tələb  edirdi.  Bu  qanunları  pozanlara  hər  bir  konkret 

halda  350  ABŞ  dolları  cərimə  nəzərdə  tutulurdu.  Bu  qanunla  azərbaycanlı  rayter 

SOLO  da qarşılaşmışdı. Nyu-Yorkda yerləşən 5POİNTZ-ə gedib çıxan və orada öz 

parçasını çəkmək istəyən SOLO-ya 18 yaşı tamam olmadığına görə satıcı aerozol boya 

satmaqdan imtina etmişdi. SOLO-nun çoxsaylı cəhdlərinə baxmayaraq satıcı 1995-ci 

ildə qoyulan qanunu aşa bilməmişdi. SOLO əlbəttə ki, 5POİNTZ kimi yerdə çəkmək 

şansını buraxmazdı (bunu istənilən rayter istəməzdi). Həmin mağazadan çıxan və əlində 

aerozol balonu olan birisini görəndə SOLO qərarə gəlir ki, həmin adama xahiş etsin ki, 

Benksi “Graffiti is a crime” (“Qraffiti cinayətdir”) işarəsinin üstünə aerozol balonunu oğurlayan 

ingilis uşaqlarını çəkib


69

girib onun üçün boya alsın. Xahiş nəzərə alınmasa da, əlavə verilən 10 dollar SOLO-

nu  istədiyi  boyalara  qovuşdurur.  5POİNTZ-dəki  rayterlərin  icazəsilə  öz  parçasını 

divara çəkir. Sonradan SOLO xəbər tutur ki, satıcının ona boyaları satmadığını bilən 

5POİNTZ-in rayterləri həmin mağazanın divarlarını “bombardman” ediblər. Qraffiti 

əzəldən qeyri-qanuni olduğu üçün hər zaman qanun tərəfindən qadağa olunacaq, nə 

qədər kapitazlimin kommersiya əli ora daxil olsa da, onu əhliləşdirməyə çalışsa da, hər 

zaman və hər yerdə onun qanuniləşməsi qeyri-mümkündür. Məsələn, bu yaxınlarda 

5POİNTZ dövlət işçiləri tərəfindən bir gecəyə ağardıldı. 5POİNTZ elə bir yerdir ki, 

daha doğrusu idi, orada hər bir divar hətta əlçatmayan belə yerlər qraffiti ilə “bəzədilib”. 

Boş yerinə oranı Qraffiti-Məkkə adlandırmırdılar. Rayterlər üçün simvolik olaraq ora 

müqəddəs yer sayılırdı. Əgər qeyri-qanunilikdən danışırıqsa, o zaman bütün dünyada 

anonim rayter kimi tanınan BANKSY-dən (Benksi) söz açmamaq mümkün deyil.

Azərbaycanlı rayter SOLO Nyu-Yorkda “5POİNTZ”də. Rayterlər (soldan sağa): DANE2, SOLO, 

MERES-ONE, G-WIZ. © UAT


70

 №1 Fevral 2014

İngiltərəli adı naməlum olan küçə rəssamı Benksi siyasi və sosial mövzularla 

bağlı işləri ilə məşhurdur. “Banging Your Head Against A Brick Wall” adlı ilk kitabında 

Benksi  yazır  ki,  onu  məktəbdə  sanki  öz  dostunu  pilləkənlərdən  itələdiyinə  görə 

cəzalandırmışdılar, əslində isə bunu etməmişdi. Bundan sonra o nəticə çıxarır ki, müasir 

cəmiyyətdə bir halda ki, etmədiyin əməl üstündə hər necə olsa cəzalandırıla bilərsən 

qanunlara əməl etmək mənasızdır və elə bu da onu qadağa olunmuş incəsənət ilə məşğul 

olmağa vadar edib. Təqribən 2000-ci ildən etibarən Benksi trafaret vasitəsilə qraffiti 

çəkməyə başladı (Stencil-art): mövcud texnika rəsmləri daha tez bir zamanda çəkməyə 

və eyni zamanda polislərdən yayınmağa imkan verir. Benksi gərgin siyasi və sosial 

mövzulara toxunan yumoristik və provakasiyalı qraffiti üzrə ixtisaslaşmağa başlayır, 

kapitalizmə və ictimai konformizmə qarşı etirazını bildirir. Benksinin üsulu “Trafaret 

qraffitisinin atası” sayılan Blek Le Ratın rəssamlıq tərzinin “davamı” kimi də qəbul 

etmək olar. Əsl adı Xavier Prou olan rəssam öz ləqəbini “Blek le Roc” komiksindən 

götürüb. Sadəcə “Roc” sözünü “art” sözünə anaqram olaraq “Rat” (siçovul) kəlməsi 

ilə əvəz edib (Komiks 1770-ci illərdə Şimali Amerikada İngiltərə müstəmləkələrinin 

azadlıq  mübarizəsi  apararaq  Amerika  Birləşmiş  Ştatlarının  yaratması  mövzusudur. 

 “The mild, mild west” (“Yumşaq, yumşaq qərb”). Benksi “Wild” (“vəhşi”) kəlməsini “mild” 

(“yumşaq”) kəlməsi ilə əvəz edib.


71

Əsas  qəhrəmanlar  Polad  Blek  və  onun  dostları  Rodi  (Rody)  və  Professor  Okkultis 

(Occultis)  qırmızı  urbalılara  (ingilis  əsgərlərinə)  qarşı  dirəniş  nümayiş  etdirirlər). 

Məşhur siçovul rəsmlərini “şəhərdə yeganə azad heyvan” kimi təsvir edərək ilk dəfə 

Blek Le Rat 1981-ci ildə Parisdə çəkib. Eynilə Benksinin də iri həcmdə əlində boya 

fırçası olan siçovul rəsmləri var. Benksi siçovulları çəkməyi barədə deyirdi ki, “Mən 

düz  üç  il  siçovulları  çəkirdim,  sonra  kimsə  mənə  dedi:  “incəsənət”  sözünə  necə  də 

yaradıcı anaqramdır (ingiliscə rat və art). Yalandan özümü elə göstərdim ki, guya ömrüm 

boyu bunu bilirdim”. Onun 2001-ci ilə qədər Londonda və Bristolda yerinə yetirdiyi 

və  yaradıcılığının  təcəssümü  olan  ilk  işləri  Cokondanın  qumbaraatan  ilə  aviasiya 

bombasını  qucaqlayan  qızlar  və  əlindəki  “Molotov  kokteyli”ni  gül  dəstəsi  ilə  əvəz 

etdiyi etiraz edən adam rəsmləri olmuşdur. Həmçinin onun Tyananmen meydanında 

1989-cu  ildəki  hadisələr  zamanı  emal  edilmiş  “naməlum  qiyamçı”  ilə  olan  səhnəni 

təsvir edən “Golf sale” adlı işi də məşhurluq qazandı. Tank dəstəsini saxlayan adamın 

əlinə  reklam  tablosu-işarəsi  yerləşdirir  və  imzalayır:  “Biz  kapitalizm  yıxılmayana 

kimi  dünyamızı dəyişməkdən  ötrü  heç  nə  edə  bilməyəcəyik”.  Benksinin  ən  sevimli 

mövzusu  videoizləmə  sistemləri  (CCTV)  ilə  mübarizə  və  əsasən  qraffiti  vasitəsilə 

özünüifadə  azadlığı  tələbidir.  Böyük  Britaniyada  o,  bəzi  divarları  “Mövcud  divar 

qraffiti üçün nəzərdə tutulub. Böyük Britaniyanın şose agentliyi” trafareti ilə çəkdikdən 

sonra, divarlar dərhal çəkilməyə başlanılır. Bu və digər işləri Benksinin 2001-ci ildə 

özbaşına nəşr etdiyi ilk kitaba “Kərpic divara qarşı başınla vurmaq” (“Banging Your 

Head  Against  A  Brick  Wall”)  daxil  olublar.  2005-ci  ildə  İsrail  və  Fələstin  əraziləri 

arasındakı sərhəddə İsrail tərəfindən tikilən çoxmetrli beton səddə çoxlu sayda qraffiti 

çəkir.  Quantanamadakı  bazada  məhbusların  işgəncələri  ictimaiyyətə  açıqlanandan 

sonra Benksi çoxlu sayda qraffiti hazırlayır, 2007-ci ildə isə bu bazadan olan şişirdilmiş 

məhbus fiqurunu Kaliforniyadakı Disneylenddə quraşdırır.

Qraffitidən  başqa  Benksi  öz  bədii  aksiyaları  ilə  də  tanınır.  2003-cü  ildə  o, 

Londonda  iki  tonluq  başının  yerinə  yol  konusu  olan  heykəli  –  Oqyust  Rodenin 

“Mütəfəkkir”nin nüsxəsini – yerləşdirir. Bir il sonra kraliça II Elizavetın portreti vəfat 

etmiş şəhzadə Diananın portreti ilə əvəz olunmuş saxta 10 funtluq banknotlar partiyası 

hazırlayır. Həmçinin Benksi muzeylərə öz işlərini gətirib xəlvəti divara yapışdırırdı. 



72

 №1 Fevral 2014

Bu işlər arasında, məsələn sonradan suda üzən supermarket zibil və səbətləri çəkilən 

Monenin “Su zanbaqları olan göl” rəsminin, həmçinin “petroqraflar” ilə daş elə həmin 

səbətlərin rəsmi ilə (sonuncu obyekti Britaniya muzeyinin (British Museum) işçiləri 

aşkar edəndə, o artıq ümumi nəzərdə səkkiz sutka asılmağa macal tapmışdı) nüsxəsi 

olub. Həmçinin Benksinin balta ilə “öldürülmüş” telefon budkası şəklində quraşdırması 

və  canlı  heyvanlar,  həmçinin  fillər  üzərindəki  qraffitiləri  də  məşhurluq  qazanıblar. 

Müğənni Corc Maykl Benksiyə onun evinin divarlarından birini rəngləməsinə görə 2 

milyon dollar söz vermişdir, bir şərtlə ki, rəssam üzünü göstərəcək. Benksi bu təklifi 

rədd edir. 2010-cu ildə Liverpulda Benksinin siçovul çəkdiyi pab 114 min funt sterlinqə, 

bazar qiymətindən çox baha qiymətə satılmışdır. Daha da çox dünya şöhrətli məşhurlar 

və kolleksionerlər öz kolleksiyaları üçün rəssam tərəfindən  yerinə yetirilən qraffitiləri 

almağa başlayırlar. Növbəti uğurlu sazişdən sonra şəxsi saytında Benksi onun “İnana 

bilmirəm ki, siz axmaqlar bu zibili alırsınız” imzalı rəsminin satıldığı hərracın şəklini 

qoyur. Nəticədə bu şəklin basmalarını hərraclarda bir neçə min funt sterlinqə satırlar. 

Benksinin “Suvenir dükanından çıxış” (“Exit through the Gift Shop”) filmindən bir fraqment


73

2010-cu  ildə  “Sandens”  kinofestivalında  onun  “Suvenir  dükanından  çıxış”  (“Exit 



through the Gift Shop”) adlı filminin premyarası olub.

Londonun Vud-Qrin rayonunda 2012-ci ilin mayında “Paundlend” ucuz mallar 

mağazasının divarında peyda olan “Qul əməyi” qraffitisi Benksinin ən məşhur işlərindən 

biridir. İynəsinin altından Britaniya bayrağının bəzəkləri çıxan tikiş maşınının arxasında 

oturan yalınayaq oğlan (uşaq) təsvir olunub. 2013-cu ilin fevralında qraffiti mağazanın 

divarında  suvaq  ilə  birlikdə  yoxa  çıxır.  Tezliklə  isə  Mayamidə  Fine  Art  Auctions 

Amerikan hərrac evin 680 milyon dollar ilkin qiymətlə satışa qoyulur. “Qul əməyinin” 

satışı  barədə  xəbər,  rəssamın  şəhərə  hədiyyə  etdiyinin  üstündə  pul  qazanmağa  heç 

kimin haqqı olmadığını bildirən London sakinlərində qəzəbə səbəb olur. Etiraz qüvvəyə 

minir: Son anda “Qul əməyi” satışdan çıxarılır, ancaq hərrac evi qraffitini hərraca qoyan 

adamın adını açıqlamır.

***


Həmin  ilin  mayında  “Qul  əməyi”  London  ictimaiyyətinə  Londonda  Kino 

muzeyində  Sinkura  Group  tərəfindən  təşkil  olunan  Benksinin  işlərinin  sərgisinin 

mərkəzi  eksponatı  qismində  təqdim  olunub.  Sinkura  Grop-un  nümayəndələri  elə 

oradaca sərgidən sonra qrafftinin özəl hərracda satılacağını elan etdilər. Sinkura Group 

da Benksinin işinə alıcını Böyük Britaniya sakinləri arasında tapmağı ümid etdiyini 

qeyd edərək “Qul əməyi”nin satıcısının adını gizli saxladılar. Qrafftinin təkrar satışa 

qoyulması londonluları hiddətləndirdi. Hərracdan bir gün əvvəl Vud-Qrin rayonunda 

vaxtilə “Qul əməyi”nin yerləşdiyi divarda bir dəfəyə onun polistirolda çəkilmiş 6 nüsxəsi 

peyda olur. Lakin bu dəfə sakinlərin etirazına əhəmiyyət verilmir: mülkiyyət haqları 

dəqiqləşəndən sonra (qraffitinin “Paundlend” mağazasının satıcısına aid olması qəbul 

edildi) “Qul əməyi” hərracdan satıldı. Satış iyunun 2-si axşamı baş verir. İlkin qiymət 

£900 min (təqribən 1,4 milyon dollar) əldə edilmədi: qraffiti £750 minə (1,1 milyon 

dollara) satıldı. “Qul əməyi”nin yeni alıcısının adı açıqlanmır. Rəssamın əsərinə verilən 

rekord qiymət 2008-ci ilin fevralında onun “Ziyanvericilərlə mübarizə” işi hərracdan 

1,9 milyon dollara satılmaqla müəyyənləşib.

Benksinin teqi bir neçə dəfə “The Simpsons”un 22-ci fəsilin “Angry Dad: The 

Movie” adlı 14-cü seriyasında yer alır. 2010-cu ilin 10 oktyabrında ABŞ-da göstərilən 


74

 №1 Fevral 2014

“The Simpsons”nun 22-ci sezonunun 3-cü seriyasının başlığının müəllifi Benksi olub. 

Başlıq üçün Benksinin ideyaları o qədər mürəkkəb və qəliz olublar ki, animatorlar əvvəlcə 

əməkdaşlıqdan imtina etmək istəyirdilər. Çarxda “The Simpsons”nun başlıqlarının  bir 

çox ənənəvi süjetlərindən istifadə olunub. Bart lövhədə “Mənə divarda yazmaq olmaz” 

cümləsini  yazır;  elə  həmin  cümlə 

ilə  sinif  otağının  divarları  da 

yazılıb. Bundan başqa çarxda “The 

Simpsons”nun  multiplikasiya  mü-

təxəssislərinin,  həmçinin  cizgise-

rialın  qəhrəmanlarının  təsviri  olan 

məhsulları hazırlayanların  qul əmə-

yi  təsvir  olunub.  Benksi  xeyriyyə 

fondlarından  birinin  mağazasından 

50 dollara dağ mənzərəsi olan rəsm 

alır. Küçə rəssamı rəsmə skamyada 

SS  zabiti  formasında  oturan  adam 

əlavə  edərək,  mağazaya  geri  qay-

tarır. Benksinin “Şərin banallığının 

banallığı”  (“The  banality  of  the 



banality of evil”) adlandırdığı rəsm

2

 



QİÇS  ilə  mübarizə  üçün  vəsait 

yığan  Housing  Works  xeyirxahlıq 

təşkilatının  hərracına  qoyularaq  

615 min dollara satılıb.

Benksinin  tərəfdarları  və 

davamçıları olduğu kimi də “düşmənləri” də var. Qraffitiyə qarşı “mübarizə aparan” 

Fred Radtkin hərəkətlərinə qarşı etiraz olaraq Benksi onlarla qraffiti çəkib. Yeni Or-

leanın divarlarında divar rəsmini boz rəngli boya ilə rəngləyən Radtkenin şəkli peyda 

oldu. Fred Radtkinin həmin bu obrazı “Boz kabus” ləqəbini alıb. Rəsmlərinin satılmasına 

görə elə düşünmək olar ki, Benksi pula pul demir. İş burasındadır ki, bu pullar Benksi-



Kommunist  əqidəli azərbaycanlı küçə rəssamı RbiTsec-in işi. 

Rəsm fransız ateist elzistensializminin nümayəndələrindən biri 

olan Jan-Pol Sartrın azərbaycan dilində nəşr olunmuş “varlıq 

və heçlik: Fenomenoloji Ontologiya Təcrübəsi” kitabının 

üzlüyündən götürülüb. © UAT

75

yə heç bir dəxli olmayan insanlara çatır. Onlar sadəcə olaraq rəsmləri birbaşa divardan 

kəsib çıxararaq bütün dünyaya satırlar. Əlbəttə ki, Benksi buna qarşıdır. O, mətbuat 

vasitəsilə bildirib ki, onun rəsmləri divarlardan götürülüb hərraclarda satılmaqdan ötrü 

deyil, divarlarda qalmaları üçündür.

Qeydlər:


Yüklə 9,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin