1. İngiliscədən hərfi tərcümədə “Kilroy burada olub” anlamını verir.
2. “Bununla da, nasist Eyxmanın məhkəməsi əsasında “Şərin banallığı”
kitabını yazan Hanna Arendtin əsərinə hörmətini izhar edir”. Məmməd
Süleymanov.
İstifadə olunan mənbələr:
1. Urban NEWS: Welcome back, Solo!: https://www.facebook.com/notes/
urban-art-azerbaijan/urban-news-welcome-back-solo/644909952219866
2. Aleksandr Tarasov – “68-ci il: İnqilab yoxsa karnaval?”: http://solfront.org/
archives/5028
3. http://teleqraf.com/news.php?id=31423#.UrhL61yTlFM
4. http://www.wired.com/culture/lifestyle/news/2005/12/69741
5. http://www.banksy.co.uk
6. http://www.nytimes.com/1994/05/08/weekinreview/may-1-7-singapore-
swings-michael-fay-s- torture-s-over-watch-for-the-docudrama.html
7. http://news.bbc.co.uk/2/shared/spl/hi/picture_gallery/07/asia_pac_graffiti_
artists_in_beijing/html/1.stm
8. http://5ptz.com
76
№1 Fevral 2014
Məmməd Süleymanov
Cek Londonun “Dəmir daban”ı
Cek Londonun sosialist olması ümum məlum
faktdır. Yazıçı illər boyu ABŞ Sosialist partiyası-nın
üzvü olub, onun fəaliyyətində iştirak edib, beynəlxalq
həmkarlar təşkilatı olan “Dünya Sənaye Fəhlələri”ni
(IWW) dəstəkləyib, habelə Sol hərəkata maliyyə
dəstəyi verib. Sonralar Sosialist Partiyasından bəyanat
verərək çıxması isə heç də ideologiyadan ayrılması ilə
yox, partiyanı passivlikdə suçlaması ilə bağlı olub.
Yazıçının qələmindən proletariatın problemlərinə həsr olunmuş bir çox bədii və
publisistik yazılar çıxıb. Onların arasında “Dəmir daban” romanının əlahiddə yeri var.
***
“Tarixçilər və filosoflar üçün oliqarxiyanın qələbəsi həmişəlik həllsiz tapmaca
olaraq qalacaq. Sosial təkamülün gedişatında ona yer yox idi. Onun gəlişi tarixi
cəhətdən əsassız idi və qaçılmaz deyildi. O, tarixdə dəhşətli anomaliya, dərkolunmaz
kuryoz kimi qalacaq”
(Cek London. “Dəmir daban”)
1908-ci ildə 32 yaşlı Cek London “Dəmir daban” romanını yazır. İlk
antiutopiyalardan biri sayılan əsər 25 il ərzində diqqəti xüsusi olaraq cəlb etmir. Yalnız
1940-cı illərdən başlayaraq ardıcıl olaraq kitabdakı öncəgörmələrin doğrulmağa
başlaması əsərin ədəbiyyat tarixində öz layiqli yerini tutması ilə nəticələnir.
Necə ki özünün “Kataloniyanın xatirəsinə” kitabı ilə Corc Oruell siyasi publistikanı
incəsənətə çevirmişdi, oxşar ifadəni “Dəmir daban” haqqında da işlətmək olar: Cek
MƏDƏNİYYƏT
77
Londonun sayəsində siyasi ideologiya və sinfi mübarizə incəsənətə dönüşdü.
Əsər inqilabçı Ernest Everqardın həyat yoldaşı Evisin gündəlikləri formasında
qələmə alınıb. 1917-ci ildə ABŞ-dakı üsyandan bir müddət sonra həlak olan Evisin
yazdıqları yalnız 27-ci əsrdə – İnsanların Qardaşlığı erasında aşkarlanır və dərc olunur.
Əsərdəki hadisələr isə 1912-1918-ci illərin təsviri kimi verilib. Bəlli olduğu kimi, Cek
London 1916-cı ildə böyrək çatışmazlığından vəfat edib, yəni, əsərin süjetində o, hələ
olmamış və gələcəkdə baş verəcək hadisələri təsvir edib.
Bizim illərimizdə isə “Dəmir daban” – reallaşmış antiutopiyadır. Müəllifin
“terrorçu kapitalizmin hakim sinfi” adlandırdığı oliqarxlar dövrümüzdə tamamilə
leqallaşmış və ən populyar kəlmələrdən birinə çevrilib. Cek London “Dəmir daban”
dövrünü quldarlıq üsulları ilə müasir texnologiyanın birləşdirildiyi bir idarəetmə
forması sayırdı. Ətrafınıza baxın: Dünya düzəni məhz bu ssenarinin gerçəkləşməsindən
xəbər verir.
Bu cəhətdən Cek London öncəgörəndir...
***
“ – Əgər bütün dünyaya yiyələnmək üğrunda mübarizədə trestlər qalib gəlsə,
bəs onda?
– O zaman, – deyə Ernest cavab verdi, – siz də, biz də və bütün fəhlə sinfi
bəşəriyyət tarixinin hətta ən qaranlıq dövrlərinin belə tanımadığı cilovsuz və rəhmsiz
zülmkarlığın dəmir dabanı altında əziləcək. Bəli, onun adı belədir – Dəmir daban”.
(Cek London. “Dəmir daban”)
Cek Londonun “Dəmir daban”ını dünya ədəbiyyatı tarixində oliqarxlar və
oliqarxiya haqqında ilk roman sayırlar. Əsər kapitalizmin analizinə, onun hansı
istiqamətdə inkişaf edəcəyinə və quruluşa qarşı əsrlərlə davam edəcək dirənişə həsr
olunub. Bəzən “Dəmir daban”ı pessimist əsər adlandıranda yanılmırlar – müəllif uzun
və çətin yoldan, ancaq bu yolun qaçılmazlığından daışır.
Yazıçının kapitalizmi qamçılayan və işçi sinfinin mübarizəsindən bəhs edən
digər yazıları da var, ancaq onlar kiçik həcmlidir və publisistikdir (“Mən niyə sosialist
oldum?”, “İnqilab” və s.), yalnız “Dəmir daban” sosialist yazıçının ideyaları ən dolğun
78
№1 Fevral 2014
şəkildə əks olunmuş irihəcmli bədii romanıdır.
Əsəri ilk dəfə orta məktəb şagirdi olaarkən (1986-cı il) oxumuşam. “Martin
İden”dən, “Vaxt gözləmir”dən, “Əcdadların çağırışı”ndan və çoxsaylı hekayələrindən
sonra “Dəmir daban”ın məni riqqətə gətirmədiyini, xüsusi bir təsir bağışlamadığını,
hətta darıxdırdığını söyləməliyəm. Yeniyetmə yaddaşımda daha çox qan içində boğulan
Çikaqo üsyanın emosional təsvirləri qalmışdı.
Kitab dilimizə tərcümə idi. 1971-ci ildə Yusif Əzimzadə tərəfindən çevrilmişdi.
Tirajı da bu gün üçün çox böyük görünür: 50 min. Və mükəmməl bir tərcümə. O cür
tərcümələrlə indi rastlaşmaq müşkül məsələdir.
İkinci dəfə “Dəmir daban”a 2 il əvvəl qayıtdım. Və sanki əlimdə ilk dəfə tuturdum,
sanki bu kitabı hələ 15 yaşımda mütaliə etməmişəm. Sirr isə sadə idi: Onu ilk dəfə
oxuduğumda tamam başqa ölkə, başqa quruluş, başqa reallıqlardı. Kitabda yazılanlar,
oradakı səfalət, istismar, sinfi mübarizə təsvirləri o vaxtlar yadplanetlilərin xatirələri
kimi görünürdü və bizlərə tamamilə yaddı. Biz kapitalizmin mənzərələrini yalnız
televiziyadan, həftədə 1 dəfə “Beynəlxalq panoram”da, ya da hər gün 15 dəqiqəlik
“Dünya bu gün” verilişində görürdük. “Oliqarxiya”, “trest və monopoliyalar”,
“fəhlə aristokratiyası”, “orta sahibkarlar”, “zorakı yolla mübarizə”, “ştreykbrexerlik”
ağlabatmaz terminlərdi. Nə yazıq ki, tezliklə onlar reallığa çevrildilər və 1980-cı illərdə
qeyri-aktual, utopik görünən “Dəmir daban” təsvirləri hazırda gündəlik reallığımıza
çevrildi.
***
“Mən sərbəst peşə və sənət nümayəndələrinə nökər dedim. Onları başqa nə
adla çağırmaq olar? Onların hamısı – professorlar da, vaizlər də, jurnalistlər də
plutokratiyaya xidmət edir; bu xidmət də ondan ibarətdir ki, onlar ya tamamilə zərərsiz,
ya da hakim siniflərə xeyirli olan ideyaları yayırlar. Bu adamlar öz hakimləri üçün
təhlükəli olan ideyalara tərəfdar çıxan kimi işdən qovulurlar. Əgər onlar qara günləri
üçün bir şey tədarük etməyiblərsə, bircə yolları var – aşağıya, proletariata doğru;
orada isə ya məhv olur, ya da təbliğatçı fəhləyə çevrilirlər”
(Cek London. “Dəmir daban”)
79
Mənə isə təkrar oxuduqca Cek Londonun hələ 100 il əvvəl bir çox şeyləri necə
aydınlıqla proqnozlaşdırdığına (və uzun illər boyu bu proqnozları hamının xülya
saydığına) təəccüblənmək qaldı. Düzdür, oxşar ideyalara digər mütəfəkkirlərdə rast
gəlmək olur, məsələn Leninin “İmperializm kapitalizmin ali mərhələsi kimi”, yaxud
“Dövlət və inqilab”ında, ancaq Cek London xronoloji olaraq Lenini qabaqlayır. Üstəlik,
“Dəmir daban” fəlsəfi yox, bədii əsərdir. Siyasi fikirlər nə qədər mükəmməl olmalıdır
ki, onu bədii obrazlara köçürə, iqtisadi qanunauyğunluqları sadə oxucu üçün anlaşıqlı
dilə çevirə biləsən – Cek Londonun ən böyük üstünlüyü də buradadır.
Əsərdə oliqarxik kapitalizmin təşəkkülünün dolğun təsviri verilir. Get-gedə
əvvəl xırda, sonra orta müəssisələr sıradan çıxarılır. Onları oliqarxların əlində cəmləşən
trestlər “udur”. Özlərindən və güclərindən ifrat razı fermerlər oliqarxiyanın növbəti
qurbanı olurlar. Oliqarxlar izafi gəlir ardınca xarici bazarlara çıxırlar (Oxu: qlobalizm),
digər mərkəzi kapitalizm dövləti olan Almaniya ilə ABŞ-ın bazar rəqabəti müharibəyə
aparıb çıxarır (Oxu: Dünya savaşı). Ancaq bütün dünya sosialistlərinin iş yerlərini
buraxıb tətilə çıxması və beynəlmiləl pasifizm bu müharibəyə mane olur. Almaniyada
sosialistlər kayzeri devirib hakimiyyətə gəlir, ancaq ABŞ-da oliqarxlar hakimiyyətdə
möhkəmlənirlər. Everqard onların hakimiyyətini “Dəmir daban” adlandırır.
Sonrasına diqqət edin: Orta sahibkarlar (xüsusən də fermerlər) müflis olmaqlarına
üsyanla cavab verirlər. Üsyan qan içində boğulur. Ordu Dəmir dabanın silahına çevrilir.
Eyni zamanda oliqarxlar həmkarlar təşkilatlarını satın alırlar (bizdəki kimi).
Beləliklə, ölkədə 3 sinif qalır: oliqarxlar, imtiyazlı fəhlələr (onlara həyati vacib
əhəmiyyətli istehsal müəssisələrində çalışanlar və bir də metamorfoza uğramış “ofis
planktonu” uyğun gəlir), bir də həyatın dibinə düşmüş kütlə (klassik anlamdakı
proletariat. Yəni, “heç nəyi olmayanlar”)
***
“Müharibə bir çox ölkədə artıq malları işə verməyə yol açmalı idi, işsizlər
ordusunu azaltmalıydı, nəhayət, oliqarxiyaya öz planlarını hazırlayıb həyata keçirməyə
şərait yaratmalıydı. Müharibənin köməyilə xalq arasında geniş yayılmış “Sosializm
oliqarxiya əleyhinə” şüarını “Amerika Almaniya əleyhinə” şüarı ilə əvəz etmək
olardı”
(Cek London. “Dəmir daban”)
80
№1 Fevral 2014
Əsəri oxuduqca indiki dövrlə oxşarlıqlar da qar topası kimi artır: Daha xırda
və orta sahibkarlar yoxdur, oliqarxlar güc strukturlarını gücləndirir, total nəzarət
tətbiq edir, həmkarlar təşkilatlarını “əl oyuncağı”na çevirirlər. Fəhlələrin bir qismi –
yüksək ixtisaslı hissəsi üçün normal həyat şəraiti yaradılır (Bunu indi Qərbdə olan
“fəhlə aristokratiyası” ilə müqayisə edin). Onlara Cek London rabitə, nəqliyyat,
maşınqayırma və hərbi kompleks sahələrinin fəhlələrini aid edir. Beləliklə, fəhlə sinfi
bölünür, ştreykbrexerlik adiləşir. “Seçilmiş” fəhlələr komfort evlərdə yaşayır, onların
tibbi xidməti, övladlarının təhsil hüququ var. Əksər fəhlələrin isə maaşı azaldılır, iş
saatları artırılır, onlar şəhər mərkəzlərindən uzaqlaşdırılır, getto və baraklara sürülür.
Onlar klassik anlamda proletariata (heç nəyi olmayanlara), lümpenlərə (sinifsiz
fərdlərə) çevrilir. Onların mövcudluq şəraiti elementar mədəniyyətlərini də məhv edir.
Bu fəhlələrə maaş əvəzinə sadəcə bir qab yemək verilir, işləmək isə məcburidir.
Beləliklə, var oliqarxlar, var onlara xidmət edən, öz sinfi mənsubiyyətini satan
“fəhlə aristokrariyası”, bir də var lümpenlər, mədəniyyətini, insanlığını itirməkdə olan,
deqradent kütlə.
***
“Ştreykbrexerçilik bir peşə kimi məhv olacaq. Daha heç bir tətil baş verməyəcək,
onu kölələrin qiyamları əvəzləyəcək. Bax o zaman ştreykbrexerlərin quldur dəstələri
yüksək pilləyə qalxacaq. Onları kölələrə nəzarətçi təyin edəcəklər. Əlbəttə, heç kəs
onları bu adla çağırmayacaq. Onlar əmək haqqındakı qanunun keşikçiləri hesab
ediləcəklər. Nüfuzlu ittifaqların xəyanəti bizi çox geriyə atacaq”
(Cek London. “Dəmir daban”)
Cek London “Dəmir dabanı”nda zülmətə qərq olmuş bir gələcəyi təsvir edirdi.
1940-cı illərdə Corc Oruell bu əsəri xəsisliklə tərifləməklə yanaşı, proqnozların bir
çoxunun doğrulmadığını qeyd etmişdi. Ancaq maksimalist olmayaq: Oruelldən sonra
onun öz proqnozları kimi, Cek Londonun da bir çox proqnozları doğruldu. Sadəcə,
Oruell bunu görmədi. Cek London isə əslində 1980-cı illərdən bütün dünyaya etalon
kimi sırınan neoliberalizmi təsvir edirdi. Haradasa daha kustar formada, bədii şəkildə,
ancaq ümumən dəqiq və öncəgörmələrlə.
81
Londonun proqnozlarına görə, mübarizə yüzillər boyu davam etməliydi. Uğursuz
üsyanlar, irimiqyaslı repressiyalar hər dəfə inqilabçıların ən parlaq və barışmaz
nümayəndələrinin məhvi ilə nəticələnirdi. Yoxsulluq və hüquqsuzluq fonunda isə
oliqarxiya hər dəfə topladığı pulların “yuyulması” məqsədi ilə xalqa heç bir faydası
dəyməyən yollara əl atacaqdı. Məsələn: “Oliqarxlar pullarını xərcləməyə yer tapacaqlar.
Yollar salınacaq, nəhəng tikintilər onlardan ötrü
gəlirlərini işə vermək üçün qaçılmaz vasitəyə
çevriləcək. Oliqarxlar bu işləri görməyə məcbur
olacaqlar. İmtiyazlı ticarət təbəqələrinin yerini
fəhlələr tutacaq. Onların ayaqları altında, qa-
ranlıq quyuda isə zəhmətkeş xalq, əhalinin
ən böyük hissəsi donacaq, aclıq çəkəcək və
diri-diri çürüyəcək. Lakin elə bir gün gələcək
ki, xalq quyudan çıxacaq. Fəhlə təbəqələri və
oliqarxiya süqut edəcək...”
Bütün məğlubiyyətlərə baxmayaraq,
qurtuluşun yeganə yolu kimi London İnqilabı
göstərir. Məsələn, dinc taktikaya, demokratik
seçkilərə ümid bəsləyən sosialistlər deyəndə
ki, “Milyonlarla narazı, məzlum adam bizə qoşulur. İndi fermerlər də, orta siniflər də,
kənd təsərrüfatı fəhlələri də bizimlədir. Bir ay sonra bizim 50 nümayəndəmiz Konq-
resə seçiləcək, 2 ildən sonra isə prezidentdən tutmuş süpürgəçiyə qədər bütün mövqelər
əlimizdə olacaq”, əsərin əsas qəhrəmanı Ernest Everqard başını bulayaraq cavab verir:
“Yaxşısı budur, deyin görək, tüfənginiz çoxdurmu, patronları hardan alacaqsız?”
Onun proqnozu bu dəfə də doğru çıxır: Konqresə seçilmiş sosialistlər (Everqard
da daxil olmaqla) və fermerlərin nümayəndələri həbsə atılır, Konqres özü isə mənasız
və faydasız bir quruma çevrilir. Onun mövcudluğuna Evis Everqard öz gündəliyində bu
cür qiymət verir: “Senatın və Konqresin işi hoqqabazlığa, boş rəsmiyyətə çevrilmişdi.
Orada hələ də hansısa məsələlər müzakirə və həll edilirdi, lakin bu iş ona görə görülürdü
ki, oliqarxiyanın hökmlərinə qanuni görkəm verilsin”.
Dəmir daban kitabının ilk nəşrinin üz qabığı.
1908.
82
№1 Fevral 2014
***
“Əhalinin böyük bir hissəsi – dibsiz uçurumun sakinləri getdikcə daha artıq mal-
qara itaətkarlığına və ümidsizliyinə qapılırdılar. Onların arasından güclü şəxsiyyətlər
çıxdığı zaman isə oliqarxiya bu şəxsiyyətləri öz toruna salır, imtiyazlı fəhlələrin və ya
muzdluların sırasına daxil edirdi. Beləliklə, əvvəlcədən hər cür etirazın qarşısı alınır
və proletariat onun rəhbərinə çevrilə biləcək adamlardan məhrum olurdu”
(Cek London. “Dəmir daban”)
Etirazçıları məhv etməklə və fəhlə sinfinin aktiv hissəsini parçalamaqla Dəmir
daban əhalinin əksər hissəsi üçün elə qaydalar müəyyənləşdirir ki, onlar quldarlıq
quruluşunu xatırladır. “Oliqarxlar özlərinə heyvan təlimçisi kimi, bəşər sürüsünün
hökmranı kimi baxırdılar... Oliqarxlar bir sinif kimi özlərini mədəniyyətin yeganə
daşıyıcısı sayırdılar. İnanırdılar ki, cilovu boşaltsalar, ibtidai heyvanın açılmış ağzı onları
udacaq” – Cek London Evis Everqardın dili il yazır. Bir sözlə, “Eqoizm erası” bərqərar
olur. Bu erada əhalinin 80 faizi lazımsız, həyatın yeraltısına itələnmiş, siyasətdən uzaq,
apatik və yeganə missiyası qul kimi istismar olunmaq olan “vəhşi heyvan”dır.
Ancaq yenə də geci-tezi İnqilab qalib gəlməlidir – Cek Londonun bədbin əsərinin
əsas nəticəsi də elə bundadır. .Ernest Everqardın çıxışından balaca bir sitata diqqət
kəsilin:
“İnsan cəmiyyəti öz tarixi boyu heç vaxt indiki kimi qeyri-sabit vəziyyətdə
olmayıb. Haradasa cəmiyyətin dərinliklərində gözlə görünməyən, nəhəng çevriliş
yetişir. Bu prosesləri daha çox altıncı hiss ilə qavrayırsan. Nə isə yerindən tərpənir –
nəhəng, aydın olmayan, qəzəbli… Mən hansısa nəhəng v qəzəbli hadisələrin gəlişini
gözləyirəm, onların kölgəsi artıq üfüqü qapadır. Onun xarakter və təbiətini hətta
təsəvvür etmək də çətindir…”
Everqard gələn fəlakəti hiss edir, ancaq onu geniş təsvir edə, ona ad verə bilmir.
Çünki, baş verənlər tarix üçün tamamilə yenidir.
O yenilik – Dəmir daban idi. Daha o da yeni deyil. Və yenə də Everqardın ardınca
təkrarlaya bilərik: Yeni nə isə yenə yetişir və gəlir. “Və Onun xarakter və təbiətini hətta
təsəvvür etmək də çətindir…”
83
Məmməd Süleymanov
“Manifest”ə Ön söz
“Avropada bir kabus dolaşır, kommunizm
kabusu” ilə başlayıb, “Bütün ölkələrin proletarları,
birləşin!” çağırışı ilə tamamlanan 166 yaşlı kitabın
kustar tənqidi də elə bu 2 cümlənin “təftiş”i
üzərində qurulur. Yəni, “Ölülərlə nə işiniz var?” və
“Hanı sənin o proletariatın?” ritorikası ilə. Ancaq
yanılırlar.
Onda yanılırlar ki, “İndiyədək mövcud olmuş bütün cəmiyyətlərin tarixi siniflərin
mübarizə tarixidir” yazan Marks və Engels inqilabi inkişafın yolunun antaqonist
siniflərin ölüm-dirim savaşından keçdiyini vurğulayanda, nə vaxtsa feodallar üçün də
burjuaziyanın kabus olduğunu göstərirlər – Sanki yoxdu, gəldi və qalib gəldi. Artıq
tarixdə mütərəqqi imkanlarını tükətmiş burjuaziya da öz kabusunu gözləyir – o kabusu
ki, özü yaradıb.
O ki qaldı ikinciyə (“Hanı sənin proletariatın?”), öz təlimi özünün başına uçmuş
neoliberal (və artıq tövbədə bulunan) Fukuyama kimi, bu sinfin tükəndiyini, “əridiyi”ni,
yox olduğunu söyləyənlər də yenidən yanılırlar. Elmi kommunizmin ilk proqram sənədi
olan “Manifest”də müəlliflər heç də məxsusi olaraq “zavod və fabrik fəhlələri”, yaxud,
ümumiyyətlə “fəhlə sinfi” üzərində dayanmırlar. Onlar üçün, proletariatın tərifi qısa və
konkretdir: 1 muzdludurlar və 2. istismar olunurlar (Bunun tərsinə olaraq, burjuaziya
– 1. istehsal vasitələrinə sahibdir və 2. ya birbaşa, ya dolayısı yolla muzdlu işçiləri
istismar edirlər). Bir sözlə, proletariat – izafi dəyər yaradan, istehsal vasitələri üzərində
mülkiyyət hüququ olmayan, işçi qüvvəsini satmaq hesabına yaşayan sosial sinifdir.
KİTAB
84
№1 Fevral 2014
İndi də dönün 4 yanınıza və baxın – proletariat hər yerdədir. O, zavod və fabriklərdədir,
bank və şirkətlərdədir, dükan və sexlərdədir, orta və ali məktəblərdədir, işləyənlər və
işsizlər arasındadır, jurnalistlər və uşaq dayələri sırasındadır.
Bir sözlə, kabus da qalır, proletariat da var. “Manifest”in ilk və son cümlələri
nəinki doğrudur, həm də aktualdır. Məhz bu 2 cümlənin tez-tez müzakirə mövzusuna
çevrilməsinin isə çox şəffaf səbəbi var: “Manifest”i az adam oxuyur, ancaq hamı
yuxarıdakı cümlələri eşidib. Bu isə artıq Marksın publisistik qələminin gücüdür (Məsələ
ondadır ki, “Manifest” Marks tərəfindən əslində təkbaşına yazılıb, Engels yalnız bəzi
şifahi təkliflərini verib).
“Manifest” barədə V.Lenin yazmışdı: “Bu balaca kitab 2 bütöv cildə dəyər: onun
ruhu ilə hələ də sivil dünyanın bütün təşkilatlanmış və mübarizə aparan proletariatı
yaşayır və hərəkət edir”. Bu sözlərin deyildiyi vaxtdan 120 il keçib – biz isə təkrarlaya
bilərik: “Bəli. Hələ də”.
***
“Manifest”i yazmağı Marks və Engelsə 1847-ci ildə “Ədalətlilər ittifaqı” sifariş
verir. Yeri gəlmişkən, onların bu ittifaqa üzv olmasından sonra qurum adı dəyişərək
“Kommunistlər ittifaqı” olur.
Marks və Engelsin hazırlayacağı proqram sənəd “Kommunist inamının simvolu
layihəsi” adlanmalıydı, ancaq müəlliflərin ateist baxışları son variantın “Kommunist
partiyasının Manifesti” adını daşıması ilə nəticələnir.
Biz marksizmin yenidən aktuallaşdığı bir dövrdə yaşayırıq. Son 100 ildə artıq
4-cü dəfədir bəşəriyyət nəzərlərini Marksa çevirir. İlk dəfə bu, 1-ci Dünya savaşının
vakxanaliyasında baş verdi və marksizm nəinki baş verənləri analiz edən, həm də çıxış
yolunu göstərən yeganə təlim (Qramşinin sözləri ilə desək, “praktika fəlsəfəsi”) oldu.
Nəticədə proseslər 1917-ci ildə ilk sosialist dövlətinin yaranması və inqilabın Avropaya
yayılması ilə nəticələndi.
Marksizmin ikinci dönüşü 2-ci Dünya savaşı illərinə və ondan sonraya təsadüf
edir. 3-cü dəfə isə 1968-ci il hadisələri marksizmi yenidən ictimai-siyasi fikrin önünə
çəkdi (“Saqqallı filosof universitetə dönür” – Marksın rəsminin altından Sorbonna
tələbələri yazmışdı). Ancaq sosialist düşərgəsinin dağıdılması və SSRİ-nin süqutu Sol
85
nəzəriyyəni uzun illər geriyə saldı. Və budur, yenidən Marksın qayıdışının şahidiyik.
Marksizmin öyrənilməsi isə məhz “Manifest”dən başlayır. Bu kiçik həcmli, asan
oxunan, emosional əsərin bir çox müddəaları həm də Sol nəzəriyyəyə məxsusluğunu
iddia edən bir çoxlarının (çeşidli “sosialistlər”, sosial-demokratlar) əslində hakim sinfin
tərəfdarlarından fərqlənmədiyini sübut etmək üçün yardımçıdır. Necə deyərlər, “daxili
tətbiq” üçün.
Marks və Engels “Manifest“də aydın şəkildə yazırlar: “Kommunistlər öz baxış
və niyyətlərini gizlətməyi mənfurluq sayırlar. Onlar açıqca bəyan edirlər ki, məqsədləri
yalnız mövcud ictimai quruluşun zor yolu ilə devrilməsi sayəsində əldə oluna bilər.
Qoy hakim siniflər Kommunist İnqilabı qarşısında lərzəyə gəlsinlər. Proletariatın
zəncirindən başqa itirəsi heç nəyi yoxdur. Əvəzində isə bütün dünyanı qazanacaq”.
Artıq buradan görünür: kim ki, Sistemlə müqaviləyə gedir, ona uyğunlaşmağa
çalışır və islahatlardan dəm vurur – kommunist deyil. Yaxud, müəlliflər 5 fəsillik kitabın
3-cü fəslini elmə qədərki ( yaxud, qeyri-elmi) sosializmin təsnifatına sərf ediblər.
Görürük ki, çoxlu “sosializm” və çoxlu “sosialistlər” var. Marks və Engels onların 5-ni
sadalayır və bu 5 “sosializm”dən də 3-cü mürtəcedir.
Diqqət edək:
1. Feodal sosializmi – cəmiyyəti geriyə – feodalizmə sürükləyir və əsilzadələrin
itirdiklərini qaytarmaq üçün burjuaziyanı devirmək istəyində proletariatı vasitə etmək
niyyətindən qaynaqlanır.
2. Xırda burjua sosializmi – guya ki, monopoliyaları xırdalamağa çalışır, sonunda
isə yenə istismarın bərpasına və yeni iri monopoliyaların yaranmasına aparıb çıxarır.
Bu, burjuaziya ilə proletariatın arasında sıxışıb qalan xırda burjuaziyanın təlimidir.
“Onun son sözü – istehsalın sex forması və patriarxal kənd təsərrüfatıdır”.
3. “Əsl” sosializm, yaxud Alman sosializmi – hələ feodal mütləqiyyətində batıb
qalmış Almaniyaya kaptalizmin inkişaf etdiyi Fransadan gələn sosialist və kommunist
ədəbiyyatı burada burjua dəyər və münasibətlərinin inkişafına sipər çəkmək təlimi kimi
qəbul olunur. “O, alman millətini nümunəvi millət, alman meşşanını isə nümunəvi
insan elan edir” – Marks yazır. Və üstündən onillər keçəcək, bu “alman sosializmi”
nasizmi doğacaqdı. Marksın uzaqgörənliyinə təəccüblənməmək olmur.
86
№1 Fevral 2014
Qeyri-mürtəce olan digər 2 sosializm isə 1.Burjua sosializmi və 2. Utopik
sosializmdir.
Burjua sosializmi hətta bütöv bir sistem şəklində də işlənib. Misal: Prudonun
“Yoxsulluğun fəlsəfəsi”. Burjua sosializmi haqda Marks və Engels “Manifest”də yazırlar:
“Onlar hazırkı cəmiyyəti qoruyub saxlamağa çalışırlar, ancaq onu inqilabiləşdirən
və parçalayan elementlərsiz. Onlar proletariatdan məhrum burjuaziya istəyərdilər.
Burjuaziyanın hakim olduğu dünya onlar üçün ən yaxşı dünyadır”. Və burjua məhz
proletariatın mənafeyi naminə burjua olub. Burjua sosializmi hazırkı dövrdə “İsveç
modeli”, yaxud Qərb sosial-demokratlarının idarəçiliyi şəklində özünü göstərir. Digər
qeyri-mürtəce sosializm – tənqidi-utopik sosializm haqqında isə klassiklər yazır: “Onun
əhəmiyyəti tarixi inkişafla tərs mütənasib münasibətdədir”.
Beləliklə, “Sosialist və kommunist ədəbiyyatı” fəslində yazdıqları ilə müəlliflər
sübuta yetirir: Kommunistin yuxarıdakı 3 mürtəce və 2 qeyri-mürtəce sosializmlə əlaqəsi
olmamalıdır. Məgər bu, nəzəriyyəni anlamaqda bizim üçün də arxi-vacib deyilmi?
“Burjuaziya nəinki ölüm yayan silah, həm də o silahı özünə qarşı istiqamətləndirəcək
adamları doğurub – müasir fəhlələri, proletarları” – “Manifest”də deyilir. Antaqonist
siniflərin savaşı ölüm-dirim savaşıdır və təbliğatda proletariatı “ölmüş” elan etmək də
buna hesablanıb.
***
“Manifest” elmi kommunizmin əlifbası olduğundan, onu səthi oxumaq olmaz.
SSRİ-də bu kitab 1973-cü ilə qədər artıq 447 dəfə, 74 dildə və ümumi tirajı 24
milyon 340 min olmaqla çap olunmuşdu. Bəs hanı onu oxuyanlar? – ritorik sualdır.
Demək ki, pis oxumuşdular, ya da ümumiyyətlə oxumamışdılar. Bu da Sovet illərinin
xüsusiyyətlərindən biri idi – Marksın təlimi yox, məqsədli şəkildə əzbərlənib şablona
çevrilmiş ayrı-ayrı sitatlar ön plana çıxmışdı, təlimi şüarçılığa dəyişmişdilər. Odur ki,
analiz etmək və öyrənmək istəyiniz yoxdursa, bu kitabı ümumiyyətlə açmayın...
QEYD – Yaxın vaxtlarda “Manifestin” uzun illərdən sonra azərbaycan dilində
növbəti nəşri olacaq. Kitabı əldə edib oxumağı unutmayın. (red.)
Dostları ilə paylaş: |