İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix14.01.2017
ölçüsü1,71 Mb.
#5152
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

 
5.4.11. Visual Basic dilində ümumi prosedurlar 
Prosedurların görünmə oblastı. 
Mürəkkəb  alqoritmlərin  tərtibi  zamanı  müəyyən  alt  məsələlərin  həllini  reallaşdıran 
əməllər ardıcıllığını seçib ayırmaqla köməkçi alqoritmlər yaratmaq və lazım gəldikcə əsas 
alqoritmə  çağırıb  istifadə  etmək  məqsədəuyğun  olur.  Prosedur  dillərdə buna  alt  proqram 
deyilir.  Obyekt-istinad  dillərində  köməkçi  alqoritmlər  ümumi  prosedurların  köməyi  ilə 
reallaşdırılır.  
Ümumi  prosedurun  müəyyən  edilməsi.  Hər  bir  ümumi  prosedura  unikal  (təkrar 
olunmaz) ad (prosedurun adı) verilir və prosedurun giriş və çıxış parametrlərinin siyahısı 
müəyyən edilir.  
Giriş  parametrlərin  siyahısı  dəyişənlər  yığımından  ibarətdir.  Bunların  qiymətləri 
prosedurun icrasından əvvəl məlum olmalıdır. 
Çıxış  parametrlərin  siyahısı  prosedurun  icrasından  sonra  qiymətləri  bəlli  olan 
dəyişənlər yığımından ibarətdir. 
Ümumi prosedurun sintaksisi aşağıdakı kimidir: 
Sub ProsedurAdı (ParametrlərSiyahısı) 
Proqram kodu 
End Sub 
Ümumi prosedurun çağırılması. Ümumi prosedur digər prosedur tərəfindən çağırılır. 
Ümumi prosedur ya Call operatoru ilə, ya da öz adı ilə çağırılır.  
Call operatoru ilə çağırma zamanı sintaksis aşağıdakı kimi olmalıdır: 
Call ProsedurAdı (ParametrlərSiyahısı) 
Prosedurun öz adı ilə çağırılması zamanı isə sintaksis: 
ProsedurAdı  ParametrlərSiyahısı    kimi,  yəni,  parametrlərin  siyahısı  mötərizəsiz 
yazılmalıdır. 
 

 
102 
Bölmə 6. Kompüter sistemlərinin proqram təminatı 
6.1. Proqram təminatı haqqında ümumi məlumat 
Kompüterin  işi  proqramla  iarəetmə  prinsipinə  əsaslanır.  Yəni  kompüter  əvvəlcədən 
hazırlanmış  proqramda  nəzərdə  tutulmuş  əməliyyatları  yerinə-yetirir.  Bu  prinsip 
kompüterin universallığını təmin edir. Belə ki, hər bir müəyyən vaxt momentində seçilmiş 
proqrama  uyğun  məsələ  həll  edilir.  Bu  məsələ  başa  çatdıqdan  sonra  yaddaşa  başqa 
proqram yüklənir və i.a. 
Proqram – məsələnin həll alqoritminin kompüterin anladığı dildə yazılmış əmrlər və 
ya operatorlar ardıcıllığıdır. Hər bir kompüter proqramının son məqsədi aparat vasitələrnin 
idarə edilməsindən ibarətdir. 
Məsələlərin  kompüterdə  normal  həlli  üçün  proqram  səhvlərdən  təmizlənməli,  əlavə 
işlənmələrə  ehtiyac  duymamalı  və  mevafiq sənədləşməyə  malik olmalıdır.  Buna  görə  də 
kompüterdə  işləmək  baxımından,  ―proqram  təminatı‖    (software)  termini  tez-tez  istifadə 
edilir  ki,  bu  da  verilənlərin  email  sisteminin  fəaliyyətinə  dair  proqramlar,  prosedur  və 
qaydalar, həmçinin sənədləşmələr çoxluğudur. 
Kompüterdə  proqram  və  aparat  təminatları  qırılmaz  əlaqədə  və  qarşılıqlı  təsirdə 
işləyir. Hesablayıcı sistemin proqram təminatının tərkibi proqram konfiqurasiyası adlanır. 
Proqramlar  arasında  qarşılıqlı  əlaqə  mövcuddur.  Belə  ki,proqram  təminatını  təşkil  edən 
əsas  proqramlar çoxluğunun işi aşağı səviyyə proqramlarına əsaslanır. 
Proqramlararası  interfeys  dedikdə,  proqram  təminatının  bir-biri  ilə  əlaqəli  olan  bir-
neçə səviyyədə paylanması nəzərdə tutulur. Proqram təminatının səviyyələri bir piramida 
təşkil edir ki, burada da hər bir səviyyə özündən əvvəlki səviyyələr üzərində yerləşir. Bu 
piramidanın zirvəsində tətbiqi səviyyə, bunun altında xidmətedici səviyyə, bunun altında 
sistem səviyyəsi və piramidanın oturcağında baza səviyyəsi yerləşir. 
 Baza səviyyəsi. 
Baza  səviyyəsi  proqram  təminatının  ən  aşağı  səviyyəsidir.  Bu  səviyyə  baza  aparat 
vasitələrinin  qarşılıqlı  fəaliyyətini  təmin  edir.  Baza  proqram  təminatı  baza  aparat 
təminatının  tərkibində  yerləşərək  sabit  yaddaş  qurğusunun  xüsusi  mikrosxemlərində 
saxlanır  və BİOS adlanan baza giriş-çıxış sistemini əmələ gətirir. Proqramlar və verilənlər 
sabit yaddaş qurğusuna istehsal mərhələsində yazılır və istismar zamanı dəyişdirilmir. 
Sistem səviyyəsi. 

 
103 
Sistem  səviyyəsi  keçici  səviyyədir.  Bu  səviyyənin  proqramları  kompüterin  digər 
proqramlarının  baza  səviyyəsinin  proqramları  və  bilavasitə  aparat  təminatı  ilə  qarşılıqlı 
fəaliyyətini  təmin  edir.  Bütövlükdə  hesablayıcı  sistemin  istismar  göstəriciləri  sistem 
səvyyəsinin  proqramlarından  asılıdır.  Kompüterə  yeni  avadanlığın  qoşulması  zamanı 
sistem  səviyyəsində  həmin  avadanlıqla  qarşılıqlı  fəaliyyəti  təmin  edən  bütün  proqramlar 
qurulmalıdır.  Konkret  qurğularla  qarşılıqlı  fəaliyyət  yaratmaq  üçün  nəzərdə  tutulan 
proqramlar  drayver  adlanır.  Sistem  səviyyəsinin  digər  sinif  proqramları  istifadəçi  ilə 
qarşılıqlı  fəaliyyəti  təmin  etmək  üçündür.  Bu  proqramlar  verilənləri  hesablayıcı  sistemə 
daxil etməyə, sistemin işinə rəhbərlik etməyə və nəticələri münasib formada almağa imkan 
verir.  Kompüterlə  işin  münasibliyi  və  məhsuldarlığı  istifadəçi  interfeysinin  bu  təminat 
vasitələrindən  asılıdır.  Sistem  səviyyəsindəki  proqram  təminatı  çoxluğu  kompüterin 
əməliyyat  sisteminin  nüvəsini  təşkil  edir.  Əmməliyyat  sisteminin  nüvəsinin  mövcudluğu 
istifadəçinin hesablayıcı sisemdə praktiki işləyə bilməsi mkanı üçün ilk şərtdir. Əməliyyat 
sisteminin nüvəsi aşağıdakı funksiyaları yerinə-yetirir: 
- yaddaşın idarə edilməsi
-giriş-çıxış proseslərinin idarə edilməsi; 
-fayl ssisteminin idarə edilməsi; 
-proseslərin qarşılıqlı fəaliyyətinin və dispetçerlənməsinin təşkili
-resursların istifadə edilməsinin uçota alınması; 
-əmrlərin emalı və i.a.  
 
Xidmətedici səviyyə. 
Bu  səviyyənin  proqramları  həm  baza,  həm  də  sistem  səviyyələrinin  proqramları  ilə 
qarşılıqlı  fəaliyyət  göstərir.  Xidmətedici  proqramlar  (utilitlər)  kompüter  sisteminin 
yoxlanması və sazlanması işlərinin avtomatlaşdırılmasını həyata keçirir, həmçinin sistem 
proqramlarının funksiyalarının yaxşılaşdırılmasını təmin edir. Bəzi xidmətedici proqramlar 
iş  başlayan kimi  əməliyyat  sisteminin tərkibinə daxil olaraq onun  nüvəsini  genişləndirir. 
Lakin bunların əksəriyyəti əməliyyat sisteminin imkanlarını genişləndirmək üçün nəzərdə 
tutulan əməliyyat sisteminə nəzərən xarici proqramlardır. Yəni xidmətedici proqramların 
bir qismi əməliyyat sistemi ilə ineqrasiya edilir digər qismi isə ayrıca fəaliyyət göstərir. 
Xidmətedici proqram vasitələrinin təsnifatı. 

 
104 
1.
 
Fayllar  dispetçeri
117
.  Fayl  strukturlarına  xidmət  üzrə  icra  edilən  əməliyyatların 
əksəriyyəti
118
  bunların  köməyi  ilə  icra  edilir.  Baza  proqram  vasitələri  sistem 
səviyyəsinin  proqramlarının  tərkibində  yerləşir  və  əməliyyat  sistemi  ilə  birgə 
yüklənir. 
2.
 
Verilənlərin  sıxılması  vasitələri
119
.  Bunlar  arxiv  yaratmaq  üçündür.  Arxiv 
fayllarındakı  informasiya  daha  sıx  yerləşdiyindən
120
    informasiya  daşıyıcısından
121
  
daha səmərəli isttifadə etməyə imkan verir. 
3.
 
Diaqnostika  vasitələri.  Bunlar  proqram  və  aparat  təminatlarının  diaqnostikası 
proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Bu vasitələr səhvlərin 
düzəldilməsi vvə kompüter sisteminin işinin optimallaşdırılması üçün istifadə edilir. 
4.
 
Proqramların  qurulması
122
  vasitələri.  Bunlar  cari  proqram  konfiqurasiyasına  yeni 
proqram təminatının əlavə edilməsinə nəzarət etmək üçündür. Bu vasitələr proqram 
təminatının  ətraf  mühitinin  vəziyyətini  və  burada  baş  verən  dəyişikliyi  izləyir, 
əlavəetmə  ilə  əlaqədar  olaraq  yeni  yaranan  əlaqələri    və  ləğvetmə  ilə  bağlı  olaraq 
itirilmiş əlaqələri protokollaşdırır. Əlavəetmə və ləğvetməəməllərinin idarə edilməsi  
üzrə sadə vasitələr əməliyyat sisteminin tərkibində saxlanır.  Lakin bu məqsəd üçün 
əlavə xidmətedici proqramlardan da isstifadə etmək mümkündür. 
5.
 
Kommunikasiya vasitələri. Bunlar uzaq məsafələrdəki kompüterləri əlaqələndirmək, 
elektron poçtla xəbər ötürmək, faksimil məlumatları göndərmmək və s üçün nəzərdə 
tutulmuşdur. 
6.
 
Baxış  və  təkraryaratma  vasitələri.  Bunlar  əsasən  fayllarla  işləmək  üçün,  onları  öz 
―doğma‖  proqramlarına  (məsələn,  mətn  sənədini  Word-ə)    yükləmək  və  lazımi 
düzəlişlər  etmək  üçündür.  Əgər  redaktə  işi  lazım  deyilsə,  mətn  üçün  verilənlərə 
universal baxış, səs və ya video üçün universal təkraryaratma vasitələri mövcuddur. 
7.
 
Kompüter  təhlükəsizliyi  vasitələri.  Bunlara:  verilənlərin  pozulmasına,    onlara 
icazəsiz müdaxilə edilməsinə, baxış keçirilməsinə və dəyişdirilməsinə qarşı istifadə 
edilən  aktiv  və  passiv  vasitələr  aiddir.  Passiv  müdafiə  vasitələri  dedikdə, 
                                                 
117
fayl menecerləri 
118
 faylın surətinin çıxarılması, yerinin dəyişdirilməsi, adının dəyişdirilməsi, katloqların (qovluqların) 
yaradılması, obyektlərin ləğv edilməsi, faylların axtarılması və fayl daxilində naviqasiya və s. 
119
 arxivatorlar 
120
yazıldığından   
121
 yaddaşdan 
122
 installaşdırılması
 

 
105 
nüsxələşdirici,  yəni  ehtiyat  nüsxə  yaradan  xidmətedici  proqramlar  nəzərdə tutulur. 
Aktiv  müdafiə  vasitələri  kimi  antivirus  proqram  təminatından  istifadə  edilir. 
Verilənləri  icazəsiz  müdaxilədən  qorumaq  üçün  kriptoqrafiyaya  əsaslann  xüsusi 
sistemlər mövcuddur. 
Tətbiqi səviyyə.  
Bu  səviyyənin  proqram  təminatı  istehsal,  yaradıcılıq,  əyləncə  və  öyrətmə 
məsələlərinin  həlli  üçün  nəzərdə  tutulmuş  tətbiqi  proqramlar  kompleksindən  ibarətdir. 
Tətbiqi proqramlarla sistem proqramları arasında sıx qarşılıqlı əlaqə mövcuddur. 
Hesablayıcı  sistemin  universallığı,  tətbiqi  proqramlara  əlçatanlıq  və  kompüterin 
funksional  imkan  genişliyi  mövcud  əməliyyat  sisteminin  tipindən,  onun  nüvəsində 
yerləşdirilmiş  sistem  vasitələrindən  və  insan-proqram-avadanlıq  kompleksinin  qarşılıqlı 
təsirindən bbirbaşa asılıdır. 
Tətbiqi proqram təminatının təsnifatı 
1.
 
Mətn redaktorları. Mətn redaktorunun əsas funksiyaları – mətn verilənlərinin daxil 
edilməsi  və  redaktə  olunmasıdır.  Verilənlərin  daxil  edilməsi,  çıxarılması  və 
saxlanması üçün mətn redaktoru sistem proqram təminatından istifadə edir. Proqram 
təminatı  ilə  tanışlıq  və  kompüterlə  işləmək  vərdişlərinə  yiyələnmək  tətbiqi 
proqramların bu sinfi ilə başlayır. 
2.
 
Mətn  prosessorları.  Bunlar  mətni  formatlaşdırmağa,  başqa  sözlə,  rəsmi  formaya 
gətirməyə  imkan  verir.  Mətn  prosessorlarının  əsas  vasitələri  hazır  sənədin  tərkib 
hissələri  olan  mətn,  şəkil,  cədvəl  və  digər  obyektlərin  qarşılıqlı  təsirini,  həmçinin 
redaktə  və  formatlaşdırma  işinin  avtomatlaşdırılmasını  təmin  edirlər.  Sənədlərlə 
işləməyin  müasir  stili  (üslubu)  2  yanaşmadan  ibarətdir:  1)  kağız  sənədlərlə  iş,  2) 
elektron  sənədlərlə  iş.  Bu  sənədlərin  formatlaşdırılması  metodları  fərqli  olsa  da 
mətn prosessorları hər iki sənədi uğurla işləməyə imkan verir. 
3.
 
Qrafik  redaktorlar.  Qrafik  şəkillərin  yaradılması  və  emalı  üçün  nəzərdə  tutulmuş 
geniş  proqramlar  sinfi  mövcuddur.  Bunların  3  kateqoriyası  fərqləndirilir:  1)  rastr 
redaktorları, 2) vektor redaktorları, 3) 3-D redaktorları –(üçölşülü qrafika). 
Rastr redaktorlarında qrafik obyekt nöqtələr (rastrlar) kombinasiyası şəklində təqdim 
edilir ki, bu nöqtələrin də hər birinin öz rəngi və parlaqlığı vardır. Bu yanaşma o hallarda 
səmərəlidir ki, qrafik təsvirdə rənglərin sayı çoxdur və rənglər barədəki informasiya forma 

 
106 
barədəki  informasiyadan  daha  vacibdir.  Bu  yanaşma  fotoqrafiya  və  poliqrafiya  (mətbəə) 
şəkilləri üçün xarakterikdir.  
Vektor redaktorları şəkilə aid verilənlərin təqdim edilməsi üsulu ilə fərqlənir. Burada 
obyekt  nöqtə  deyil,  xəttdir.  Hər  bir  xətt  3-cü  dərəcəli  riyazi  əyri  kimi  təsəvvür  edilir  və 
düsturla  ifadə  olunur.  Bu  halda  verilənlər  yaddaşda  az  yer  tutur.  Lakin  şəklin  ekrana 
çıxarılması mürəkkəb hesablamalar tələb etdiyindən güclü hesablayıcı sistemlərin olmasını 
tələb edir. Bu yanaşma reklamların və nəşriyyat məhsullarının cildlərinin hazırlanmasında 
geniş tətbiq edilir. 
4.
 
Verilənlər bazasının idarə edilməsi sistemləri (VBİS-lər). Verilənlər bazası dedikdə, 
cədvəl strukturları şəklində təşkil edilmiş iri verilənlər massivləri nəzərdə tutulur.  
VBİS-in əsas funksiyaları aşağıdakılardan ibarətdir: 
-boş VB strukturlarının yaradılması; 
-verilənlərin  strukturlara  doldurulması  və  digər  bazalarda  olan  cədvəllərdən 
verilənlərin idxal edilməsi vasitələrinin mövcud olması; 
-verilənlərə müraciət imkanı və axtarış və filtrasiya vasitələrinin mmövcud olması. 
Şəbəkə  texnologiyalarının  geniş  yayılması  ilə  bağlı  olaraq  müasir  VBİS-lərdən 
uzaqda  (İnternet  serverlərində)  yerləşən  paylanmış  resurslarla  işləmək  imkanıın  olması 
tələb edilir. 
5.
 
Elektron  cədvəllər.  Bunlar  müxtəlif  tip  verilənlərin  saxlanması  və  emalı  üçün 
vasitələr  kompleksi  təqdim  edir.  Əsas  aksent  verilənlərin  dəyişdirilməsinə 
yönəldilsə  də  ədədi  verilənlər  üzərində  işləmək  üçün  geniş  spektrdə  vasitələrə 
malikdir.  Elektron  cədvəllərin  əsas  xüsusiyyəti  riyazi  və  ya  məntiqi  düsturlarla 
verilmiş  əlaqələndirilmiş  yuvaların  məzmununu  avtomatik  dəyişdirə  bilməkdir. 
Elektron cədvəllər mühasibat uçotunda, maliyyə və ticarət bazarlarının təhlilində, iri 
həcmli 
ədədi 
verilənlərin 
müntəzəm 
təkrarlanan 
hesablamalarının 
avtomatlaşdırılmasında geniş tətbiq edilir.  
6.
 
Avtomatlaşdırılmış  layihələşdirmə  sistemləri  (SAD-sistemlər).  Bunlar  layihə-
konstruktor işlərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. SAD-sistemlər 
maşınqayırmada,  cihazqayırmada,  memarlıqda  tətbiq  edilir.  Bu  sistemlər  qrafik 
işlərlə  yanaşı  sadə  hesablamalar  aparmaq,  verilənlər  bazasında  mövcud  olan  hazır 
konstruktiv  elementləri  seçmək  imkanı  da  verir.  SAD-sistemlərin  əsas  xüsusiyyəti 
layihələşdirmənin  bütün  mərhələlərində  texniki  şərtləri,  norma  və  qaydaları 

 
107 
avtomatik  təmin  etməkdən  ibarətdir.  Layihə  işlərinin  avtomatlaşdırılmış  sistemi 
(rusca-САПР)  çevik  istehsal  sistemlərinin  (ÇİS-lərin)  və  texnoloji  proseslərin 
avtomatlaşdırılmış idarəetmə sistemlərinin (TP AİS-lərin) zəruri komponentidir.   
7.
 
Stolüstü  nəşriyyat  sistemləri.  Bunlar  poliqrafiya  məhsullarının  səhifələnməsi 
(verstka edilməsi) prosesini avtomatlaşdırmaq üçündür. Nəşriyyat sistemləri mətnin 
səhifə  parametrləri  ilə  və  qrafik  obyektlərlə  qarşılıqlı  təsirin  idarə  edilməsi  üzrə 
geniş  tərkibdə  vasitələrə  malik  olsalar  da,  mətnin  daxil  edilməsi  və  redaktə  işinin 
avtomatlaşdırılması imkanları üzrə xeyli zəifdir. Bunlar adətən əvvəlcədən mətn və 
qrafik redaktorlarda işlənilmiş sənədlərə tətbiq edilir. 
8.
 
HTML  redaktorları  (Web-redaktorlar).  Bunlar  mətn  və  qrafik  redaktorların 
imkanlarını özündə birləşdirən xüsusi sinif redaktorlardır. Bu redaktorlar İnternetin 
veb-səhifələrini yaratmaq və redaktə etmək üçün nəzərdə tutulmuşdur. Bu sinfə aid 
olan proqramlar elektron sənədlərin və multimediya məhsullarının hazırlanmasında 
istifadə edilir. 
9.
 
Brauzerlər  (Veb-sənədlərə  baxış  vasitələri).  Bunlar  HTML  formatında  yaradılmış 
elektron  sənədlərə  baxış  keçirmək  üçündür.  Brauzerlər  mətn  və  şəkilləri  təkrar 
yaratmaqla  yanaşı,  musiqi,  insan  danışığı,  radioverilişləri,  video  konfranslar 
səsləndirmək, elektron poçtla işləmək imkanı da yarada bilir. 
10.
 
 Avtomatlaşdırılmış  tərcümə  sistemləri.  Elektron  lüğətlər  və  dildən-dilə  tərcümə 
proqramları  fərqləndirilir.  Elektron  lüğətlər  sənəddəki  ayrı-ayrı  sözləri  tərcümə 
etmək  üçün  olan  proqram  vasitələridir.  Bunlar  sərbəst  mətn  tərcüməsi  ilə  məşğul 
olan  peşəkar  tərcüməçilər  tərəfindən  istifadə  edilir.  Bu  proqramlar  bir  dildə  daxil 
edilən  mətni  başqa  dildə  ekrana  çıxarıaraq  tərcümə  işini  avtomatlaşdırır. 
Avtomatlaşdırılmış  tərcümədə  keyfiyyətli  bədii  tərcümə  mətni  almaq  çətindir. 
Çünki  burada  tərcümə  ayrı-ayrı  leksik  vahidlərin  tərcüməsi  yolu  ilə  əldə  edilir. 
Texniki mətnlərin tərcüməsi xeyli keyfiyyətli alınır. 
Avtomatlaşdırılmış  tərcümə  proqramlarından  istifadə  edilməsi  aşağıdakı  hallarda 
məqsədəuyğundur: 
-xarici dili mütləq şəkildə anlamadıqda: 
-sənədlə tez tanış olmaq zərurəti yarandıqda; 
-xarici dilə tərcümə etmək lazım gəldikdə; 
-tərcümə qaralaması hazırlayıb sonra redaktə etmək imkanı olduqda. 

 
108 
11.
 
 İnteqrasiya  edilmiş  kargüzarlıq  sistemləri.  Bunlar  rəhbərin  iş  yerinin  avtomatlaş-
dırılması  üçün  nəzərdə  tutulmuş  vasitələrdir.  Xüsusi  halda,  bu  funksiyalar 
sənədlərin  yaradılmasından,  redaktə  edilməsindən  və  formatlaşdırılmasından, 
elektron  poçt,  faksimil  və  telefon  rabitəsi  funksiyalarının  mərkəzləşdirilməsindən, 
müəssisədəki  sənəddövriyyəsinin  monitorinqindən  və  dispetçerləmədən,  alt 
bölmələrin 
işinin 
koordinasiyasından, 
inzibati-təsərrüfat 
fəaliyyətinin 
optimallaşdırılmasından  və  operativ  və  sorğu  informasiyasının  göndərilməsindən 
ibarətdir. 
12.
 
 Mühasibat  sistemləri.  Bunlar  mətn  və  cədvəl  redaktorlarının,  həmçinin  VBİS-in 
funksiyalarını  özlərində  birləşdirmişdir.  Mühasibat  sistemləri  ilkin  mühasibat 
sənədlərinin  tərtibi  və  uçotu,  müəssisənin  istehsal,  təsərrüfat  və  maliyyə 
fəaliyyətinin  yekunlarına  dair  müntəzəm  hesabatların  vergi  orqanlarının, 
büdcədənkənar  fondların  və  statistik  uçot  orqanlarının  tələb  etdikləri  formada 
hazırlanmasının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.  
13.
 
 Maliyyə-analitik  sistemləri.  Bunlar  bank  və  birja  strukturlarında  istifadə  edilir. 
Maliyyə-analitik  sistemləri  maliyyə  və  ticarət  bazarlarında,  habelə  xammal 
bazarlarında  gözlənilən  situasyaya  nəzarət  etmək  və  proqnozlaşdırmaq,  həmçinin 
cari  hadisələri  təhlil  etmək  və  hesabat  tərtib  etmək  işlərini  avtomatlaşdırmaq 
üçündür. 
14.
 
 Ekspert  sistemləri.  Bunlar  bilik  bazalarındakı  verilənlərin  təhlili  və  istifadəçi 
sorğusuna uyğun cavabın verilməsi üçün nəzərdə tutulmuşdur. Ekspert sistemləri o 
halda  istifadə  edilir  ki,  qərar  qəbulu  üçün  xüsusi  geniş  mütəxəssis  biliyi  tələb 
olunur.  Bu  sistemlər  tibbdə,  əczaçılıqda,  kimyada,  hüquqda  və  s  istifadə  edilir. 
Ekspert  sistemlərinin  istifadə  edilməsi  bilik  mühəndisliyi  adlanan  elm  sahəsi  ilə 
əlaqədardır. Bilik mühəndisləri dedikdə, ekspert sistemlərinin layihələşdiriciləri ilə 
(proqramçılarla)  elm  və  texnikanın  konkret  sahəsinə  aid  olan  mütəxəssislər 
(ekspertlər) arasında əlaqə yaradan mütəxəssislər nəzərdə tutulur. 
15.
 
 Geoinformasiya  sistemləri.  Bunlar  xəritəçəkmə  və  geodeziya  işlərinin  avtomat-
laşdırılması  üçündür.  Bu  sistemlər  topoqrafik  və  aeroqrafik  metodlarla  alınmış 
informasiya ilə işləyir. 
16.
 
 Videomontaj  sistemləri.  Bu  sistemlər  video  materialların  rəqəmsal  işlənməsi, 
montaj edilməsi, video effektlərin yaradılması, video qüsurların ləğv edilməsi, video 

 
109 
materiala  səsin  qoşulması,  titr  və  subtitrlərin  əlavə  edilməsi  üçün  nəzərdə 
tutulmuşdur.  Bu  sistemlərin  bəzi  kateqoriyaları  tədris,  sorğu  və  əyləncə  sistemləri 
və  proqramları  şəklində  mövcuddur.  Bunların  xarakterik  cəhəti  geniş  spektrdə 
multimediya vasitələri ilə təcchiz olunmasıdır. 
17.
 
 İnstrumental  dillər  və  proqramlaşdırma sistemləri. Bu  vasitələr  yeni  proqramların 
tərtib  edilməsi  üçün  nəzərdə  tutulmuşdur.  Bu  sistemlərin  köməyi  ilə  tərtib  edilmiş 
proqramı  kompüter  ―anlayır‖  və  maşın  kodunda  icra  edir.  Hər  bir  əmr  1  və  0-lar 
sırası şəklində verilir. Proqramın maşın dilində yazılması qətiyyən münasib deyildir. 
Buna görə də proqram insana aydın olan dildə, yəni instrumental dildə, başqa sözlə, 
alqoritmik  dildə  və  ya  proqramlaşdırma  dilində  tərtib  edilir  və  sonra  translyator 
adlanan  xüsusi  proqram  vasitəsilə  proqram  mətni  maşın  koduna  tərcümə  edilir  ki, 
buna  da  proqramın  translyasiya  edilməsi  deyilir.  Translyatorlar  2  tip  olur:  1) 
interpretatorlar  və  2)  kompilyatorlar.  İnterpretator  proqramdakı  bir  operatoru 
oxuyur,  təhlil  edir  və  həmin  anda  iccra  edir.  Sonra  növbəti  operatoru  oxuyur  və  s. 
Kompilyator isə proqramı tamamilə oxuyub təhlil etdikdən sonra proqramın icrasına 
başlayır. İnstrumental dillər aşağı səviyyəli (maşın dilinə yaxın) və yüksək səviyyəli 
(insan  dilinə  yaxın) olmaqla 2  qrupa  bölünür. Aşağı  səviyyəli  dillərə  assemblerlər, 
yüksək  səviyyəli  dillərə  isə  Pascal,  Basic,  C/C++,  VB  dilləri  və  s  aiddir. 
Proqramlaşdırma  sistemlərinə  translyatorlardan  əlavə,  mətn  redaktorları,  yerbəyer 
(komponovka) edici, standart proqramlar kitabxanası, sazlayıcı, proqramlaşdırmanın 
avtomatlaşdırılmasını  vizuallaşdıran  vasitələr  daxildir.  Belə  sistemlərə  nümunə 
olaraq Delphi, Visual Basic, C++, VisualFoxPro və s göstərilə bilər. 
 
6.2. Proqram təminatının tipologiyası 
Proqram vasitələri 3 tipə bölünür:  
 
Sistem proqram təminatı; 
 
Proqramlaşdırma texnologiyalarının instrumentariyası
 
Tətbiqi proqram təminatı. 
Sistem proqram təminatı dedikdə, kompüter və ya şəbəkəni işçi vəziyyətdə saxla-
yan  proqram  vasitələri kompleksi nəzərdə  tutulur.  Sistem  təminatını işləyib  hazırlayan, 
tətbiq edən və təkmilləşdirən proqramçılar sistem proqramçılar adlanır.  

 
110 
Şəbəkədə  sistem  proqram  təminatı  ilə  sistem  proqramçılarla  yanaşı,  şəbəkə 
inzibatçısı və operatorlar da məşğul olurlar. 
Sistem proqram təminatının vəzifələrinə aşağıdakılar daxildir: 
 
Hesablayıcı sistemin normal fəaliyyətinin təmin edilməsi; 
 
Kompüterdə və şəbəkədə tətbiqi proqramlar üçün iş şəraitinin yaradılması; 
 
Köməkçı prosedurların
123
 icrası; 
 
Kompüter və ya şəbəkə aparaturasının diaqnostikası və profilaktikası. 
Sistem təminatı kompüterin ayrılmaz tərkib hissəsi olmaqla, sabit yaddaşdakı baza 
təminatını,  kompüterin  əməliyyat  sistemini  (ƏS),  əməliyyat  örtüyünü  və  şəbəkə  ƏS-ni 
özündə birləşdirir. 
Servis (xidməti) proqram təminatı istifadəçi üçün rahat (komfort) iş şəraiti yaradır. 
Buraya:  diaqnostika,  antivirus,  disklərə  xidmət,  verilənləri  arxivləşdirən  və  imtinadan 
sonra bərpa proqramları daxildir. 
Proqramlaşdırma texnologiyalarının instrumentariyası proqram tərtibi vasitələrini 
özündə birləşdirir. Bu qəbildən olan proqram məhsulları tətbiqi proqramların yaradılma-
sı, sazlanması və testləşdirilməsi mərhələlərini özündə birləşdirən bütün proqramlaşdır-
ma prosesini həyata keçirməyə imkan verir. 
Turbo  Pascal  və  ya  Turbo  C  kimi  universal  dillərə  və  müəyyən  sinif  proqram 
vasitələrinin
124
  yaradılması  üçün  nəzərdə  tutulan  ixtisaslaşdırılmış  sistemlərə  əsaslanan 
çoxsaylı proqramlaşdırma sistemləri mövcuddur. 
Proqramlaşdırma  sistemlərinə:  müəyyən  proqramlaşdırma  dilində  mətn  və  obyekt-
istinad  proqram  vasitələri;  proqramlaşdırma  dilindən  kompilyator;  proqram  sazlayan; 
proqramları  optimallaşdıran  vasitələr;  standart  proqramlar  kitabxanası;  əlaqələr 
redaktoru
125
;  sorğu  informasiyası
126
;  fərdi  və  kollektiv  layihələrin  reallaşdırılması  üçün 
olan proqramlar; proqramları sənədləşdirən proqramlar aiddir. 
                                                 
123
 
surətçıxarma, arxivləşdirmə, faylların və verilən bazasının bərpası, icazəsiz müdaxilədən mühafizə
 
124
 
məsələn, verilən bazasının
 
125
 
kompanovkaedici
 
126
 
aidi və ümumi arayışlar
 

 
111 
Proqramlaşdırma  sistemləri  ilə  yanaşı,  son  illərdə  proqramlaşdırmanın  avtomat-
laşdırılması üzrə müxtəlif vasitələrin
127
 geniş istifadəsi müşahidə olunur. Bunlara CASE 
(Computer Aided System Engineering) instrumentləri deyilir. 
Tətbiqi  proqram  təminatının  tipologiyası  olduqca  genişdir.  Təkcə  iqtisadi  yönlü 
proqram əlavələrini sadalamaq istəsək, mühasibat uçotu, maliyyə fəaliyyəti, anbar uçotu, 
kadr  uçotu,  istehsalın  idarə  edilməsi,  sifariş  və  satışın  uçotu  və  bank  fəaliyyəti  kimi 
iqtisadi fəaliyyət növləri üzrə yaradılmış proqramların adını çəkmək kifayətdir. 
Tətbiqi  proqram  təminatına  ofis  proqramlarını,  informasiya  sistemlərinin  yaradıl-
ması və fəaliyyət göstərməsi üçün nəzərdə tutulan proqram vasitələrini, ekspert sistem-
lərini, layihə işlərinin avtomatlaşdırılması sistemlərini, təqdimat hazırlayan vasitələri və 
s. aid edirlər. 
Qeyd  etmək  lazımdır  ki,  tətbiqi  proqram  təminatına  həm  də  mətn  redaktorları, 
elektron cədvəlləri və VBİS-lər
128
 aiddir. 
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin