İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix14.01.2017
ölçüsü1,71 Mb.
#5152
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

Şəkil 1.
 
Proqram pəncərəsinin əsas hissələri 
 Menyülər, əmrlər, qısayol düymələri və parametrlər. 
İxtiyari  tətbiqi  proqramla  müəyyən  işi  görmək  üçün  uyğun  əmrdən  istifadə  edilir. 
Eyni  kateqoriyaya  aid  olan  əmrlər  müəyyən  adla    saxlanılır  ki,  bunların  da  hər  birinə 
menyü  deyilir.  Menyü  adları  əks  etdirilən  sahəyə  menyü  sətri  və  ya    menyü  çubuğu 
deyilir.  Müxtəlif  proqramlarda,  o  cümlədən 
Windows
la
 
işləyən  bütün  proqramlarda 
menyülərdən və menyü əmrlərindən istifadə qaydası demək olar ki, eynidir. 
Word
-də əməliyyatı menyüdən əmri seçməklə, alətlər çubuqlarındakı düymədən və ya 
qısa yol düymələrindən istifadə etməklə yerinə yetirmək olar.  
                                                 
166
 
Buna sərlövhə sətri də deyilir. Çubuq əvəzinə bəzən panel, xətt və s. işlədilir.
 

 
132 
 
Hər  hansı  menyünü  açmaq  üçün 
Mouse-
un  göstəricisini  menyünün  adının  üzərinə 
gətirib sol düyməni sıxmaq lazımdır; 

 
Menyülərin  adlarında  da  hərflərdən  birinin  altından  xətt  çəkilir  (məsələn, 
File 
(
Файл
 – Fayl), 
Edit 
(
Правка
 – Redaktə), 
Table 
(
Таблица
 – Cədvəl) və s.). Lazım 
olan  menyünü  açmaq  üçün  klaviaturadakı 
[Alt]
  düyməsinin  sıxılmış  vəziyyətdə 
menyünün adındakı altından xətt çəkilmiş hərfə uyğun düyməni sıxmaq kifayətdir 
(məsələn, 
File 
(
Файл
 – Fayl) menyüsünü açmaq üçün 
[Alt+F]
 düymələrini sıxmaq 
kifayətdir). 
 
Açılmış  menyüdə  əmrlərin  siyahısı  görünür.  Əmri  seçmək  üçün 
Mouse
-un 
göstəricisini əmrin adının üzərinə gətirib sol düyməni sıxmaq lazımdır; 

 
Menyü  adlarında  olduğu  kimi  əmrlərin  adlarında  da hər  hansı  bir  hərfin  altından 
xətt çəkilmiş olur (məsələn, 
New 
(
Создать
 – Yeni), 
Paste 
(
Вставить
 –
 
Yapışdır), 
Save  As 
(
Сохранить  как
  –
 
Yeni  Adla  Yaddaşa  Yaz)  və  s.).  Menyüdəki  əmri 
seçmək üçün əmrin adındakı altından xətt çəkilmiş hərfə uyğun düyməni sıxmaq 
kifayətdir.  Məsələn, 
New 
(
Создать
  –  Yeni)  əmrini  seçmək  üçün 
[N]
  düyməsini 
sıxa bilərsiniz. 
 
Bəzi  menyü  əmrlərinin  adlarının  sağ  tərəfində  klaviatura  düymələrinin  adları 
göstərilir  (məsələn, 
New 
(
Создать
  –  Yeni)  əmrində 
Ctrl+N

Save
  (
Сохранить
  – 
Yaddaşa  yaz)  əmrində 
Ctrl+S
  və  s.).  Bunlar  qısayol  düymələri  (
shortcut

adlandırılır. Menyünü açmaq üçün uyğun qısayol düymələrini sıxmaq kifayətdir; 
 
Bəzi  menyü  əmrlərinin  sol  tərəfində  kiçik  rəsmlər  (ikonlar  və  ya  piktoqramlar) 
göstərilir.  Bunlar  alət  düymələri  adlanır.  Belə  əmri  alət  çubuqları  (
Toolbar

üzərindəki uyğun alət düyməsini sıxmaqla da çağırmaq olar; 
 
Menyülərdəki bəzi adlardan sonrakı ox işarəsi göstərilir ki, bunlar da alt menyülərə 
malikdir.  Məsələn, 
View 
(
Вид 
–  Görünüş)  menyüsündəki 
Toolbars 
(
Панели 
инструментов
 – Alətlər Çubuğu) alt menüdür. Alt menyünün adını seçdikdən sonra 
digər alt  menyü  və  ya  əmrlərin  adlarından  ibarət olan daha bir  menyü  açılır.  Belə 
ierarxik quruluşa malik bir neçə alt menyü açıla bilər; 
Bəzən  əmrin  adlarından  sonra  "…"  işarəsi  göstərilir.  Belə  əmr  seçiləndə  dialoq 
pəncərəsi açılır. Dialoq pəncərələrində həmin əmrə uyğun müxtəlif parametrlər göstərilir. 

 
133 
Məsələn, 
File
 (
Файл
 – Fayl)  menyüsündəki 
Page
 
Setup 
(
Параметры страницы
 – Səhifə 
Qur)  əmri  seçiləndə 
Page  Setup
  (
Параметры  страницы
  –  Səhifə  Qur)  dialoq  pəncərəsi 
açılır (şəkil 2.). 
 
Şəkil 2.
 
Page Setup
 (
Параметры страницы
 – 
Səhifə Qur
) dialoq pəncərəsi 
 
Dialoq  pəncərəsindəki  Margins  (Поля  –  Sahələr),  Paper  Size  (Размер  бумаги  – 
Kağızın  ölçüsü)  və  Layout  (Источник  бумаги  –  Kağızın  mənbəyi)  adları  səhifə 
başlığı, bu adların yazıldığı düymələr isə səhifə başlığı düymələri adlanır. Bir səhifədən 
digərinə  keçmək  üçün  səhifə  başlığı  düyməsinin  üzərində  Mouse-un  sol  düyməsini 
sıxmaq lazımdır; 
 
Səhifələrdə  parametrlər  qrup  şəklində  yerləşir  və  hər  bir  qrupun  adı  olur.  Bu  adlara 
sahə adları deyilir (məsələn, 
Preview (Образец
 – Nümunə), 
Orientation (Ориентация
 
– İstiqamət). Sahələrdəki parametrlər müxtəlif formada seçilə və ya qeyd oluna bilər
 
Mətn daxil etmək üçün nəzərdə tutulan  sahələrə mətn qutuları
167
 deyilir.  
 
 - işarəsi bayraqcıq,   -  işarəsi isə selektor (çevirici, açar) duyməsi adlanır. Selektor 
düymələrindən ancaq biri (), bayraqcıqların () isə bir neçəsi eyni zamanda aktiv ola 
bilər. 
 
Dialoq  pəncərələrində  əmr  düymələri  də  olur. Bunlardan  daha  çox  istifadə  edilən 
OK
 
və 
Cancel
  (
Отмена
  –  Ləğv  Et)  düymələridir.  Parametrlər  seçiləndən  və  ya  daxil 
ediləndən  sonra 
OK
  düyməsi  sıxılanda  onlar  təsdiqlənir  və  dialoq  pəncərəsi  bağlanır. 
                                                 
167
 
içliklər
 

 
134 
Cancel
  (
Отмена
  –  Ləğv  Et)  düyməsini  sıxdıqda  isə  seçdiyiniz  və  ya  daxil  etdiyiniz 
parametrlər təsdiqlənmədən (yerinə-yetirilmədən) dialoq pəncərəsi bağlanır. 
Xətkeşlər. 
Səhifələrin  ölçüsünü,  kağızın  kənarlarından  mətnə  qədər  olan  məsafələri,  sətrlərin 
uzunluğunu,  sətrlərarası  məsafələri,  eləcə  də  simvolların,  mətndə  yerləşdirilmiş  müxtəlif 
obyektlərin, rəsmlərin ölçüsünü gözəyarı təyin etmək üçün xətkeşlərdən istifadə edilir. 
Word
-də iki tip xətkeşdən istifadə edilir: 
Horizontal Ruler
 (
Горизонтальная Линейка
 
–  Üfqi  Xətkeş)  və 
Vertical  Ruler
  (
Вертикальная  Линейка
  –  Şaquli  Xətkeş). 
Horizontal 
Ruler
  (Горизонтальная 
Линейка
  –  Üfqi  Xətkeş)  hər  an  ekranda  görünə  bilər. 
Vertical 
Ruler
  (
Вертикальная  Линейка
  –  Şaquli  Xətkeş)  isə  yalnız  səhifə  rejimində  ekranda 
görünür. Səhifə rejiminə keçmək üçün 
View
 (
Вид
 – Görünüş) menyüsündən 
Print Layout
 
(
Разметка страницы
 – Səhifə Quruluşu) əmrini seçə bilərsiniz. 
Bəzi hallarda xətkeşlər ekranda görünməyə də bilər. Bu halda 
View
 (
Вид
 – Görünüş) 
menyüsündən 
Ruler
 (
Линейка
 – Xətkeş) əmrini seçmək (aktivləşdirmək) lazımdır. Bu əmr 
təkrar seçiləndə  xətkeşlər gizlədilir. 
Bəzən  səhifə  rejimində  işləyərkən 
View
  (
Вид
  –  Görünüş)  menyüsündən 
Ruler
 
(
Линейка
  –  Xətkeş)  əmrinin  seçilməsinə  baxmayaraq 
Vertical  Ruler
  (
Вертикальная
 
Линейка
  –  Şaquli  Xətkeş)  ekranda  görünməyə  bilər.  Bu  halda 
Tools
  (
Сервис
  –  Alətlər) 
menyüsündən 
Options
  (
Параметры
  –  Parametrlər)  əmrini  seçin.  Açılacaq  dialoq 
pəncərəsində 
View
  (
Вид
  –  Görünüş)  səhifəsinin 
Print  and  Web  Layout  options
 
(
Параметры режима разметки и веб-документа
 – Çap və 
Web
 parametrlər) sahəsindəki 
Vertical ruler
 (
Вертикальная
 
Линейка
 – Şaquli xətkeş) parametrini aktivləşdirin. 
Xətkeşlər  məsafəni  müxtəlif  vahidlərlə  göstərə  bilər.  Ölçü  vahidini  dəyişmək  üçün 
Tools
 (
Сервис
 – Alətlər) menyüsündən 
Options
 (
Параметры
 – Parametrlər) əmrini seçin. 
Açılan  dialoq  pəncərəsində 
General
  (
Общие
  –  Ümumi)  səhifəsinə  keçib 
Measurement 
units
  (
Единицы
 
измерения
  –  Ölçü  vahidləri)  qutusundan  lazım  olan  ölçü  vahidini, 
məsələn, 
Centimeters
 (
Сантиметры
 – Santimetrlər) seçin. 
Alətlər çubuqları. 
Word
  ilk  dəfə  açılanda  ekranda  yalnız 
Standard
  (
Стандартная
  –  Standart)  və 
Formatting
  (
Форматирование
  –  Formatlaşdırma)  alət  çubuqları  görünür. 
Standard
 
(
Стандартная
  –  Standart)  alətlər  çubuğunda  tez-tez  istifadə  edilən  menyü  əmrlərini 

 
135 
asanlıqla  və  cəld  seçmək  üçün  istifadə  edilən  düymələr  yerləşir. 
Formatting
 
(
Форматирование
  –  Formatlaşdırma)  çubuğunda  isə  mətni  formatlaşdırarkən  tez-tez 
istifadə edilən əməliyyatları asanlıqla yerinə-yetirməyə xidmət edən düymələr yerləşir. 
Word
-də çoxlu sayda alət çubuqlarından istifadə edilir.  
Alətlər  çubuğunu  gizlətmək  və  ya  ekrana  gətirmək  üçün  müxtəlif  yollardan  istifadə 
edilə bilər. 
 
Şəkil 3.
 
Customize
 (
Настройка
 – Xüsusiləşdir) dialoq pəncərəsinin 
Toolbars
 (
Панели 
инструментов
 – Alətlər Çubuqları) səhifəsi 

 
136 
 
 
Şəkil 4.
 
Customize
 (
Настройка
 – Tənzimləmə) dialoq pəncərəsinin 
Options
 
(
Параметры
 – Parametrlər) səhifəsi 
 
İstənilən  alətlər  çubuğu  və  ya  menyü  çubuğu  üzərində 
Mouse
-un  sağ  düyməsini 
sıxanda  alətlər çubuqlarının adlarından ibarət dinamik menyü açılacaqdır. Bu adlardan 
hər hansı birini seçmək olar. 
 
View
  (
Вид
  –  Görünüş)  menyüsündən 
Toolbars
  (
Панели  инструментов
  –  Alət 
Çubuqları)  əmri  ilə  açılan  pəncərədəki  siyahıdan  lazım  olan  alət  çubuğunun  adını 
seçmək olar və i. a. 
Status Bar. 
Word  – 
ün
 
proqram  pəncərəsinin  aşağı  hissəsində 
Status  Bar
  (
Строка  состояния
  – 
Vəziyyət  Çubuğu)  yerləşir.  Vəziyyət  çubuğu  üzərində  sahələrdə  müəyyən  məlumatlar 
(şəkil  3.)  əks  etdirilir.  Bu  sahələrdə  əsasən  kursorun  səhifədəki  vəziyyəti  haqqında 
məlumat verilir. 
Vəziyyət çubuğunun ekranda görünməsi üçün 
Tools
 (
Сервис
 – Alətlər) menyüsündən 
Options
 (
Параметры
 – Parametrlər) əmrini seçib açılan dialoq pəncərəsində 
View
 (
Вид
 – 
Görünüş)  səhifəsinin 
Show
  (
Показывать
  –  Göstər)  sahəsindəki 
Status  Bar
  (
Строку 
состояния
 – Vəziyyət Çubuğu) parametrini aktivləşdirin. 

 
137 
 
 
Şəkil 5.
 
Status Bar
 (
Строка состояния
 – Vəziyyət Çubuğu) 
Sənədlər. 
Word
-də  yaradılmış  hər bir  fayl 
document (документ-
 sənəd) adlanır.  Sənədin adını 
proqram pəncərəsinin 
Title Bar (Заголовок-
Başlıq çubuğu)nda görə bilərsiniz 
Document1
 
(
Документ  1
  –  Sənəd  1)
  Microsoft
 
Word
.  Yeni  sənədin  müvəqqəti  adı  saxlanana  qədər 
Document1 
(
Документ 1
 – Sənəd 1) olur. Əgər bu adla sənəd artıq açılmışdırsa, bu halda 
yeni  sənədə 
Document2 
(
Документ  2
  –  Sənəd  2)  adı  verilir.  Beləcə  hər  açılan  növbəti 
sənəd  fayla  yazılana  kimi  müvəqqəti  olaraq 
Document3 
(
Документ  3
  –  Sənəd  3), 
Document4 
(
Документ 4 
– Sənəd 4) və s. adlandırılacaqdır. 
Digər 
Office
  proqramlarında  olduğu  kimi 
Microsoft
 
Word
-də  də  eyni  zamanda  bir 
neçə sənədlə işləmək mümkündür. 
Açılmış  fayl  pəncərələrinin  adları 
Window
  (
Окно
  –  Pəncərə)  menyüsündə  görünür. 
Bir pəncərədən digərinə keçmək üçün 
Window
  (
Окно
 –  Pəncərə)  menyüsünü  açıb lazım 
olan pəncərə başlığını seçmək olar. 
Window
 (
Окно
 – Pəncərə) menyüsündən 
Arrange All 
(
Упорядочить  все
  –  Hamısını  Sırala)  əmrini  seçməklə  ekranda  bütün  açıq  pəncərələri 
sıralanmış şəkildə görmək olar. 
Word
-də  hazırlanmış  sənədlərin,  yəni, 
Word
  fayllarının  genişləndirməsi  adətən 
.DOC, 
və ya 
.DOT 
olur. 
 
6.7.2. Elektron cədvəllər 
Elektron  cədvəllər  sistemi  irihəcmli  (adətən  iqtisadi  xarakterli)  verilənlər  üzərində 
aparılacaq  hesablama  işlərini  avtomatlaşdırmaq  üçündür.  Bu  sistem  peşəkar  olmayan 

 
138 
iştifadəçilərdən  ötrü  nəzərdə  tutulmuşdur.  Elektron  cədvəllər  1980-ci  illərin  əvvəlində 
meydana çıxmışdır.  
6.7.2.1 Microsoft Excel XP 
Ən  geniş  yayılmış  elektron  cədvəllər  sistemi  Microsoft  Offise  paketinə  daxil  olan 
Microsoft Excel proqramıdır.  
Excel XP-nin əsas anlayışları. 
Proqram pəncərəsinin əsas hissələri. 
Excel XP
-də işləməzdən öncə bu proqramın əsas anlayışları ilə tanış olmağınız daha 
məqsədəuyğundur.  
Excel  XP
-ni  işlədərkən  qarşılaşacağınız  proqram  pəncərəsinin  ümumi  görünüşü  ilə 
tanış olaq. Bu zaman Siz olduqca qarışıq bir pəncərə ilə qarşılaşacaqsınız (şəkil 6.). 
 
 
 
 
 
 
 
1.
 
Title Bar
 (Başlıq 
Çubuğu) 
2.
 
Address Area
 (Ünvan 
Sahəsi) 
3.
 
Aşağı ox düyməsi 
4.
 
Ləğv etmə düyməsi 
5.
 
Daxil etmə düyməsi 
6.
 
Funksiya daxiletmə 
düyməsi 
7.
 
Formula Bar
 (Formul 
Çubuğu) 
8.
 
Menu Bar
 (Menyü 
Çubuğu) 
9.
 
Standard Toolbar
 
11.
 
Sütun başlığı 
düyməsi 
12.
 
Minimize
 (Minimum 
Kiçilt) düyməsi 
13.
 
Restore
 (Bərpa Et) 
düyməsi 
14.
 
Close
 (Bağla) 
düyməsi 
15.
 
Sətir başlığı düyməsi 
16.
 
İşçi səhifə ad 
düyməsi 
17.
 
Cell
 (Hücrə) 
18.
 
Status Bar
 (Vəziyyət 
Çubuğu) 
1
 


4  5 




1

1

1

1

1

1
5

1

1

1

1
8


 
139 
(Standart Alətlər 
Çubuğu) 
10.
 
Formatting Toolbar
 
(Formatlama Alətlər 
Çubuğu) 
19.
 
Scroll Bars
 
(Sürüşdürmə 
Çubuqları 
Şəkil 6.
 
Excel
 
XP
 proqram pəncərəsinin əsas hissələri 
İşçi kitablar. 
Excel  XP
-də  yaradılmış  bir  fayl 
Excel
 
XP
  məntiqi  ilə  bir  işçi  kitabdır 
Workbook 
(Книга-
Kitab).  İşçi  kitabın  adını  proqram  pəncərəsinin 
Title  Bar  (Заголовок-
Başlıq 
Çubuğu)nda görə bilərsiniz (
Microsoft
 
Excel-Книга1

Microsoft
 
Excel
-
Book1 - Microsoft
 
Excel
-Kitab1). Yeni bir fayl yaratdığınız zaman faylı yaddaşa yazana qədər bu faylın adı 
Book1
 (
Книга1
-Kitab1) olacaqdır. Əgər bu adda bir fayl artıq mövcuddursa və açıqdırsa, 
bu  halda  yeni  bir  fayl  yaratmaq  istədiyiniz  zaman  onun  adı 
Book2
  (
Книга2
-Kitab2) 
olacaqdır və s.. 
Digər 
Office
 proqramlarında da olduğu kimi 
Microsoft
 
Excel XP
-də də eyni anda bir 
neçə işçi kitab aça bilər və paralel olaraq işləyə bilərsiniz. 
Excel  XP
-ni  işlədib  hər  hansı  bir  faylı  açarkən,  iç-içə  yerləşmiş  iki  pəncərə 
görünəcəkdir.  Bunlardan  altda  olanı  proqram  pəncərəsi,  üstdə,  içəridə  görünəni  isə  fayl 
pəncərəsi adlanır. Əgər fayl pəncərəsini maksimum böyüdərsinizsə 
Maximize (Свернуть 
в окно
–Maksimum), fayl pəncərəsinin başlığı ilə proqram pəncərəsinin başlığı birləşərək 
tək bir başlıq kimi görünəcəkdir. 
Başlıq çubuğu üzərində yazılmış 
Microsoft
 
Excel
 
XP
 - 
Book1
 ifadəsi əslində iki ayrı 
pəncərə  başlığıdır.  Proqram  pəncərəsinin  başlığı 
Microsoft
 
Excel  XP
,  fayl  pəncərsinin 
(bizim halda işçi kitabın) başlığı isə 
Book1
 (
Книга1
-Kitab1)-dir. 
Əgər  fayl  pəncərəsini  bağlayarsınızsa,  yalnız  o  anda  üzərində  işlədiyiniz  işçi  kitab 
bağlanacaq,  ancaq  proqram  pəncərəsi  açıq  qalacaqdır,  yəni, 
Excel  XP
-dən  çıxmayacaq-
sınız. 
Əgər  proqram  pəncərəsini  bağlayacaqsınızsa,  bu, 
Excel  XP
-dən  çıxmaq  istədiyiniz 
mənasına  gələcəkdir. 
Excel  XP
-dən  çıxmaq  istədiyiniz  zaman  o  anda  açıq  olan  işçi 
kitablar (yəni, fayl pəncərələri) bağlanacaqdır. 

 
140 
Bu işçi kitablar arasında, üzərində dəyişiklik edilmiş olanlar vardırsa, 
Excel XP
 bunları 
yaddaşa  yazıb-yazmayacağınızı  soruşacaqdır.  İşçi  kitabların,  yəni, 
Excel  XP
  fayllarının 
genişləndirməsi 
.XLS, .XLC, .XLW, .XLM, .XLA, .XLT
 olaraq qəbul edilir. 
İşçi səhifələr. 
İşçi  kitabları  təmsil  edən  fayl  pəncərələrinin  aşağı  hissəsində  yan-yana  yerləşmiş  və 
üzərilərində 
Sheet1 (Лист1-
Vərəqə1), 
Sheet2 (Лист2
-Vərəqə2), ... və s. yazılmış düymələr 
görəcəksiniz (şəkil 7.). Bu düymələrdən hər biri bir işçi səhifəyə uyğundur. 
 
Şəkil 7.
 
İşçi səhifə düymələri 
İşçi  səhifələr  yığımı  işçi  kitabı  təşkil  edir. 
Excel  XP
-nin  daha  öncəki  variantlarında 
(
Excel
 
4.0
 və aşağısı) yaradılan hər bir fayl yalnız bir işçi səhifədən ibarətdir. Yəni, orada 
Workbook
 deyil, yalnız 
Worksheet
 yaratmaq mümkündür. 
Excel
-in 
5.0
  və  sonrakı  variantlarında  isə  məntiq  bir  az  dəyişir  və  çoxsəhifəli  bir  iş 
mühitinin  yaradılması  lazım  gəlir.  Artıq  bir  faylın  içərisində  bir  neçə  işçi  səhifə  yarada 
bilərsiniz ki, bunun da çox böyük əhəmiyyəti vardır. 
Excel  XP 
-  də  görəcəyiniz  işlər,  başqa  sözlə,  hazırlayacağınız  cədvəllər  ümumilikdə 
yalnız bir səhifədə görünməyəcək sayda və ölçüdə ola bilər. Məsələn, bir müəssisə müdiri 
kimi  müəssisənizin  mədaxil  və  məxaricini  aylıq  və  illik  olaraq  izləmək  istəyirsiniz.  Bu 
zaman  nə  edərsiniz?  Deyək  ki,  bunun  üçün  standart  bir  mədaxil/məxaric  cədvəli 
hazırlayıb, bunu standart bir forma kimi qəbul edərək hər ay üçün çoxalda bilərsiniz. Bu 
halda 
12
  ədəd  cədvəliniz  olacaqdır.  Təbii  ki,  bu 
12
  cədvəli  eyni  anda  kompüterin 
ekranında  görmək  mümkün  deyildir.  Əgər  bu  cədvəllərin  hamısını  bir  səhifəyə 
yerləşdirərsinizsə,  bu  halda  aylar  arasında  hərəkət  etmək  üçün  səhifə  üzərində  gəzməli 
olacaqsınız (ekranı hərəkət etdirməklə) və bu da bir xeyli vaxtınızı aparacaqdır. Bu zaman 
daha sadə yol seçə bilərsiniz. Hər aya aid olan cədvəli ayrı işçi səhifəyə yerləşdirməklə, 
12
 
işçi səhifədən ibarət işçi kitab təşkil etmiş olursunuz. Hətta son olaraq bir də illik cədvəl 
tərtib edə bilərsiniz. İşçi kitabın pəncərəsinin alt hissəsindəki səhifə düymələrinin adlarını 
da  Yanvar,  Fevral,  Mart,  ...,  Dekabr,  İllik  deyə  dəyişdirə  bilərsiniz.  Beləliklə  bir 
cədvəldən,  yəni,  bir  aydan  digərinə  keçməyiniz,  ya  da  illik  cədvəli  görməyiniz  daha  da 

 
141 
asanlaşacaqdır. Bir cədvəldən digərinə keçmək üçün uyğun aya aid işçi səhifə düyməsini 
sıxmağınız kifayətdir. 
 
Bir işçi kitabda ən çox neçə işçi səhifə ola bilər?  - Əslində elə bir məhdu-
diyyət  yoxdur.  Yarada  biləcəyiniz  işçi  səhifələrin  sayı  kompüterinizin  əməli  yaddaşının 
(
RAM
) həcmindən asılıdır. Yaddaş çatışmazlığı problemi olmadıqda ən çox 
255
 işçi səhifə 
yarada  bilərsiniz.  Ancaq  buna  praktik  olaraq  ehtiyac  olmadığını,  yaddaşın  hər  zaman 
məhdud  olduğunu  və  heç  bir  vaxt 
255
  səhifəlik  bir  işçi  kitabınızın  olmayacağını  yəqin 
etmək olar. Bir işçi kitabda başlanğıcda 
3
 işçi səhifə olur. 
 
İşçi  səhifələr  üzərində  hansı  əməliyyatları  apara  bilərsiniz?  -  Onların 
adlarını, yerlərini dəyişdirə, yeni işçi səhifələr yarada, lazım olmayanları isə silə bilərsiniz. 
Sətir və sütunlar. 
Bildiyiniz  kimi,  cədvəllər  sətir  və  sütunlardan  ibarət  olur. 
Excel  XP
-də  görəcəyiniz 
işlər əsasən cədvəllərlə bağlıdır. Qarşınızda sətirlərdən və sütunlardan ibarət geniş bir sahə 
vardır. Bu sətir və sütunların kəsişdikləri yerlər də hücrələrdir
168

 
Bir  işçi  səhifədə  neçə  sətir  və  sütun  vardır?  - 
Microsoft
 
Excel  XP
  işçi 
səhifələrinin  hər  birində 
65536
  sətir  və 
256
  sütun  vardır.  Sətir  və  sütunların  sayını  bir-
birinə  vurduqda,  bir  işçi  səhifədə 
16777216
  ədəd  hücrə  olduğu  aydın  olur.  Ancaq  bu 
rəqəm Sizin üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Çünki heç bir vaxt 
65536
 sətirdən 
və 
256
 sütundan ibarət bir cədvəl tərtib edəcəyiniz yəqin deyildir. 
İşçi  səhifədə  hər  sətrin  bir  nömrəsi  və  hər  sütunun  da  bir  adı  vardır.  Əslində  istər 
nömrə, istərsə də ad olsun, bunlar sətir və sütun başlıqları adlanır. İşçi sahə parametrlərini 
dəyişdirərək  sətir  nömrələri  və  sütun  adları  əvəzinə  başqa  adlardan  da  istifadə  edə 
bilərsiniz. 
Sətir  nömrələri  və  sütun  adları  olmadan  işinizi  planlaşdırmağınız  və  nəzarət  altına 
almağınız  mümkün  deyildir.  Hər  hansı  bir  məlumatın  səhifənin  harasında  olduğunu 
müəyyən  etmək  və  digər  məlumatlarla  əlaqələndirmək  üçün  bunlardan  mütləq  istifadə 
etmək məcburiyyətindəsiniz. 
Bir  işçi  səhifədə 
256
  sütun  olduğunu  bildirmişdik.  Sütunlar  hərflərlə  adlandırılır.  İlk 
sütun A, sonrakı 
B
, daha sonrakı 
C
 və s. kimi adlandırılır. 
Z
 sütunundan sonrakı sütunlar 
                                                 
168
 
xanalar
 

 
142 
iki hərflə: 
AA, AB, AC
 və s. kimi adlandırılır. 
AZ
 sütunundan sonra 
BA, BB, BC, ..., BZ
 
kimi davam edir və bu qayda ilə sonuncu sütunun adı 
IV
 olur. 
Sətirlərin nömrəsi isə rəqəmlərlə 
1, 2, 3
 və s. göstərilir. Axırıncı sətrin nömrəsi 
65536
-
dır. 
 
Sətir  və  sütunlar  üzərində  hansı  əməliyyatları  apara  bilərsiniz?  -  İki 
sətir/sütun arasına yeni sətirlər/sütunlar əlavə edə, mövcud sətir/sütunu silə, sətir/sütunları 
gizlədə,  sətirlərin  yüksəkliyini  və  sütunların  genişliyini  istədiyiniz  kimi  dəyişdirə 
bilərsiniz. 
Hücrələr (xanalar). 
Hücrə 
Excel XP
-nin əsas komponentlərindən biri sayılır ki, bu da sətirlərlə sütunların 
kəsişməsindən alınan sahələrə verilən addır. Hər işçi səhifədə 
16777216
 ədəd hücrə vardır. 
Ümumiyyətlə 
255
 səhifədən ibarət bir işçi kitabda 
4278190080
 hücrə ola bilər. 
Hücrələr üzərində aşağıdakı əməliyyatları aparmaq olar: 
 
Bir hücrədən digərinə asanlıqla keçmək olar; 
 
Klaviaturadakı
 [Delete]
 düyməsini sıxmaqla hücrə içərisindəki yazıları silmək olar; 
 
Bir hücrədəki məlumatları digərlərinə də köçürmək olar; 
 
Bir hücrədəki məlumatı asanlıqla digərinə daşımaq olar; 
 
Bir-neçə hücrəyə eyni vaxtda eyni məlumatı daxil etmək olar; 
 
Qonşu hücrələrə ardıcıl sıralanmış məlumatlar (rəqəmlər, tarixlər və s. kimi) daxil 
etmək olar; 
 
Hücrə içərisindəki yazıların yerini təyin etmək olar; 
 
Hücrə içərisindəki məlumatı gizlətmək olar; 
 
Hücrələrə izahlı qeydlər vermək olar
 
Hücrə içərisindəki  yazıları  üfqi,  şaquli və  ya  müəyyən  bucaq  altında  yerləşdirmək 
olar; 
 
Hücrələrə  formullar
169
  yerləşdirmək  və  formulların  nəticələrinin,  ya  da  özlərinin 
görünməsini təmin etmək olar; 
 
Hücrələrin kənar xətlərini çəkmək olar; 
                                                 
169
 
düsturlar
 

 
143 
 
Hücrə içərisindəki yazıların rəngini və ya hücrənin fon rəngini təyin etmək olar. 
İki  cür  hücrə  vardır:  aktiv  (
current
)  və  aktiv  olmayan  hücrə.  Şəkildə  göstərilmiş 
soldakı hücrə aktiv olmayan hücrədir (şəkil 8.). Sağdakı hücrə isə aktiv hücrədir. 
       
 
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin