Şəkil 17.
Yanvar ayına aid cəmin
AutoSum
(
Автосумма
-Avtomatik Cəmlə) düyməsini
ikiqat sıxmaqla hesablanması
Bundan öncə isə
Create
(
Создать
-Yarat) əmri ilə məlumatlar adlandırılmış, Yanvar,
Fevral, Mart, Aprel, Bakı, Sumqayıt, Gəncə, Quba kimi hücrə adları təyin edilmişdir. Bu
halda yuxarıdakı formulda
C3:C6
yerinə Yanvar yazılması, yəni, formulun
=SUM
(Yanvar) şəklində yazılması daha uyğundur.
AutoSum
(
Автосумма
-Avtomatik Cəmlə) düyməsindən istifadə edərək cəmi
hesablayacaqsınızsa, sahə hücrə adları nəzərə alınmayacaqdır. Bunun əvəzinə formulu
özünüz
=SUM
(Yanvar) şəklində yazmalısınız.
Excel XP
-də təyin olunmuş adların seçdiyiniz bir sahədəki bütün formullara tətbiq
edilməsini təmin edə bilərsiniz. Hətta, tam işçi səhifəni seçib oradakı adların bütün
formullara tətbiq edilməsini də təmin edə bilərsiniz.
Bunun üçün öncə işçi səhifəni tam olaraq seçin. Sonra
Insert
(
Вставка
-Daxil Et)
menyüsünün
Name
(
Имя
-Ad) alt menyüsündən
Apply
(
Применить
-Tətbiq Et) əmrini
seçin. Şəkildə göstərilmiş
Apply Names
(
Применение
имени
-Adları Tətbiq Et) dialoq
pəncərəsi açılacaqdır (şəkil 18.).
Bu dialoq pəncərəsində mövcud olan bütün adların siyahısını görəcəksiniz. Tətbiq
edilməsini istədiyiniz adları seçdikdən sonra
OK
düyməsini sıxın.
156
Seçdiyiniz adların təmsil etdikləri hücrə və ya hücrə sahələrinin ünvanlarının olduğu
formullarda o ünvanlar avtomatik olaraq adlara çevriləcəklər. Məsələn, Yanvar ayına aid
cəmin hesablandığı formulu gözdən keçirdikdə artıq
=SUM
(Yanvar) olduğunu
görəcəksiniz.
Bu cür də edə bilərsiniz: işinizi qurarkən başlanğıcda hücrə adlarından tamamilə asılı
olmamasını düşünə bilərsiniz.
Mouse
-dan istifadə edərək formullarınızı rahatca yaradın,
sonra adları təyin edin və işçi səhifəni tamamilə seçərək adların hamısını bütün formullara
tətbiq edin.
Şəkil 18.
Apply Names
(
Применение
имени
-Adları Tətbiq Et) dialoq pəncərəsi
Ancaq formullarda adlardan istifadə etməyin yolu yalnız bu deyildir. Formulu
Function Wizard
(
Мастер
функции
-Funksiya Sehirbazı) vasitəsilə və ya əllə daxil
edərkən, yəni, yazarkən hücrə adlarından istifadə edə bilərsiniz. Məsələn, ―
=SUM
(―
yazdıqdan sonra formul çubuğunun solundakı ad düyməsini (və ya aşağı ox düyməsini)
sıxaraq siyahıdan Yanvar adını seçə bilər və sonra ―)― yazıb girişi tamamlaya bilərsiniz.
Formullarda adlardan istifadə etməyin başqa bir yolu da, formulu yazarkən
Insert
(
Вставка
-Daxil Et) menyüsünün
Name
(Имя-Ad) alt menyüsündən
Paste
(
Вставить
-
Yapışdır) əmrini seçməkdir. İstənilən vaxt bu əmri seçə bilər və açılacaq
Paste Name
(
Вставка
имени
-Ad Yapışdır) dialoq pəncərəsindəki (şəkil 19.) siyahıdan, formulda
istifadə edilən istədiyiniz adı seçə bilərsiniz.
157
Şəkil 19.
Paste Name
(
Вставка
имени
-Ad Yapışdır) dialoq pəncərəsi
Bu dialoq pəncərəsindəki
Paste List
(
Все имени
-Siyahı Yapışdır) düyməsindən
istifadə edərək, o anadək təyin etdiyiniz adların və təmsil etdikləri ünvanların siyahısını
işçi səhifənin boş bir yerinə daxil edə bilərsiniz. Bunun üçün öncə adların yerləşdiriləcəyi
ilk hücrəni seçin və sonra
Paste Name
(
Вставка имени
-Ad Yapışdır) dialoq pəncərəsini
açıb
Paste List
(
Все имени
-Siyahı Yapışdır) düyməsini sıxın.
#NAME
? nə deməkdir? - Əgər hər hansı bir formulda hücrə və ya hücrə qrupunun
adından istifadə edirsinizsə və sonradan bu adı silərsinizsə, o formulun olduğu hücrədə bu
səhv ifədəsini görəcəksiniz. Bu cür səhv ifadələrin yaranmasına səbəb olan formulları
yenidən tərtib etməlisiniz.
6.7.3. Qrafik redaktorlar
6.7.3.1 Adobe Photoshop
Qrafik redaktorlar üçölçülü şəkilləri kölgə effektləri ilə yaratmağa imkan verən
proqramlar kompleksidir.
Peşəkar rastr qrafik redaktoru
Adobe Photoshop
müxtəlif xarakterli məsələləri həll
etmək üçün istifadə edilir. Proqramın köməyi ilə rastr təsvirlərlə yanaşı, vektor təsvirləri
də redaktə etmək mümkündür.
Hal – hazırda
Adobe Photoshop
proqramındakı alətlərdən bəhrələnən dizaynerlər,
tərtibatçılar və rəssamlar təsvirlərin redaktə edilməsində proqramdan geniş istifadə edirlər.
Adobe Photoshop
proqramının əsas vəzifəsi təsvirlər yaratmaqla yanası, hazır təsvir-
ləri təhlil etməkdir. Rəsmlərin çəkilməsini, fotoşəkil neqativlərinin və ya fotoşəkillərin
158
tuşla düzəldilməsini
172
, təsvirlərin parlaqlığının və onlarda olan təzadların tənzim edilmə-
sini, müxtəlif sayda təsvirlərin kombinə edilməsini buraya aid etmək olar.
Təhlil ediləcək təsvirləri fərdi kompüterə skaner və ya rəqəmli kameraların köməyi ilə
daxil etmək istifadəçi üçün əlverişlidir.
Adobe Photoshop
proqramındakı çoxlu sayda alətlərdən (məsələn, karandaş. fırça,
avtoqələm, aeroqraf və s.) istifadə edərək təsvirdə yaranmış bütün qüsurları aradan
qaldırmaq mümkündür.
Proqramda önəmli işlərdən biri təsvirin müəyyən hissəsinin (və ya fraqmentin)
seçilməsi və seçim aparılmış sahənin üzərində müəyyən əməliyyatların həyata keçiril-
məsidir.
Adobe Photoshop
rastr qrafik redaktorunun əsas üstün cəhətlərindən biri təsvir qatları
ilə işin təşkil edilməsidir. Yəni, istifadəçinin müəyyən sayda qatlar üzərində zəruri
əməliyyatları yerinə yetirəcək son nəticənin lazımı səviyyədə əldə edilməsinin mümkün-
lüyüdür.
Proqram pəncərəsinin əsas hissələri.
Adobe Photoshop
rastr qrafik redaktoru ilə işə başlamazdan öncə proqramın əsas
anlayışları ilə ətraflı tanış olmağınız məsləhətdir.
Şəkil 20.
Proqram
pəncərəsinin əsas hissələri
1.
Title Bar (Заголовок Окна
– Başlıq Çubuğu)
172
retuşlama əməliyyatı
159
2.
Menu Bar (Меню
– Menyü Çubuğu)
3.
Option Bar (Полоса Настройки
– Sazlama Çubuğu)
4.
Toolbar (Панель Инструментов
– Alətlər Çubuğu)
5.
Pallets (Палитры
– Palitralar)
6.
Corrent Zoom (Текущий Масштаб
– Cari Miqyas)
7.
Status Bar (Строка состояния и Подсказки
– Vəziyyət və Yardım Çubuğu)
8.
Image Window (Окно с изображением
– Təsvir Sahəsi)
Adobe Photoshop
proqramı ilə işləyərkən qarşılaşacağınız proqram pəncərəsinin
ümumi görünüşü şəkildə göstərildiyi kimidır (şəkil 20.).
Masaüstünün sol tərəfində yerləşən alətlər çubuğunu ekrana gətirmək və ya ekrandan
götürmək üçün
Window (Окно
– Pəncərə) menyüsünün
Tools (Инструменты
– Alətlər
Çubuğu) əmri ya seçilməli, ya da ki, ləğv edilməlidir.
Alətlər çubuğu və onun üzərində olan, müxtəlif funksiyaları yerinə yetirən alətlər
cədvəl 1-də verilmişdir.
Cədvəl 1.
İşarəsi
Adı
Restangular Marguee Tool (Инструмент прямоугольная область
–
Düzbucaqlı sahə aləti) (М) (М)
Elliptical Marguee Tool
(
Инструмент oвальная область
–
Yumurtavari sahə aləti)
Hove Tool (Перемещение
– Yerdəyişmə) (V) (V)
Lasso Tool (Инструмент Лассо
– Lasso aləti) (L) (L)
Magic Wand Tool (Инструмент Вольшебная палочка
– Sehirbazın
çubuğu aləti) (W)
Grop Tool (Кодирование
– Şifrələmə) (С) (С)
Slice Tool (Фрагмент
– Fraqment) (К) (К)
Healing Brush Tool (Лечащая кисть
– Bitişdirici alət) ( J)
160
Brush Tool (Выберите опции автоматизации –
Fırça aləti) (В)
Clone Stamp Tool (Инструмент Штамп копий
– Surət Möhürü aləti)
(S) (S)
History Brush Tool (Инструмент Кисть историческая
– Keçmiş Fırça
aləti) (Y) (Y)
Erazer Tool (Инструмент Ластик
– Pozan aləti)
(Е) (Е)
Gradient Tool (Инструмент Градиент
– Qradiyent aləti) (G) (G)
Blur Tool (Инструмент размывание
– Yaxma aləti) (R) (R)
Dodge Tool (Инструмент Осветление
– Şəffaflaşdırma aləti) (О) (О)
Path Selection Tool (Выделение Пути
– Yolun seçilməsi) (А)
Horizontal Type Tool (Инструмент Текст
– Mətn aləti) (Т) (Т)
Pen Tool (Инструмент Перо
– Qələm aləti) (Р) (Р)
Restangle Tool (Инструмент прямоугольник
– Düzbucaqlı aləti) (U)
(U)
Notes Tool (Инструмент Заметки
– Qeydlər aləti) (N) (N)
Eyedropper Tool (Пипетка
– Damcı tökən) (I)
Hand Tool (Инструмент Рука
– Əl aləti) (H) (H)
Zoom Tool (Инструмент Лупа
– Lupa aləti) (Z) (Z)
Switch Foregraund and Background Colors (X) (Переключить
Основные Цвета и Цвета Подложки
– Əsas və astar rənglərə çevirici)
(Х)
Set background Color (Установки цвета передного плана
– Ön plan
rənginin qurulması)
Set foreground Color (Установки цвета фона
– Fon rənginin
qurulması)
161
Default Foreground and Background Colors (Основные Цвета и
Цвета Подложки по умолчанию
– Susmaya görə əsas və astar
rənglər) (D)
Edit in Standard Mode (Правка в стандартном режиме –
Standart
rejimdə düzəliş) (Q) (Q)
Edit in Quick Mask Mode (Правка режиме быстрой маски –
Sürətli
maska rejimində düzəliş) (Q) (Q)
Standard Screen Mode (Стандартный режим
– Standart rejim) (F)
Full Screen Mode With Menu Bar (Полноэкранный режим с полосой
меню
– Menyü çubuğu ilə tam ekran rejimi) (F)
Full Screen Mode (Полноэкранный режим
– Tam ekran rejimi) (F)
Edit in ImageReady (Переключение в ImageReady
–
ImageReady
çevrilmə) (Shift+Ctrl+M)
Edit in ImageReady (Переключение в ImageReady
–
ImageReady
çevrilmə) (Shift+Ctrl+M)
Alətlər çubuğu üzərindəki alətlərin vəzifəsi rəsm çəkmək, çəkilmiş rəsmlərə baxış
keçirmək və təsvirləri redaktə etməkdən ibarətdir. Hər bir alət özünəməxsus düymə ilə
təchiz olunmuşdur. Əksər düymələrin şağ aşağı küncündə işarəsi vardır. İşarənin
sıxılması ilə yardımçı çubuq ekrana çıxaçaqdır.
Məsələn,
Restangular Marguee Tool (Инструмент прямоугольная область
–
Düzbucaqlı sahə aləti) alətinin sağ aşağı küncündəki qara rəngli üçbucağın üzərinə
Mouse
göstəricisini (kursorunu) gətirib sol düyməsini sıxın və bir müddət saxlayın, ekrana
düzbucaqlıya aid yardımçı alətlər dəsti çıxacaqdır (şəkil 21.).
162
Şəkil 21.
Rectangular Marguee Tool (Инструмент прямоугольная область
–
Düzbucaqlı sahə aləti)nə daxil olan alətlər dəsti
Yardımçı alətlər dəstini
Mouse
– un sağ düyməsini alət üzərində sıxmaqla da əldə edə
bilərsiniz. Aləti seçərkən ona məxsus olan parametrlər masaüstünün yuxarı hissəsində
yerləşən sazlama çubuğunda əks olunur. Sazlama çubuğunu zövqünüzə uyğun yerə
sürükləyə bilərsiniz. Sazlama çubuğunu
Window (Окно
– Pəncərə) menyüsündəki
Options (Настройки
– Sazlama) əmrini qeyd etməklə (və ya əksinə) masaüstünə gətirə (və
ya ekrandan götürə) bilərsiniz.
Masaüstünün sağ tərəfində palitranın idarəetmə elementləri yerləşir. Palitranın vəzifəsi
istifadəçiyə rənglər toplusunun, fırçaların, naxışların, teksturların və təsvir qatlarının
seçilməsində yardımçı olmaqdır. Fərdi kompüterə yüklənmiş proqramların sazlanmasından
asılı olaraq palitranın sayı və masaüstündə yerləşməsi fərqli ola bilər.
Susmaya görə palitra masaüstünün sağ tərəfində, bir-birinə sıxılmış vəziyyətdə
yerləşmişdir.
QEYD: İş prosesində bütün palitranın masaüstündə görünməsinə ehtiyac yoxdur.
Ehtiyac duyularsa,
Window (Окно
– Pəncərə) menyüsündəki
Navigator (Навигатор
–
Naviqator),
Color (Цвет
– Rəng),
History (История
– Keçmiş) və
Layers (Слои
– Qatlar)
əmrlərini qeyd etməli, əksinə, palitranı masaüstündən gizlətmək tələb olunarsa, sadəcə
olaraq əmrlərin seçilməməsi kifayətdir.
Əksər palitra əlavə sazlanma düyməsi ilə təchiz olunmuşdur. Palitranın sağ yuxarı
küncündə yerləşən sazlanma düyməsi əlavə Menyünün əldə olunmasına yardımçıdır.
Masaüstünün aşağı hissəsində
Status Bar (Строка состояния
– Vəziyyət Çubuğu)
yerləşir.
Status Bar (Строка состояния
– Vəziyyət Çubuğu) bir neçə sahədən ibarətdir.
Vəziyyət çubuğunun sol tərəfində cari sənədin miqyası əks olunur. Bir az sağda sənəd
haqqında məlumat verilir
163
Adobe Photoshop
rastr qrafik redaktorunda hazırlanmış təsvirləri sonradan istifadə
etmək, onlar üzərində müəyyən dəyişikliklək aparmaq və s. üçün təsvirləri kompüterin
yaddaşında və ya diskdə saxlamaq lazım gəlir. Bu baxımdan təsvirlərin yaddaşa yazılması,
yaddaşdan çağırılması, yeni yaradılmış fayllara köçürülməsi və s. əməliyyatları yerinə-
yetirmək üçün təsvirə ad verilməlidir, yəni təsvir üçün yeni sənəd yaradılmalıdır.
Bunun üçün
File (Файл
– Fayl) menyüsündən
New (Новый
– Yeni) əmrini seçin.
Açılmış dialoq pəncərəsindəki
Name (Имя
– Ad) sahəsinə yaratdığınız təsvirin adını yazın
(şəkil 22.).
Şəkil 22.
File (Файл
– Fayl) Menyüsu,
New (Новый
– Yeni) dialoq pəncərəsi
Hazır sənədin açılması.
İstifadəçi çox vaxt hazır fayllarla işləyir. Bunun üçün
File (Файл
– Fayl) menyüsündən
Open (Открыть
– Aç) əmrini seçin. Masaüstünə eyniadlı dialoq pəncərəsi çıxacaqdır
(şəkil 23.). Dialoq pəncərəsi
Windows
əməliyyat sistemində olduğu kimi, faylı seçməyə,
idarəetmə elementlərinə, həmçinin seçilmiş fayla öncədən baxmağa və s. əməliyyatların
həyata keçirilməsinə imkan verir.
164
Şəkil 23.
File (Файл
– Fayl) Menyüsu,
Open (Открыть
– Aç) dialoq pəncərəsi
Dialoq pəncərəsinin üzərindəki
Folder (Папка
– Qovluq) düyməsini sıxmaqla yeni
qovluq yarada, nəzərdə tutduğunuz faylları qovluğun içinə yerləşdirə və qovluğu qeyd
etməklə onun daxilində olan istənilən faylı seçib aça bilərsiniz.
Dialoq pəncərəsində
File Type (Тип Файлов
– Faylların tipi) siyahısını açmaqla əks
olunacaq faylların sayını məhdudlaşdırmaq olar.
File (Файл
– Fayl) menyüsündən
Open Recent (Открыть Последний
– Sonuncunu
Ac) əmrini seçməklə son istifadə etdiyiniz faylı sürətlə açıb, ona baxış keçirə bilərsiniz.
Əmr seçilərkən açılmış yardımçı menyüdə son redaktə olunmuş faylların siyahısı
görünəcəkdir.
File (Файл
– Fayl) menyüsündən
Open As (Открыть Как
– Yeni Adla Aç) əmrini
seçsəniz, istifadə etdiyiniz fayl yeni formatda yaddaşa yazılacaqdır.
Son redaktə edilmiş faylı cəld açmaqdan ötrü
File (Файл
– Fayl) menyüsündən
Open
Recent (Открыть предыдущие
– Öndəkini Aç) əmrinin seçilməsi kifayətdir. Əmr seçilən
kimi masaüstünə son redaktə edilmiş faylların siyahısı olan yardımçı menyü açılacaqdır.
Fayllardan istənilən birini açmaq üçün fayl seçilməlidir.
6.8. Proqram təminatının yayılması
165
Proqram məhsullarını yayılma xarakterinə görə, sərbəst yayılan, şərti sərbəst
yayılan və kommersiya proqram təminatına bölürlər.
Müftə proqramlar (freeware) istehsalçı tərəfindən pulsuz yayılır və istifadəçi bu
proqram mətni üzərində dəyişiklik edə bilir. Şərti sərbəst yayılan proqramlar (shareware)
da pulsuz yayılır. Lakin istifadəci ondan kommersiya məqsədi ilə istifadə etməmək
barədə öhdəlik götürür. Kommersiya proqramları adi bazar məhsullarıdır. Proqram
bazarının artıq 40 ildən artıq yaşı vardır. 1969-cu ildə İBM firması özünün proqram
məhsullarını satışa çıxardı.
Səmərəli və rəqabətqabiliyyətli fəaliyyət göstərmək istəyən ixtiyari müəssisə
proqram təminatını satın almağa məcburdur.
Proqram məhsulu dedikdə, müəyyən funksiyaların icrası üçün yaradılmış qarşılıqlı
əlaqəli proqramlar yığımı (proqram paketi) nəzərdə tutulur.
Proqram bazarındakı məhsulları 3 əsas qrupa bölürlər: sistem proqramları, proqram
tərtibi sistemləri və tətbiqi proqramlar.
Sistem proqramlarına ƏS, utilitlər, drayverlər və s aiddir. Bunları adətən bazara
kompüter istehsalçıları göndərir.
Proqram tərtibi sistemləri proqramların layihələşdirilməsi, tərtibi və sazlanmasını
avtomatlaşdırmaq üçündür. Buraya: kompilyatorlar, VBİS-lər, proqram generatorları,
redaktorlar, sazlayıcılar və s. texnoloji vasitələr aiddir.
Tətbiqi proqram paketləri (TPP) müəyyən tətbiq oblastına (məsələn, iqtisadiyyata,
texnikaya, tibbə və s.), və ya müəyyən fəaliyyət növünə aid məsələləri həll etmək
üçündür
173
. Proqram təminatı 10 min dollardan bir neçə 100 min dollaradək
dəyərləndirilir.
Bölmə 7. Kompüter şəbəkələrinin arxitekturası
7.1.Kompüter şəbəkələri haqqında ümumi anlayış və onların təyinatı
Kompüter şəbəkəsi dedikdə, rəqəm ötürən rabitə xətləri ilə birləşdirilmiş və bir-biri
ilə informasiya mübadiləsi edən kompüterlər qrupu nəzərdə tutulur. Şəbəkədə birləş-
dirilmiş kompüterlər müxtəlif coğrafi nöqtələrdə yerləşə bilər. Kompüter şəbəkəsi ilə
çoxmaşınlı kompleksi eyniləşdirmək olmaz. Çünki çoxmaşınlı kompleksə daxil olan hər
173
mətn redaktorları, elektron cədvəllər sistemləri, qrafik paketlər, statistik paketlər və s.
166
bir maşın vahid hesablama prosesində ayrıca bir iş görür. İstənilən kompüter miniatür
çoxmaşınlı kompleksdir. Çünki kompüterin tərkibinə müxtəlif kontrollerlər və adapterlər
daxildir ki, bunların da hər birinin özünəməxsus funksiyası, prosessoru və yaddaşı vardır.
Çoxmaşınlı kompleks həm də özünü iri maşın (maynfreym) kimi aparır. Çünki onun
tərkibində xarıcı qurğuların idarə edilməsi kimi köməkçi funksiyalar icra edən köməkçi
kompüterlər vardır. Çoxmaşınlı kompleksdən fərqli olaraq şəbəkədə birləşdirilmiş
maşınların icra etdikləri funksiyalar əvvəlcədən məlum deyil, şəbəkənin quruluşu dəyişə
biləndir və müxtəlif proseslərdə kompüterlərin qarşılıqlı fəaliyyəti müxtəlif ola bilir.
Şəbəkənin işi yalnız kompüterlər arasında informasiya mübadiləsini reallaşdırmaqdan
ibarət olur.
Kompüterlərin şəbəkədə birləşdirilməsi meyli bir sıra obyektiv səbəblərlə, o
cümlədən, iqtisadiyyatın qloballaşdırılması, işgüzar fəaliyyətin və dövləti işlərin idarə
edilməsi səviyyəsinin yüksəldilməsi, informasiya xidmətinin yeni növlərinin meydana
çıxması ilə bağlıdır.
Müəssisədəki kompüterlərin birləşdirilməsi və şəbəkə aşağıdakı üstünlüklərə
malikdir:
iş yerlərində icra edilən idarəetmə əməliyyatları bir proqramla, vahid qayda və
vahid vasitələrlə həyata keçirilir;
şəbəkədən istifadə edilməsi zamanı müəssisənin bütün verilənləri bir (bəzən bir
neçə) kompüterdə yerləşdirilir ki, bu da həmin verilənlərə bütün iş yerlərindən müraciət
etmək imkanı verir;
disk yaddaşına qənaət edilir;
sistemə daxil edilən informasiya həmin andan etibarən bütün istifadəçılər üçün də
əlçatan olur;
çoxistifadəçili rejim təmin edilir;
periferiya qurğularından (printerdən və maqnit diskindən) şərikli istifadə edilir.
Sadalanan bu funksiyalar proqramların paylanması, verilənlərin paylanması və
kompüter resurslarının paylanması adlanır. Şəbəkədə, həmçinin prosessor resursları da
paylana bilir. Yəni, zəif kompüter güclü kompüterin resurslarından istifadə edə bilir.
Kompüter şəbəkələri lokal, regional və qlobal olur.
167
Lokal hesablayıcı şəbəkələr (LAN - Local Area NetWork) məhdud məkanda (1 km-lik
radiusda) yerləşən bir müəssisəyə aid kompüterləri birləşdirir.
Regional hesablayıcı şəbəkələr (WAN – Wide Area NetWork) ərazi və ya tabeçilik
əlaməti üzrə birləşdirilmiş bir neçə lokal şəbəkədən yaranır.
Qlobal hesablayıcı şəbəkələr (GAN – Global Area NetWork) müxtəlif ölkələrdə və
müxtəlif kontinentlərdə yerləşən təşkilatların, firmaların, elmi idarələrin və ya şəxslərin
kompüterlərini birləşdirir.
Şəbəkə proqram təminatının təşkilinə 2 yanaşma mövcuddur: mərkəzləşdirilmiş
idarəetmə ilə təşkil edilən şəbəkələr və birsəviyyəli şəbəkələr.
Mərkəzləşdirilmiş idarəetmə ilə təşkil edilən şəbəkələrdə informasiya mübadiləsini
idarə etmək üçün ayrıca bir və ya bir-neçə kompüter olur. Buna mərkəzi server deyilir.
Serverdə şəbəkə dispetçeri vardır ki, bu da şəbəkənin etibarlı və təhlükəsiz işləməsini
təmin edir. Qalan kompüterlər işçi stansiyalardır.
Server 3 əsas funksiya icra edir:
şəbəkənin konfiqurasiyası (quruluşu) barədə məlumatı, sistem cədvəllərini və tez-
tez istifadə edilən proqramları saxlayır;
bir işçi stansiyadan digərinə ötürüləcək informasiyanı qəbul edir;
digər şəbəkələr üçün şlüz (ötürücü qurğu) xidməti göstərir.
Server ayrılmış və ayrılmamış ola bilir. Ayrılmış server işçi stansiya kimi işləmir.
Ayrılmamış server həm də işçi stansiya kimi işləyir. Bu halda şəbəkənin məhsuldarlığı və
etibarlılığı aşağı düşür.
Ümumi təyinatlı sistem vasitələri çox hallarda serverdə saxlanır ki, bu da işçi
stansiyaların yaddaşından səmərəli istifadə edilməsinə imkan verir.
Birsəviyyəli şəbəkələrdə ayrıca server olmur. Şəbəkənin idarə edilməsi funksiyaları
işçi stansiyalar arasında paylanır. Lakin bu halda sistem cədvəlləri bütün kompüterlərə
yazılır. Bu şəbəkələr nisbətən azməhsuldar olsa da, istismarı sadədir.
Şəbəkənin ən mühüm cəhəti konfliktli situasiyaların həlli metodları ilə seçilir. Bu
məqsəd üçün şəbəkələrin çoxu prioritet sistemindən istifadə edir.
İcra etdiyi funksiyadan asılı olaraq, server müxtəlif cür adlandırılıa bilir. Məsələn,
telekommunikasiyalar serveri lokal şəbəkə ilə digər şəbəkələr arasında əlaqə yaradır. Buna
görə də bu server xəbərlərin marşrutlaşdırılmasını və gəlib-gedən informasiyanın
168
buferləşdirilməsini təmin etməlidir. Hesablayıcı server işçi stansiyaların gücü çatmayan
hesablamaları aparmaq üçündür. Disk serveri geniş xarıcı yaddaş resurslarına malik
olmaqla, işçi stansiyalara əlavə yaddaş xidməti göstərmək üçün qurulur.
Bu bölgü yalnız funksional bölgü olduğundan, real həyatda bir kompüterdə həm
kommunikasiya serveri, həm verilənlər bazası serveri, həm poçt serveri və həm də işçi
stansiya təşkil etmək mümkündür.
Verilənlər bazası serveri üçün isə bir neçə kompüter ayırmaq mümkündür. Lakin
bütün bu kompüterlərə funksional aspektdə vahid kompüter kimi baxılacaqdır.
Şəbəkə həm də müxtəlif proqram və altproqramların qarşılıqlı fəaliyyətini təmin
etdiyindən, həmin proqramların hansı kompüterlərdə yerləşməsindən çox şey asılıdır. Yəni
elə etmək lazımdır ki, şəbəkə boyu ötürülən informasiyanın həcmi minimum olsun.
―Müştəri – server‖ texnologiyasında funksiyalar və informasiya xidməti müştəri
(informasiya istifadəçisi) ilə server (informasiya sahibi) arasında elə paylanır ki, şəbəkə
üzrə informasiya ötürülüşü minimum olsun. Bu texnologiyada müştəri serverə sorğu
göndərir. Sorğuda tələb olunan informasiyanın xarakteri və həcmi, həmçinin verilənlərin
təşkili forması göstərilir. Bunun əsasında lazımi informasiyanı server verilənlər bazasında
axtarır, tapır və tələb olunan formada dəyişdirir, alınmış nəticə müştəriyə ötürülür. Bu
texnologiyada interfeys proqramları müştəri kompüterdə, sorğunu işləyən sistem
proqramları isə serverdə işləyir.
Global, regional və lokal şəbəkələrin geniş yayılması, xüsusilə İNTERNET-in
meydana çıxması bir sıra yeni xidmətlərin yaranmasına səbəb oldu ki, bunlardan da ən
populyarı elektron poçtdur. Bununla yanaşı, verilənlərin şəbəkə vasirəsilə ötürülməsi,
uzaqdakı verilənlər bazasına və proqramlara müraciət, telekonfransların keçirilməsi,
İnternet vasitəsilə telefon zənglərinin icrası mümkün olmuşdur. İnternet artıq bir sosial
hadisə olaraq müasir cəmiyyətin həyat ukladlarının hamısına televiziya qədər güclü təsir
göstərməkdədir.
Dostları ilə paylaş: |