İsa Musayev, Mətləb Əlizadə


  8.7.2. İnformasiya sisteminin predmet oblastı



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə17/20
tarix14.01.2017
ölçüsü1,71 Mb.
#5152
1   ...   12   13   14   15   16   17   18   19   20

 

 
188 
8.7.2. İnformasiya sisteminin predmet oblastı  
və onun modelləşdirilməsi 
―VB‖ konsepsiyası verilənlərin səmərəli idarə edilməsi tələbatından yaranmışdır.  
Verilənlər  bazası  texnologiyaları  yaranmazdan  əvvəl  informasiya  sistemlərini  2 
sinfə bölürdülər: sənədli və faktoqrafik informasiya sistemləri. 
Sənədli  informasiya  sistemləri  indi  mətn  sistemləri  adlanır.  Bunlar  təbii  dildə 
yazılmış sənədlərlə, biblioqrafik  təsvirə malik nəşr materialları ilə, jurnal məqalələrinin 
tam  mətnləri  ilə,  monoqrafiyalarla,  elmi  hesabatlarla,  dissertasiyalarla,  qanunvericilik 
aktları ilə də s. işləmək üçündür. Lakin artıq bu sistemlər mətn sənədləri ilə yanaşı, şəkil, 
video, audio və s. kimi informasiya resurslarını da əhatə edir. 
Faktoqrafik  informasiya  sistemləri  strukturlaşdırılmış  verilənlər  şəklində  təqdim 
edilən  faktlarla  işləyir.  İlk  faktoqrafik  sistemlər  müəyyən  xassələrlə  xarakteizə  olunan 
obyektlərin axtarışı üçün istifadə edilirdi. Verilənlər bazası texnologiyaları ilk dəfə məhz 
bu  sistemlərdə  tətbiq  tapdı.  Bu  sistemlər,  ilk  növbədə,  real  dünyanın  müəyyən  hissəsi 
olan  sistemin  predmet  oblastının  dinamik  informasiya  modelini  reallaşdırmağa  təyinat-
lıdır.  
Müəyyən  vaxt  ərzində  məşğul  olunan  fəaliyyət  növü  (iqtisadi  tədqiqat,  istehsalın 
planlaşdırılması,  bazarda  lazımi  məhsulun  axtarılması,  ətraf  mühitin  vəziyyətinin 
monitorinqi)  öz  predmet  oblastının  vəziyyəti  və  onda  gedən  proseslər  barədə  lazımi 
məlumatları  əldə  etmək  üçün  müntəzəm  və  ya  qeyri-müntəzəm  müşahidə  və  ölçmələr 
aparılmasını tələb edir. Lakin müşahidə və ölçmələri lazım olan vaxtlarda həyata keçir-
mək bu və ya digər səbəblər üzündən heç də həmişə mümkün olmur. Bu halda kompü-
terdə yaradılmış gerçəkliyin dinamik informasiya modeli misilsizdir.  
İnformasiya  modeli  fiziki,  riyazi  və  s.  modellərdən  fərqli  olaraq  maddi  resursları 
informasiya resursları şəklində təsvir edir. Verilənlər bazası texnologiyaları həmin infor-
masiya  modelini  verilənlər  modelinə  çevirə  bilir.  İnformasiya  modeli  real  prosesləri 
adekvat təsvir etdiyindən, zəruri ölçmələrə ehtiyacı azaldır. Bu, həm vaxta qənaət etmə-
yə, həm də xərci azaltmağa imkan verir. 
Dinamik  model  dedikdə,  zamanda  dəyişən  model  nəzərdə  tutulur.  Bu  model  pro-
sesin  gedişini  kadrlar  sırası  şəklində  təsvir  etmək  üçün  kifayət  edən  yaddaşa  malik 
kompüterdə reallaşdırılır. 

 
189 
Predmet  oblastının  informasiya  modeli  real  obyektlərin  konkret  məqsədlə  birbaşa 
bağlı olan mahiyyətləri əsasında yaradılır. Bu məqsədlə mahiyyətlər tipləşdirilir. Predmet 
oblastı  mahiyyət  tipləri  üzrə  strukturlaşdırılır.  Hər  bir  obyekt  özünəməxsus  mahiyyət 
atributları  ilə  təsvir  edilir.  Praktikada  predmet  oblastının  strukturunun  təhlili  və  sintezi 
deduktiv  metodla  həyata  keçirilir.  Yəni,  əvvəlcə  mahiyyət  tipləri  aşkar  edilir,  ümumi 
mahiyyətlər müəyyənləşdirilir, sonra həmin tip bu tipdən olan bütün mahiyyət nüsxələri 
üçün  mənimsədilir.  Predmet  oblastının  hər  bir  mahiyyəti  fərdidir.  Bu  fərdilik  həm  də 
eyni tip mahiyyətlər arasında da hökm sürür. Yəni, heç bir təkrara yol verilmir. Fərdilik 
identifikator vasitəsilə reallaşdırılır. Bəzi identifikatorlar unikal olur. Unikal identifikator 
ilkin  açar  adlanır.  Məsələn,  şəxsiyyət  axtarışında  soyad  ilkin  açardır.  Unikal  olmayan 
identifikatorlar  ikinci  açar  adlanır.  Məsələn,  tələbənin  soyadı  ilkin  açar,  qrup  nömrəsi 
ikinci açardır.  
Predmet oblastında mahiyyətlər arasında müxtəlif məzmunlu əlaqələr mövcud olur 
ki, informasiya modelində bunlar da öz əksini tapmalıdır. Bunlar əlaqə tipləri ilə təsvir 
edilir.  Əlaqə  tipləri  məcburi  və  ya  fakültativ  olur.  Məsələn,  şəxsiyyətlə  doğum  tarixi 
məcburi, yaşayış yeri isə fakültativ əlaqədədir. 
Mahiyyət tipləri arasında ixtiyari ölçülü əlaqələr ola bilir. Praktikada unar (1 öçülü), 
binar  (2  ölçülü)  və  n-ar  (n  ölçülü)  əlaqələr  mövcud  olur.  Əlaqələr  ―birin  birə‖,  ―birin 
çoxa‖ və ―çoxun çoxa‖ tiplərdə olur. Predmet oblastını xarakterizə edən mahiyyətlərarası 
əlaqə  tipləri  məcmusu  predmet  oblastının  tipik  quruluşunu  əmələ  gətirməklə,  həm  də 
predmet oblastının tipik modeli kimi çıxış edir. Bu model predmet oblastının sabit (və ya 
nisbi sabit) xassələrini əks etdirdiyindən, intensional model adlanır.  
Predmet oblastının müəyyən cəhətlərini əks etdirən bəzi əlaqələr müəyyən dəyişik-
liyə  uğradığından,  bəzi  əlaqələrin  pozulması  və  ya  yeni  əlaqələrin  meydana  çıxması 
səbəbindən,  predmet  oblastının  vəziyyəti  dinamik  xarakterlidir.  Bu  vəziyyəti  predmet 
oblastının  ekstensional  modeli  təsvir  edir.  Göründüyü  kimi,  intensional  statik,  eksten-
sional dinamik  modeldir.  Predmet  oblastının  hər bir vəziyyəti  müəyyən  sərhədlər daxi-
lində  olmalıdır  ki,  bunlara  da  bütövlük  məhdudiyyətləri  deyilir.  Bütövlük  məhdudiy-
yətləri  əyani  (müəyyən  hökm  şəklində  formalaşdırılmış)  və  ya  əyani  ifadə  olunmasına 
ehtiyac olmayan gizli ola bilər. Məsələn, ağacşəkilli quruluşda, kök düyündən (zirvədən, 
təpədən) başqa,  hər bir düyünün yeganə ana düyünə bağlılığı faktı gizli məhdudiyyətdir. 
Bütövlük məhdudiyyətləri statik və dinamik olurlar. Statik məhdudiyyət ayrıca vəziyyətə 

 
190 
xasdır. Dinamik məhdudiyyət predmet oblastının bir vəziyyətdən digərinə keçidi müəy-
yən  edir.  Beləliklə,  bütövlük  məhdudiyyətləri  zamanda  dəyişməz  olmaqla  intensional 
modelin tərkib hissəsidir.  
Qeyd  etmək  lazımdır  ki,  intensional  və  ekstensional  modellər  predmet  oblastının 
müxtəlif səviyyələrdə abstrakiyasını əks etdirir. Ekstensional model ―nüsxə‖ modelidir. 
Çünki  mahiyyət  nüsxələrinin  xassələrini  və  onlar  arasındakı  əlaqələri  təsvir  edir. 
İntensional model işə mahiyyət nüsxələrinin xassələrini nəzərə almır və buna görə də o, 
―tip‖ modelidir. 
İnformasiya  sisteminin  yaradıcısı  üçün  intensional  model  daha  maraqlıdır.  Çünki 
bu, predmet oblastını bütöv şəkildə təsvir edir.  
Layihələşdirici mütəxəssis baxımından, həm də konseptual model maraqlıdır. Çünki 
bu,  bütövlükdə  ―informasiya  fəzası‖nı  xarakterizə  edir.  Konseptual  modelin  sintez 
edilməsi informasiya sisteminin yaradılmasının ən vacib mərhələdir. 
 
8.7.3. Verilən modelləri 
İxtiyari  verilənlər  bazasının  idarə  edilməsi  sistemləri  (VBİS)  müəyyən  verilən 
modeli  ilə  işləyir.  Verilən  modeli  dedikdə,  verilənlərin  strukturlaşdırılması  qaydaları 
çoxluğu nəzərdə tutulur. Əgər VBİS bir neçə modellə işləyirsə, bu,  multimodelli sistem 
adlanır.  
Verilən modeli bir tərəfdən, predmet oblastının verilən bazasında təzahür vasitəsidir 
və buna görə də o, özünü metainformasiya kimi təqdim edir. Digər tərəfdən, verilənlərin 
VBİS  tərəfindən  idarə  edilməsi  mexanizmi  kimi  çıxış  edir.  Müasir  anlamda  verilən 
modeli predmet oblastının modelləşdirilməsi instrumentidir. Halbuki əvvəllər bu anlayış 
yalnız  verilənlərin  quruluşunu  təsvir  edirdi.  İlk  verilən  modelləri  qraf  modelləri  idi. 
Bunlar  ya  şəbəkə,  ya  da  iyerarxik  (ağacşəkilli)  quruluşları  ifadə  edirdilər.  Hal-hazırda 
relyasiyalı (iqtibaslı) modellər daha geniş tətbiq edilir.  
Qraf  modellərinin  ən  mühüm  komponenti  naviqasiya  (axtarış)  aparatıdır
Naviqasiya  aparatı  üzərində  manipulyasiya  (dəyişdirmə)  əməli  aparılacaq  verilənləri 
(bunlara cari verilən deyilir) identifikasiya etmək (adlandırmaq) və idarəni struktur üzrə 
həmin  verilənlərə  yönəltmək  üçündür.  CODASİL  şəbəkə  modelində  naviqasiya  aparatı 
kifayət qədər mürəkkəbdir. Bu modeldə aşağıdakı tipik əməllər icra edilir: 
 
 Verilmiş tipə aid növbəti yazının tapılması; 

 
191 
 
Verilmiş məlumat yığımının növbəti yazısına keçilməsi; 
 
Carı yazıların emal üçün götürülməsi; 
 
Cari yazıların dəyişdirilməsi (təzələnməsi, əvəzlənməsi və s.); 
 
Yazının VB-də yadda saxlanması; 
 
Yazının yığıma əlavə edilməsi; 
 
Yazının yığımdan silinməsi; 
 
Cari yazının VB-dən silinməsi və s. 
Bu əməllər iyerarxik modellərdə də icra edilir. 
1970-ci illərdən geniş tətbiq edilən relyasiyalı  modellər cədvəllər çoxluğu şəklində 
qurulur.  
Sözügedən modellərin xarakterik xüsusiyyəti verilənə sərbəst mücərrəd obyekt kimi 
baxılmasıdır.  Yəni,  verilənin  məzmunu  və  əlaqələri  VB-dən  kənarda  qalır.  1970-ci 
illərdən semantik  modellərin  yaradılmasına başlanıldı. Bu  modellər  verilənin  məzmunu 
və əlaqələrini də VB-yə daxil etməyi nəzərdə tuturdu. Lakin bunlar geniş tətbiq tapmadı. 
1980-ci  illərin  sonunda  obyekt-istinad  proqramlaşdırmasının  uğur  qazanması  ilə 
verilənlərin obyekt modelləri meydana çıxdı. 1993-cü ildə ilk obyekt modeli ODMG-93 
(Objekt  Data  Management  Group)  yaradıldı  və  ODMG  3.0  versiyası  2000-ci  ildə  ən 
yaxşı  model  kimi  bəyənildi.  Müasir  kommersiya  VBİS-lərinin  əksəriyyətində  obyekt-
relyasiya  modellərindən  istifadə  edilir.  Bu  modellər  1999-cu  ildə  təklif  edilmiş  SQL 
dilinin yeni versiyası əsasında yaradılmışdır. 
Obyekt  modellərinin  mərkəzi  anlayışı  obyektdir.  Obyekt  müəyyən  vəziyyətdə 
olandır.  Obyektin  vəziyyəti  atributlar  çoxluğu  ilə  təyin  edilir.  Obyekt  bir  vəziyyətdən 
digər  vəziyyətə  keçməklə  müəyyən  davranış  nümayiş  etdirəndir.  Obyektin  davranışı 
əməllər sırası ilə təyin edilir. Obyekt fərdidir və özünəməxsus identifikatorla ifadə edilir. 
Obyektin vəziyyəti dəyişsə də identifikatoru dəyişmir. 
Hal-hazırda  çoxölçülü  modellər  də  geniş  tətbiq  edilir.  Bu  modellərdə  verilən 
çoxölçülüdür. Yəni, bir əsas rekvizitə əlamət rekvizitləri zənciri qoşulur. 
Bunlarla yanaşı, mahiyyət-əlaqə modelləri də vardır ki, bunlar da avtomatlaşdırılmış 
layihələşdirmə sistemləri mühitində geniş istifadə edilir. 
 
8.7.4. Verilənlər bazası sistemlərinin (VBS) arxitekturası 

 
192 
VB sisteminin arxitekturasının funksional, fəza və informasiya kimi 3 aspekti var-
dır. Bu aspektlər bir-biri ilə sıx bağlıdır. Fəza və informasiya arxitekturaları funksionsal 
arxitekturadan törəmədir.  
İnformasiya  arxitekturası  VB-də  informasiya  resurslarının  paylanma  quruluşunu 
xarakterizə edir. 
Fəza  arxitekturası  funksional  komponentlərin  yerləşmə  fəzasını  təsvir  edir.  Bu 
baxımdan,  VB-lər  mərkəzləşdirilmiş  və  paylanmış  olurlar.  Mərkəzləşdirilmiş  VB-də 
funksional komponentlərin hamısı bir kompüterdə cəmlənir. Bu, fərdi VB-dir. Paylanmış 
VB lokal, regional və qlobal şəbəkələrdə yaradılır. 
Şəbəkəyə naqilsiz (mobil) qoşulmaların tətbiqi VB arxitekturasını xeyli mürəkkəb-
ləşdirmişdir. İndi şəbəkənin stasionar hissəsi işçi, mobil hissəsi isə yalnız istifadəçi kimi 
işləyir.  
Funksional  arxitektura  funksional  komponentlərin  funksiyasını,  tərkibini  və  qarşı-
lıqlı əlaqələrini təsvir edir. Bu arxitektura ―müştəri-server‖ konsepsiyasına söykənir. Bu 
konsepsiyada  funksional  komponüntin  biri  server  şəklində  ayrılır.  Qalan  funksional 
komponentlər müştəri kimi işləyir. 
 
8.7.4.1. Verilənlər bazalarının idarə edilməsi sistemləri (VBİS) 
VBİS-lər fəaliyyətdə olan informasiya sistemlərini qurmaq üçündür. Adətən hər bir 
konkret sistem müəyyən verilən modelinə əsaslanır və həmin model üçün xarakterik olan 
əməliyyatları saxlayır. 
Müasir VBIS-lərin əksəriyyəti verilənlərin iqtibaslı (relyasiyalı) modelinə əsaslanır 
və  verilənlərin  axtarılıb  seçilməsi  üçün  SQL  (Struktured  Query  Language)  dilindən 
istifadə edilir.  
Relyasiyalı bazanı Microsoft Access proqramının köməyi ilə yaratmaq mümkündür. 
 
8.7.4.2. VBİS-lərin dil vasitələri 
VB sistemi ilə iş dil vasitələrinin köməyi ilə baş tutur. Dil vasitələri verilən mode-
lində  müxtəlif  üsullarla reallaşdırılır.  İxtisaslı  mütəxəssislər, məsələn,  mürəkkəb tətbiqi 
sistemlərin yaradıcıları üçün dil vasitələri sintaksis formada verilir. Digər hallarda dilin 
funksiyaları  4-cü  nəsil  dil  (4GL)  adlandırılan  istifadəçi  interfeysi  formasında,  yəni, 
gizlədilmiş  şəkildə,  məsələn,  menyü,  dialoq  ssenariləri  və  ya  istifadəçi  tərəfindən 

 
193 
doldurulan ekran blankları, diaqramlar və digər vizual təsvir formalarında  reallaşdırılır. 
İstifadəçi  interfeysindən  daxil  edilən  verilənlər  interfeysin  müvafiq  sintaksis 
konstruksiyalarına  çevrilib  icraya  ötürülür.  Bu  forma  fərdi  kompüter  üçün  nəzərdə 
tutulmuş VBİS-lərdə geniş tətbiq edilir. 
Relyasiyalı  VBİS-lərdə  sorğuların  cədvəl  dili  (QBE  –  Query-By-Example)  tətbiq 
edilir.  Bu  dildə  sorğu  cədvəl  sətr  və  sütunlarının  doldurulması  formasında  daxil  edilir. 
Sonra avtomatik surətdə SQL dilinə çevrilərək icraya verilir.  
VBİS-in dil vasitələri iki funksiyanın: 1) sistem arxitekturasının idarə edilən səviy-
yələrində verilənlər bazasının təqdim edilməsinin təsviri və 2) verilənlərin manipulyasi-
yası əməliyyatlarının icrası üçün istifadə edilir. Birinci funksiya verilənlərin təsviri dili 
(VTD)  ilə  təmin  edilir.  Buna  verilənlərin  təyini  dili  də  deyilir.  VB-nin  VTD  vasitəsilə 
təsviri  VB-nin  sxemi  adlanır.  Bu,  VB-nin  strukturunu  təsvir  edir.  VB  sxemi  əslində 
predmet oblastının intensional modelidir. 
Verilənlərin  manipulyasiyası  dili  (VMD)  VB-dəki  verilənlərə  müraciət  etməyə 
imkan verir.  
Relyasiyalı  dil  olan  SQL  hər  iki  dili  özündə  birləşdirir.  Sorğu  dili  olmaqla  SQL 
geniş  tətbiq  edilir.  SQL-lə  yanaşı,  relyasiyalı  dil  olan  Quel  və  dBase  dilləri  də  geniş 
yayılmışdır. dBase dili bitkin instrumental dil vasitəsi olduğundan, avtonom dil adlanır. 
VB-lərin proqramlaşdırılıması dilləri müxtəlif dil vasitələri arasında meydana  çıxan 
uzlaşma  çətinliklərini  aradan  qaldırmaq  üçün  nəzərdə  tutulmuşdur.  Bu  dillərə:  Paskal, 
Ada, Modula, Atlant, Teksis, Qalileo və s. aiddir. Lakin bu dillər geniş tətbiq tapmadı. 
Bu  məqsəd  üçün  C++  və  Java    obyekt  dilləri  yaradıldı  ki,  bu  da  həmin  dillər  üçün 
ODMG 
standartının  yaranmasına  gətirib  çıxardı.  ODMG  standartı  tətbiqi 
proqramlaşdırma interfeysinin təməlinə qoyuldu. Beləliklə, obyekt proqramlaşdırma dili 
ilə obyekt VB-nin əlaqələndirilməsi uzlaşma cətinliyini bir yolluq ləğv etdi. 
 
8.7.5. Verilənlər bazasının saxlama mühitinin təşkili 
VB yalnız saxlama mühitində tam ―maddiləşmiş‖ olur. VBİS-də VB-nin saxlanması 
mühiti mexanizmləri sistem resurslarının iki qrupunu – saxlanan verilənlər resursunu və 
saxlama  mühiti  üçün  yaddaş  resursunu  idarə  etməyə  xidmət  edir.  Saxlama  mühiti 
mexanizmləri aşağıdakı əməliyyatları icra etməlidir: 
 
Yaddaşda yeni saxlanan verilənlərin yerinin təyini; 

 
194 
 
Onların yaddaşda yerləşməsi üçün lazımi yaddaş resursunun ayrılması; 
 
Saxlanan digər verilənlərlə onların əlaqəsinin yaradılması və pozulması; 
 
Saxlanan verilənlərin silinməsi və onların tutduğu yaddaşın boşaldılması; 
 
Yaddaşda verilənlərin atributlar və ya ünvanlar üzrə axtarılması; 
 
Saxlana verilənlərin emal üçün seçilib götürülməsi. 
Saxlama mühitində verilənlər fiziki yerləşmə baxımından sərbəst olsalar da, bir-biri 
ilə ünvan göstəriciləri vasitəsilə məntiqi bağlılığa malik olan saxlama sxeminə tabedirlər. 
Saxlama  sxemi  CODASYL  tərəfindən  yaradılmış  saxlanan  verilənlərin  təyini  dili  (Data 
Storaqe Definition Lanquaqe) ilə təsvir edilir. 
Verilənlərin  yaddaşda  yerləşdirilməsinin  idarə  edilməsi  də  saxlama  mühiti  mexa-
nizmlərinin  mühüm  funksiyasıdır.  Verilənlər  adətən  xarici  yaddaşda  nömrələnmiş  eyni-
ölçülü  səhifələr  şəklində  saxlanır.  Hər  müraciətdə  bir  səhifə  oxunur.  Səhifənin  ölçüsü 
mübadilə  buferinin  ölçüsünü  təyin  edir.  Yaddaşdakı  hər  yazının  öz  ünvanı  vardır. 
Ünvanlar  birbaşa  və  dolayı  olur.  Birbaşa  ünvan  yazının  yaddaşdakı  yerini  bilavasitə 
göstərir.  Lakin  bu,  çoxsaylı  boş  yaddaş  fraqmentlərinin  yaranmasına  səbəb  olur.  Bu 
nöqsanı  aradan  qaldırmaq  üçün  dolayı  ünvanlaşdırmadan  istifadə  edilir.  Bu  halda 
səhifənin  bir  hissəsi  indeksləşdirmə  üçün  ayrilir.  Həmin  indekslər  müvafiq  yazı  üçün 
ünvan  göstəricisi  rolunu  oynayır.  Yazının  ölçüsü  dəyişərkən  növbəti  yazıların  yalnız 
ünvan  göstəricilərinin  qiyməti  dəyişir.  Beləliklə,  bu  halda  yaddaşda  boş  yer  qalmır. 
Göründüyü kimi, birbaşa ünvanlaşdırma verilənlərin ardıcıl saxlama quruluşuna, dolayı 
ünvanlaşdırma isə siyahışəkilli saxlama quruluşuna uyğundur. 
Verilənlər  hansı  qaydada  saxlanırsa,  onlara  müraciət  də  həmin  qaydada  mümkün 
olur.  
8.7.6. VB inzibatçılığı 
VB  inzibatçılığı  sistemin  etibarlı  və  səmərəli  fəaliyyətini  təmin  etməyə  yönəldil-
məklə, həm də istifadəçi tələbinə adekvat olan VB yaradılmasını və predmet oblastının 
aktual vəziyyətdə saxlanmasını tyəmin etməyi nəzərdə tutur. İnzibatçı heyətin zəruriliyi 
verilənlərin  mərkəzləşdirilmiş  idarə  edilməsi  ilə  bağlıdır  və  sosial  istifadəçi  mühitində 
meydana çıxan ziddiyyətləri həll etmək üçündür.  
İnzibatçılıq predmet oblastı üzrə, əlavələr üzrə, VB üzrə və təhlükəsizlik üzrə qrup-
laşdırılır. 

 
195 
Predmet  oblastı  üzrə  inzibatçı  VB-nin  konseptual  sxeminin  istifadəçilərin  inteqra-
siya edilmiş tələblərinə adekvat olmasının təmin edir.  
Əlavələr  üzrə  inzibatçı  VB-nin  xarici  sxeminin  müvafiq  proqram  əlavəsinə  adek-
vatlığının təmin edilməsinə məsuldur. 
VB  inzibatçısının  vəzifəsi  sistemin  lazımi  məhsuldarlıq  səviyyəsini  təımin  etmək-
dən ibarətdir. Bu vəzifə səmərəli müraciət metodlarından və verilənlərin səmərəli yerləş-
mə  strategiyasından  istifadə  etmək,  həmçinin  verilənlərin  optimal  bolluğunun  yaradıl-
ması yolu ilə yerinə yetirilir.  
VB inzibatçısının vəzifələrinə aşağıdakılar daxildir: 
 
Sistemin fəaliyyət statistikasının aparılması; 
 
Yaddaş resurslarından səmərəli istifadənin təmin edilməsi; 
 
Sistemin etibarlı fəaliyyətinin təmin edilməsi; 
 
VB-nin saxlanması mühitinin yenidən sazlanmasına ehtiyacın qiymətləndirilməsi; 
 
Lazım gəldikdə VB-nin daxili sxeminin dəyişdirilməsi; 
 
Konseptual sxemin yeni daxili sxemə uyğunlaşdırılması; 
 
VB-nin saxlanması mühitinin yeni daxili sxemə uyğunlaşdırılması; 
 
VB-nin məntiqi və ya fiziki pozuntularının ləğv edilməsi yolu ilə tamlığının bər-
pası.         
Təhlükəsizlik üzrə inzibatçı istifadəçi səlahiyyətlərini, verilənlərə müraciət məhdu-
diyyətlərini  müəyyən  etməyə  və  VB-nin  texnoloji  təhlükəsizliyini  təmin  etməyə  borc-
ludur. 
Bəzən verilənlər üzrə də inzibatçı vəzifəsi nəzərdə tutulur. Bu, verilənlərin gerçək-
liyinə,  uyuşanlığına  və  tamlığına  cavab  verir.  VB-nin  aktuallaşdırılması  reqlamentinin 
müəyyən edilməsi də bu inzibatçının işidir. 
 
8.7.7. Verilənlər bazasının layihələşdirilməsi 
VB  yaradılmasının  ən  məsuliyyətli  mərhələsi  layihələşdirmədir.  Çünki  VB-nin 
istifadəçi  baxımından  məzmununun  səmərəli  təşkili  məsələsi  bu  mərhələdə  həll  edilir. 
Layihələşdirmə zamanı yol verilən səhv çox baha başa gəlir. Layihələşdirmə işləri böyük 
zəhmət tələb edən iş olmaqla, tam avtomatlaşdırılması mümkün deyildir. Bu işdə layihə-
ləşdirici mütəxəssis intuisiyası və təcrübəsi mühüm rol oynayır. 

 
196 
Ötən  10  illikləedə  çoxsaylı  mütəxəssislərin  gərgin  əməyi  sayəsaində  müxtəlif 
CASE-texnologiyalar
178
 yasradılmışdır ki, bunlar da layihələşdirmə işlərinin avtomatlaş-
dırılması  üçün  proqram  təminatı  yaratmağa  imkan  verir.  CASE  instrumentariyası  müx-
təlif struktur və obyekt-istinad metodlarına əsaslanır.  
VB-nin layihələşdirilməsi prosesi aşağıdakı mərhələləri birləşdirir: 
 
VB-nin konseptual layihələşdirilməsi; 
 
VBİS və digər instrumental proqram vasitələrinin seçilməsi; 
 
VB-nin məntiqi layihələşdirilməsi; 
 
VB-nin fiziki layihələşdirilməsi. 
Konseptual  layihələşdirmənin  əsas  vəzifəsi  gələcək  istifadəçilərin  informasiya 
tələbatının  öyrənilməsi  əsasında  sistemin  predmet  oblastını  təyin  etməkdən  ibarətdir. 
Predmet oblastının tərkibi və strukturu 2 üsulla seçilir. Ən geniş yaılmış üsul funksional 
yanaşmadır ki, bu da ―məsələ‖ prinsipi ilə seçmədir. İkinci üsul predmet yanaşmasıdır. 
Birinci üsul istifadəçi tələbinin aydın olduğu halda, ikinci üsul bu tələbin qeyri-müəyyən 
olduğu halda tətbiq edilir. 
İnstrumental sistemlərin seçilməsi mərhələsi mütləq mobil sistem yaratmağın qeyri-
mümkünlüyü  ilə  bağlıdır.  Odur  ki,  hər  dəfə  konkret  tərkibli  instrumentariya  seçmək 
lazım gəlir. 
Məntiqi layihələşdirmə mərhələsində predmet oblastının konseptual modeli seçilmiş 
VBİS-in tələb etdiyi verilən modeli formasında təsvir edilir. 
Fiziki  layihələşdirmə  mərhələsi  layihələşdirilmiş  məntiqi  quruluş  üçün  daha 
səmərəli saxlama mühiti yaradılmasını həyata keçirir.  
 
8.7.8. ACCESS – VBİS mühitində VB-nin layihələşdirilməsi 
Bunu konkret məsələlər fonunda nəzərdən kecirək. Məsələn, fakültə dekanına elə VB 
lazımdır ki, həmin bazadan o, hər bir  tələbə üzrə ani müddətdə mənimsəmə və ya dərsə 
davamiyyət  haqqında  ona  lazım  olan  hər  cür  məlumatı  əldə  edə  bilsin.  Ona  tələbələrin 
imtahan  və  yoxlamaları  müvəffəqiyyətlə  verə  bilib-bilməməsi,  hansı  tələbənin  müəllimə 
nə vaxt imtahan verməsi və i.a. haqqında məlumat lazım ola bilər. Tələbə yataqxanasının 
                                                 
178
 CASEComputer-Aided Software/System Enqinerinq  
 

 
197 
komendantı  VB-nin  hazırlanmasından  xəbər  tutub,  belə  bir  təklif  verə  bilər  ki,  hər  bir 
tələbəyə  aid  yazıda,  hansı  tələbənin  hansı  otaqda  yaşaması,  yataqxanada  yaşamaq  üçün 
müəyyən  edilmiş  məbləğin  nə  vaxt  ödənilməsi,  yataq  ağlarının  axrıncı  dəfə  nə  vaxt 
dəyişdirilməsi  haqqında  məlumatlar  da  əks  etdirilsin.  Rektorluğa  növbəti  kursa  keçmə 
haqqında  əmrin  nömrəsi  və  tarixi,  tədris  şöbəsinə  tələbənin  hansı  qrupa  daxil  edilməsi, 
tələbənin,  deyək  ki,  günün  muəyyən  saatına  hansı  auditoriyada  olması,  dərs  deyən 
myəllimin kimliyi maraqlı ola bilər.  
Fərz edək ki, hər hansı müəssisə tikinti və təmir işlərini həyata keçirir. Həmin işlər bir 
sıra  obyektlərdə  görülür.  Tikinti  və  təmir  işlərinin  həyata  keçirilməsi    üçün  müxtəlif 
materiallar  alınır,  müxtəlif  anbarlarda  saxlanılır  və  həmin  anbardan  müxtəlif  obyektlərə 
ayrı-ayrı  vaxtlarda  tikinti  və  təmir  işləri  üçün  materiallar  buraxılır.  Hansı  anbara  hansı 
materialların  nə  vaxt  daxil  olması,  hansı  anbarda  obyektə  müəyyən  müddət  ərzində 
buraxılmış materialların adı, məbləği və i. a. ilə əlaqədar hər cür məlumatlar əldə etmək 
tələb olunur. 
Nəzərdən  keçirilən  məsələlərin  həlli  üçün  lazım  olan  məlumatlar  bir  strukturda 
birləşdirilmiş  olsa,  aydın  məsələdir  ki,  işləmə  qabilliyyəti  olmayan  konstruksiya 
alınacaqdır. Yəni belə baza yaradılsa və ona yazılar əlavə edilsə də, real istismar vaxtı elə 
problemlər ortaya çıxacaq ki, onların aradan qaldırılması müşkül olacaq və məsuliyyət də 
səriştəsiz qərar qəbul etmiş bazanı yaradanın üstündə qalacaqdır. 
Yaradılan  hər  bir  VB-nin  arxasında  iki  tərəf  durur.  Bunlardan  birincisi  sifarişçi, 
ikincisi  isə  bazanı  yaradandır.  Bazanı  yaradan  VBİS  imkanlarını,  sifarişçi  isə  bu  və  ya 
digər səviyyədə ona nə lazım olduğunu bilir. Bazanın normal quruluşunu o halda yaratmaq 
mümkün olur ki, sifarişçi öz tələblərini axıra qədər dəqiq müəyyənləşdirmiş olur, bazanı 
yaradan isə sifarişçinin tələblərini dəqiq anlayır və onları optimal şəkildə reallaşdıra bilir. 
VB-də cədvəllər arasında əlaqələr. 
VB-nin  yaradılması  və  onun  idarə  edilməsi  konkret  VBİS-in  köməyi  ilə  həyata 
keçirilir.  1996-cı  ildən  başayaraq  Windows  95  əməliyyat  sistemi  fərdi  kompüterlər  (FK) 
ücün standart hesab edilir və Windows əməliyyat sisteminin sonrakı versiyaları üçün baza 
rolunu oynayır. 
Windows əməliyyat  sisteminin verdiyi üstünlüklərdən istifadə edə bilən ən populyar 
və qeniş yayılmış VBİS Access  Microsoft, Paradox 7 for Windows NT, Borland Apposh 
for  Windows  95,  Lotus  hesab  edilir.  Bunların  içərisində  öz  mükəmməlliyinə  və  VB 

 
198 
yaradıcılarının  ehtiyaclarını  daha  dolğun  ödəmək  imkanlarına  görə  Paradox  və  Access 
VBİS daha cox fərqlənir. 
Əlbəttə, diğər VBİS (məsələn, Dbase, Clippe, db-VİSTA, Xbase, PROGRESS, DB 2, 
Oracle Universal Server, Oracl 7.3, Oracl, Informix Online Dynamic, Navigation Server 
və i.a.) də mövcuddur və bunların biri diğərindən tətbiq edilə bildikləri əməliyyat mühiti, 
interfeys imkanları, resursların bölüşdürülməsi imkanına malik olub-olmaması, topologiya 
imkanlarına,  məlumatlar  arasında  əlaqələrin  tipinə  və  eləcə  də  bir  sıra  başqa  xüsusiyyət-
lərinə görə fərqlənir. 
Qayıdaq  VB-yə  örnək  gətirdiyimiz  məsələlərə.  Hər  hansı  ali  məktəbin  rektorluğu, 
dekanlığı,  tədris  şöbəsi  və  yataqxana  komendantının  sorğularını  aşağıdakı  5  cədvəlin 
köməyi  ilə  təmin  etməyə  çalışaq.  Bu  cədvəlləri  şərti  olaraq  aşağıdakı  kimi  adlandıraq: 
Tələbələr, Mənimsəmə, Yataqxana, Dərs Cədvəli, Müəllimlər. 
Tutaq ki, bu cədvəllərdə aşağıdakı məlumatlar əks etdiriləcəkdir. 
VB-ni  təşkil  edən  müxtəlif  cədvəllər  arasında  əlaqə  yaradılmasından  ötrü  həmin 
cədvəllərdə elə sahələr seçilməlidir ki, onlar unikallıq xassəsinə malik olsunlar. Unikallıq 
ondan  ibarətdir  ki,  cədvəldə  həmin  sahədə  giyməti  eyni  olan  iki  və  daha  çox  yazı 
olmamalıdır.  Cədvəllər  arasında  relyasiya  əlaqəsinin  yaradılması  üçün  istifadə  edilən  bu 
cür unikal sahələri ilkin açar  adlandırmaq qəbul edilmişdir. 
Nəzərdən keçirdiyimiz misalda ilkin açar kimi tələbənin şifri sahəsindən istifadə edilə 
bilər. Belə ki, VB-nin cədvəllərində şifri eyni olan iki tələbə olmayacaq. 
Ayditoriyaların uçotunun aparılması üçün ilkin açar kimi auditoriyanın nömrəsindən 
istifadə  etmək  arzu  edilərdi.  Lakin  eyni  bir  auditoriyada  müxtəlif  vaxtlarda  müxtəlif 
müəllimlərin  müxtəlif  qruplarda  dərs  keçmək  imkanına  malik  olması  səbəbindən 
auditoriyanın nömrəsi sahəsi Dərs cədvəli və  Müəllimlər cədvəllərində unikal sahə kimi 
ğötürülə  bilməz.  Bununla  belə,  auditoriya  və  vaxt  sahələrinin  qiymətlərini  birləşdirmək 
yolu ilə mürəkkəb ilkin açar düzəltmək və bundan istifadə etməklə Tələbələr cədvəli ilə 
Dərs cədvəllərini əlaqələndirmək olar. 
Relyasiya  tipli  VB  işlənib  hazırlanarkən  əlaqəni  istiqamətləndirən  cədvəli  əsas 
cədvəl, əlaqə istiqamətlənən cədvəli isə tabe cədvəl adlandırmaq qəbul edilmişdir. Bizim 
misaldakı  tələbələr-mənimsəmə,  tələbələr-yataqxana  cədvəllərindəki  əlaqələrdə  tələbələr 
əsas cədvəllərdir. 
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin