UOT: 581.14
YUKKA (YUCCA L.) CİNSİNİN VIRGINIL VƏ GENERATIV DÖVRLƏRDƏ
MORFOLOGIYASI
İslamova Z.B., Səfərova E.P.
AMEA Mərkəzi Nəbatat Bağı
zislamova@mail.ru
Məqalədə Mərkəzi Nəbatat Bağının kolleksiyasına toplanmış Yucca L. cinsinin 9
növünün (Yucca aloifolia L., Y. aloifolia L. var. tricolor hort., Y. filamentosa L., Y.
recurvifolia Salisb., Y. flaccida Haw., Y. glauca Nutt., Y. gloriosa L., Y. brevifolia Engelm., Y.
elephantipes Regel) virginil və generativ dövrlərdə morfologiyası öyrənilmişdir. Aparılmış
morfoloji analiz əsasında bu növlərin vegetativ və generativ orqanlarının srtukturu
müəyyənləşdirilmişdir.
Açar sözlər: Yucca L., vegetativ və genirativ zoğlar, morfologiya, introduksiya.
Son illər Azərbaycanın quru subtropik rayonlarına çoxlu meyvə, texniki, dekorativ,
dərman bitkiləri introduksiya edilmişdir. İntroduksiya edilən bu bitkilər içərisində
Aqavakimilər fəsiləsinə aid olan Yucca L. cinsinin növləri dekorativlik baxımından xüsusi yer
tuturlar [1, 4].
Mərkəzi Nəbatat Bağının kolleksiyada əsasən aşağıddakı növlər toplanmışdır: Yucca
aloifolia L. - əzvayyarpaq yukka, Y. aloifolia L. var. tricolor hort. - sarı zolaqlı əzvayyarpaq
yukka, Y. filamentosa L. - sapşəkilli yukka, Y. recurvifolia Salisb. - bükükyarpaq yukka, Y.
flaccida Haw. - sallaq yukka, Y. glauca Nutt. - göyümtül yukka, Y. gloriosa L. - gözəl yukka,
Y. brevifolia Engelm. - qısayarpaq yukka, Y. elephantipes Regel - fil yukka [2, 3].
MATERİAL VƏ METODİKA
Tədqiqatlar 2007-2012-ci illər ərzində AMEA-nın Mərkəzi Nəbatat Bağının “Örtülü
şəraitdə becərilən bitkilər” laboratoriyasının oranjereyalarında, istixanalarında və açıq
təcürbə sahələrində aparılmışdır. Tədqiqat materialı kimi Yucca L. cinsinin 9 növünün
morfologiyası öyrənilmişdir.
Tədqiq edilən bitkilər üzərində fenoloji müşahidələr SSRİ Botanika Bağları şurasının
[6] və E. S. Smirnovanın [7] təklif etdiyi metodlarla yerinə yetirilmişdir. Fenoloji müşahidə
açıq və örtülü şəraitdə bitkilərin bütün vegetativ və generativ inkişaf dövrü ərzində
aparılmışdır. Öyrənilən bitkilərin vegetativ və generativ orqanlarının əsas inkişaf mərhələləri
qeydə alınmışdır.
Öyrənilən bitkilərin vegetativ sferasının struktur quruluşu və həyat tsiklinin gedişi İ.Q.
Serebryakovun [8] işləyib hazırladığı metodika əsasında tədqiq edilmişdir.
NƏTİCƏLƏR VƏ MÜZAKİRƏ
Yukkanın birinci sıra yan zoğları böyümə konusunun vegetativ mərhələdən
reproduktiv mərhələyə keçməsindən sonra əmələ gəlir. Birinci-ikinci, bəzən üçüncü ən
yuxarıdakı qoltuq tumurcuqları digərlərini qabaqlayaraq sürətlə inkişaf edərək yan budaqları
əmələ gətirirlər. Primordiyal yarpağın qoltuğundakı tumurcuqlar və digər bazal tumurcuqlar
bu vaxt ərzində hələ də sakitlik mərhələsində qalırlar və kolun quruluşunda iştirak etmirlər
[5].
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Yucca filamentosa-da birinci yan zoğlar (birinci sıra zoğlar) bir qayda olaraq birinci
dəfə çiçəklədikdən sonra, yəni inkişafının 2-3-cü ilində, sallaq yukkada isə bir qədər gec, yəni
inkişafının 4-5-ci ilində əmələ gəlir. Çiçək qrupunun böyümə konusunun əmələ gəlməsi
dövründə, daha doğrusu ən yuxarıdakı yarpağın (keçən ilki zoğ) bir-iki, və yaxud az hallarda
üç qoltuq tumurcuğunun böyümə konusunun vegetativ mərhələdən generativə keçməsindən
sonra, digərlərini qabaqlayaraq sürətlə inkişaf edərək yan zoğlar əmələ gətirir. Bu vaxt
primordiyal yarpağın qoltuğundakı tumurcuqlar və digər bazal tumurcuqlar hələ sakitlik
vəziyyətində olur və buna görə də kolun quruluşunda əhəmiyyətə malik olmur. Əgər hər hansı
xarici faktorun müdaxiləsi nəticəsində gövdənin strukturu əhəmiyyətli dərəcədə pozularsa,
yatmış tumurcuqlar oyanar və bərpaedici zoğlar əmələ gələr. Beləliklə, çiçəkləmənin birinci
ili yan budaqların əmələ gəlməsi akroton gedir, yəni zoğlar yuxarı vəziyyətdə yerləşən
tumurcuqlardan inkişaf edir. Ancaq bu, o demək deyil ki, növbəti il mütləq ən yuxarıdakı,
keçən ilki zoğlarda əmələ gəlmə vaxtına görə faktiki olaraq sonuncu olan tumurcuq
böyüməyə başlayacaqdır. Bu yalınız o halda baş verir ki, apikal meristem generasiya
mərhələsinə keçir və çiçəkləyir. Bu cür tumurcuqların vegetativ zoğlarda yerləşdiyi yer dəqiq
müəyyənləşdirilmişdir.
Birinci yan zoğların əmələ gəlməsi çiçəkləməyəcən baş verə bilər, ancaq buna hər dəfə
böyümə konusunun zədələnməsi səbəb olur.
Yan zoğlar ana bitki çiçəklədikdən sonra əmələ gəlir və il ərzində adətən intensiv
böyüyərək vegetasiya ilinin axırınacan 15-21 sm uzunluğa çatır. Növbəti vegetasiya ili Yucca
filamentosa çiçəkləyir və onun ardınca zoğ əmələ gətirir və s. Qeyd etmək lazımdır ki, onun
böyümə konusu ildə həmişə və eyni zamanda generasiya mərhələsinə keçmir, buna görə də bu
bitkiləri müxtəlif vaxtlarda eyni yaşda çiçəkləyən bitkilər arasında görmək olar. Böyümə
konusunun generasiya mərhələsinə keçməsinin qanunauyğunluğunun olmaması həmçinin
göstərir ki, çiçəkləmə mərhələsinə keçən zoğlar eyni ölçüdə olmur və xarici ölçüsünə görə
fərqlənən inkişafın müxtəlif səviyyəsində çiçəkləyir.
Aşağıda yerləşən budaqlanmaya və üzərində yatmış tumurcuqlara malik olan gövdə
hissəsi bitkilərdə çox və ya az dərəcədə zoğların əsas sturukturunun inkişafın hansı ilində
qoyulmasından asılıdır. Qeyid edildiyi kimi birinci yan zoğlar ana bitkinin ilk dəfə
çiçəkləməsindən sonra əmələ gəlir. O iti ucu bucaq altında birinci ortotrop zoğdan onun
çiçəkləməsindən sonra aralanır. Bir il ərzində o üzüyuxarı monopodial böyüyür və bu zaman
budaqlanmır. Elə bil ki, bu zaman əmələ gəlmiş strukturunun “möhkəmlənməsi” baş verir
(bu əsasən Yucca flaccida, Y. glauca, Y. gloriosa və s. müşahidə olunur). Bir ildən sonra
yenidən böyümə konusunun vegetasiya mərhələsindən generasiya mərhələsinə keçid dövrü
başlayır. Yucca filamentosa yaşlı vəziyyətdə çiçəkləyir və onda 8-10 ədədəcən yeni zoğlar
saymaq olar. Sonra əsas zoğun yerüstü hissəsi tədricən quruyaraq 1-3 ədəd zoğla əvəz olunur
və böyümə və inkişaf dövrünün yuxarıda təsvir edilən inkişaf tskli təkrarlanır. Beləliklə,
Yucca filamentosa yerüstü hissəsinin yaşama müddəti 10-15 ilə bərabərdir, yeraltı hissəsi isə
25-30 ildən çox yaşayır və yeni nəsilə başlanığıc verir.
Birinci zoğ vertikal dayanma vəziyyətini itirib torpağa horizontal yerləşərkən kök
əmələ gətirir və bu təbii yolla əmələ gələn qələmlər bitkinin yenidən bərpa olunmasında rol
oynayır. Bu hal Yucca filamentosa, Y. flaccida və bəzi digərləri üçün daha tipikdir.
İllik vegetativ zoğlarda yarpaqların sayı, uzunluğu və qoltuq tumurcuqların miqdarı
kolun bitmə şəraitindən asılıdır. Torpağın orta nəmliyi və çürüntülü-humus maddələri ilə nə
qədər zəngin olarsa, bitkinin illik zoğlarının ölçüsü daha böyük olar və onlarda yan
tumurcuqların miqdarı da çox olar.
Uzunluğu 25-70 sm olan tam inkişaf etmiş yarpaqların sayı 15-25 ədəddir.
Yarpaqla örtülü illik zoğların yaşaması 5-10 il davam edir.
Yukkanın fenoloji tsikli mühit şəraitindən sıx asılıdır. Bu bitkilər müxtəlif
yüksəkliklərdə yayılmasına görə müxtəlif uzunluqlu vegetasiya dövrünə malikdirlər və buna
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
uyğun olaraq müxtəlif inkişaf ritminə malik olurlar. Bakı şəhərində Mərkəzi Nəbatat
Bağından başlayaraq dəniz səviyyəsindən müxtəlif yüksəklikdə olan ərazilərdə bizim
tərəfimizdən tam dörd il (2007-2010-cu illər) fenoloji müşahidələr aparılmışdır.
Aparılan bu müşahidələrin nəticələrinin müqayisə edilməsi yukkanın iki növünün –
əzvayyarpaq yukka və sapşəkilli yukka, inkişafının fenoloji spektrini tərtib etməyə imkan
verir.
Bu iki növün vegetasiya dövrü aprel ayının (martın sonu) lap əvvəlindən başlayaraq
noyabr ayının birinci yarısınacan davam edir və 6,5 aydan çox davam etmir. 2007-ci ilin aprel
ayında Mərkəzi Nəbatat Bağının ərazisində hər iki növün kolunda birinci yarpağın inkişafı
müşahidə edilmişdir, bir aydan sonra isə biz 4-5 sm uzunluqda olan yaşıl zoğ müşahidə
etmişik. Bitkilərdə ən uzun illik zoğlar daha işıqlı və zəngin tərkibə malik olan torpaqlarda
əmələ gəlir. Tərkibinə görə kasıb olan torpaqlarda isə adətən daha qısa zoğlar əmələ gəlir.
Zoğların uzunluğundakı bu fərq kolun bütün həyatı boyu qalır. Hər iki növdə intensiv böyümə
dövrü bir aydan bir qədər çox davam edir. Sonra isə o, bir və ya bir neçə zoğun qönçələmə
fazasına keçməsi ilə əlaqədar olaraq bir qədər zəyifləyir. Əzvayyarpaq yukkanın bütün
sonrakı fazaları sapşəkilli yukkadan daha tez keçir. Sapşəkilli yukka daha uzun çiçək qrupuna
malik olduğuna görə inkişaf fazasının getmə vaxtı uzanır və birinci növdən 20-25 gün geri
qalır.
Qönçələmə yarpaq əmələ gəlmənin və zoğun uzununa böyüməsi tam qutardıqdan
sonra gedir. Çiçəkləməyən zoğlarda böyümə fasiləsiz olaraq davam edir. Bu iki növdə
qönçələmə dövrü xeyli uzundur. Bu xüsusiyyət yukkanın çiçəkləyən ekzemplyarlarında onun
çiçəklərinin özünə məxsus yerləşməsi ilə sıx əlaqədardır. Fenofazanın uzanması çiçəkləmə
qaydasından və meyvənin əmələ gəlməsi ardıcıllığı ilə şərtlənir, bu da onu göstərir ki, çiçək
qrupunun yuxarı hissəsindəki yararlı çiçəklərin açması ilə yanaşı artıq aşağı hissədə meyvə
əmələ gəlir. Qönçələmə və çiçəkləmə fazası daha quraq dövrlərəcən, maksimal temperatur 0
0
-
dən yuxarıda 10
0
-dən 30
0
-yə qədər dəyişənəcən uzanır.
Yukkanın inkişaf dövründə çiçəkləmənin qutarması və meyvənin əmələ gəlməsinin
başlaması (əsasən iyulun isti dövründə) həm də maraqlı bir hadisə ilə xarakterizə olunur. Yəni
bitkilərin inkişafının 5-10-cu ili aşağı yarpaqları yayda qurumaya məruz qalırlar. Xüsusilə
əzvayyarpaq yukkanın öz yaşıl rəngini saxlayan ən yuxarıdakı 2-3 illik yarpaqları olan
zoğlarında yarpaqların aşağıya sallanması və saralması müşahidə olunur. Yaşlı yarpaqların
quruması iyun ayının axırında başlayır və iyul ayında quruma daha da güclənir, avqust ayında
isə qutarır. Yarpaqların saralması ilə yanaşı olaraq iyul ayının ortalarından başlayaraq
kasacıqla bir yerdə çiçəyin quru çiçək tacı tökülməyə başlayır. Bu toxum əmələ gətirməyən
barsız çiçəklərdir. Toxumlar oktyabr və noyabr ayları yetişir, onların yığılmasına isə adətən
noyabr ayının axırında başlanılır.
Yukkanın meyvəvermə dövründə aparılan müşahidələr zamanı bir də bu xüsusiyyətlər
qeydə alınmışdır, fenoloji tsiklin qutarması üçün ancaq əmələ gələn meyvənin yetişməsi qalır
və çiçəkləmiş zoğun yuxarıdakı birinci və ikinci qoltuq tumurcuqlarının inkişafının intensiv
böyümə dövrü başlayır.
Zoğların yay-payız böyüməsi öz xarakterinə görə “ivanov zoğları” əmələ gətirir.
Demək olar ki, ikinci böyümə dövrü əks olunmayan vegetativ zoğlar istisna olmaqla, artıq
generativ mərhələyə keçən zoğlar üçün xarakterik olan illik zoğlar bu cür əmələ gəlir. Daha
kiçik zoğlarda ikinci böyümə dövrü müşahidə olunmur.
Uzun illik zoğların yay-payız artımı (uzununa) birinci böyümə dövründə böyümüş
hissəyə bərabərdir. Hər iki növün zoğlarının payız böyüməsi sentyabr ayının axırınacan
davam edir.
Payızın ilk aşağı temperaturunun başlaması ilə əlaqədar olaraq (noyabr ayı) öyrənilən
bitkilərdə nisbi sakitlik dövrü başlayır.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Yukka kolunun böyümə və inkişafının adi ritmi yalınız hava şəraitinin dəyişməsi ilə
pozulur. Belə ki, fenofazanın bu cür dəyişməsini biz 2009 və 2012-ci illərdə müxtəlif
hündürlüklərdə bitən yukkaların üzərində apardığımız müqayisəli fenoloji müşahidələr
zamanı qeyd etmişik.
Hər il sapşəkilli yukkada müşahidə olunan və ikinci çiçəkləmə adlandırılan proses
özünü bu və ya digər şəkildə cavan zoğların vegetativ mərhələdən generasiya mərhələsinə
nisbətən gec keçməsi ilə əlaqədardır. Tədqiqat dövründə biz dəfələrlə sapşəkilli yukkanın
kolunun payızda çiçəkləməsini müşahidə etmişik. Ancaq çiçək o zoğlar açır ki, onlar bu cari il
hələ çiçəkləməyiblər. Həmçinin möhkəm zədələnmiş vəziyyətdə olan zoğlarda da çiçək qrupu
gec əmələ gəlir. Zədələnmiş hissələrdən təmizləndikdən sonra onlar normal vegetasiya edir və
çiçəkləyirlər.
Beləliklə, yukkanın normal böyümə və inkişafı yaz, yay və payız aylarında müşahidə
olunur.
ƏDƏBIYYAT
1. Islamova Z.B. Abşerona introduksiya edilmiş Yucca L. cinsinin morfo-bioloji
xarakteristikası. Mərkəzi Nəbatat Bağının əsərləri, Bakı “Elm”, 2011, IX cild, s. 136-140.
2. İslamova Z.B. Agavaceae Endl. fəsiləsi – Mərkəzi Nəbatat Bağının kolleksiyasında.
“Biokimyəvi nəzəriyyələrin aktual problemləri”, II Beynəlxalq konfransın materialları, II
hissə, Gəncə, 2011, s. 66-70.
3. Qasımov Ş.N. Mərkəzi Nəbatat Bağında tropik və subtropik bitkilərin kolleksiya fondu. //
”Bitkilərin introduksiyası və iqlimləşdirilməsi” (Mərkəzi Nəbatat Bağının əsərləri). // -
Bakı,”Elm”-2004. IV cild, s. 142-148.
4. Məmmədov T.S. Abşeronun ağac və kolları. Baki, “Elm və təhsil”, 2010, 468 c.
5. Гасымов Ш.Н., Исламова З.Б. Биология ювенильного развития видов рода Yucca L.
при культуре на Апшероне. Вестник Московского Государственного Областного
Университета, Серия «Естественные науки», М.: Изд-во МГОУ, 2011, №4, с. 58-61.
6. Методика фенологических наблюдений в ботанических садах СССР. // Бюлл. ГБС,
М., 1979, вып. 113, с. 3 – 8.154.
7. Смирнова Е.С. Методика определения морфологических структур у орхидных. //
Бюл. ГБС АН СССР, М.,1984, вып. 132, с. 71-77.
8. Серебряков И.Г. Экологическая морфология растений: Жизненные формы
покрытосеменных и хвойных. М.: Высшая школа, 1962, 378 с.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
РЕЗЮМЕ
МОРФОЛОГИЯ РОДА ЮККА (YUCCA L.) В ВИРГИНИЛЬНОМ И
ГЕНЕРАТИВНОМ ПЕРИОДАХ
Исламова З.Б., Сафарова Э.П.
Центральный Ботанический сад НАНА
В статье изучены морфология собранных в коллекции Центрального
ботанического сада 9 видов ( Yucca aloifolia L., Y. aloifolia L. var. tricolor hort., Y.
filamentosa L., Y. recurvifolia Salisb., Y. flaccida Haw., Y. glauca Nutt., Y. gloriosa L., Y.
brevifolia Engelm., Y. elephantipes Regel) рода Yucca L . На основании проведенного
морфологического анализа были выявлены структура вегетативных и генеративных
органов.
Ключевые слова: Yucca L., вегетативные и генеративные побеги, морфология,
интродукция
SUMMARY
MORPHOLOGY OF YUCCA (YUCCA L.) GENUS IN
THE VIRGINIL AND GENERATIV PERIODS
Islamova Z.B., Safarova E.P.
Central Botany Garden of the ANAS
Morphology of 9 species of (Yucca aloifolia L., Y. aloifolia L. var. tricolor hort., Y.
filamentosa L., Y. recurvifolia Salisb., Y. flaccida Haw., Y. glauca Nutt., Y. gloriosa L., Y.
brevifolia Engelm., Y. elephantipes Regel) Yucca L.Genus acuisted in the Central Botany
Garden collections are studied in the article. Vegetative and generativ bodies structure of this
species have been stuied on the base of the carried out morphological analysis.
Key words: Yucca L., vegetative and generativ sprouts, morphology, introduction
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
UOT: 582.772.2.
ABŞERON ŞƏRAİTİNDƏ İNTRODUKSİYA EDİLMİŞ YERLİ PALID (QUERCUS L.)
NÖVLƏRİNİN BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Qarayev S.Q.
AMEA Mərkəzi Nəbatat bağı
Qarayev.1974@mail.ru
Tədqiqat zamanı Azərbaycanın meşələrində yayılmış şabalıdyarpaq palıd, uzunsaplaq
palıd, gürcü palıdı və tüklü palıdın Abşeronun quru subtropik iqlim şəraitində morfogenezi,
kök sistemi, böyümə və inkişafı, fenologiyası, çoxaldılma xüsusiyyətləri öyrənilmişdir.
Açar sözlər: palıd, qoza, cücərti, morfogenez, ting, fenologiya, çiçəkləmə, tumurcuq,
tozlanma, yarpaqlama.
Azərbaycan Respublikası ərazisində meşələr sahəcə az olsa da (10%) növ tərkibinə
görə zəngindir. Respublikamızda yabanı halda 435 növ ağac və kol bitir. Bunların da 328
növü kol (75%), 107 növü (25%) ağacdır. Bu da Respublikamızın florasının 11%-ni təşkil
edir. Ağac və kollar 48 fəsilədə və 135 cinsdə birləşir. Azərbaycan meşələrində ən çox
yayılan ağac cinsləri içərisində 1-ci yeri fıstıq-31,6%, 2-ci yeri vələs-26,0%, 3-cü yeri isə
palıd-23,4% tutur. [1]
Palıd cinsi (Quercus L.) Fıstıqçiçəklilər fəsiləsinin (Fagaceae Dimort) Castaneoideae
Oerst yarımfəsiləsinə aiddir. Palıdın dünyada 600-ə qədər növü yayılmışdır. Şərqi və cənub
şərqi Asiyada, Aralıq dənizi ətrafında palıdın daha zəngin növ müxtəlifliyi vardır. Amerikada
palıd növləri Cənubi Kanadadan Kolumbiyanın And dağlarına qədər, Avropada
Skandinaviyada 62-63
0
-en dairəsindən, Sankt-Peterburqda 61
0
-en dairəsindən Zond adalarına
(Malakka yarımadası, Klimantan, Palavan, Sumatra, Yava adalarına) qədər yayılmışdır. [8, 9,
12].
A.A.Qrossqeym [4], A.P. Bandın [2] Azərbaycanda yabanı halda 9 palıd növünün
olduğunu göstərmişdir.
M.L.Meniçkiy [9] Asiyada təbii halda yayılmış palıdları təsvir edərkən Azərbaycan
Respublikasının ərazisində 6 növ palıdın bitdiyini göstərmişdir. Son nomenklaturada [11]
Azərbaycan Respublikası ərazisində palıdın təbii halda 6 növünün bitdiyini göstərmişdir:
1. Q.boisser: Reut. (Q.araxina (trautv.) Grossh.)-araz palıdı
2. Q.castaneifolia C.A. Mey.-şabalıdyarpaq palıd.
3. Q.iberica Stev. (Q.Hypochrysa Stev.)-gürcü palıdı
4. Q.macranthera Fisch.et C.A. Mey.ex Hohen-şərq palıdı
5.Q.pedunculiflora C.Koch. (Q.Lonqipes Stev., Q.erucifolia Stev.) - uzunsaplaq palıd
6. Q.pubescens Willd. (Q.anatolica Sosn, ex Bandin, Q.crispate Stev.)-tüklü palıd.
Palıd növləri uzunömürlü (500-600 il hətta 1000-1500 il), hündür, geniş çətirə malik,
dekorativ görünüşlü, torpağın münbitliyinə az tələbkar, başlıcası isə quraqlığa dözməyə imkan
verən güclü inkişaf etmiş kök sisteminə malikdirlər. Bunları nəzərə alaraq Abşeron şəraitində
introduksiya edilmiş Azərbaycan meşələrində bitən palıd növlərinin bioekoloji
xüsusiyyətlərini öyrənmişik. Məqsəd Abşeronun yaşıllaşdırılmasında perspektivli sayıla
biləcək palıd növlərini aşkar etməkdir.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
MATERIAL VƏ METODLAR
AMEA Mərkəzi Nəbatat bağında 12 növ palıd introduksiya edilmişdir. Bu növlərin
əksəriyyəti Üzeyir Ağamirov tərəfindən introduksiya edilmişdir. Bunlardan Q. castaneifolia
C.A.Mey.- şabalıdyarpaq palıd, Q.iverica Stev.- Gürcü palıdı, Q.pedunculif.lora c.Koch.-
uzunsaplaq palıd, Q.pubescens Willd.- tüklü palıd Azərbaycan meşələrində təbii yayılmışdır.
Elmi tədqiqat işləri bu növlər üzərində aparılmışdır.
Tədqiq olunan palıd növlərinin morfogenezi Q.P.Belostokovun [3], kök sistemi
V.A.Kolesnikovun [6], böyümə və inkişafı A.A.Molçanov, V.V.Smirnovun [10], fenologiyası
P.İ.Lapin [7], toxumla çoxaldılması M.A.Duderevin [5] təklif etdikləri metodlar əsasında
öyrənilmişdir.
MÜZAKIRƏLƏR
Tədqiqatçılar palıdın morfogenezində aşağıdakı dövrlərin və mərhələlərin olduğunu
göstərmişlər: embrional dövr (rüşeymönü, rüşeym mərhələləri), yuvenil qabağı dövr (ilk
cücərti, cücərti mərhələləri), yuvenil dövrü (birillik ting, çoxillik ting mərhələləri), immatur
dövr (ağacşəkilli ting mərhələsi), virqinil dövr (cavan ağac, çətirli ağac mərhələləri) [3].
Öyrənilən palıd növlərindən ikisi – şabalıdyarpaq palıd və uzunsaplaq palıd Abşeron
şəraitində çiçəkləyib meyvə verir. Morfogenezin öyrənilməsi bu növlər üzərində tədqiq
olunmuşdur. Tədqiqatlar göstərir ki, palıd növlərinin rüşeymi toxumun baş tərəfində
yerləşərək rüşeym kökcüyündən, rüşeym zoğundan, rüşeym zoğu üzərində olan bir neçə
spiralşəkilli yarpaqcıqdan, onların qoltuğunda yerləşən rüşeym tumurcuqlarından və ləpə
yarpaqlarından ibarətdir. (şək.1.A)
Payızda əkilmiş şabalıdyarpaq palıd və uzunsaplaq palıdın qozaları fevralın Ш
ongünlüyündən etibarən şişməyə başlayır. Sonra yuvenil qabağ dövrün ilk mərhələsi-ilk
cücərtinin əmələ gəlməsi prosesi başlayır. Toxumun rüşeymindən hipokatil inkişaf etməyə
başlayır. Inkişaf etməkdə olan hipokatil toxumun, sonra isə qozanın qabığını deşərək bayıra
çıxır. Hipokatilin ön tərəfindən sivriləşmiş uca malik əsas kök inkişafa başlayır.(şək.1.B).
Hipokatilin və əsas kökün inkişafa başlaması şabalıdyarpaq palıdda martın II ongünlüyünə,
uzunsaplaq palıdda isə III ongünlüyünə təsadüf edilir. Şabalıdyarpaq palıdda 19, uzunsaplaq
palıdda isə 16 gün keçdikdən sonra rüşeymin əsas zoğu görünməyə və yuxarı doğru inkişaf
etməyə başlayır. Əsas zoğ inkişaf edərək aprelin II ongünlüyündə şabalıdyarpaq palıdın, III
ongünlüyündə isə uzunsaplaq palıdın cücərtiləri torpağın üst qatına çıxırlar.
Hipokatilin və əsas kökün inkişafa başlamasından 8-12 gün sonra yan köklər əmələ
gəlməyə başlayır. Öyrəndiyimiz palıd növlərinin kök sistemi mil kök sisteminə aid olub, əsas
kökün çox güclü inkişaf etməsilə xarakterizə olunur. (şəkil 1.C). Tədqiq olunan palıd
növlərinin cücərtiləri yaxşı inkişaf etmiş əsas kökdən, zəif inkişaf etmiş hipokatildən, rüşeym
zoğundan və onun üzərində 4-6 ədəd spiralşəkilli yarpaqcıqlardan ibarət olduğu üçün epikatil
cücərtilər hesab edilir. (şəkil 1.Ç).
Şabalıdyarpaq palıdın cücərtilərinin yerüstü hissəsi ilk vaxtlar qırmızımtıl-qonur
rəngdə, uzunsaplaq palıdın isə qırmızımtıl-yaşıl rəngdə olur. Cücərtilərin yarpaqları ölçülərinə
görə yetkin ağacların yarpaqlarından fərqlənsədə, formasına görə fərqlənmirlər. Ona görə də
bu yarpaqları definitiv yarpaqlar hesab etmək olar.
Yarpaqlar növbəli düzülür. Zoğun üzərində 1-ci və 4-cü yarpaqlar adətən simmetrik
olaraq zoğun eyni tərəfində yerləşir. Yarpaq dövrəsi 1/3 formulu ilə xarakterizə olunur. Yəni
yarpaq dövrəsində 3 yarpaq yerləşir. IV yarpaqdan yeni yarpaq dövrəsi başlayır. Simmetrik
yarpaqcıqları xəyalən düz xətlə birləşdirdikdə palıd cücərtiləri yarpaqlarının ortostixtini almış
oluruq.3.1.3 saylı şəkildən göründüyü kimi yarpaq dövrəsində 3 yarpaq olduğu üçün 3
ortostixt alınır (şəkil 2).
Çoxillik ting mərhələsində palıd növlərinin əsas zoğu monopodial budaqlanır (şəkil
1.D). Budaqlanma əsasən 3 yaşlarından başlayır. Abşeron şəraitində şabalıdyarpaq palıd
(şəkil 2) və uzunsaplaq palıdın ağac formalı cavan ting mərhələsi 6-7 yaşlarından başlayır.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Kol formalı biroxlu ting mərhələsi isə 10-11 yaşlarından başlayır. Bu zaman yan budaqlar
güclü inkişaf edir. Əsas zoğ zəif inkişaf edir.
Kolformalı çoxoxlu ting mərhələsi 19-20 yaşına, virginil dövrün cavan ağac mərhələsi
22-30 yaşına təsadüf edir. Virginil dövrün çətirli ağac mərhələsi bitkinin yetkin mərhələsidir
ki, bu zaman ağacların çətiri tam formalaşır, gövdənin və budaqların qabığı daha qalın olur.
Şabalıdyarpaq və uzunsaplaq palıdda bu mərhələ 25-30 yaşlardan başlayır.
Tədqiq olunan palıd növlərinin kök sisteminin öyrənilməsi zamanı məlum olmuşdur
ki, toxumdan əsas zoğ inkişaf etməyə başlayanda əsas kökün uzunluğu şabalıdyarpaq palıdda
17,53 sm uzunsaplaq palıdda isə 15,45 sm-dir. 5 günlük cücərtilərdə şabalıdyarpaq palıdda
əsas kökün uzunluğu 32,8 sm, yan köklərin sayı 15 ədəd, uzunluğu 1,5-5 sm, cücərtinin
torpaqüstü hissəsinin uzunluğu 4sm, uzunsaplaq palıdda əsas kökün uzunluğu 28,4sm, yan
köklərin sayı 17, uzunluğu 1,7-3,5 sm, yerüstü hissəsinin hündürlüyü 3,5 sm olmuşdur.
Şabalıdyarpaq palıdın birillik tinglərinin hündürlüyü 12sm, zoğun diametri 0,4sm, mil
kökün uzunluğu 75,2sm, yan köklərin sayi 96sm, uzunsaplaq palıdda isə tinglərin hündürlüyü
9,5sm, zoğun diametri 0,3sm, mil kökün uzunluğu 68,7sm, yan köklərin sayı 110 ədəd
olmuşdur.
Ikiillik tinglərdə şabalıdyarpaq palıd: yerüstü hissə 18,8sm, əsas kökün uzunluğu
98sm, yan köklərin sayı 114 ədəd, uzunsaplaq palıdda yerüstü hissə 16 sm, əsas kökün
uzunluğu 91 sm, yan köklərin sayı 125 ədəd, üçillik tinglərdə-şabalıdyarpaq palıdda tinglərin
hündürlüyü 25 sm, əsas kökün uzunluğu 115 sm, yan köklərin sayı 132 ədəd, uzunluğu 7,7-
32,2 sm, uzunsaplaq palıdda tinglərin hündürlüyü 22sm, əsas kökün uzunluğu 109sm, yan
köklərin sayı 140 ədəd, uzunluğu isə 7,2-18,7 sm olmuşdur. Yan köklər əsasən torpağın 15-20
sm dərinliyində yerləşirlər.
Abşeron şəraitində öyrənilən palıd növlərinin yaşlı (yetkin) nümayəndələrinin böyümə
prosesi əsasən aprelə təsadüf edir. Vegetasiyanın sonunda şabalıdyarpaq palıd 44,8 sm,
uzunsaplaq palıd 30,2 sm, gürcü palıdı 32,7 sm, tüklü palıd 11,4 sm böyüyürlər.
Tədqiq olunan palıd növlərinin fenologiyasının öyrənilməsi zamanı məlum olmuşdur
ki, tumurcuqların böyüməsi martın II ongünlüyündən başlayır. Aprelin I ongünlüyündə
temperaturun 12,4
0
olduğu vaxt timircuqlar açılmağa başlayır. Yarpaqlama 3-10 gün davam
edir. Aprelin 16-18-i temperaturun 14,4-15,6
0
S-dən yuxarı olduğu vaxt şabalıdyarpaq palıd,
gürcü palıdı, aprelin 21-23-ü temperaturun 16,1-16,4
0
-dən yuxarı olduğu dövrdə isə
uzunsaplaq palıd tam yarpaqlayırlar.
Yarpaqların rənginin dəyişməsi oktyabrın II ongünlüyündən başlayır. Noyabrın I
ongünlüyündən-temperaturun 13,9-14,1
0
olduğu vaxtdan yarpaqlar tökülməyə başlayır və
noyabrın 20-22-nə qədər tamamilə tökülürlər.
Abşeron şəraitində şabalıdyarpaq palıd və uzunsaplaq palıd çiçəkləyib meyvə verirlər.
Tüklü palıd çiçəkləyir, lakin meyvə vermir, gürcü palıdının nümayəndələri (Mərkəzi Nəbatat
bağında) meyvə vermə yaşına çatmadığı üçün onların çiçəkləməsi müşahidə edilməmişdir.
Palıd birevli bitkidir. Çiçəkləri bircinslidir. Öyrəndiyimiz palıd növləri üzərində olan
tumurcuqları 3 qrupa bölmək olar ki, I qrup tumurcuqlardan ancaq erkək çiçəklər, II qrup
tumurcuqlardan zoğ, yarpaqlar, bunlarla bərabər bəzilərində erkək çiçəklər, bəzilərinin isə
yarpaq qoltuqlarında dişi çiçəklər, III qrup tumurcuqlardan isə yalnız dişi çiçəklər inkişaf edir.
Şabalıdyarpaq, uzunsaplaq və tüklü palıdda erkək çiçəklər aprelin I ongünlüyündən etibarən
əmələ gəlməyə başlayır. Bundan 10-14 gün sonra dişi çiçəklər əmələ gəlir. Tozlanma aprelin
II və III ongünlüyünə təsadüf edir. Mayın I ongünlüyünün axırlarından başlayaraq meyvələr
əmələ gəlməyə və inkişafa başlayır.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
(şəkil 1)
Şək.1 Palıd növlərinin morfogenezi: A – rüşeym, B – ilk cücərti, C - cücərti, Ç – birillik ting, D – budaqlanma (1- monopodial, 2
simpodial).
lə - ləpənin əsası, sy – spiralşəkilli yarpaqcıq. Qt – qoltuq tumurcuğu, h – hipokatil, kka –kök konusunun artımı, rəz – rüşeymin əsas
zoğu, ək –əsas kök, yk – yan kök, l-ləpə, tt –təpə tumurcuğu, əz - əsəs zoğ.
Şək.2. Palıd növləri cücərtilərində yarpaqların yerləşmə sxemi. 1 – yarpaqların aralanma bucağı; 2 – yarpaq dövrəsi; 3 –yarpaq ortostixti.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Palıdın meyvəsi fındıqdan və onu aşağı tərəfdən əhatə edən kasa formalı çanaqcıqdan
ibarət qozadır. Yetişməmiş qozalar yaşıl rəngdə olurlar. Sentyabrın III ongünlüyünün
əvvəllərindən qozaların rəngi tünd qəhvəyi rəngə dəyişməyə və yetişməyə başlayırlar.
Yetişmiş qozalar tıkülürlər. Kütləvi yetişmə oktyabrın III ongünlüyü və noyabrın I
ongünlüyünə təsadüf edir. Şabalıdyarpaq palıdın qozalarının uzunluğu 3,2-4 sm, diametri 1,5-
2 sm, 100 ədədinin çəkisi 763 qr-dır. Uzunsaplaq palıdın qozalarının uzunluğu 3-3,7 sm,
diametri 1,7-1,8 sm, 100 ədədinin çəkisi 453 qr-dır.
Palıd növləri əsasən qozalar (meyvələri) vasitəsi ilə çoxaldılır. Mərkəzi Nəbatat
Bağında müxtəlif variantlarda (payızda və yazda 5-8-11 sm dərinliklərdə) əkilmiş
şabalıdyarpaq palıd və uzunsaplaq palıdın cücərmə faizi öyrənilmişdir. Məlum olmuşdur ki,
payızda yığıldıqdan dərhal sonra (tam yetişmiş və zədəsiz qozalar) 5 sm dərinliyə əkilmiş
qozaların cücərmə faizi ən yüksək olmuşdur. (Şabalıdyarpaq palıdda 96%, uzunsaplaq palıdda
88%). Ən az cücərmə yazda (martın II ongünlüyündə) 11 sm dərinliyə əkilmiş qozalarda
müşahidə edilmişdir. (Şabalıdyarpaq palıdda 52%, uzunsaplaq palıdda 48%).
Dostları ilə paylaş: |