§ 3. ƏRƏBLƏRĠN AZƏRBAYCANA YÜRÜġLƏRĠ
Mənbələrdəki ziddiyyətli faktlara baxmayaraq, ərəblərin Sasani imperiyasının
Xəzərsahili vilayətlərinə, o cümlədən Azərbaycana real hücumu, yalnız 642-ci ildə baĢ
verən Nihavəndin və Həmədanın fəthindən sonra mümkün oldu. Tədqiqatçıların
fikrincə (A.Ġ.Kolesnikov), əhəmiyyətinə və ciddi nəticələrinə görə ərəblər üçün çox
qələbələrdən üstün olan Nihavəndin süqutu iranlıların milli Ģüurlarına ağır zərbə
endirdi. Tarixçi ət-Təbərin in dili ilə desək, o gündən iranlıların birliyi pozuldu.
Bundan belə hər vilayətin əhalisi düĢmənlə yalnız öz vilayəti hüdudlarında döyüĢürdü.
Əl-Bəlazurinin verdiyi məlumata görə, Nihavənd döyüĢündən bilavasitə sonra ərəblər
Həmədan-Rey yolu üstündə yerləĢən, alimlərin fikrincə, o dövrdə hələ Ģəhər
səviyyəsinə yüksəlməyən və adi qalalardan olan Qum və KaĢanı tutdular. Bu
qələbələrdən sonra qədim Midiya ərazisində möhkəmlənən ərəblər Ģimala doğru
istiqamət götürdülər.
Ərəblərin A zərbaycana tərəf yollarının üstündəki ilk vilayət Rey idi. Bu
Ģəhəri tutmaq üçün ərəblər Həmədan-Rey vilayətləri ayrıcındakı Dəstəbə sərhəd
nahiyəsini iĢğal etdilər, onun qalalarında isə hərbi qarnizonlar yerləĢdirdilər. Məhz bu
qarnizonlardakı ərəb əsgərləri Azərbaycana və Ġranın Xəzəryanı vilayətlərinə ediləcək
yürüĢlərə hazırlıq görürdülər.
Ərəb iĢğalının müsibətli nəticələrini yaxĢı dərk edən Azərbaycandan,
Deyləmdən və Reydən olan qeyri-nizami qoĢunlar Dəstəbə yaxınlığındakı Vacrud
adlı yerdə toplaĢdılar. Burada baĢ verən qanlı döyüĢü ət-Təbəri hər iki tərəf üçün ağır
itkilərinə görə Nihavənd və baĢqa böyük vuruĢmalarla müqayisə edir: "Nihavənd
vuruĢmasına bərabər, ondan geri qalmayan böyük bir döyüĢ oldu, bu böyük vuruĢmada
saysız-hesabsız adam qırıldı".
Ərəblərin qalib gəldiyi bu ağır vuruĢmada azərbaycanlı döyüĢçülərin baĢında
134
Azərbaycan mərzbanı Ġsfəndiyar ibn Fərruxzad dururdu. Reydən yarımçıq qayıtdıqdan
sonra o, seyrəlmiĢ qoĢununu Azərbaycanın Bacarvan, Miməz, Bəzz, Sərab, ġiz,
Məyanic (Miyanə) və b. Ģəhərlərindən topladığı əsgərlərin hesabına artırdı.
Nihavənd döyüĢündən düz bir il sonra, yəni 643-cü ildə, Reyin iĢğalı hələ tam
baĢa çatmamıĢ, xəlifə Ömərin (634-644) əmri ilə Bukayr ibn Abdullah və Utba ibn
Farkadın baĢçılıq etdikləri qoĢun dəstələri Azərbaycan sərhədlərini keçdilər.
Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yanında Ġsfəndiyarın hələ yaxĢı möhkəmlənə
bilməmiĢ dəstələri onları qarĢıladı. Mənbələrin məlumatına görə, bu, Bukayrın
Azərbaycan ərazisində azərbaycanlılarla ilk toqquĢması idi. Bir neçə gün davam edən
qanlı döyüĢ ərəblərin qələbəsilə baĢa çatır. Qırılan qırılır, qaçan qaçır, Ġsfəndiyar özü isə
əsir düĢür.
Rey yanındakı döyüĢlərin ərəblər üçün müvəffəqiyyətlə baĢa çatdırılması,
xəlifənin Bukayra kömək göndərmək haqqında əvvəlki əmrinin yerinə yetirilməsinə
imkan yaradır. Sərkərdə Simak köməyə göndərilir. Çox keçmədən Ġsfəndiyarın qardaĢı
Bəhramın baĢçılığı altında təĢkil olunmuĢ yeni qoĢun Utba ibn Farkadın dəs təsinə
hücum edir. Ərəblər bu dəfə də qələbə qazanırlar. Bəhram zorla qaçıb canını qurtarır.
Hələ də Bukayrın yanında əsirlikdə qalan Azərbaycan mərzbanı Ġsfəndiyar isə bu
hadisədən sonra ərəblərlə sülh müqaviləsi imzalamalı olur. Bu müqaviləyə görə
Azərbaycan əhalisi "imkanları daxilində" can vergisi - cizyə ödəməli idi; "qadınlar və
uĢaqlar, həmçinin yaĢamaq üçün vəsaiti olmayan xroniki xəstələr, dünya malından heç
nəyi olmayan zahidlər" bu vergidən azad olunurdular.
Yeni hakimiyyət Azərbaycanın bütün əhalisinə, "onun düzlərində,
dağlarında, ucqar və sərhəd yerlərində yaĢayanlarına, onların əmlakına, dini icmalarına,
qanunlarına, qaydalarına aman" verməyi öz üzərinə götürürdü.
Cərmidan yanındakı döyüĢ bu vaxtadək bir çox döyüĢləri zəfərlə baĢa çatdıran
ərəblərin Ģimala - Albaniyaya, Qafqaza olan yolunu açdı. Xəlifə Ömərin əmri ilə
Bukayr, sərkərdə Utba ibn Farkadı xəlifənin Azərbaycandakı amili vəzifəsinə təyin
edib, özü isə ilk növbədə, ərəblərin Bab əi-Əbvab ("Qapılar qapısı") adlandırdıqları
Dərbəndin fəthinə hazırlıq görməyə baĢladı; çünki ərəblər yaxĢı baĢa düĢürdülər ki,
Ģimal sərhədlərini möhkəmləndirmədən, Qafqaz keçidlərini, o cümlədən Dərbəndi öz
nəzarətləri altına almadan Azərbaycanı, eləcə də Cənubi Qafqazın baĢqa vilayətlərini
tabe etmək mümkün olmayacaq. Buna görə də xəlifənin əmri ilə Bukayr elə həmin il
Dərbənd üzərinə hücuma keçdi.
ġimal yürüĢünün çətinliklərini əvvəlcədən görən xəlifə Ömər
sərkərdələrindən Suraka ibn Əmri, Huzayfa ibn Asid əl-Qaffarini, Həbib ibn
Məsləməni, habelə Əbd ər-Rəh man və Salman ibn Rəbiə əl-Bəhili qardaĢlarını
qoĢunları ilə birgə Bukayrın köməyinə göndərdi. Dəstələr Dərbənd divarı yanında
Bukayra çatdılar. Xəlifənin əmrilə birləĢmiĢ qoĢunların komandanı təyin edilən Suraka,
Əbd ər-Rəhman ibn Rəbiə əl-Bəhilinin dəstəsini əsas qüvvənin qabağında, Huzayfa
və Bukayrın qoĢunlarını sağ və sol cinahlarda yerləĢdirdi; son zərbəni isə Salmanın
dəstəsi endirməli idi.
135
Bu zaman Dərbəndin hakimi və Sasanilərin Ģimal sərhədlərinin mərzbanı
məĢhur və qədim nəslə mənsub olan ġəhriyar (və ya ġəhribərəz) idi. Azərbaycanın
cənub torpaqlarının fəthi xəbəri, Ģübhəsiz, ona da çatmıĢdı. Ərəblərin ön dəstəsinin
hücumu baĢlanan kimi, mənasız qırğının qarĢısını almağa çalıĢan ġəhriyar bu dəstənin
baĢçısı Əbd ər-Rəhmanla danıĢıqlar aparmaq üçün icazə istədi; sərkərdə Suraka ilə
görüĢdən sonra isə özünün ərəblərə tabe olduğunu bildirdi, amma "quduz düĢmənə və
əsli olmayan qaba xalqlara qarĢı" durmuĢ dərbəndlilərin can vergisindən azad olunmasını
xahiĢ etdi. Nəhayət, tərəflər, xəlifənin də təsdiq etdiyi bu imtiyazın dərbəndlilərə
verilməsinə razılaĢdılar: əli silah tutub, keçidin müdafiəsində duran və öz əvvəlki dini
etiqadlarını saxlayan yerlilər ərəb əsgəri xid mətində olduqları ilin cizyəsindən azad
edilirdilər.
Dərbəndin alınması ilə Ģimal tərəfdən təhlükəsizliyi müvəqqəti də olsa təmin
etmiĢ Suraka ibn Əmr yeni torpaqlar ələ keçirmək məqsədilə xəlifə ilə razılaĢmadan,
Bukayrı Muğan, Həbib ibn Məsləməni Tiflis, Huzayfanı Alan ölkəsi, Salman ibn
Rəbiəni isə ərəblərin Arran adlandırdıqları Albaniya üzərinə göndərir. Surakanın bu
özbaĢına hərəkəti xəlifə Öməri narazı salır. Çünki, onun fikrincə, Suraka iĢğal etmək
istədiyi yerlərin nə geniĢ ərazisini, nə də saysız qoĢununu nəzərə almamıĢdı. Doğrudan
da, göndərilən sərkərdələrdən yalnız Bukayr tapĢırığı yerinə yetirir. Muğan fəth olunur.
Qalan yerlərdə isə güclü müqavimətlə rastlaĢan ərəblər yalnız əldə edə bildikləri
qənimətlə kifayətlənməli olurlar. Muğan əhalisi ilə, görünür, artıq 644-cü ildə
bağlanılmıĢ müqavilənin Ģərtlərinə görə "gərək hər həddi-büluğa çatan bir dinar və ya
onun dəyərində cizyə ödəsin, müsəlmana qarĢı sə mimi olsun, ona [azanda] yolunu
göstərsin, bir gün-bir gecə [evində] saxlasın... Ancaq əgər onlar üz döndərib əhdi
pozsalar, axırıncı fitnəkaradək hamını təslim etməsələr, onlara aman olmayacaq".
Bu yürüĢ zamanı ərəblər xəlifə Ömərin əmrilə Dərbənddən Ģimalda olan
Xəzər torpaqlarını da tutmağa cəhd göstərdilər. Növbəti hücuma, həmin il vəfat etmiĢ
Surakanı Dərbənd sərhəd xəttinin rəisi vəzifəsində əvəz edən Əbd ər-Rəhman əl-Bəhili
baĢçılıq edirdi. Ərəb atlılarının ilk hücumu uğurlu oldu: xəzərlərin əl-Beyda Ģəhəri
tutuldu. O dövrün tarixçilərinin fikrincə bu qələbədə ərəblərin qeyri-adiliyi, hətta
ölməzliyi haqqında xəzərlər arasında yayılmıĢ əfsanənin də rolu az deyildi. Lakin çox
keçmədən bu əfsanə alt-üst oldu. Xəlifə Osmanın hakimiyyətinin (644-656) ilk ilində
də xəzərlərə qarĢı basqınları davam etdirən ərəblər növbəti hücumlardan birində
darmadağın edildilər. Əbd ər-Rəhman özü öldürüldü, qoĢun geri çəkildi. Ərəblərin
Azərbaycana birinci yürüĢü baĢa çatdı.
Beləliklə, 643-644-cü illərdə, xəlifə Ömərin dövründə, ərəblər tarixi
Azərbaycan ərazisinin yalnız cənub və Dərbəndədək Xəzər sahili torpaqlarını tuta
bildilər. Lakin bu iĢğalın özülü hələ möhkəm deyildi. Hətta 644-645-ci illərdə, xəlifə
Ömərin ölümündən sonra mərkəzdə baĢ verən siyasi sabitsizlikdən istifadə edən
azərbaycanlılar üsyan edərək, ərəblərin onlarla bağladıqları müqavilələrin Ģərtlərini
yerinə yetirməkdən imtina etdilər. Xilafətin yeni baĢçısı Osmanın Azərbaycana
göndərdiyi sərkərdə əl-Valid ibn Ukbanın rəhbərlik etdiyi ordunun hücumu ilə ərəblərin
136
Azərbaycana yeni -ikinci yürüĢü baĢlandı. Bu yürüĢdə birinci yürüĢ zamanı ad çıxarmıĢ
Salman ibn Rəbiə və Abdallah ibn ġubeyl kimi sərkərdələr iĢtirak edirdilər.
Abdallahın baĢçılıq etdiyi dörd minlik qoĢun Muğan, Bədr və Taylasana
(TalıĢana) soxularaq bu Xəzəryanı torpaqları yenidən iĢğal etdi, qənimət və əsirlərlə
əl-Validin qərargahına qayıtdı. Azərbaycan (cənub hissəsi) yenidən iĢğal, köhnə
müqavilə isə bərpa edildi. Müqavilənin Ģərtlərinə görə, azərbaycanlılar təzminatla
yanaĢı 800 min dirhəm verməyə boyun oldular.
Bu yürüĢ zamanı əl-Validin on iki minlik ön dəstəsinə baĢçılıq edən Salman
ibn Rəbiənin əsgərləri ətraf əhalini qorxutmaq məqsədilə Albaniya ərazisinə hücum
edərək, oranı talayıb çapdılar və zəngin qənimət və əsirlərlə əl-Validin qərargahına
qayıtdılar. Gevondun məlumatına görə, xəlifə orduları "Midiya (Cənubi Azərbaycan)
kəndlərini və Naxçıvan obalarını xaraba qoydular. KiĢilərin çoxunu öldürdülər,
qalanlarını isə qadın və uĢaqlarla birlikdə əsir götürdülər və Culfa keçidindən Arazın o
tayına apardılar". Yaln ız bundan sonra vəzifəsini b itmiĢ hesab edən əl-Valid
Xilafətin nümayəndəsi əl-ƏĢas ibn Qeysi Azərbaycan hakimi təyin edərək paytaxta
(Mədinəyə) qayıdır.
Elə həmin il xəlifə Os man iki Qafqaz yürüĢünün iĢtirakçısı, özünü mahir
sərkərdə kimi tanıtdırmıĢ Salmanı bu zaman Kiçik Asiya ərazisində bizanslılarla
vuruĢan Həbib ibn Məsləmənin köməyinə göndərdi. Birgə qüvvələrlə onlar
bizanslıların hücumunu dəf edərək, Qaliqala və b. Ģəhərləri ələ keçirdilər. Ərəb
tarixçilərinin (ət-Təbəri, əl-Bəlazuri, əl-Yəqubi, əl-Kufi) məlu matına görə bu yürüĢ
zamanı Həbib ermənilərin yaĢadıqları ərazidən keçərək, Gürcüstan torpaqlarına daxil
olur və Tiflisi iĢğal edir. Beləliklə, bu dövrdən, yəni 644-cü ildən, Tiflis öz civarları
ilə birlikdə Xilafətin Arran vilayəti tərkibinə daxil olur və müsəlmanların uzun müddətli
tabeliyinə keçir.
Hələ Gürcüstan hüdudlarına yetiĢməmiĢ, Salman ibn Rəbiənin altı minlik
dəstəsi Albaniyanın Sünik (Sisəcan, Sisəkan) vilayəti ərazisində Həbibdən ayrılır.
Azərbaycanın Ģimal hissəsinin tam iĢğalını baĢa çatdırmaq cəhdilə edilən yürüĢ baĢlanır.
O dövrün tarixçisi yazırdı: "Salman ibn Rəbiə onun əsgərlərinə düĢmənçilik göstərənləri
məhv edir, rastına çıxan Ģəhər və qalaları tuturdu. Sonra o, düĢməni (burada ərəblərin
düĢməni - yerli əhali idi. - N. V.) qıra-qıra Arran ölkəsindəki Beyləqan Ģəhərinə yetiĢdi".
Beyləqan cizyə ödənilməsi, əhalinin "həyatı və əmlakının", habelə "Ģəhər divar-
larının" saxlanılması Ģərtləri ilə Salmana döyüĢsüz təslim oldu. Sonra ərəb qoĢunu
Bərdəyə doğru istiqamət götürdü, lakin mənbələrin məlumatına görə bərdəlilər,
beyləqanlılardan fərqli olaraq, Ģəhər qapılarını ərəblərin üzlərinə bağladılar. Salman
Ģəhərin bir neçə fərsəxliyində axan Tərtər çayının sahilində düĢərgə salıb, müqavimət
göstərən bərdəliləri zəiflətmək məqsədilə "Ģəhər ətrafında biçini artıq baĢa çatdırmıĢ
kəndlərə qarətçi yürüĢlər təĢkil edir". Müqavimətin faydasız olduğunu baĢa düĢən
bərdəlilər də ərəblərlə sülh müqaviləsi bağlamalı olurlar. Mənbədə deyilir: "[Bərdəlilər]
Ģəhər darvazasını [Salmanın] üzünə açırlar; o, Ģəhərə daxil o lub, bir qədər orada qalır".
Ço x keçmədən, Bərdəni tərk edən ərəb süvari dəstəsi Albaniyanın Arsax, Uti,
137
Sakasena və b. vilayət və əyalətlərini tutmaqla Kürün sağ sahili torpaqların ın iĢğalını
baĢa çatdırır. Qədim Ģəhər olan ġəmkiri ələ keçirdikdən sonra Kürün sol sahilinə
adlayan ərəblər, oradakı Ģəhər və kəndləri də tutur, Qəbələnin, ġəkinin, Hayzanın,
ġirvanın, ġabranın, Məsqətin, Lakzın, Filanın, Təbərsəranın, yenidən əl-Babın
(Dərbənd) və b. yerlərin hakimləri ilə müqavilə bağlayırlar.
Bağlanılan sülhə baxmayaraq, ərəblər getdikdən az sonra Ģirvanlılar və
dərbəndlilər, görünür öz qoĢunu ilə Dərbəndə gəlmiĢ xəzər xaqanının təhriki ilə
Xilafətlə bağladıqları müqavilələrin Ģərtlərini yerinə yetirməkdən boyun qaçırırlar. 32
(652-653)-ci ildə Salman ibn Rəbiə dörd minlik qoĢunu ilə yenidən Dərbəndə daxil olur
və bu zaman artıq Ģəhəri tərk etmiĢ Xəzər ordusunun izi ilə onların Bələncər Ģəhərinə
doğru irəliləyir. BaĢ vermiĢ qanlı döyüĢ lərdə müsəlmanlar basılır, Salman özü isə
öldürülür. Beləliklə, Azərbaycanın çox hissəsi yenidən ərəblərin itaətindən çıxır.
Salmanın ölümündən iki il sonra xəlifə Osman öz sərkərdəsi Həbib ibn
Məsləməni yeni qüvvələrlə Qafqaza göndərir. Bu dəfə Sirac Tayrda (ġirakda) düĢərgə
salmıĢ Həbib ərəblərin birinci və ikinci yürüĢləri zamanı Qafqazda iĢğal etdikləri bütün
yerlərin hakimlərinə və camaatına qasidlə xəbər göndərib, onlardan itaət tələb edir. Az
sonra xəlifə Osman Həbibi geri çağıraraq, Huzayfa ibn əl-Yəməni Xilafətin Qafqaz
vilayətlərinin hakimi təyin edir. ĠĢğal olunmuĢ Ģimal torpaqlarını daha yaxĢı idarə etmək
üçün yeni hakim caniĢinliyin iqamətgahını 640-cı ildən (Ermənistanın fəthindən bəri)
yerləĢdiyi Dəbildən (Dvindən) Bərdəyə köçürür. Lakin Huzayfanın özü Mədinədə
qalırdı, Bərdəyə isə "əmisinin nəslindən olan bir adamı" - Su lat ibn Zafiri
göndərmiĢdi. "Bütöv bir il orada hökmranlıq edən" Sulat, nəhayət, yerli əhalini özünə
tabe edə bilir.
Beləliklə, on ildən artıq müqavimətdən sonra Azərbaycanın Ģimal hissəsi də
Ərəb xilafətindən asılı vəziyyətə düĢdü. Bu, təkcə ərəb qaynaqlarının deyil, həm də
yerli müəlliflərin (Gevondun, Sebeosun və b.) məlumatları ilə təsdiq olunur. Xilafət
üçün qarıĢıq olan 684-685-ci illərin hadisələrindən xəbər verən Gevond yazırdı:
"Ermənilər, gürcülər və albanlar otuzillik itaətdən sonra [ərəblərə] vergi verməyi
dayandırdılar". Lakin, bu çox çəkmədi. Xilafət və Bizansın yeni hökmdarları xəlifə
Əbd əl-Məlik (685-705) və imperator II Yustinian (685-711) arasında bağlanan
saziĢdən sonra Arran-Albaniya, Moisey Kalankatlının sözlərilə desək, "üç xa lqa -
xəzərlərə, taciklərə (yəni, ərəb lərə - N.V.) və yunanlara (yəni, Bizansa - N.V.)
vergi ödəməyə" məcbur oldu.
Ərəblər bütün Azərbaycanı, habelə bir sıra digər Qafqaz ölkələrin i tabe
etdikdən sonra ilk illər mü mkün qədər çox vergi alın ması ilə kifayətlənir, bu
ölkələrin daxili həyatına çox da qarıĢ mırd ılar. Xilafətin hegemonluğunu qəbul
etmiĢ, lakin daxili müstəqilliyin i saxlaya bilmiĢ bəzi yerli hakimlər, o cümlədən də
CavanĢir, bu vəziyyətdən istifadə edərək, ərəb əsarətindən xilas olmağa cəhd
göstərirdilər.
Hələ Xilafətin ilk hücumlarından sonra yaranmıĢ vəziyyətin ağırlığ ını
dərk edən alban iĢ xanı Varaz Qriqor ərəb lərlə danıĢığa girməyi qət etmiĢ və
138
Moisey Kalankatlının yazd ığına görə "könüllü surətdə düĢmənə tabe olmuĢdu".
Lakin əyilməz CavanĢir, onun təhriki ilə Bizansın süzerenliyini (himayəsini) qəbul
edib, imperator II Kons tant tərəfindən Ermən istan batriki və sparapeti kimi
tanınmıĢ sərkərdə Teodoros RĢtuni ilə müqavilə bağlay ır. CavanĢir imperatordan
"uzaq xalq ı (yəni albanları) yeni təbəəliyə qəbul etməy i" xah iĢ edir. Beləliklə,
Albaniyanın ilk hökmdarlarına məxsus olan bütün vilayət və kəndlər "nəsildən-
nəslə" imperator tərəfindən "proton - batrik" kimi tanın mıĢ CavanĢirə verilir.
La kin a z sonra, 654-cü ildə, Teodoros RĢtuni Bizansla əlaqələri kəsərək,
Sebeosun məlu matına görə, təkcə Ermənistanın deyil, " Qafqaz dağları və Çola
qapısınadək Ġberiyanın, Albaniyanın və Sünikin ü zərində" onun hakimiyyətini
tanımıĢ xəlifə ilə saziĢ bağlayır. Bu hadisədən sonra Cənubi Qafqaz v ilayətləri
hakimlərinin Teodoros RĢtuni ilə ittifaq ının möhkəmlən məsinə mane olmaq
məqsədilə Bizans imperatoru öz ordusunu bu ölkələrə göndərir. Moisey Kalankatlı
Midiya ərazisindəki Kunqr kəndində (Cənubi Azərbaycanın Kinkivar kəndi) II
Konstantla CavanĢirin görüĢü haqqında məlu mat verir. Ġmperatorun hökmü ilə bu
görüĢdə CavanĢirə padĢahlıq xələti və "əbədi hökmdarın xaçın ın bir h issəsi" bəxĢ
edildi. "Alban tarixi"nə görə Bizansın CavanĢirə göstərdiyi bu etimad onu gözü
götürməyən erməni nahararlarının həsədinə səbəb oldu. CavanĢir isə imperatorun bəxĢiĢi
olan "Ġsayi Məsihin hər Ģeyə qalib gələn xaçı" üçün Girdiman qalasında gözəl bir
məbəd ucaldılması əmrin i verdi.
Ərəb qoĢunlarını yenidən Bələncər yaxınlığında darmadağın etmiĢ xəzərlər
662-ci ildə Albaniyaya soxuldular, lakin CavanĢirin Kür çayını keçmiĢ ordusu ilə
rastlaĢdılar və ciddi məğlubiyyətə uğradılar. Dövrün qaynağında CavanĢirin xəzərlərin
baĢçısına xitabən dediyi bu sözlər qalmıĢdır: "Get, Çoqanın (yəni Dərbəndin)
qapısından gir və bir daha buralara qayıtma!"
Lakin iki ildən sonra yenidən albanların torpaqlarına hücum edən xə zərlər
gəlib Araz sahillərinə çıxd ılar, ço xlu mal-qara, habelə xeyli yerli sakini əsir apardılar.
CavanĢir vassallığı qəbul etmək Ģərti ilə xəzərlərlə sülh bağlamağa məcbur oldu. SaziĢ
CavanĢirin xəzər xaqanının qızına evlənməsi ilə möhkəmləndirildi.
661-ci ildə sonuncu "raĢidi" xəlifə Əli ibn Əbu Talibin (656-661)
öldürülməsindən sonra Xilafətdə baĢ verən siyasi çevriliĢ - Əməvilər sülaləsinin
hakimiyyət baĢına gəlməsi CavanĢiri öz siyasi xəttini dəyiĢməyə vadar edir.
Ərəblərdən özünü zorla qoruyan Bizansdan əli üzüldüyü üçün o, Azərbaycana ola
biləcək yeni ərəb yürüĢlərinin qarĢısını almaq məqsədilə ilk Əməvi xəlifəsi Müaviyə ilə
danıĢığa girir. CavanĢir bunun üçün iki dəfə - 667 və 670-ci illərdə Xilafətin
Əməvilər dövrü paytaxtı DəməĢqə gedir. Nəticədə Albaniya rəsmi olaraq Xilafətə
tabe dövlət elan edilir. Lakin yürütdüyü çevik siyasəti ilə Mihranilərin daxili müstəqil-
liyini qoruya bilən CavanĢir Albaniyadan Xilafət xəzinəsinə axan vergilərin miqdarının
əvvəlkinin üçdə birinədək azaldılmasına nail olur.
Beləliklə, ilk ərəb iĢğallarından sonra Azərbaycanın cənub hissəsi -
Adurbadaqan müstəqilliyini tamamilə itirərək bilavasitə xəlifə caniĢinlərinin
139
hakimiyyətinə tabe olmuĢ, Ģimal hissəsi -Albaniya isə siyasi müstəqilliyini saxlamağa
cəhd göstərsə də Xilafətin vassalı kimi vergi ödəmək Ģərtilə ondan asılı vəziyyətə
düĢmüĢdü.
§ 4. I VARAZ TĠRĠDATIN HAKĠMĠYYƏTĠ VƏ
AZƏRBAYCANIN QƏTĠ OLARAQ XĠLAFƏTĠN TƏRKĠBĠNƏ
QATILMASI
Moisey Kalankatlının sözləri ilə desək, "dörd xalqın padĢahlıq edən
hökmdarların ın hörmət və izzətin i qazan mıĢ" CavanĢirin hakimiyyəti dövründə
Azərbaycanın Ģimal hissəsi - Albaniya (Arran) hələ bir müddət özünün nisbi siyasi
müstəqilliy ini qoruyub saxlaya bildi. Buna, CavanĢirin Ģəxsi nüfuzu və
Albaniyanın tutduğu mühüm strateji mövqe ilə yanaĢı, bu zaman Xilafətin daxi-
lində və xaricində baĢ verən hadisələr - Əli ilə ġam hakimi Müaviyə arasında
səltənət uğrunda gedən mübarizə, hakimiyyətə gəlmiĢ Müaviyənin Bizansla
apardığı müharibələr də Ģərait yarat mıĢdı.
Lakin CavanĢirin siyasi müstəqillik naminə ərəblərə güzəĢt siyasəti bəzi
bizanspərəst yerli hakimlərin narazılığ ına səbəb oldu. 680-ci ilin sonlarında (və ya
681-c i ilin əvvəllə rində) CavanĢir həmin hakimlərin təĢkil etdiklər i qəsd
nəticəsində xaincəsinə öldürüldü. Onun qardaĢı Varaz Pero zun oğlu Varaz Tiridat
alban taxtında əmisin i əvəz etdi. Elə bu zaman xəlifə olmuĢ I Yəzid (680 -683)
Varaz Tiridatı "ġərq vilayətlərinin caniĢini, Alban padĢahlığının və Uti əyalətin in
hakimi" təsdiq etdi.
CavanĢirin qətli onun qayınatası, Xəzər xaqanı Alp Ġlitvərə qisas almaq
bəhanəsi ilə A lbaniyaya qoĢun çəkmək imkan ı verdi. Tezliklə onun baĢçılıq etdiyi
Xəzər ordusu Albaniya hüdudlarına so xulub, yol boyu rastına çıxan kənd və
Ģəhərləri talan edə-edə Uti əyalətinə yetiĢdi. Xəzərlər burada çoxlu əsir tutaraq,
üstəlik, xey li qənimət ələ keçirtdilər. Sonra isə Lpin k vilayətinə qayıdaraq, orada
düĢərgə saldılar.
681-c i ildə I Vara z Tiridat alban katolikos u Yelia zarı Xə zə r xaqanın ın
yanına danıĢıqlara göndərdi. Katolikos, CavanĢirin qətlində albanların əli
olmadığına xaqanı inandırmalı idi. Verilən tapĢırığı müvəffəq iyyətlə yerinə yetirən
katolikos, hətta xəzərlərlə "sülh və qırılmaz dostluq" münasibətlərin in bərpas ına da
nail o ldu. Lakin Yeliazarın bu uğurlu elçiliy i alban-xəzər münasibətlərin in
yaxĢılaĢdırılması istiqamətində atılmıĢ yalnız ilk addım idi. Ġkinci addım
Metskoqman yepiskopu Ġsrailin baĢçılıq etdiyi nümayəndə heyətinin Alp Ġlitvərin
140
Varaçanda yerləĢən qərargahına göndərilməsi oldu. Hörmətlə qarĢılanmıĢ yepiskop
Ġsrail xəzərlərlə sülh bağlaya bildi. Moisey Kalankatlının Ģəhadətinə görə, Ġsrailin
təbliğatından sonra, xaqan baĢda olmaqla, xəzərlərin bir hissəsi xristianlığı qəbul etdi. I
Varaz Tiridata göndərdiyi məktubunda xəzər xaqanı Ġsrailin onun ölkəsində yepiskop
kimi qalmasını xahiĢ etdi. O, I Varaz Tiridatı əmin edirdi ki, yalnız din birliyi "bizim
barbar xalqların Albaniyaya basqınlarının qarĢısını ala bilər". Eyni xahiĢlə Xəzər xaqanı
albanlarla həmdin olan erməni knyazı Qriqori Mamikonyana və erməni katolikosu
Səhəkə də müraciət etdi. Xəzərlərə göndərdiyi cavab məktubunda katolikos Səhək
yazırdı: "Biz onun (Ġsrailin ) həmiĢə sizinlə olmasına razılıq vermək istərdik. Lakin
bu məsələnin həll olunmasında müstəsna hüquq Albaniya patriarxı katolikos Yeliazara
məxsusdur. Bu, onun iĢidir".
Beləliklə, I Varaz Tiridat Ġsrailin Xəzər xaqanlığı ilə Albaniya arasında yalnız
vasitəçi rolunu oynamasına razılıq vermiĢdi.
Lakin Ġsrailin xəzərlərlə sülh münasibətləri yaratmaq naminə göstərdiyi
fəaliyyəti onların Cənubi Qafqaz ərazisinə yeni basqınlarının qarĢısını ala bilmədi.
Çətinliklə əldə edilmiĢ sülh pozuldu: mərkəzdəki qeyri-sabitlik nəticəsində ucqar Ģimal
vilayətləri üzərində ərəb nəzarətinin zəifləməsindən istifadə edən xəzərlər, 685-ci ildə
yenidən Albaniya, Ermənistan və Ġberiya (Kartli) torpaqlarına daxil oldular, bir çox
vilayətləri tutub böyük qənimət və xeyli əsir əldə etdilər. Yerli qaynağın məlumatına
görə, "döyüĢ zamanı onlar knyaz Qriqori Mamikonyanı, xeyli gürcü və alban əyan və
knyazlarını qətlə yetirdilər".
Bu mürəkkəb dövrdə Xilafətdəki hakimiyyət Əməvilər sülaləsinin
Mərvanilər qolunun banisi, cəmi bir il xəlifəlik edə bilən I Mərvanın (684-685) əlinə
keçdi. Məhz bu zaman Xilafət mərkəzində yaranmıĢ müvəqqəti qarıĢıqlıqdan istifadə
edən albanlar qonĢuluqda yaĢayan xalqlar kimi əsasən vergi verməklə ifadə olunan
"otuzillik itaətdən sonra", "ərəblərə vergi ödəməkdən imtina etdilər". Lakin bu vəziyyət
çox çəkmədi. VII əsrin 80-ci illərinin ortalarından baĢlayaraq Cənubi Qafqaz
xəzərlərin, ərəblərin, bizanslıların at oynatdıqları iri döyüĢ meydanına çevrildi. Onlar
əhalini amansızcasına qarət edir, əsir aparır, maddi dəyərləri məhv edirdilər. Yalnız
80-ci illərin sonlarına yaxın ərəb xə lifəsi Əbdülməlik ibn Mərvanla Bizans
imperatoru II Yustinian arasında barıĢıq əldə edildi. ġərtə görə, Qa fqaz
ölkələrindən gələn bütün vergilər iki imperiya arasında bərabər bölün məyə
baĢlanıldı. Lakin bu barıĢıq da uzun çəkmədi. 692-ci ildə ərəblərlə bağlan mıĢ sülh
müqaviləsini pozaraq, ġam ü zərinə hücum edən II Yustinian məğlubiyyətə uğradı.
Əldə ed ilmiĢ qələbə ərəb lərin Qafqazdakı mövqelərini möh kəmləndird i. 693-cü
ildə xəlifə ö z qardaĢı Məhəmməd ibn Mərvanı əl-Cəzirə, Azərbaycan və
Ərmin iyənin (Albaniya - Arran və Gü rcüstanın bir hissəsi ilə birlikdə) hakimi təyin
edir.
Lakin Xilafətin bölgədəki hakimiyyəti hələ də kifayət qədər möhkəm
deyildi; Albaniya - Arran isə ərəblə rdən baĢqa bizanslılara və xə zərlərə də vergi
ödəmək məcburiyyətində id i.
141
Bu dözülməz vəziyyət xəzərlərlə münasibətləri qaydaya sala bilmiĢ I
Varaz Tiridatı imperatorla danıĢıq aparmaq üçün oğlanları Qaq ik və Vardanla 699-
cu ildə Konstantinopola getməyə vadar edir. Lakin arzu edilən müsbət nəticə
əvəzinə, Xilafətlə əlaqədə günahlandırılan alban hökmdarı zindana atılara q, 705-ci
ilədək Bizans paytaxtında saxlanılır.
Məhz bu zaman Albaniyanın özündə elə hadisələr baĢ verir ki, onlar bu
vaxtadək yaln ız vergi almaqla kifayətlənən Xilafət üsuli-idarəsinin ölkənin daxili
iĢlərinə daha fəal müdaxilə etməsinə səbəb olur. Belə ki, katolikos Yeliazar
öləndən bəri (688-ci ildən) onun yerini tutmuĢ keçmiĢ Girdiman yepiskopu Nerses
Baku r hələ də Konstantinopolda saxlanılan Varaz Tiridatın arvadı Sparaman ın
təĢviqi ilə Bizans kilsəsinin etiqad etdiyi xalkidon təlimini A lbaniyada da yaymaq
və bu addımla albanların Xilafətə deyil, Bizansa daha çox meyl göstərdiklərini
əyan etmək istəyir. Xalkidonluğun Albaniyadakı əleyhdarları, baĢda alban knyazı
ġeroy olmaq la Qəbələ, A maras və HoĢ yepiskopları, eləcə də ölkənin nüfuzlu
feodalları erməni katolikosu Ġliaya (Eliaya) mü raciət etdilər, onun Partava
(Bərdəyə) gəlməsin i, "yaraların ı sağaltmasını" xah iĢ etdilər.
Erməni
kilsəsinin
Albaniyadakı
mənafeyin in
gerçəkləĢdirilməsi
məqamının yetiĢdiyini anlayan katolikos Ġlia xəlifə Əbdülməlikə göndərdiyi
məktubunda bildirirdi: "Partav taxtında oturan indiki alban katolikosu Rum
imperatoru ilə saziĢə girib, öz ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir
ki, hamı din i etiqadda ona qoĢulsun, onun himayəsini qəbul etsin". Məktubun sonunda
"Allaha qarĢı günah iĢlətmiĢ" alban katolikosunun və "onunla həmfikir olan kübar
qadının" cəzalandırılması xahiĢ edilirdi.
Təbiidir ki, Bizansın Qafqazdakı mənafeyinə zərbə endirə biləcək hər bir
əməl Xilafət üçün sərfəli id i. Alban kilsəsinin Bizansın yardımına arxalanması heç də
ərəblərin ürəyincə deyildi. Buna görə də, erməni katolikosunun xahiĢlərini həvəslə
yerinə yetirən xəlifə bu addımı ilə həm Bizansın Cənubi Qafqazdakı mənafelərinə zərbə
endirir, həm də özlərinin Albaniyadakı maraqlarını güdən qriqorian ruhanilərinin
simasında müttəfiq tapırdı. Məhz bu siyasəti güdərək, "öz sadiq nökərini çoxsaylı
qoĢunun baĢında" Albaniyaya göndərən xəlifə erməni katolikosuna cavab məktubunda
qəbul etdiyi qərar haqqında belə yazırdı: " Biz əmr etdik ki, bizim ağalığımıza qarĢı
çıxmıĢ albanların [etiqadında] sizin dinə uyğun düzəliĢlər edilsin". Məktubun sonunda
xəlifə Ġliaya Bərdədə kilsə məclisi çağırmaq, dəmir qandallarla buxovlanmıĢ Nerses və
Sparamanı oraya gətirmək əmrini verir. Xilafət nümayəndələrinin də iĢtirak etdiyi bu
kilsə məclisində Nerses lənətlənir. Yerli müəllifin yazdığına görə, bundan sonra aclıq
elan edən Nerses, ġeroyu lənətləyərək 8 gündən sonra ölür. I Varaz Tiridatın arvadı
Sparama isə qaladakı həbsxanaya salınır. Xəlifənin əmri ilə baxıĢlarına görə etibarsız
sayılan və xüsusi siyahıya daxil edilən baĢqa alban knyazları da cəzaya məruz
qalırlar.
Erməni katolikosunun baĢçılıq etdiyi kilsə məclisi Dvin taxtının keçmiĢ
arxidyakonu Simeonu Albaniyanın katolikosu seçir. Simeon "Nersesin bidət dolu
142
kitablarını sandıqlara doldurub, Trtu (Tərtər) çayına" ataraq ölkədəki hərc-mərcliyə son
qoydu. Alban kilsəsi erməni kilsəsinə tabe edildi.
Elə bu zaman beĢillik Bizans əsirliyindən çətinliklə azad ola bilən I Varaz
Tiridat Albaniyaya qayıdır. Onun vətənə qayıtması ərəb-Bizans döyüĢlərinin yenidən
baĢlanması, ərəblərin Qafqazda zor siyasəti yürüdən Mərvan ibn Məhəmmədi böyük
qoĢunla Ermənistana və Albaniyaya göndərməsi ilə bir vaxta düĢür. I Varaz Tiridat
"yalnız taciklərə" (ərəblərə) vergi ödəyərək, Xilafətin süzerenliyini qəbul etsə də,
ölkənin iflasının qarĢısını ala bilmir. Albaniyaya gələn Mərvan xəlifə Əbdülməlikin
xüsusi siyahısına düĢmüĢ ġeroyu və baĢqa alban knyazlarını tutaraq, onları
Xilafətin mərkəzinə - ġama göndərir.
Bundan sonra xəlifə caniĢinləri ölkəni Ģəriksiz idarə etməyə baĢladılar.
CaniĢinin yanında bir növ məĢvərətçiyə çevrilən alban knyazı və katolikosu
müstəqil qərar qəbul etmə k imkan larından məhru m oldula r. Bu za mandan, yəni
705-c i ildən etibarən Albaniya hətta vassallıq mövqeyini də əldən verir, Ģimallı-
cənublu bütün Azərbaycan qəti Ģəkildə ərəblərin tabeliy inə keçir.
143
VII FƏSĠL
AZƏRBAYCAN ƏRƏB XĠLAFƏTĠ TƏRKĠBĠNDƏ
Dostları ilə paylaş: |