§ 4. MEMARLIQ VƏ ġƏHƏRSALMA
Feodal münasibətlərinin meydana çıxdığ ı, xristianlığ ın yayıldığ ı və
möhkəmləndiy i bu dövrdə Azərbaycanın Ģimal hissəsində Qəbələ, Dərbənd,
ġamaxı, Naxçıvan, ġəki, Bərdə və b. bu kimi erkən feodal Ģəhərləri formalaĢ mıĢdı.
Bu dövrün tikinti mədəniyyəti özünü daha çox müdafiə və dini abidələrdə göstərsə
də, arxeo loji qazıntıların bir sıra nəticələri (Qəbələ, Mingəçevir, Bərdə, ġabra n və
s.-də) mülki me marlıq haqqında da müəyyən fikir yürütmə k imkanı verir. Məlu m
olur ki, hələ antik dövrdə yüksək səviyyədə olan Ģəhərsalma və tikinti texn ikası
erkən orta əsrlərdə də öz səviyyəsini saxlamıĢ, bir ço x hallarda isə daha da
təkmilləĢmiĢdir. Ġlkin qazıntılar Mingəçevirin, Qəbələnin, Bərdənin və b.-n ın
yaĢayıĢ yerlərində erkən orta əsrlərə aid olan, çiy kərpicdən hörülmüĢ evlərin, ilk
xristian məbədlərin in və s.-nin qalıq larını aĢka r et miĢdir. Tikinti materia lı kimi
bütün orta əsrlər boyu çiy kərp iclə yanaĢı, çay daĢı, əhəng daĢı və biĢmiĢ kərpicdən
də geniĢ istifadə edilmiĢdir.
Dövrümü zədək salamat qalmıĢ müdafiə qurğuları və dini tikililər III-VII
əsrlərdə memarlıq və Ģəhərsalman ın inkiĢaf səviyyəsini müəyyən qədər
aydınlaĢdırmaq üçün Ģərait yaradır.
Qala divarları və "uzun sədlər" nəzərdən keçirilən zaman ın daha mühüm
qurğularına aiddir. V-VII əsrlərdə Sasani imperiyasının Ģimal köçərilərinə qarĢı
mübarizəsi ilə əlaqədar olaraq inĢa edilmiĢ bu qurğular Xəzər dənizin in Dərbənd
keçid inin yanındakı hissəsindən ölkənin dərinliklərinə doğru uzanan müdafiə
xəttinin ü mu mi sisteminə daxil idi. Ümu mi uzunluğu 120 kilo metrədək olan "uzun
sədd" daha məsuliyyətli yerlərdə mü xtəlif öçülü düzbucaqlı və dairəvi qüllələrlə
möhkəmləndirilmiĢdi. Qü llələrin yu xarı meydançaları pilləli diĢlərin qurĢağı ilə
baĢa çatırdı. Həmin qurĢaqların arasında istehkamın müdafiəçiləri mövqe tuturdular.
Bəzi yerlərdə divarların qalınlığı 10 metrə çatırdı. Gilgilçay sahilində və BeĢbarmaq
dağının ətəyində inĢa olunmuĢ istehkamlar böyük maraq doğurur. Həmin istehkamlar
kifayət qədər qüdrətli, atəĢ mövqeləri ilə gücləndirilmiĢ divarlardan ibarətdir. Divarlar çiy
kərpicdən (Gilgilçay istehkamında) və qara daĢla yaxĢı biĢirilmiĢ, kvadrat formalı
kərpicin sıralanmasından (BeĢbarmaq istehkamında) ucald ılmıĢdır.
Divar qurĢaqlarından baĢqa, istehkamlar sisteminə ayrı-ayrı qalalar, qüllələr,
süni xəndəklər, ovdanlar, akveduklar (körpüĢəkilli su kəmərləri) və baĢqa tikililər daxil
idi.
Çıraqqala müdafiə sistemində əsas qovĢaqlardan biri olmuĢdur. Bu qala hündür
qayalıq üzərindədir. Mövqeyi, görünüĢü və ayrı-ayrı hissələrin həcmi nisbəti ətraf
mühitdə qurğunun əhəmiyyətini ifadə edərək Çıraqqala ansamblına sərt, alınmaz qalanın
valehedici görkəmini bəxĢ etmiĢdir. Qalanın silueti və divarların özünəməxsus səthi
müəyyən dərəcədə Bakıdakı Qız qalasını xatırladır.
Çıraqqalanın əsas qülləsindən bir qədər aralıda tağlı ovdan yerləĢir. Vaxtilə
bu ovdan saxsı su kəməri və yerli yeraltı bulaqlarla əlaqələnmiĢ, daim su ilə təchiz
116
edilird i.
Dərbənd yaxınlığındakı keçid daha çox möhkəmləndirilmiĢ məntəqə idi.
Qədim Ģəhər iki güclü qala divarları arasına alınmıĢdı. Bu divarlar dənizin içərisinə
doğru xeyli uzan mıĢ, dənizin bu yerində süni liman yaratmıĢdı. Divarların əks sonluqları
sərt, keçilməz dağ ətəklərinə söykənmiĢdi. Yu xarı istiqamətlənmiĢ, açıq, geniĢ pillələri
olan, çoxlu qüllələrlə təchiz edilmiĢ Dərbənd qala divarlarının orta qalınlığı 4 metrədək,
hündürlüyü 20 metr idi və diĢli məhəccərlə müdafiə olun muĢdu.
Dərbəndin ərəb iĢğalı ərəfəsində tikildiyi ehtimal olunan çoxsaylı qədim
tikililəri içərisində hamamların qalıqlarını və qayalıqda oyulmuĢ, dörd çatma tağa
dayaqlanan günbəzli, iri hovuzu qeyd etmək lazımdır. Plan baxımından böyük bazilikal
bina olan, sonralar yenidən qurularaq məscidə çevrilmiĢ abidənin daha qədim hissələri bu
zamana aiddir. Məscidin köhnə hissələrinin hörgü texnikası e.ə. VI əsrdə ucaldılmıĢ
Dərbənd istehkamları ilə eyniyyət təĢkil edir.
Ġndiyədək qalmıĢ sitayiĢ təyinatlı tikililər memarlıq tiplərinə görə
mü xtəlifdir. Lənkəran bölgəsindəki zərdüĢtiliyə sitayiĢ abidələri tipoloji baxımdan
"sükut qüllələri"nə - "daxma"lara xeyli yaxındır və zərdüĢtiliyin dəfn adətləri ilə
bağlıdır. SitayiĢ təyinatlı xristian abidələri tarixi-memarlıq baxımından daha böyük
maraq doğurur.
Xristianlığın qəbul edilməsi ilə əlaqədar olaraq Qafqaz Albaniyasında mərkəzi
günbəzli və bazilikal sitayiĢ qurğuları meydana gəldi. Həmin tikililər plan və konstruktiv
həll baxımından yetkin səviyyəyə çatmıĢdılar. Qumdakı bazilika, Böyük Əmili və Ləkit
kəndlərindəki dairəvi məbədlər bu kamilliyin örnəkləridir. Həmin abidələr bir-birinə
yaxın məsafədə yerləĢmiĢdir. Gö rünür ki, vaxtilə bu məntəqələri birləĢdirən qədim yol
var imiĢ. Bu tikililərin ucaldıldığı Ģimal-qərbi Azərbaycan vilayətləri erkən orta çağlarda
Qafqaz Albaniyasının mərkəzi o lmuĢdur.
Xristianlığın yayılmasının baĢlanğıc mərhələsinə aid olan abidələr əyani
surətdə göstərir ki, Albaniya memarlarının qarĢısına çıxmıĢ yeni vəzifə dərhal həll
olunmamıĢdı. Əsrlər boyu təĢəkkül tapmıĢ ənənələrdən imtina etmək çətin idi. Buna
görə də ilk xristian abidələri erkən bütpərəstlik tikililəri ilə böyük oxĢarlığa malik olmuĢ
və Albaniyanın sonrakı tarixi dövrdə tikilmiĢ kilsələrindən kəskin surətdə
fərqlən miĢdi.
Xristianlığın yayılmasının ilk illərində əsasən daha qədim məbədlər yenidən
qurulurdu. Azərbaycanın Qəbələ, Qax və Zaqatala bölgələrindəki nadir dairəvi
məbədlər bu tarixi gerçəkliyin parlaq təsdiqidir.
Qəbələ bölgəsinin Böyük Əmili kəndi yaxınlığındakı Kilisədağda Mitra
allahı (Mitra, cəngavər köçərilərin və dinc əkinçilərin allahı idi) məbədi mərkəzi
günbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir. Məbədin divarınm xarici
səthi qeyri-bərabər tərəfli 12 guĢəlik formasında, daxili səthi isə 10,4 metrlik silindr
Ģəklində həll edilmiĢdir. Ġkinci daxili dairə 8 sütun üçün stilobat (sütunlar üçün özül)
rolunu oynayırdı. Həmin sütunlar günbəzli ikinci yarusun barabanını (günbəzli dairə
səmanın - Mitranın rəmzi idi) saxlayırd ı.
117
BaĢ alaqapı giriĢi məbədin qərb fasadı tərəfindəki əsas kompozisiya
görüĢündə, iki yan giriĢ isə Ģimal və cənub səmtində idi.
ġərq fasadı səmtində simmetrik surətdə yerləĢmiĢ, plan baxımından dairəvi
olan iki otaq - Mitra allahının göstərilmiĢ iki mənasını nəzərə çatdıran səcdəgahlar vardı.
Məbəd antik memarlığın müəyyən təsiri altında inĢa edilmiĢdi.
Zaqatala bölgəsinin Mamrux kəndi yaxınlığında GünəĢ və Ay allahları
Ģərəfinə tikilmiĢ ikinci dairəvi məbəd daha mürəkkəb kompozisiyaya malikdir. O da üç
giriĢlidir, Ģərq tərəfində dərin divar oyuğu - absida vardır. Absida binanın əsas yuxarı
hissəsində yerləĢir. Binanın hər iki tərəfində iki səcdəgah və iki yan giriĢi olan xırda
hücrələr mövcuddur. Günbəzli yuxarı baraban dayaqlıq tağları olan dörd sütuna
dayaqlanmıĢdır. Mamrux məbədlərinin memarlığı artıq yerli alban formalarında,
Kilisədağdakı Mitra allahı məbədinə nisbətən daha mükəmməl və mürəkkəb tərzdə
həllini tapmıĢdır.
Dörd pilon (sadə sütun) və mərkəzi absida məbədin interyerində əsas
rolunu oynayır. Sonralar bu əsas üzərində tetrakonxlar - dörd absidadan ibarət olan
kompozisiya (konxlar) meydana gəlməyə baĢlamıĢdı. Həmin absidalar xaçvari surətdə
üzbəüz yerləĢdirilmiĢdir.
Mamruxdakı məbəd kompozisiya baxımından Kilisədağdakı rotonda (dörd
tərəfi bərabər olan bina) ilə Ləkit kəndindəki tetrakonx arasında bilavasitə vəsilə kimi
qiymətləndirilə bilər.
Ləkit kəndindəki dairəvi məbəd alban memarlığının görkəmli
abidələrindəndir. Bu məbəd Azərbaycanın Qax bölgəsinin Ləkit kəndindən bir kilometr
aralıda aĢkar edilmiĢdir. ĠnĢaat texnikası üsulları bu məbədi VI əsrə aid etmək imkanı
verir. Ləkit məbədi Cənubi Qafqaz tetrakon xlarının təĢəkkül tapması üçün əsas olmuĢdur.
Məbədin diametri 22 metrdir. Məbəd hərəsi bir metr diametri olan 3 sütunu,
4 divar oyuğunu - absidanı əmələ gətirən tetrakonxdur. Tetrakon xun 4 küncündə bütün
absidalar üçün əsas yaradan 4 pilon yerləĢdirilmiĢdir. Həmin pilonların daxili əyilmiĢ,
küncü iri valla tərtib edilmiĢdir. Bu val pilonun bütün hündürlüyü boyunca keçir və
absidaların tağlarını əyir. Pilonların arxasında ayrı-ayrı yerləĢən sütunlar səkkizguĢəli
özülün dayağı rolunu oynayır. SəkkizguĢəli özül üzərində 4 absida yerləĢir. Pilonların
üzərində günbəzlə tamamlanan dairəvi barabanın kvadrat əsası yerləĢmiĢdir.
Absidalardakı sütunların cüt olmayan (tək) miqdarı və mərkəzi sütunun giriĢlərin
əksinə yerləĢməsi zərdüĢtilik dininin müəyyən mərasim məqsədlərini güdürdü.
ZərdüĢtilik tələblərinə görə səcdəgah və müqəddəs od xaricdən görünməməli idi.
Sonralar hər üç dairəvi məbəd xristian kilsələrinə çevrilmiĢdi.
Moisey Kalankatlının məlumatına görə, Albaniyada monumental rəssamlıq
sənəti yüksək inkiĢaf səviyyəsinə çatmıĢdı, məbədlər və saraylar isə bir çox hallarda
gözəl rəsmlərlə bəzədilirdi. Ləkit məbədində mala üzərindəki rəsmlərin qalıqları vardır
və bu təsdiq edir ki, onun divarları interyerdə rəsmlərlə örtülmüĢdü. Məbədin bütün
xarici görkəmi Qafqaz Albaniyasının dairəvi məbədlərinin inkiĢafının həmahəng Ģəkildə
tamamlandığını təsdiqləyir.
118
Ləkitdən bir qədər aralıda - Qum kəndində üçnefli, günbəzli bazilikanın
xarabalıqları aĢkar olunmuĢdur. Təxminən V və yaxud VI əsrə aid olan bu bazilika
planda 36,5 metr uzunluğa, 19,3 metr enə malikdir. Planda T Ģəkilli sütunların iki cütü
üçnefli kompozisiyanı yaradaraq eyni zamanda günbəzli baraban üçün özül rolunu
oynayır. Orta nef yandakı neflərə n isbətən daha geniĢ surətdə həllini tapmıĢdır.
Məbəd üç tərəfdən sütunlardan yaradılmıĢ qalereya formalı örtüklə və nalĢəkilli
tağlarla əhatə edilmiĢdir.
Ġri taxtalardan yaradılmıĢ örtüyün təqribən mərkəzində, əsas giriĢin qarĢısında
sütun vardı (bütpərəstliyə sitayiĢin tələblərindən biri kimi). Halbuki yanlardan məbədə
istiqamətlənmiĢ digər iki giriĢ artıq heç bir Ģeylə qapanmamıĢdı. Abidənin Ģərq fasadı
Mamrux və Ləkit məbədlərindəki kimi iki guĢəyə - səcdəgaha və mərkəzi absidaya
malikdir. Yandakı neflər kobud surətdə yonulmuĢ daĢlardan ucaldılaraq qabarıq tağlarla
örtülmüĢdür.
Aydın plan, səliqə ilə yerinə yetirilmiĢ konstruksiyalar, yerli inĢaat
materiallarından məharətlə istifadə olunması, çaydaĢı ilə kvadrat formalı biĢmiĢ kərpicin
uzlaĢdırılması binanı yaratmıĢ ustanın yetkinliyindən xəbər verir.
Ləkitdən bir neçə kilometr aralıda, Qoduqlu kəndinin yaxınlığında bir neçə
sitayiĢ təyinatlı tikili qalmıĢdır. Bu kompleks əhali arasında "Yeddi kilsə" adlandırılır.
Hal-hazırda isə burada doqquz tikilinin qa lıq ları müĢahidə olunur.
Ġki üçnefli bazilika daha çox maraq doğurmaqdadır. Nisbətən salamat qalmıĢ
birinci bazilika əslində dərin absidalı məbəddir. Bazilikanın yanlarında artıq sırf
xristian funksiyaları daĢıyan iki əlavə tikili vardır. Sağ tərəfdə ibadət otağı, sol
tərəfdə isə qurbangah mövcuddur. Təxminən mərkəzdə iki sütun və qalın taxtalı qərb
divarında iki pilyastr yerləĢmiĢdir. Yan lardakı neflərin və ortadakı daha uca nefin
tağları onlara, habelə iki absidaya dayaqlanmıĢdır. Məbədin qərb tərəfində sonrakı alban
kilsə memarlığı üçün çox səciyyəvi olan qalereya formalı örtük vardı. Göst ərilən örtük
ilk dəfə Qumdakı bazilikada meydana gəlmiĢ örtük mövzusunun davamıdır. Güman
etmək olar ki, bu məbəd VI-VII əsrlərdə tikilmiĢdir. Fasadların kobud Ģəkildə yonulmuĢ
daĢlardan yaradılmıĢ memarlığ ı üçnefli bazilikalar üçün səciyyəvi olan qabarıq
mərkəzi hissəli monumental binanı təĢkil edir. Açıq qalereya formalı örtük abidəyə
cənub koloriti vermiĢdir.
Kobud Ģəkildə yonulmuĢ daĢdan tikilən ikinci günbəzli bazilika nisbətən yaxĢı
mühafizə edilmiĢdir. Onun planı iki iri pilonun köməyi ilə dərin absidalı üç nefə
ayrılmıĢdır; bu absidadan yanlardan olan əlavə tikililərə qapı vardır. Birinci bazilikada
olduğu kimi, bu əlavə tikililər də sırf xristian funksiyaları daĢıyır.
Onun memarlığ ı fasadda üç qabarıq nefin çəpəki transeptlə daha mürəkkəb
uzlaĢması əsasında həll edilmiĢdir. Neflərin qovĢaqlarında günbəzlərlə örtülmüĢ
baraban üçün nəzərdə tutulan əsas mövcuddur. Daxili günbəz yarımdairə Ģəklində, yuxarı
günbəz isə çatma formadadır. Transeptin yuxarı hissəsindəki Ģimal və cənub
fasadlarında qabarıq yarımdairəvi pəncərələr vardır. Bu pəncərələr zəngin haĢiyələrlə
əhatə edilmiĢdir. Kilsənin üç qapısı vardır. Həmin qapıların yuxarı hissələri haĢiyəli
119
yarımdairəvi tağla örtülmüĢdür. Bu bazilika VII-VIII əsrlərdə və yaxud bir qədər
sonrakı tarixi mərhələdə inĢa edilmiĢdir.
Kobud Ģəkildə yonulmuĢ daĢlardan tikilmiĢ dairəvi məbədlər, üçnefli
bazilikalar, qalereya formalı örtüklər erkən orta çağlar dövründə Azərbaycanın
göstərilən üç bölgəsinin sitayiĢ təyinatlı memarlığı üçün səciyyəvi idi. Bu bazilikaların
ətrafında 7 birnefli zəng qülləsi vardır. Həmin zəng qüllələri vahid memarlıq üslu-
bunda tikilmiĢdir. Bu cür qüllələr göstərilən bölgə üçün səciyyəvidir. Gü man etmək
olar ki, həmin qüllələr hələ bütpərəstlik dövründə inĢa edilmiĢdir. Bütpərəstlik
dövründən qalmıĢ məbədlər bir çox hallarda yenidənqurmadan sonra xristian kilsələri və
zəng qüllələri kimi istifadə olunurdu.
Azərbaycanın Ağcabədi bölgəsinin Təzəkənd yaĢayıĢ məntəqəsindəki üçnefli
bazilika plan baxımından üç cüt sütundan ibarət olan binadır (uzunluğu 16,5 metr, eni
9,2 metrdir). Binanın Ģərq tərəfində səcdəgah absidaları və yanlarda keĢiĢ
cübbələrinin saxlandığı yer vardır. Orta nefin eni 5 metr, yan neflərin eni isə 2,1 metrdir.
Əgər səcdəgah absidası orta nefin sonluğu idisə, düzbucaqlı formalara malik olan keĢiĢ
cübbələrinin saxlandığı yerlə yandakı neflər baĢa çatırdı. Bazilikanın döĢəməsi biĢmiĢ
kərpicdən hazırlanmıĢdır. Qapı oyuğu qərb tərəfdə yerləĢirdi. Səcdəgah absidası
nalĢəkilli formaya malik idi. Bir-birindən 2 metrlik məsafədə yerləĢən sütunlar da
çaydaĢından tikilmiĢdir.
Bazilikanın səcdəgahının qarĢı hissəsinin təmizlənməsi zamanı aydın
olmuĢdur ki, səcdəgah hissəsi neflərin döĢəməsindən 45 santimetr ucada yerləĢir.
Bazilika ərazisində tapılmıĢ saxsı materiallarına əsasən bu abidəni VI əsrə aid etmək
mü mkündür.
Daha bir üçnefli bazilika Bərdə Ģəhərində aĢkar olunmuĢdur. Məbəd üç
yanmdairəvi absidalı, üçnefli bazilika formasına malik idi. Məbədin uzunluğu 11 metr,
eni isə 6 metrdir. Yandakı neflər nisbətən ensizdir (1,52 metrlik eni vardır). Məbədin
divarları müxtəlifölçülü biĢmiĢ kərpicdən, özülü isə çaydaĢından tikilmiĢdir. Məbədin
divarları 1,5 metr ucalığınadək salamat qalmıĢdır. Binaya əsas giriĢ qərbdən idi və bu
giriĢ orta nefə doğru aparırdı. Məbəd xüsusi məqsədlə tikilmiĢ iki cüt sütunla neflərə
ayrılmıĢdı. Məbədin döĢəməsi kvadrat formalı biĢ miĢ kərpicdən hazırlan mıĢdır.
Məbədin səcdəgah hissəsi kərpiclərdən yaradılmıĢ ucalığa malikdir. Məbəd VIII əsrin
əvvəllərində baĢ vermiĢ güclü yanğın nəticəsində dağılmıĢdır. Burada üç məzar aĢkar
edilmiĢ, məzardan bəzək əĢyaları və saxsı məmulatı tapılmıĢdır.
Ağoğlan monastırının kilsəsi (Xocavənd rayonu, Sos kəndində) iri bazilika
tikililərindən biridir. V əsr müəllifinin məlumatına görə, "burada hələ IV əsrin 30-cu
illərində Qriqori Lusavoriçin nəvəsi Qriqorisin Ģərəfinə ilk dəfə kilsə tikilmiĢdir...
Qriqoris Maskut hökmdarı Sanatruk tərəfindən döyüĢdə öldürülmüĢ, onun cəsədini
Ģagirdləri Amarasa aparmıĢ, oradakı kilsədə dəfn etmiĢlər. Həmin kilsənin əsasını
Qriqorisin babası qoymuĢdu". Bazilika Ağoğlan çayının sol sahilində "müqəddəs"
dərədə tikilmiĢdir və Amaras adlanan qədim Ģəhər yerinin mərkəzində yerləĢir. Bu
abidə dəfələrlə yenidən qurulmuĢ, təmir olunmuĢ, lakin onun ilkin formaları əsasən
120
qalmıĢdır. Bazilika uzun binadır, üç nefdən ibarətdir, həmin neflər 2 cüt sütunla ayrılır.
Hər bir nef Ģərqdə xaricdən yarımdairə kimi çıxmıĢ absida ilə baĢa çatır. Daxili məkanın
uzunluğu 23 metr, eni 13,33 metrdir. Orta nef yan neflərdən xeyli ucadadır və dərin
absida ilə baĢa çatır. Yanlarda iki əlavə tikili (ibadət otağı və qurbangah) vardır.
Mərkəzi, daha ucada olan nef çatma tağla, iki yan nef isə silindrik tağlarla örtülmüĢdür.
Ġnteryerdə divarlar freskalarla bəzənmiĢdir. Bunu, freska rəsminin qalıqları təsdiq edir.
Tikilinin yuxarı hissəsində orta nefin pəncərələrindən yaxĢı iĢıqlanan daĢ üzərində
dekorativ oyma vardır.
Bu tikili Albaniya bazilikalarının yeni tipinin formalaĢdığını göstərir. Ağoğlan
kilsəsi V əsrin sonu - VI əsrin əvvəlinə aid olunan, Kaxetiyada yerləĢən Katsaret
bazilikası ilə eyniyyət təĢkil edir.
Bazilikanın ətrafında dördbucaq formalı 4 cinah qülləsi olan qala divarı
tikilmiĢdir.
Erkən orta əsr tarixçilərinin məlu matlarına görə, Albaniya hökmdarı Mömin
III Vaçaqan kilsələrin tikintisinə böyük diqqət yetirirdi. Bir sıra iri tikililər onun adı ilə
bağlıdır. Müqəddəs Yelisey məbədi kompleksi bu tikililər arasında xüsusi yer tutur.
Həmin ko mpleksin əsas binası bazilika tipinə aiddir. Rəvayətə görə, məbəd
Albaniyada xristianlığı ilk dəfə təbliğ etmiĢ Yeliseyin Ģərəfinə tikilmiĢdir.
Moisey Kalankatlının əsərində müqəddəs Yelisey məbədinin tikintisi
haqqında məlumatlar vardır. Tarixçi, Yeliseyin Albaniya hökmdarı III Vaçaqanın
zamanında quru cəsədinin əldə olunması barədə danıĢaraq qeyd edir ki, "müqəddəs
Yeliseyin görkəminin meydana gəlməsi cəsəd qalıqlarının aparılmasını və lazım olan
yerdə dəfn olunmasını zəruri etdi, müqəddəs ierey (keĢiĢ) Stefan onun baĢını Urekan
kəndində torpağa tapĢırdı. Oradan quru cəsəd qalıqlarını müqəddəs Ners-Mihra
qardaĢlığına köçürdülər və bu yer indi Cirv iĢtek adlanır".
Gü man etmək olar ki, əvvəllər burada müqəddəĢ Ners-Mihra qardaĢlığının
kilsəsi tikilmiĢ, kilsə onların adını daĢımıĢdır. "Uzun müddətdən sonra Vaçaqanın burada
uca sütun tikdirdiyi" nəzərə alınarsa, ehtimal etmək olar ki, buradakı ilkin tikili təxminən V
əsrə aiddir.
Moisey Kalankatlının məlumatlarından belə nəticəyə gəlmək olar ki,
CirviĢtek monastırı erkən alban xristian tikililərindən biri olmuĢdur.
Ko mple ksin hal-ha zırda mövcud olan qalıqları (baĢ kilsə, yeddi zəng
qülləsi, bir sıra yaĢayıĢ və təsərrüfat binaları, habelə güclü müdafiə d ivarları) daha
sonrakı tarixi dövrün tikililəridir. Abidədəki yazılar bunu təsdiq edir. Lakin yazılar
arasında elələri də vard ır ki, burada qədim tikililərin mövcud olması fikrin in
xeyrinə dəlillər verir. BaĢ kilsənin divarında həkk olun muĢ yazıda deyilir: "Mən,
arxidyakon Serob bu müqəddəs guĢədə əvv əlki ö zül ü zərində müqəddəs apostolun
[kilsəsini] tikd irdim" . Bu ilkin tikilinin tədqiqi məqsədilə baĢ kilsənin Ģərq divarı
yanında qazıntılar aparılmıĢdır. Qazıntılar nəticəsində xeyli qədim tikinti qalıqları
və məiĢət əĢyaları aĢkar edilmiĢdir. Müəyyən olunmuĢdur ki, müqəddəs Yelisey
məbədi də 8,7 metr uzunluğunda olmuĢ üçnefli bazilika idi. Məbədin Ģərq tərəfi
121
nalĢəkilli səcdəgah absidası ilə baĢa çatırdı. Ba zilikan ın yan neflərinin sonlarında
keĢiĢ cübbələrinin saxlandığı yerlər vardır. Məbəd IX-X əsrlərdə dağıdılmıĢdır.
Qafqaz Albaniyasında və Cənubi Qafqazın baĢqa ölkələrində erkən
xristianlıq dövründə sitayiĢ təyinatlı tikililərin daha geniĢ yayılmıĢ tip i birnefli
bazilikalar olmuĢdur.
Hələ xristianlıqdan xeyli əvvəlki dövrdə meydana gəlmiĢ birnefli bazilika
tədricən xristian məbədləri üçün səciyyəvi olan müəyyən dəyiĢikliklərə məruz
qaldı: b inanın Ģərq tərəfində səcdəgah hissəsi kimi fəaliyyət göstərən əlavə tikililər
yaradılır, xırda əlavə tikililər meydana gəlirdi və s. Mingəçevir sitayiĢ ko mplek-
sindəki bazilikalarda bu cəhətlər daha aĢkar izlən məkdədir. Bu abidə 1946-cı ildə
arxeoloqlar tərəfindən Mingəçevir SES-in inĢa olunduğu ərazidə aĢkara
çıxarılmıĢdır.
Bu cür uzunsov, günbəzsiz məbədlər Albaniyanın ən erkən kilsə binaları
olmuĢlar. Ġndiyədək bu tipə aid olan abidələrdən yalnız altısı öyrənilmiĢdir. Həmin
abidələrdən dördü Mingəçevirdə, biri Gavurqala adlı qədim Ģəhər yerində, digəri
isə Xotavəng monastır ko mpleksində (Kəlbəcər rayonunda) aĢkar edilmiĢdir.
Xronoloji baxımdan bu cür abidələrin tikintisi IV əsrdə, digər daha
mürəkkəb tikililərlə eyni zamanda baĢlanmıĢ, VIII əsrədək memarlıqda
mövcudluğunu saxlamıĢdır.
Bu dövrün daha qədim tikilisi M ingəçevirdəki 1 №-li məbəddir. Bu
məbəd 3 №-li qədim yaĢayıĢ yerinin birinci - aĢağı təbəqəsində aĢkara
çıxarılmıĢdır. Plan baxımından həmin məbəd uzunluğu 19,4 metr, eni isə 7,7 metr
olan dördguĢəli tikilidir. ġərq divarları istisna olunmaqla məbədin qalan divarları qismən
salamat qalmıĢdır. Bu məbəddə səcdəgah absidası yox idi və burada qapı Ģərq divarından
qoyulmuĢdu. BaĢqa divarlarda qapı oyuğu izlərinin aĢkar olunmaması bu qənaətə
gəlməyə əsas verir. Məlum olduğu kimi, Ģərq tərəfdən giriĢ xristian tikililəri üçün
səciyyəvi deyildir. Lakin bu cəhət Albaniyanın bəzi baĢqa erkən xristian tikililərində
vardır.
1 №-li məbədin Ģimal və cənub divarlarının içərisində 6 çıxıntı vardır. Hə min
çıxıntılar ibadət edənlər üçün oturacaq rolunu oynamıĢdır. Ruhanilər üçün oturacaq
yerləri yalnız bəzi pravoslav kafedral kilsələri və patriarx kilsələri üçün səciyyəvi idi. Bu
cür yerləri, adətən, kilsə döĢəməsindən bir və ya iki pillə yuxarıda, xorun yanında,
səcdəgaha doğru səmtdə tikirdilər. Mingəçevir məbədindəki çıxıntılar məbədin ortasına
doğru yönəlmiĢdir. Bunun səcdəgahın Ģərq hissəsində deyil, məbədin ortasında yerləĢməsi
ilə bağlı olduğunu güman etmək olar. Arxeoloq R.M.Vahidovun fikrincə, səcdəgah
məbədin qərb hissəsində yerləĢirdi.
Səcdəgah absidasının olmadığı məbədlərdə qapı oyuğu, adətən, Ģərq divarında
yerləĢirdi. Bu cəhət baĢqa oxĢar abidələrdə, habelə Amarasdakı (IV əsrə aid olan)
müqəddəs Qriqoris məbədində, müqəddəs Yelisey məbədinin ilkin kompleksinin
planlaĢmasında, habelə səcdəgah absidası olmayan bir sıra zəng qüllələrində
müĢahidə edilir.
122
Mingəçevir məbədinə oxĢar xristian tikililəri Albaniyada hələ kilsə
qurğularının planlaĢmasının ciddi qanun-qaydalarının iĢlənib-hazırlanmadığı dövrdə
ucaldılmıĢdı. Ona görə də qanunla müəyyən olunmuĢ normalardan müəyyən sapmalar
Albaniyada erkən kilsə tikililərinin səciyyəvi cəhəti idi.
Katolikosluğun təsis olunmasından sonra kilsə binalarının tikintisi ciddi
tələblərə tabe olunmağa baĢlandı. Mxitar QoĢun "Qanunnamə"sində deyilir ki,
"kilsənin özülü pravoslavlığın qaydaları əsasında qoyulmalıdır, bu məsələdə yalnız
yepiskop və yaxud onun əmri ilə xoryepiskop və yaxud peretut haqlıdır. Kim yepiskopun
və yaxud xoryepiskopun icazəsi olmadan kilsənin özülünü qoymağa cəhd edərsə, biz əmr
edirik ki, bu cür kilsə dağıdılsın və özül yenidən qoyulsun, beləliklə, kilsə qaydasına
toxunulmaz Ģəkildə ə mə l edilsin. Bu qayda sarsılma zdır".
Mingəçevirdəki ikinci məbədin tikiliĢi ərəfəsində artıq ölkədə kilsə
tikintisinin qanunları təĢəkkü l tap mıĢdı. Məbədin tikintisi IV əsrə aid edilir. Bu
məbəd birinci məbəddən 8 metr cənubdadır. Abidə plan baxımından dördguĢəli olan
böyük zaldan ibarətdir, zalın uzunluğu 12,4 metr, eni isə 5,4 metrdir. Birinci
məbəddən fərqli olaraq bu məbədin Ģərq tərəfində nalĢəkilli absidada səcdəgah
yüksəkliyi vardır. Həmin altlıqlar taxtadan olan sütunlar üçün dayaq rolunu oynayır,
sütunlar isə tavan örtüyünü saxlayırdı.
Üçüncü məbəd V-VI əsrlərdə, bilavasitə birinci məbəd üzərində tikilmiĢdir,
ibadət zalına (12,5x5,7 metr ölçülərində) və yarımdairəvi absidaya malik olan birnefli
kilsə olmuĢdur. Çiy kərpiclərdən tikilmiĢ divarların qalınlığına əsasən demək olar ki,
məbəd tağtavanla örtülmüĢdü.
Dördüncü məbəd üçüncü məbədin xarabalıq ları ü zərində tikilmiĢdir. Bu
abidə müxtəlif zamanlarda tikilmiĢ üç binadan ibarət idi. Ġlk bina məbəd olmuĢ, məbədin
yanında əlavə tikili inĢa edilmiĢ, sonralar isə həmin binaların lap yanında üç otaqdan
ibarət olan üçüncü bina ucaldılmıĢdı. Ən böyük otaq əlavə tikili idi. Qalan 2 otaq isə
hücrə və yaxud məbədin təsərrüfat otaqları ola bilərdi. Məbəd VI-VII əsrlərə aid edilir.
Kilsə üçüncü məbədin plan quruluĢunu ciddi Ģəkildə təkrarlayır. Yeni binanın
planlaĢmasında əski məbədin planının dəqiq konturlarının dəfələrlə təkrarlanması
üsulları Qafqaz Albaniyasında ənənələrə riayət etmək tələbin i qoyan qanunun
mövcud olduğuna dair ehtimalın irəli sürülməsinə əsas verir. Bu hal Mingəçevir
ko mpleksi üçün xüsusilə səciyyəvidir. Mingəçevir bazilikalarından fərqli olaraq Oğuz
bölgəsinin Calut məntəqəsindəki birnefli kilsə daha kiçik ölçülərdə tikilmiĢdir. Lakin
bu tikilidə artıq daha mükəmməl formalar müĢahidə olunmaqdadır. Həmin formalar
sonrakı tarixi dövrdə həm memarlıq görkəmində, həm də abidələrin plan baxımından
həllində ənənəvi olmuĢdur. Məbəd V-VI əsrlərə aid edilir.
1958-ci ildə Gavurqalada (Ağdam bölgəsinin Sofulu kəndində) aparılmıĢ
qazıntılar zamanı aĢkar edilmiĢ məbəd maraqlıdır. Məbəd VI-VII əsrlərə aid olunur, ağ
daĢdan tikilmiĢdir.
Bina birneflidir, tağtavanlarla və qoĢaçatılı kirəmit damla örtülmüĢdür.
Məbədin Ģərqində eninə görə ibadət zalına bərabər olan uca döĢəməli absida vardır.
123
ġimaldan binaya düzbucaqlı otaq birləĢir. Zalın uzunluğu 11,95 metr, eni 5,25 metrdir.
Müstəqil giriĢin olmaması təsdiq edir ki, zala birləĢmiĢ düzbucaqlı otağın kilsəyə əlavə
tikili olması Ģübhəsizdir. Binada cənuba və qərbə iki giriĢ vardır.
Bu cəhət Qafqaz Albaniyasının sitayiĢ təyinatlı memarlığı üçün səciyyəvidir.
Xotavəng monastır kompleksindəki "Alban bazilikası" adlandırılan abidə bu
tipli tikilidir. Məbəd yonulmuĢ daĢdan Tərtər dərəsində, Azərbaycanın Kəlbəcər
bölgəsinin mərkəzindən bir qədər aralıda tikilmiĢdir. Məbədin xarabalıqları daxili
sütunları olmayan uzun zaldan ibarətdir. Abidənin uzunluğu 16,2 metr, eni 5,8 metrdir.
Zalın Ģərq hissəsi yarımdairəvi absida ilə baĢa çatır.
Səcdəgah absidasının hər iki tərəfində keĢiĢ cübbələrinin saxlandığı dairəvi
yer tikilmiĢdir. ĠnĢaat texnikasının və inĢaat materiallarının öyrənilməsi zamanı aydın
olmuĢdur ki, cübbələrin saxlandığı yer məbədin tikilməsindən sonra inĢa edilmiĢdir.
Həmin yerə giriĢ səcdəgah absidasındandır. Bu cəhətə ilk dəfə Albaniya memarlığında
təsadüf olunur. Görünür ki, əvvəllər tikilmiĢ məbədin ü mu mi planı memarlara qapını
ibadət zalından qoymaq imkanı yaratmadığı üçün qapı oyuğu cübbələrin saxlandığı yerə
səcdəgah absidası istiqamətində açılmıĢdır. Soldakı cübbə yerinin tədqiqi zamanı onun
tavanında Xotavəng monastırının baĢ keĢiĢ lərindən birinin - XIII əsrdə yaĢamıĢ Ter-
Atanasın yazısı aĢkara çıxarılmıĢdır. Güman etmək olar ki, məhz Ter- Atanas qədim bazi-
likaya birləĢmiĢ cübbə yerinin qurucusu olmuĢdur.
Xotavəng məbədində pəncərə oyuqları vardır. Həmin oyuqların yuxarı hissəsi
nalĢəkillidir. Qazıntılar zaman ı aĢkara çıxarılmıĢ saxsı məmulatı məbədin ilkin
tikintisini VI-VII əsrlərə aid etmək imkanı verir.
Albaniya memarlığında müxtəlif tipli zəng qüllələri mühüm yer tutur. Bu cür
qüllələrin əksəriyyəti zəmanəmizədək qalmıĢdır.
Zəng qüllələri
karvan yollarında, dağ zirvələrində, dərələrdə,
qəbiristanlıqlarda, monastır həyətlərində tikilirdi. Yalnız müqəddəs Yelisey
monastırının nəzdində 20-dən artıq zəng qülləsi vardır. PlanlaĢdırma strukturuna görə
zəng qüllələrinin iki tipinə təsadüf olunur: dairəvi və dördguĢəli. Dairəvi zəng
qüllələrinin adətən səcdəgah hissəsi olmurdu. Bu cür qüllələr Albaniyada geniĢ
yayılmıĢdı.
Gü man etmək olar ki, dairəvi zəng qüllələrində yarımqazma zəng qüllələri
üçün səciyyəvi olan taxta örtüklər tətbiq edilirdi. Bu cür zəng qüllələrinə bir çox erkən
xristian abidələrində təsadüf olunurdu. Hazırda həmin abidələrin əksəriyyəti dağılmıĢ
vəziyyətdədir və bu xarabalıqları həm müsəlmanlar, həm də xristianlar müqəddəs yer
kimi ziyarət edirlər. Sığnaq kəndindəki zəng qülləsi bu tipli tikiliyə misal ola b ilər.
VI-VII əsrlərdən etibarən Albaniyada plan baxımından dörd -guĢəli, 3-4 metr
uzunluğu, 2-3 metr eni olan zəng qüllələri yayılmağa baĢlamıĢdı. Bu zəng qüllələrinin
Ģərq tərəfində səcdəgah yüksəkliyi, qərbində isə giriĢ vardır. Divarlarda adətən bir
neçə dərin divar oyuğu olurdu. Bu zəng qüllələrinin əksəriyyətində keĢiĢlərin və
əyanların qəbirləri var idi.
Ġki səcdəgahlı absidası olan zəng qüllələri ən çox inkiĢaf etmiĢ qüllələrdən
124
olmuĢdur. Dairəvi, səcdəgahsız zəng qüllələri bu cür qüllələrin çıxıĢ, baĢlanğıc
formaları idi.
Yüzlərlə iri və xırda bütpərəstlik və xristian məbədi Qafqaz Albaniyasının
ərazisi boyunca səpələnmiĢdir. Həmin abidələr qədim tikinti ənənələrinin, sabit
memarlığın mövcud olduğunu təsdiqləyir. Bu memarlıq qonĢu ölkələrin memarlığının
təsirinə baxmayaraq Ģübhəsiz, özünün təkrarolunmaz cəhətlərinə malikdir.
Cənubi Azərbaycanın, habelə bütün Sasani dövlətinin III-VII əsrlər dövrü
memarlığı nəinki əski keçmiĢin - Əhəməni və Parfiya dövrlərinin mədəniyyət
elementlərini, həmçinin Sasanilər dövlətinin tərkibinə daxil və yaxud onunla sıx
əlaqədə olan Hindistan, Orta Asiya, Cənubi Qafqaz, Suriya, Bizans mədəniyyətlərinin
cəhətlərini mənimsəmiĢdi. Təbiidir ki, bu elementlər yenidən iĢlənmiĢ və tamamilə yeni
çalarlar meydana gəlmiĢdi. Memarlıq tiplərinin və kompozisiyalarının müxtəlifliyinə
baxmayaraq, Sasani memarlığı üslubun vahidliyi və tamlığı ilə seçilirdi. III-VII əsrlərin
memarlığını qiy mətləndirərkən onun özünəməxsusluğunu qeyd etmək lazımdır. Bu
dövrdə Azərbaycanın cənub hissəsində də Ģəhər quruculuğu geniĢ vüsət almıĢdı, yaĢayıĢ
və sitayiĢ təyinatlı binalar tikilirdi, suvarma qurğuları və körpülər inĢa edilirdi.
Düzən lik yerlərdə Ģəhərlər nizamlı p lanlaĢ maya malik idilər. Nizamlı
planlaĢmanın iki tipi vardı: parfiyalılardan miras qalmıĢ dairəvi və Roma ənənəsini
əks etdirən düzbucaqlı tiplər. Ərdəbilin planlaĢması düzbucaqlı tipə misal ola bilər.
ġəhərin 4 iri qapısı var id i, küçələr düz bucaq altında kəsiĢird i. Bu p lanlaĢma
Sasani dövrünün baĢqa Azərbaycan Ģəhərləri üçün də səciyyəvi olmuĢdur.
ġəhərlər qüllələr və döyüĢ mövqeləri kimi çıxıĢ edən, atıcılar üçün daxili
meydançaları o lan divarlarla möhkəmləndirilmiĢdi. DaĢ ən geniĢ yayılmıĢ tikinti
materialı idi. Sasani dövrünün təqribən bütün memarlıq abidələri tağlı və
günbəzlidir. III əsrdə kvadrat əsas üzərində günbəz konstruksiyası yaradılmıĢdı.
Ev lər adətən ikimərtəbəli tikilirdi. Ev daxili və xarici h issələrə ayrılırd ı.
Küçəni evin xarici hissəsi ilə eyvan birləĢdirirdi. Sərvətli Ģəxslərin evlərində
eyvanın qarĢısında ikisütunlu portik vardı. Evin həyətində yardımçı b inalar
yerləĢirdi.
Saray memarlığı monu mentallığı, formalarının aydın təĢkili ilə
fərqlənirdi. Saray ko mpleksinə eyvanlı binalar, yaĢayıĢ və xid mət binaları, bağlar
daxil idi. Saraylar divarlarla əhatələnirdi.
Ərəb mənbələrində Marağa, ġiz, Neriz və baĢqa Ģəhərlərdə saray
tikililərinin mövcudluğu xatırladılır. Bu dövrdə xey li istehkam qurğuları
yaradılmıĢdı. Azərbaycanın istehkamlarının nə qədər möhkəm və alın maz
olduğunu Azərbaycan mərzbanı Ġsfəndiyarın tarixçi ət-Təbərinin nəzərimizə
çatdırdığı sözləri təsdiq edir: Ġsfəndiyarın fikrincə, bu istehkamlar uzun müddət
ərzində düĢmənlərin təzy iqlərin in qarĢısını ala bilird i.
ZərdüĢtiliyin sitayiĢ təyinatlı tikililəri üçün çartağ (çardağ -çahartağ) tipi
səciyyəvi idi. Plan baxımından kvadratĢəkilli, həcm cəhətdən kub olan dörd giriĢli
tikili tro mp lar ü zərindəki günbəzlə örtü lürdü. Dövrələmə dəhliz bu cür məbədlərin
125
fərqləndirici cəhəti idi. Bu dəhliz gah tağlı qalereya, gah da yüngül sütunlar
üzərindəki açıq terras Ģəklində olurdu. Həmin dəhliz dini mərasimlər üçün nəzərdə
tutulmuĢdu. Çartağlar adətən xırda və iri çayların, su hövzələrinin yanında tikilirdi.
Azərbaycanda yerləĢən üç əsas Sasani od məbədindən biri (AdurquĢnasp)
mərkəzi günbəzli zalı, sütunlu həyəti, bu həyətə birləĢən və çiy kərpicdən tikilmiĢ
günbəzli binaları, eyvanları olan memarlıq ko mpleksidir. Məbədin həyəti Ģimal
qapılarınadək uzanırdı, günbəzli zalda Ģimala və cənuba istiqamətlənmiĢ eyvanlar vardı.
Bütün bunlar bürcləri olan kvadratĢəkilli divarların əhatəsinə alın mıĢdı.
AdurquĢnasp məbədi günbəzinin zirvəsi gümüĢ hilal (aypara) ilə baĢa çatırdı.
ġiz Ģəhərinin divarları məbəddən və Ģəhərdən baĢqa dərin gölü də öz əhatəsində
saxlamıĢdı.
Nəzərdən keçirilən memarlıq abidələri Azərbaycanda bu dövrdə
mükəmməl inĢaat texnikasının mövcud olduğunu təsdiqləyir.
126
VI FƏSĠL
ƏRƏB ĠġĞALI ƏRƏFƏSĠNDƏ VƏ DÖVRÜNDƏ
AZƏRBAYCANIN SĠYASĠ VƏZĠYYƏTĠ.
AZƏRBAYCANIN ƏRƏB XĠLAFƏTĠ TƏRKĠBĠNƏ
DAXĠL EDĠLMƏSĠ
Dostları ilə paylaş: |