§ 7. CƏNUBĠ AZƏRBAYCANDA DĠN. ZƏRDÜġTĠLĠK VƏ
ADURQUġNASP MƏBƏDĠ
Pəhləvi, eləcə də erkən orta əsr ərəb və fars mənbələrində əks olunan
ZərdüĢt ənənəsində Azərbaycan özünəməxsus Ģərəfli yer tutur. AtəĢpərəstlərin
müqəddəs yerlərindən biri və ən Ģərəflisi sayılan AdurquĢnasp od məbədi burada
yerləĢirdi. Azərbaycanda həmin məbədlə sıx bağlı, Qərbi Ġranda, eləcə də qonĢu
vilayətlərdə zərdüĢtiliyin yayılmasında mühüm rol oynayan qədim Midiya mə-
cuslarının (maq larının) nəslindən olan çoxsaylı və nüfuzlu ruhanilər - mobedlər və
herbedlər var idi. Ənənə ZərdüĢtün təbliğatını da A zərbaycanla bağlayır.
Qədim Midiya məcuslarının Midiya və erkən Əhəməni dövrü dinləri
haqqında tədqiqatçılar yekdil deyillər. Lakin bu, heç bir Ģübhə doğurmur ki,
zərdüĢtiliyin mürəkkəb təkamülü - peyğəmbərin Qatalarda əks olunan dini təliminin
kiçik Avestanın sinkretik dininə çevrilməsi, ilk növbədə, məcusların fəaliyyəti ilə
bağlıdır.
Əvvəllər Mid iya tayfalarından biri olan və Midiya tayfa ittifaqında dini
mərasim funksiyalarını yerinə yetirən məcuslar e.ə.VIII-VII əsrlərdə qədim Ġran
"bütpərəst" allahlarına sitayiĢ edir, bu allahların Ģərəfinə himnlər qoĢurdular (müq. et:
Avestanın YaĢta hissəsi ilə). Antik mənbələrdən, eləcə də Elam sənədlərindən və
Persepol bullalarından məlum olduğu kimi, Əhəmənilər dövründə məcuslar hakim
sülalənin rəsmi kahinləri kimi xid mət etmiĢ, ĢahənĢahın sarayında mühüm rol oynamıĢ
və böyük nüfuz sahibi olmuĢlar; od mərasimlərinin keçirilməsində baĢlıca sima olan
məcuslar yerli Ġran allahlarına, eləcə də baĢqa allahlara nəzir və qurbanlar verilməsini
yerinə yetirirdilər. Ərəb-fars və b. mənbələrin Azərbaycanı ZərdüĢtün vətəni hesab
etmələrinə baxmayaraq, müasir tədqiqatçılar arasında hakim olan rəyə görə,
ZərdüĢtün təlimi ġərqi Ġran vilayətlərinin birində, yaxud Orta Asiyada meydana
çıxmıĢdı. Qərbi Ġran məcusları bu dini təlimlə, Ģübhəsiz, hələ Əhəmənilərədək tanıĢ
olmuĢdular; hər halda artıq Əhəmənilər dövründə onların Ģərqi iranlıların din və
ayinləri barədə ətraflı məlumat almaq imkanları var idi, çünki Persepolda, Susda, həm-
çinin Babilistan və Misirdə aparılan tikinti iĢlərində, hökmdar təsərrüfatlarında və hərbi
qarnizonlarda imperiyanın bu vilayətlərinə köçürülmüĢ xeyli Ģərqi iranlı vardı.
Əhəmənilər dövlətində peĢəkar kahin olan məcusların çoxunu görünür midiyalılar təĢkil
edirdilər, ancaq onların arasında farsların da olduğu məlumdur.
ZərdüĢtiliyin öz ilkin formasını dəyiĢməsi (transformasiyası) artıq
Əhəmənilər dövründə baĢlamıĢdı; bunu antik müəlliflərin, eləcə də qədim fars
kitabələrinin məlu matlarından doğan təsəvvürlə Qata təlimlərinin müqayisəsi sübut
edir. Əhəmənilərin dini və onun ZərdüĢt təliminə və "Kiçik Avesta" zərdüĢtiliyinə
münasibəti tədqiqatçılar arasında mübahisə doğursa da, Əhəmənilərin və məcusların və
ya Əhəməni məcuslarının dinini ilkin zərdüĢtiliyi Mazda və baĢqa ümumiran allahlarına
sitayiĢə uyğunlaĢdırmıĢ (yalnız dini terminologiyada bəzi ixtilaflar qalmıĢdı)
zərdüĢtiliyə qarĢı qoymaq üçün kifayət qədər əsas yoxdur.
83
Qatalar təliminin zərdüĢtiliyə qədərki " xalq dini" ilə qarĢılıqlı güzəĢtlər
əsasında birləĢməsi ilə bağlı olan erkən zərdüĢtiliyin transformasiyası həm ellin, həm
də Parfiya dövründə davam etmiĢdir. Antik mənbələrə, arxeoloji materiallara və tətbiqi
incəsənət abidələrinə əsasən bu qənaətə gəlmək olar ki, məcuslar bu dövrdə Qərbi
Ġranın dini həyatında əsas rol oynamaqda davam etmiĢ, onların etiqad və mərasimləri də
Kiçik Asiya və Cənubi Qafqaz ölkələrinin dininə və ideologiyasına güclü təsir
etmiĢdir.
Sasanilər dövründə qılınc gücünə iĢğal olunmuĢ ərazilərə yayılan, baĢqa din
və təriqətlərə qarĢı açıq-aĢkar düĢmən kəsilən "Kiçik Avesta" zərdüĢtiliy i doqmatik
dövlət dininə çevrildi, artıq III əsrin ikinci yarısında maniçilərin darmadağın
edilməsin in və təqibinin ilha mç ısı və təĢkilatçısı olan mobed Kartir öz kitabələ -
rində bu dini siyasəti elan etdi. BaĢqa din və etiqadlara qarĢı dözümlü olan Əhəməni və
ArĢakilərdən əhəmiyyətli dərəcədə fərqli olaraq IV-VII əsrlərdə hakimiyyət baĢında
olan bütün sasani ĢahənĢahları məhz bu dini siyasəti güdürdülər, baĢqa dindən
olanların, xüsusilə xristianların təqibinin arabir zəifləməsi isə hakim dairələrin d in
azadlığın ı qəbul etməsi ilə deyil, hərb i və ya iqtisadi vəziyyətlə bağlı idi. Özü də belə
fasilələrdən sonra atəĢpərəst olmayanlar daha amansız təqib lərə məruz qalırd ılar.
Bununla belə, ZərdüĢt təlimi və mərasimi Sasanilər dövründə də əvvəlki
yüzillər boyu təĢəkkül tapan və Sasanilərə qədərki zərdüĢtiliyin mürəkkəb təkamül
prosesini özündə əks etdirən üst-üstə gəlmiĢ ziddiyyətli cəhətlərdən xilas ola
bilməmiĢdi. Məsələn, Ahura-Mazda (Hörmüz) ilə yanaĢı, monoteist təməlli Qatalar
təlimində cüzi yer tutmuĢ baĢqa allahlara (o cümlədən Mitraya, orta farsca - Mihr) da
sitayiĢ edilirdi; ellinistik görüĢlərin güclü təsirinə məruz qalmıĢ "sonsuz vaxt" allahı
Zrvana sitayiĢ Sasani zərdüĢtiliyində möhkəm yer tutsa da bəzi hallarda, hətta Ģübhə
doğururdu; Sasani kahinlərinin mərasimləri bir cür keçirmək cəhdləri, ölkənin
zərdüĢtiliyə sitayiĢ edən əhalisinin davranıĢ və məiĢətini ciddi tənzimləməsi, "Kiçik
Avesta"dakı təlimatın mü xtəlifliyi və ziddiyyətliliy i, Qatalarda mərasimlərin
keçirilməsinə dair göstəriĢlərin olmaması və buna görə də ölkədəki zərdüĢtilərin
mərasim forma larının mü xtəlifliy i, zərdüĢtilik qanunları mətnlərin in, həmçin in
onun orta fars dilinə tərcüməsinin, Ģərhlərinin və bir çox baĢqa pəhləvi dini
əsərlərinin uzun müddət Ģifahi Ģəkildə ötürülməsi və çox gec yazıya köçürülməsi
(əsas etibarilə VI əsrdən) dini təlim konsepsiyasının, eləcə də mərasim qaydalarının
müxtəlifliyinə səbəb olmuĢdur. Bunlarla bərabər adətə və "Avesta"dakı hüquqi nəsqlərə
əsaslanan çox qədim din i-hüquq normaları ilə feodal dövlətin in mövcud sosial-
iqtisadi vəziyyəti arasındakı ziddiyyət də nəzərə alınmalıdır. Sasani teologiyasının aĢkar
sxolastik və mühafizəkar xarakteri bu dövlətin nəticə etibarilə müxtəlif dinə və
mədəniyyətə mənsub olan, sosial və iqtisadi inkiĢaf səviyyələri baxımından eyni olmayan
xalqları bir məmləkət daxilində birləĢdirən fəal hərbi və ticarət ekspansiyası fonunda
özünü daha açıq büruzə verirdi; Sasani kilsəsi bu xalqlar arasında baĢ verən mədəni
mübadiləyə heç cür mane ola bilməzdi. Əksinə, o, dövlətin ərazisində Aristotelin irsini
öyrədən və xristianların dərs dediyi fəlsəfi məktəblərin olması ilə barıĢmağa məcbur
84
idi; ZərdüĢti ruhani baĢçıları Hindistan mədəniyyəti və dinlərinin təsiri ilə hesablaĢmalı,
Avestanın orta fars dilinə tərcüməsinə yunanların fəlsəfi biliklərinin əsaslarının, o
cümlədən Aristotelin məĢhur varlıq kateqoriyasının, qədim Hind fəlsəfə və təbabətinin
("Avesta"nın bu hissələri dövrümüzə gəlib çatmayıb) öyrənilməsini daxil etməli
olurdular. Bununla belə, sasani kilsəsi zərdüĢti "irançılığın" müstəsna xarakteri
haqqında təsəvvürü dəstəkləməyə, dinin təmizliyini qorumağa çalıĢır, baĢ lıcası isə,
kahinlərin nüfuzunun və maddi rifahının əsasını təĢkil edən arxaik mərasimə ciddi riayət
olunmasına cəhd göstərirdi.
Azərbaycan Özünün AdurquĢnasp od məbədi ilə ZərdüĢt kahinliyinin əsas
istinadgahlarından biri idi. ZərdüĢtilik ənənəsi ZərdüĢtü (ZaratuĢtranı) görünür hələ
Sasani dövlətinin yaranmasından və AdurquĢnasp odunun təsisindən çox əvvəl Midiya
ərazisi ilə bağlamıĢdır; tədqiqatçılar bu bağlılığı çox vaxt Adurbadaqan məbədi ilə
əlaqələndirirlər.
ZərdüĢtiliyin əfsanəvi dini mərkəzi olan Eranvejin Adurbadaqanla
eyniləĢdirilməsini də son Sasani dövrünə aid etmək olar. Avesta mətnlərinin (YaĢt 10 və
Videvdat 1) pəhləvi əsərləri ilə tutuĢdurulması göstərir ki, zərdüĢtilik ənənəsinə görə
peyğəmbərin vəz etməyə baĢladığı yer olan Eranvej vilayəti SeiĢtan, Xarəzm, Baktriya
və Adurbadaqan kimi mü xtəlif ölkələrlə eyniləĢdirilirdi. Görünür, ənənə, burada
zərdüĢtilik mərkəzinin tarixən gerçək olan yerdəyiĢməsini əks etdirmiĢdir. Eranveji
Adurbadaqanla eyniləĢdirən bir çox pəhləvi mətnlərindən birində - "Pəhləvi rəvayət-
ləri"ndə deyilir: " Və o, (ZərdüĢt) yeddi dəfə Hörmüzdən gələn vəhyi alıb: b irinci
dəfə o, [vəhyi] Eranvejdə - Adurbadaqanda qəbul etdi və on il orada Hörmüzlə
ünsiyyətdə keçirtdi".
Mühüm pəhləvi din i əsərlərindən olan "BundahiĢn"də ("Əsas əsər" və ya
"Zənd-agahih") ZərdüĢtün vətəninin Daraya çayı (mütə xəssislər ehtimalla bu çayı
Savalan dağından baĢlayan Dərya - rudla eyniləĢdirirlər) yaxınlığında olduğu
bildirilir: "Daraya - Eranvejdə çay, onun sahilində ZərdüĢ tün atası PouruĢaspın evi
yerləĢirdi". Hə min əsərin baĢqa bir yerində deyilir ki, Zə rdüĢt Daraya çayı
sahilində doğulmuĢdur: "Daraya çayı çayların baĢıdır, çünki ZərdüĢtün atasının evi
onun sahilində olub, ZərdüĢt özü də orada doğulub".
"Avesta"da (Vendidad) deyilir ki, Əhrimən in ZərdüĢtü yoldan çıxarması,
Hörmü z və mələklərin onun gözünə görünmələri Daraya çayı sahilində, ZərdüĢtün
atasının evi olan yerdə baĢ vermiĢdir. Sonrakı ərəb ənənəsinə görə, ZərdüĢtün anası
Duqda Reydən, atası isə Azərbaycandan olmuĢdur. Orta fa rs qaynağı olan
"Denkard" ("Din in əməlləri", VII, 192) əsərində də ZərdüĢtün anasının Rey
mənĢəli olduğu iddia ed ilir.
ZərdüĢtün vətənini Azərbaycanla bağlayan ənənə Adurbadaqan kahinlərin in və
AdurquĢnasp od məbədinin mühü m rolunu əks etdirir.
Artıq qədim zərdüĢtilikdə oda sitayiĢ birinci dərəcəli əhə miyyət kəsb
edirdi. Oda sitayiĢin bütün Ġran tarixi boyunca böyük əhəmiyyəti od allahların ın
adlarından yaranmıĢ xüsusi adlar, həmçinin pul, gemma və arxeoloji materiallar
85
üzərindəki mehrab təsvirləri ilə sübut edilir.
Sasani sülaləsi oda sitayiĢlə daha sıx bağlı id i. Bu sülalənin çıxd ığı Fa rs
vilayətinin hakimləri (frataraklar) artıq parfiyalılar vaxtında özlərini müqəddəs
odun qoruyucuları hesab edirdilər: bunu o dövrün, üzərində od mehrabın ın təsviri
olan pulları təsdiq edir.
Sasani sülaləsinin baniləri fars kahinliyi, hər Ģeydən əvvəl, Anahit məbədi
ilə sıx bağlı id ilər (Anahit - müqəddəs sular ilahəsi; Avestaya əsasən ulu Hörmü zün
özü ona bütün varlığın qayğısını çəkməy i həvalə etmiĢdi. Onun üstünlüyü duada da
özünü göstərir: "Hörmü zün, bütün allahların və xanım Anahitin adı ilə"). Rəs mi
dövlət oda sitayiĢi ilə yanaĢı, Ġranda qədimdən əcdadların sitayiĢi ilə bağlı olan ailə
odu ənənəsi qalırd ı. Sasani "Qanunnamə"sində ailə odlarının qorunub
saxlan ılmasının vacib liy i kifayət qədər aydın göstərilir; belə ki, bu iĢ ev sahibinin
və onun ailə üzvlərinin əsas borcu idi: "Əgər o, desə ki, mən ailəni sənin himayənə
verdim, deməli, od da ona tapĢırılır"
1
.
Oda dövlət sitayiĢi, Ģübhəsiz, hələ maniçilərin darmadağın edilməsindən
sonra baĢ vermiĢ və hər Ģeydən öncə mobed Kartirin fəa liyyəti ilə sıx bağlı o lan
ZərdüĢt kilsəsi islahatlarından əvvəl mövcud idi.
ZərdüĢtiliyin dövlət dini kimi təĢəkkül tapdığı dövrdə kilsə və dövlət
bidətçi təlimlərə və bütpərəstliyə qarĢı mübarizə aparırd ıla r. "Qanunnamə"də
verilən məlu mata görə, Ģəhərlərə fərman göndərild i; maniçilikdə və onu yaymaqda
günahlandırılan hər b ir adamın bütün əmlakı Ģah xəzinəsi xeyrinə müsadirə
olunacaq. Sasani dövlətində zərdüĢtiliyə zidd məzhəblərin o lduğu Kartirin
"ZərdüĢtün Kəbəsi"ndəki kitabəsindən görünür; məlu m olur ki, iudaizm və
xristianlıq la yanaĢı, ölkədə buddizm və brəhmən izm də yayılmıĢdı. Kartirin
məlu matına görə, dövlətin bütün ərazisində bu dinlərin ard ıcılları əsir-yesir
edilmiĢ, onların allahların ın təsvirləri və məbədləri məhv edilmiĢ, bu məbədlərin
yerində atəĢgahlar tikilmiĢdi. Bu məlu mat "Qanunnamə"də təqdim edilən bütxana -
ların dağıdılması və onların yerində od mehrablarının tikilməsi xəbəri ilə də təsdiq
edilir. Orta farsdilli mənbələrdə atəĢgədə sözünü ifadə etmək üçün "atəhĢ" və
"adur" terminlərindən istifadə olunurdu. Pəhləvi mənbələrindən olan "AtəhĢ
NiyanĢi"də deyilir: " Vaxramın Odunun - böyük odun əzəməti və Ģöləsi üçün qoy
odun qalib hökmdarı ucalsın. Qoy lazımi yerlərdə təsis edilmiĢ Adur QuĢnasp
(AdurquĢnasp), Adur Xordad, Adur Burzen Mihr və baĢqa odların əzə məti və
Ģöləsi ucalsın".
Məbəddəki od gecə-gündüz yanırdı; ĢahənĢah və əyanlar tərəfindən təsis
edilmiĢ od məbədlərinə təsisatçının, yaxud onun nəslindən olanların adları
verilirdi. Ərəb-fars müəlliflərin in də təsdiq etdikləri orta fars mənbələrindəki
məlu mata görə daha çox ehtiram bəslənən odları "AtəhĢ Vahram" adlandırırd ılar.
Bu termini ind iki atəĢpərəstlər də iĢlədir. Belə odlar bir və ya bir neçə Ģəxs tərəfin-
1
Bu vəziyyət indiyə kimi Hindistan parslarında və Ġran zərdüĢtlərində qalmıĢdı
86
dən təsis oluna bilərdi. AtəĢgahların əmlakına xüsusi dini idarə - divani kardağan
rəhbərlik edirdi. Onların, görünür, sosial iyerarxiyan ı özündə əks etdirən
mütəĢəkkil iyerarxiyası mövcud idi. Üç baĢ od məbədi xüsusi yer tuturdu.
"BundahiĢn"də verilmiĢ ənənəyə görə, Farroboq ("ilahi Ģölə") odu bir vaxtlar
Xarəzmdə, Xvarro mand dağında, döyüĢçülər zü mrəsinin hamisi olan AdurquĢnasp -
Əsnavənd dağında, kəndlilərin himayəçisi Adur Burzen M ihr -Rəvand dağında
yerləĢmiĢdi. Rəvayətə görə, bu odları insanlar yandırma mıĢ, onlar ə zəldən mövcud
olmuĢlar. Pəhləvi mətnlərində bu odlar haqqında bir neçə əfsanə qalmıĢdır.
Bunlardan ən ətraflısı "BundahiĢn"də "Odların xüsusiyyətləri haqqında" 17-ci
fəsildə verilmiĢdir.
Adları çə kilən üç ən möhtərə m məbəddən biri olan AdurquĢnasp
atəĢkədəsi Azərbaycanda, indiki Təxti-Sü ley man Ģəhərgahı yerində olan ġizdə
yerləĢirdi. Ərəb coğrafi ədəbiyyatında ġiz (əĢ-ġiz) Ģəhəri və orada yerləĢən
AdurquĢnasp məbədinin ən ətraflı təsviri X yüzilin görkəmli alim-səyyahı Əbu
Düləfə məxsusdur. ġizdən Xuzistanadək olan səyahətini qələmə aldığı "Ġkinci
risalə"sində o, göstərir ki, ġiz "Marağa, Zəncan, ġəhrəzur və Dinəvərlə" qızıl, civə,
qurğuĢun, gümüĢ, sarı arsen (miĢyaq) və əl-cəmast adlanan daĢ mədənləri o lan
dağlar arasındadır".
Daha sonra Əbu Düləf yazırdı: "Sizin ço x hörmət olunan bir atəĢgədəs i
var. MəĢriq və məğrib məcusların ın od evləri bu atəĢ gədədən od alır. Onun
qübbəsinin baĢında gümüĢ aypara var, bu onun tilsimidir. Əmir və fatehlə rdən
bəzisi onu qoparmağa çalıĢ mıĢ, la kin buna qüdrətləri çatma mıĢdır. Bu məbədin
möcü zələrindən biri də odur ki, yeddi yüz ildən bəri yanmasına baxmayaraq, orada
qətiyyən kül yoxdur. Bu Ģəhəri Hürmüz ibn XosrovĢir ibn Bəhram daĢdan və
əhəngdən tikdirmiĢdir. Bu məbədin yanında uca saraylar, əzəmətli və hündür
binalar var...".
Əbu Düləfin Ģəhərin təsisatı haqqında verdiyi mə lu mat əfsanəvi xarakter
daĢısa da, onun təqdim etdiyi ġizin təsviri XIX əsr Avropa s əyahətçiləri və
tədqiqatçıların ın gördükləri və yazdıqları ilə üst-üstə düĢür və Təxti-Süley man ın
arxeolo ji tədqiqat materialları ilə təsdiqlənir.
Məbədin əsasının qoyulmasını III əsrə aid edən Əbu Düləfin məlu matına
inanmaq o lar. Təxti-Sü ley manda aparılan qazıntıların aĢkarlaĢdırdığ ı əksər
tapıntılar (o cümlədən bullalar) I Xosrovun dövrünə aid olsa da, Əbu Düləfin
göstərdiyi tarix arxeolo ji qazıntıların nəticələri ilə təsdiq olunur. Məbəd
kompleksində aparılan qazıntılar isə onun hələ XIII əsrdə də mövcud olduğunu sübut edir
1
.
Qazıntılar nəticəsində günbəz Ģəkilli mərkəzi zal, ümu mi tağlı sütunları olan
həyət, ona bitiĢik olan çiy kərpic günbəzli tikililər, böyük sütunlu zal, məbədlə qonĢu-
1
Təxti-Süleymanda ilk arxeoloji tədqiqatları 1937-ci ildə Ġran incəsənəti və
arxeologiyası Amerika Ġnstitutunun ekspedisiyası baĢlamıĢdır. Tehrandakı alman Arxeoloji
Ġnstitutu 1959-cu ildən bu iĢləri davam etdirmiĢ, od məbədinin Sasani dövründə tikildiyini
təsdiq etmiĢdir.
87
luqda olan qübbəli evlər və Sasani eyvanı aĢkar edilmiĢdir.
Ərəb coğrafiyaçıları və tarixçiləri tərəfindən dəfələrlə xatırlanan
AdurquĢnasp məbədi həmçinin, Nizami Gəncəvinin "Ġsgəndərnamə" poemasının
"ġərəfnamə" hissəsində ətraflı təsvir olunub. Məbədin öz adını verməyən Nizami onu
Ġskəndər dövrünə aid edir, amma, Ģübhəsiz, məbədin ona müasir təsvirini təqdim edir.
Nizami məbəd kompleksinin əsas tikililərindən Təxti-Sərir qəsri, Taxtxana və saray
haqqında söhbət açır, "Key-Xosrov təxti"ni isə xüsusi qeyd edir (bu yəqin ki, ərəb
müəlliflərinin Bizans imperatoru Ġraklinin yürüĢ vaxtına aid olan "Xosrovun təxti"
haqqında məlu matların ın təsirindəndir).
Nizami Taxtı Səririni Təxti Süleymanda aparılan qazıntıların nəticəsi ilə
tutuĢdurduqda, "Ġskəndərnamə"də adı çəkilən qəsrin ġizdəki məbədlə eyniliyi, Təxti
Sərir adının isə bu məbədə verilən baĢqa ad olması heç bir Ģübhə doğurmur. Nizami
həmçinin "Key-Xosrov mağarası"nı təsvir edir, onu "dəfinələr mağarası", yaxud "əbədi
rahatlıq mağarası" adlandırır. Bu mağaranın timsalı, Ģübhəsiz ki, Təxti-Süleymandan 3
k m cənubda yerləĢən Zendani Süleymandır. Bu, dərin kraterinin ortasında vulkanik
mənĢəli çox böyük göl yaranmıĢ 110 m hündürlükdə kiçik dağdır.
Ənənəyə görə, hakimiyyət taxtına çıxan hər Sasani ĢahənĢahı piyada
AdurquĢnasp məbədinə ziyarətə getməli, orada ibadət etməli, məbədə ənam verməli
idi. Göründüyü kimi, Sasani sülaləsi üçün xüsusi əhəmiyyət kəsb etmiĢ AdurquĢnasp odu
tədqiqatçıların da təsdiq etdiyi kimi, "dövlətin və dinin birliyinin rəmzi, din xadimləri ilə
ittifaqda möhkəmlənmiĢ Sasani Ģah hakimiyyətinin rəmzi id i".
Mənbələrin məlu matına görə, Sasani hökmdarı V Varahran (Bəhram-
Çubin, 590-591) türklərə qarĢı yürüĢə çıxmazdan qabaq "Azərbaycanın məbədi"ni
ziyarət etmiĢ, döyüĢü qələbə ilə baĢa vurduqdan sonra yenidən məbədə gəlmiĢ və
əldə etdiyi qənimətin ən qiy mətlisin i buraya ənam kimi təqdim etmiĢdi.
BaĢqa bir məlu mata görə, atasının hakimiyyətdən uzaqlaĢdırılması
xəbərin i eĢidən II Xosrov Pərviz o vaxtadək sığınacaq tapdığı Azərbaycandan
Mədainə yola düĢmüĢ, Ģəhəri ələ keçirib taxta oturmuĢdu. Firdovsi öz
"ġahnamə"sində dəqiqləĢdirir ki, Ģahzadə Xosrov sığınacaq yeri kimi
Azərbaycandakı AdurquĢnasp məbədini seçmiĢdi. Sonralar II Xosrov dəfələrlə
məbədi ziyarət etmiĢ, buraya qiy mətli hədiyyələr bağıĢlamıĢdı. II Xosrovun tac -
qoyma mərasimin in də bəzi ərəb müəlliflərin in, eləcə də Firdovsinin məlu matından
göründüyü kimi, AdurquĢnasp məbədində keçirildiy ini ehtimal etmək olar.
88
§ 8. ADURBADAQANDA XRĠSTĠANLIQ
Azərbaycanın cənub hissəsi Adurbadaqanda xristianlıq haqqında ilk yazılı
qeyd 420-c i ildə katolikos Yabalah ın dövründə (415-419) çağırılmıĢ sinodun
aktlarında qorunub saxlan mıĢdır. Lakin bu faktın özü xristianlığ ın burada mövcud
olan çoxdankı ənənələri haqqında ehtimal yürütmək imkanını verir; belə ki, yeni
dinin yayılması üçün zəmin o lmayan yerdə yepiskopluq yarana bilməzdi.
Azərbaycanın Ģimalında - Albaniyada, eləcə də indiki Gürcüs tan və
Ermənistan ərazisində olduğu kimi, cənubda - Adurbadaqanda da xristian kilsəsi
feodal münasibətlərin in yarandığı dövrdə meydana çıxmıĢdır.
Mənbələrdə "ilk ġərq" həvarisi
1
adlanan Foman ın artıq e. ilk əsrində
midiya lıla r və farsla r aras ında dini təbliğat aparması haqqında fakt lar a z deyil.
Ġsanın meracın ın ikinci ilində, o, Hindistana gedərkən, yolüstü parfiyalılar,
midiyalılar, farslar, baktriyalılar, markianlar arasında təbliğat aparmıĢdı. Siryani
mənbələrin in yazdığ ına görə, Gilan əhalisi xristianlığı həvari Addaydan qəbul
etmiĢdi, Deyləmdə isə artıq 224-cü ildə yepiskopluq vardı.
"Yeni əhd" ("Əhdi-cədid") kitabları iudaizmin mərkə zi olan Yerusəlimi
xristianlığ ın beĢiyi adlandırırlar; bu dini təriqətin ilk nü mayən dələri də iudaistlər
arasından çıxmıĢ, xristianlıq ö zünün erkən dövründə məhz onlara dayaqlan mıĢdı.
Azərbaycanda və Cənubi Qafqazın baĢqa yerlərində xristianlığın qəbulu
iudaistlərin bu yerlərdə ço xdan bəri məskunlaĢ ması ilə sıx bağlıdır. Mənbələrin
məlu matına görə, hələ II Sarqon (e.ə. 722-705) dövründə Ģimal israillilərinin b ir
hissəsi Midiyaya, Atropatenaya və b. yerlərə gəlib çıxmıĢdılar.
Erkən xristianlığ ın təbliğatı Suriyada, daha sonra isə ġərqin baĢqa
yerlərində uğurlu idi, belə ki, təbliğat arami dilində arami dilli əhali arasında
aparılırdı. Ən əvvəl xristianlıq Kiçik Asiyada və Suriyada yayıldı, Antakiya
(Antioxiya) Ģəhəri isə xristianlığın iri mərkəzlərindən birinə çevrildi. Məhz
Antakiya kilsəsindən xristianlıq həvari Pavelin vasitəsilə Kiçik Asiyaya, Kiprə,
Yunanıstana yetiĢdi, daha sonra isə bir qədər əvvəl həvari Fomanın təb -liğatına
məruz qalmıĢ parfiyalılar arasında yayılmağa baĢladı. Eramızın II əsrində
Osroyena və Edessada (ər-Ruha) kilsə təĢkil olundu. Daha sonra xristian təbliğatı
Farsa, Mid iyaya, Ba ktriyaya doğru hərəkət edərək, nəhayət, Hindistana yetiĢdi.
Kesariyalı Evseviyin "Kilsə tarixi"nin III kitabında və Sokratın
"Sxolastika"sında əks olunan köhnə rəvayətə görə, həvarilik nəsibi Fo maya
Parfiyada, Ġsanın digər Ģagirdi Varfo lo meyə isə Hindistanda qismət olmuĢdur.
Parfiyalılar, mid iyalılar, e la mlıla r arasında xristian təbliğatı yayan Va rfo lo mey
farsların və məcusların yaĢadıqları yerlə rə, oradan isə Ermənistana getmiĢdi.
Ġsa peyğəmbərin digər Ģagirdi, Ġncilin müəlliflərindən biri hes ab edilən
1
Həvari və ya apostol - Ġsa peyğəmbərin 12 Ģagirdinin - köməkçisinin hər birinə
verilən ad
89
həvari Matfey Ekbatan (qədim Həmədan), Rey və Damağanda təbliğat aparmıĢdı.
Babilistanda xristianlığı yay mağa çalıĢan həvari Pyotrdan sonra həvarilərdən
Faddeyin Ģagirdi A xay burada dini təbliğatı davam etdirmiĢ, Edessaya qayıtdıqdan
sonra öz yerinə müəllimi Faddeyin baĢqa bir Ģagirdi, Selev kiyə - Ktesifon Ģəhə-
rində yepiskop kafedrasının təsisçisi sayılan Marini təyin etmiĢdi. Bu kafedra öz
əhəmiyyətinə görə o dövrün xristian dünyasında mühüm yer tutur, onun
yepiskopları isə Roma, Antakiya, Ġsgəndəriyyə və Karfagen yepiskopları ilə bir
səviyyədə sayılırdı.
Parfiya və Sasani dövlətlərində (o cümlədən Adurbadaqanda) xristian icmaları
təkcə Ġncil təliminin yayılması hesabına deyil, bu ərazidə çoxdan bəri yaĢayan xristian-
suriyalılara görə yarandı. Sasanilərin fəal xarici siyasəti nəticəsində xristian əhalisi olan
torpaqların (Suriya, Kilikiya, Kappadokiya) iĢğal edilməsi də imperiyanın xristian
əhalisinin sayını artırdı. ĠĢğal edilmiĢ yerlərdən müxtəlif sənətkarların imperiyanın
baĢqa Ģəhərlərinə köçürülməsi siyasəti də Sasanilər dövləti ərazisində xristian əhalinin
sayının artmasına səbəb oldu.
Katolikosun oturduğu Ktesifon Ģəhərinin yerləĢdiyi Bet Arameye (Qədim
Babilistan) imperiyanın əsas vilayəti idi. Bundan sonra iyerarxiya sırası ilə
arxiyepiskopluqlar
1
gəlirdi. Mənbələr Ġrbil, Həzz, AĢur və Mosul arxiyepiskopuna tabe
olanlar sırasında Azərbaycan yepiskopunun da adını çəkirlər. Bu arxiyepiskop kato -
likosun seçilməsi və təyin edilməsində iĢtirak edən arxiyepiskoplar sırasında idi. Siryani
mənbələrin məlu matına görə, Arran (Albaniya) yepiskopluğu belə hüquqa malik
deyildi.
484-cü ildə çağırılmıĢ Bet Lapat (CundiĢapur, sonralar ġahabad) məclisində
Sasani dövlətinin xristian kilsəsi nestoriliyi qəbul etdi.
Bu təriqətin əsasını qoyan Antakiya keĢiĢi Nestorinin 428-ci ildə
Konstantinopol patriarxt seçilməsi yerli kilsə xadimlərinin, eləcə də Ġsgəndəriyyə
kilsəsinin narazılığına səbəb olmuĢdu. Antakiya ilahiyyat məktəbinin ardıcılı olan
Nestori ortodoksal xristianlıqla konfliktə girərək bu məktəbin təlimini təbliğ edirdi.
Onun patriarxlığı dövründə Ġsanın təbiəti haqqında baĢlanan mübahisələrdə Nestori
Ġsada ayrı-ayrılıqda insan və ilahi təbiətlərin mövcud olduğunu qəbul edirdi. Onun
fikrini Asiya, Pont və Suriya yepis kopları müdafiə edirdilər. Suriya əhalisi Nestorinin
təlimini vergi zülmünə qarĢı etirazlarına bayraq etdilər. Bizansda təqib edilən nestorilər
ġərqə qaçdılar. Ġran xristianlarının Edessada təsis etdikləri məktəb onların sığınacağı,
sonralar isə təlimlərinin baĢlanğıc yeri oldu. Bu məktəbdə Sasani imperiyasının hər
yerindən, o cümlədən, görünür, Azərbaycandan gəlmiĢ xristian balaları təhsil alırd ılar.
Mənbələrin məlumatına görə Albaniyanın da daxil olduğu Adurbadaqan
kustunun (caniĢinliyinin) tarixi Azərbaycana aid ərazisində ġərqi Suriya kilsəsinin
aĢağıdakı yepiskopluqları vardı: Partav - V əsrdən, Paytakaran - VI əsrdən, Adurbadaqan -
V əsrdən, Qanzak - V əsrdən, Urmiya - IV əsrdən, Sələmas - XIII əsrdən, Marağa - XIII
1
Arxiyepiskop – yüksək dini rütbələrdən biri; pravoslav kilsəsində baĢ yepiskop;
arxiyepiskopluq - arxiyepiskopa tabe ərazi.
90
əsrdən, Təbriz - XIII əsrdən, UĢnu - XIII əsrdən, Muğan - VIII əsrdən, 800-cü ildən isə
mitropoliya.
Azərbaycanda xristianlıq haqqında ən erkən məlu mat verən V əsrin
əvvəllərinə dair, yuxarıda adını çəkdiyimiz, sinod sənədlərində katolikos Mar Yabalaha
dini cəhətdən tabe olan vilayətlər sırasında Arran, Azərbaycan, Ġberiya və Ermənistan da
vardır.
Mənbələr V-VII əsrlərdə Adurbadaqanda yepiskopluq etmiĢ bir neçə kilsə
xadiminin adlarını çəkir. Bunlardan "Qanzakın və Adurbadaqanın" yepiskopu Osiy
(Yelisey) 486-cı ildə patriarx Akak tərəfindən çağırılmıĢ kilsə məclisində iĢtirak
etmiĢdi. Məclisdə qəbul edilmiĢ aktı imzalayanlar arasında onun da qolu var: "Mən
Azərbaycanda olan Qanzakın yepiskopu Osiy, burada yazılanlarla həmrəyliyimi bildirir,
öz qolumu və möhürümü qoyuram".
Osiydən sonrakı yepiskoplardan Ġohannın imzasını katolikos I Mar Abanın
(536-552) 544-cü ilə aid məktublarında görmək olur. O zaman I Mar Aba Adurbadaqan
rustaqlarından olan Peraxravarın (Burxuvarın) bir kəndində sürgündə idi. 549-550-ci
ilin qıĢında obu kəndi tərk edərək, I Xosrovun hüzuruna yollanmıĢdı. Onu Azərbaycan
yepiskopu Ġohann müĢayiət edirdi. Ġohanndan sonra Melxisidək Adurbadaqan yepiskopu
olmuĢdur. 544-cü ildə Mar Ġosifin (552-567) patriarxlığı dövründə çağırılan sinodun
qərarlarını imzalayanlar arasında onun da adı vardır.
Azərbaycan yepiskopu XenaniĢo 605-ci ildə Qriqorinin katolikos seçkisində
iĢtirak etmiĢdir. Yerli də olsa, görünür, sonralar yaranmıĢ ənənəyə görə Urmiya Ģəhəri
ərazisində hələ apostolların vaxtında xristianlıq meydana gəlmiĢdi. Rəvayətə görə, bu
Ģəhərdə hələ 165-ci ildə tikilmiĢ Mart Məryəm ("Xanım Məryəm") kilsəsi var idi.
Lakin mənbələrdə bu gün də əllidən artıq nestori kilsəsinin olduğu Urmiya ətrafı
ərazidə, eləcə də UĢnu, Sələmas, Su lduz, Marağa və Təbriz xristian kilsələri
haqqında mötəbər məlu mat yalnız XIII əsrə aiddir.
Mənbələr VI əsrin birinci yarısında Qanzak yepiskopluğu ilə yanaĢı,
Paytakaran yepiskopluğunun da adını çəkirlər. Tarixən məlumdur ki, V əsrin
sonunda, alban hökmdarı III Vaçaqanın hakimiyyəti illərində Paytakaran alban
vilayəti olur, VI əsrdə isə burada alban katolikosluğunun tabeçiliy ində olan
yepiskopluq yaradılır. Albaniya katolikosu Ter Abasın (551-596) patriarxlığı
zaman ı Paytakaranın yepiskopu Timofey olmuĢdu. Mənbələrin məlumatına görə,
bu dövrdə Cənubi Qafqazda, o cümlədən Albaniyada nestorilik təlimi geniĢ intiĢar
tapır; hətta alban katolikosluğu bu təlimə qarĢı mübarizə aparmaq məcburiyyətində
qalır. Mənbələr bu dövrdə Paytakaranda nestori təliminin tərəfdarı olan yepiskopluğun
yaranması haqqında məlu mat verir, bu təlimin ard ıcıllarının çağırdığı 544-cü il
sinodunun aktlarına qol çəkən iki Paytakaran yepiskopu - Ġohann və Ġakovun
adlarını çəkirlər.
Nestori təliminin ardıcılı olan katolikos I Timofeyin (780-825) cəhdi ilə VIII
əsrin lap sonlarında Muğanda da yepiskopluq təsis edildi. Rahib Ġliya yepiskop seçildi.
Mənbədəki məlumata görə, yepiskopluğu qəbul edən Ġliya ticarət karvanına qoĢulub
91
Muğana yola düĢdü. Qatı zahid və tərki-dünya olan Mar Ġliya sərt həyat keçirir,
adamboyu komada yaĢayırdı; ev əĢyalarından yemək üçün saxladığı quru çörək
qabıqlarını yığmaq üçün sınıq qabı və gil dolçası var idi. Onun hətta yatacağı da yox
idi. Nestorilər arasında ruhun tam saflığına çatmaq və gizli mətləbləri anlamaq ümidi ilə
özünə cismani əziyyət vermək, dünya nemətlərindən imtina etmək və yarıac qalmaq
kimi tərki-dünyalıq geniĢ inkiĢaf etmiĢdi.
Ġliyanın cəhdləri ilə Muğan əhalisi xristianlığı qəbul etdi. Mənbənin yazdığına
görə, "...onlar cah-calallı kilsə binasının tikintisinə baĢladılar, sər-sahman iĢlərinə Mar
Ġliyanın özü baĢçılıq edirdi. O, çoxlarını xaç suyuna çəkdi, onlar üçün keĢiĢ və
dyakonlar təyin etdi, zəbur surəsini yazdı. Getdikcə onlar (xristianlar)... çoxaldılar".
92
V FƏSĠL
III-VII ƏSRLƏRĠN BĠRĠNCĠ YARISINDA
AZƏRBAYCAN MƏDƏNĠYYƏTĠ
Dostları ilə paylaş: |