TarġXĠ III-XIII əsrin I rübü


§ 1. ALBAN DÖVLƏTĠ ALBAN ARġAKĠLƏRĠ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   2   3   4   5   6   7   8   9   10   ...   45
§ 1. ALBAN DÖVLƏTĠ ALBAN ARġAKĠLƏRĠ 

DÖVRÜNDƏ 

 

Eramızın  I  əsrində  hakimiyyətə  gələn  alban  arĢakiləri  VI  əsrə  kimi  - 



"alban  mütləqiyyəti  Ġran  tərəfindən  ləğv  olunana  və  ölkə  Ġran  caniĢinlərinə 

verilənədək"  davam  gətirə  bildilər.  Moisey  Kalankatlının  təqdim  etdiyi  siyahıda 

arĢakilər sülaləsindən olan on alban hökmdarının ad ı çəkilir: "Arandan arĢakilərin 

böyük  nəslindən  olan  Qoçaq  Vaçaqanadək  ötən  günlərin  sayı  məlu m  deyildir. 

Albaniyanı  idarə  edən  hökmdarların  adları  sıra  ü zrə  beləd ir:  I  Qoçaq  Vaçaqan, 

Vaçe, Urnayr, II  Vaçaqan, Mihravan, Satay, Asay, Yesuagen, Vaçe və nəhayət, III 

Mömin  Vaçaqan".  Siyahıdan  aydın  olur  ki,  Aran  arĢakilərdən  olmayıb;  görünür, 

Parfiya (Ġran) arĢakilərinin bir qolu olan bu sülalənin nümayəndələri ölkədəki yerli 

sülaləni əvəz etmiĢdir. 

Siyahıdan  göründüyü  kimi,  Albaniyanın  ilk  arĢaki  hökmdarı  e.  I  əsrində 

hakimiyyətə  gələn  I  Qoçaq  Vaçaqan  olmuĢdur.  Belə  güman  etmək  o lar  ki, 

Vaçaqanın  sələfləri  olan  yerli  hökmdarlar  Albaniyanın  bütün  vilayətlərinə  sahib 

deyildilər.  Məhz  I  Vaçaqan  ölkəni  birləĢdirməyə  və  mərkəzləĢmiĢ   dövlət 

yaratmağa  müvəffəq  olmuĢdu.  Onun  nə  özü,  nə  də varisi  I  Vaçe  haqqında  baĢqa 

məlu matımız olmad ığı üçün,  mənbələrin I  Vaçenin davamçısı,  Sasani ĢahənĢahı II 

ġapurun  bacısı  ilə  evlən miĢ  Urnayr  haqqında  məlu matlarına  nəzər  yetirək. 

Urnayrın  hakimiyyət  illəri  dəqiq  məlu m  deyil.  Mo isey  Kalankatlın ın  məlu matına 

görə,  Urnayr  Ġran  ĢahənĢahı  II  ġapurun  (309-379),  Bizans  imperatoru  Böyük 

Konstantinin  (337-361),  e ləcə  də  erməni  hökmdarları  III  Tridatın  (287-330), 

Tiqranın  (338-345),  ArĢakın  (345-367)  və  Papın  (370-374)  müasiri  olub. 

Mənbələrdə  onun  adı  ilk  dəfə  313-cü  ildə,  alban  əyanları  ilə  birlikdə  xristianlığı 

qəbul  etməsi  münasibətilə  çəkilmiĢdir.  Onunla  bağlı  son  məlu mat  371-ci  ildə  baĢ 

vermiĢ  Dzirav  döyüĢü  ilə  bağlıdır.  Beləliklə,  Urnayrın  hakimiyyət  baĢında  ən  azı 

313-cü ildən 371-ci ilə kimi o lduğu güman edilir.  

Alban  tarixçisi  onu  "böyük  müharibələrdə  [sələflərin in]  Ģanlı  adına  varis 

çıxaraq, Ermənistanın içərilərində qələbə bayrağı sancan rəĢadətli ər" ad landırır. 

Urnayrın  da xili  siyasətində  əsas  yerlərdən  birini  bütpərəstliklə  mübarizə, 

xristianlığ ın  dövlət  dininə  çevrilməsi,  kilsənin  torpaqla  təmin  olun ması,  ilkin 

bəhərin  kilsəyə  ayrılması  tutur.  Lakin  Urnayrın  dövründə  xristianlıq  Albaniyanın 

hər  yerinə  yayılıb,  ü mu mxalq  dininə  çevrilməd i.  Hö kmdarın,  saray  adamlarının, 



55 

 

əyanların  və  Albaniya  əhalisinin  bir  hissəsinin  qəbul  etdikləri  xristianlıq  təĢəkkül 



tapan  feodal  mədəniyyətinin  ideoloji  əsası  oldu.  Əhalinin  bir  hissəsi  öz  köhnə 

bütpərəst inamlarına, bir hissəsi isə məzdəkizmə - atəĢpərəstliyə sadiq qaldı. 

Ġran  Ģahı  II  ġapurun  vassalı  və  müttəfiq i  olan  Urnayrın  xarici  siyasəti 

bilavasitə  Sasanilərin  xarici  siyasətləri  ilə  bağlı  olduğu  üçün,  Albaniya  da  Ġran -

Ro ma müharibələrinə cəlb olundu. 

Bizans  tarixçisi  Ammian  Martselinin  verdiyi  məlu mata  görə,  359-cu  ildə 

romalılar  və  farslar  arasında  Amid  altında  baĢ  vermiĢ  döyüĢdə  alban  hökmdarı 

Urnayr da II ġapuru müĢayiət etmiĢdi; Favstos Buzand isə onun 371 -ci  ildə Dzirav 

çölündə Roma və erməni qoĢunlarına qarĢı aparılan döyüĢdə II ġapura kömək gös -

tərdiyini qeyd etmiĢdir. 

Urnayrdan  sonra  mənbələrdə  alban  arĢakilərindən  Yesuagen  haqqında 

məlu mat var. Onun dövründə köhnə əlifbanın təkmilləĢdirilməsi yolu ilə yeni alban 

yazısı  yarandı.  Bu  barədə  Moisey  Kalankatlı,  eləcə  də  V-VIII  əsrlərin  erməni 

müəllifləri  Koryun,  Movses  Xorenatsi  xəbər  verirlər.  Təlim-tədrisin  təĢkilin in 

Yesuagen tərəfindən həyata keçirilmiĢ forması xüsusi maraq doğurur.  

444-cü  ildə  Yesuagenin  Ġran  ĢahənĢahı  II  Yə zd igərdin  bacısından  olan 

oğlu II  Vaçe hökmdar elan edild i. Moisey Kalankatlın ın məlu matına görə bu alban 

hökmdarı  Ġran  ĢahənĢahı  Perozun  əmri  ilə  onun  dövründə  dövlətin  paytaxtı  olmuĢ 

Perozabad  (Partav  -Bərdə) Ģəhərini  saldırdı.  Paytaxtın  Qəbələdən  Bərdəyə  köçürül-

məsi  xarici-siyasi  dəyiĢikliklərlə,  türkdilli  köçərilərin  tez-tez  baĢ verən basqınları  ilə 

bağlı idi; məhz bu, ölkənin mədəni-siyasi mərkəzinin Kürün sol sahilindən sağ sahilinə 

keçirilməsinə səbəb olur. 

II Vaçenin hakimiyyət illəri Ġran əleyhinə baĢ verən xalq azadlıq hərəkatları ilə 

əlamətdar  oldu.  Bunlardan  Cənubi  Qafqaz  xalqlarının  450-451-ci  illərdə  erməni 

sərkərdəsi Vardan Mamikonyanın baĢçılığı ilə qaldırdıqları üsyanı, eləcə də 457-463-

cü  illərdə  II  Vaçenin özünün  rəhbərliyi  ilə  bilavasitə Albaniyada  baĢ  qaldıran  azadlıq 

hərəkatını göstərmək  olar. Albanları  və baĢqa  Qafqaz  xalqlarını  bu üsyana sövq  edən 

əsas amil sasanilərin iqtisadi, siyasi və mədəni-ideoloji boyunduruğu olmuĢdu. 

Mənbələrin  məlumatından  görünür  ki,  Sasani  üsuli-idarəsinin  Albaniya, 

Ermənistan  və  Ġberiyadakı  xristian  təbəələrinə  münasibətdə  apardığı  siyasət  sabit 

olmamıĢ,  daim  dəyiĢikliklərə  uğradı.  Xristianlar Roma imperiyasında təqiblərə məruz 

qaldıqda Ġran Ģahları onlara himayədarlıq etmiĢ, xristianların simasında romalılara qarĢı 

arxa  cəbhədə  müttəfiq  qazanmaq  ümidi  ilə  onları  öz  ərazilərində  həvəslə  qəbul 

etmiĢdilər. Xristianlığın qələbəsi, onun ġərqi Roma imperiyasında, həmçinin Albaniya, 

Ermənistan  və  Ġberiyada  dövlət  dininə  çevrilməsi  ilə  Sasani  Ġranında  xristianlara 

münasibət  dəyiĢdi.  Sasani  Ģahları  mötədil  təriqətlərə  mənsub  olan  xristianları  təqib 

etməyə,  Ġranda,  eləcə  də  öz  yerlərində  rəsmi  kilsə  ilə  mübarizə  aparan  müxtəlif 

təriqətləri müdafiə etməyə baĢladılar. QonĢuluqda siyasi və dini cəhətdən Ġrana düĢmən, 

lakin Roma imperiyası ilə həmdin ölkənin olması həm Ģimaldan, həm də qərbdən möh -

kəmləndirilmiĢ  təbii  sərhədləri  olmayan  bu  ölkəni  həmin  istiqamətlərdən  daim 



56 

 

təhlükəyə məru z qoyurdu. 



428-c i  ildə Sasanilə r  Ermənistanda hökmdar ha kimiyyətin i  ləğv edib, onu 

imperiyanın əyalətlərindən  birinə  çevirdilər.  Həmin  dövrdə Albaniya  müəyyən siyasi 

müstəqilliyini  saxlaya  bilmiĢ  vassal  ölkə  idi.  Dünyəvi  feodalların  və  ruhanilərin 

müstəsna hüquqları,  eləcə  də  alban  arĢakilərinin  simasında  daxili,  bəzən  də  xarici 

siyasət yürüdən hökmdar hakimiyyəti saxlanmıĢdı. 

Lakin  alban hökmdarlarının separatçılığı  mərkəzi  hakimiyyəti narahat edirdi. 

V  əsrin ortalarında  ġimali  Qafqaz  köçərilərinin artmaqda  olan  basqınlarından,  eləcə 

də  Bizansın  Attila  ilə  müharibəyə  və  kilsə  münaqiĢələrinə  cəlb  olunmasından 

istifadə  edən  Sasanilər  Qafqaz  xalqların ın  müqavimətinə  və  müstəq illiy inə 

həmiĢəlik  son  qoymaq,  Albaniya  və  Ġberiyanı  da  öz  əyalətlərinə  çevirmək  üçün 

açıq və qəti tədbirlərə əl atdılar.  Hər Ģeydən əvvəl II  Yə zdigərd  (438-457)  Cənubi 

qafqazlıların  hərbi  qüvvələrini  imperiyanın  Ģimal-Ģərq  hüdudlarına  -  hunlarla 

mübarizəyə səfərbər edərək, bununla onların müqavimətin i zəiflətdi.  

II  Yəzd igərd  vergi  siyasətini  də  dəyiĢdi.  Əhalinin  ü mu mi  siyahıya 

alın ması və üzərinə verg i qoyulacaq hər Ģeyin qeydiyyatdan keçirilməsi nəticəsində 

vergilər  xeyli  dərəcədə  artdı.  Kəndlilərlə  yanaĢ ı,  Ģəhər  əhalisi,  eləcə  də  əvvəllər 

azatlar zü mrəsi ilə bir tutulan və yalnız torpaq vergisi verən ruhanilər də ağır vergi 

ilə yükləndilər. 

Əkilib -əkilməməsindən asılı o lmayaraq bütün əkinə yararlı sahələrə vergi 

qoyuldu.  Xəzərin  qərb  sahilində  ucaldılan  beĢ  sıra  müdafiə  xəttinin  tikintisi  də 

tamamilə  Albaniya  əhalisi  ü zərinə  düĢdü.  Moisey  Kalankatlı  yazırdı:  "Qafqaz 

dağları  ilə  Böyük ġərq (Xəzər) dənizi arasındakı  möhtəĢəm tikinti üçün inĢaatçılar 

toplayan və mü xtəlif material arayan Ġran Ģahları ö lkəmizi taqətdən salmıĢdılar". 

Bu  tədbirlərlə  yanaĢı  Sasanilər  Cənubi  Qafqaz  xalqların ı,  o  cümlədən 

albanları  zorla  məzdəkizmə  (atəĢpərəstliyə)  çevirmək  yolu  ilə  onların  mədəni-

ideoloji  assimilyasiyasına  nail  olmağa  çalıĢırd ılar.  Etiqad  məsələsi  yalnız  d ini 

mah iyyət daĢımırdı, bu həmç inin  mühü m siyasi əhəmiyyətə ma lik  məsələ idi. Dini 

assimilyasiyasının əsas məqsədi mərkə zin siyasi hakimiyyətini  möh kə mləndirmə k, 

tabe  olmayan  xalqların  tam  itaətkarlığ ını  təmin  etmək,  onları  öz  müstəqillikləri 

uğrunda  apardıqları  mübarizədə  kömək  u mduqları  Bizansdan  ayırmaq  idi. 

Beləliklə, məh z həmin vaxtdan üç Qafqaz xalq ı din i müttəfiqə çevrildilər.  

II  Yəzdigərd in  gördüyü  bütün  bu  iqtisadi  və  siyasi  tədbirlər  450-451-ci 

illərdə  baĢ  verən  antiiran  hərəkatına  səbəb  oldu;  bunun  üçün  əs as  bəhanə  Cənubi 

Qafqa za  göndərilmiĢ  yeddi  yüz  atəĢpərəstin  (onlardan  üç  yüzü  Albaniya  üçün 

nəzərdə tutulmuĢdu)  xristianlığ ın kökünü kəs mək və  məzdəkizmi yay maq cəhdləri 

olmuĢdu. 

Ermənistan  və  Ġberiyaya  nisbətən  Albaniyada  üsyan  daha  ağır  Ģəraitdə 

keçirdi.  Paytakaran  Ģəhərində  Ġran  silahlı  qüvvələri  cəmlənmiĢdi.  Çola  ərazisində 

hunlara  qarĢı  yürüĢdən  qayıtmıĢ  on  min  Ġran  atlısı  yerləĢmiĢdi.  Sasanilər  onların 

köməyilə  Gürcüstan  və  Albaniyada  baĢ  qaldırmıĢ  üsyanı  zəiflətmək,  Ermənistandakı 



57 

 

hərəkatı boğmaq istəyirdilər. 



II  Yəzdigərd tərəfindən Ģah sarayına çağırılaraq orada girov kimi saxlanılan 

və məzdəkizmi qəbul etməyə məcbur edilən alban hökmdarı II  Vaçe üsyançıları açıq 

Ģəkildə müdafiə edə bilməzdi. Albaniyadakı üsyana ölkənin Cənubi Qafqaz xalqlarının 

azadlıq hərəkatına baĢçılıq  edən,  hərbi  əməliyyatın ümumi  strateji  planını  hazırlayan 

Vardan  Mamikonyanla sıx  əlaqə saxlayan ölkə  patriarxı  -  katolikosu  və hazarapeti-

vəziri rəhbərlik edirdi. 

450-ci  ildə  alban  hökmdarlarının  qıĢ  iqamətgahı  olan  Xalxal  Ģəhəri 

yaxınlığında (müasir Qazax zonası) üsyançılarla Ġran qoĢunları arasında döyüĢ baĢ verdi. 

Bu  döyüĢ  Ġran  qoĢunlarının  tam  məğlubiyyəti  ilə  baĢa  çatdı.  Bu  qələbədən  sonra 

iranlıların  Albaniyada  tutduqları  qala  və  Ģəhərlərə  hücum  çəkən  albanların, 

ermənilərin  və  iberlərin  müttəfiq  qoĢunları  daha  sonra  "hun  keçidinə"  doğru  birgə 

yürüĢ  etdilər.  Onlar  II  Yəzdigərd  tərəfindən  tikilən  qalanı  dağıdaraq  buradakı  Ġran 

qarnizonunu  məhv  etdilər  və  alban  hökmdar  nəslindən  olan  bir  knyazı  keçidin 

komendantı təyin etdilər. Hunların ölkəsinə və baĢqa ġimali Qafqaz torpaqlarına gedib, 

farslara  qarĢı  ittifaq  bağlamaq  da  ona  həvalə  edildi.  Hunlar  kömək  vəd  etdilər.  Bu 

zaman  eftalilərlə  müharibədə  uduzan  Ġran  ĢahənĢahı  II  Yəzdigərd  Orta  Asiyadan 

Ktesifona qayıtdı. Bizanslıların Cənubi Qafqaz xristianlarının iĢinə qarıĢmadığına əmin 

olan  II  Yəzdigərd  üsyanı  zor  gücünə  boğmaq  qərarına  gələrək,  Mihr-Nersesi  böyük 

ordu  və  çoxsaylı  fillərlə  ora  göndərdi.  Albaniya,  Ermənistan  və  Gürcüstandakı 

üsyançılardan bir çoxunu bahalı hədiyyələr və vədlərlə üsyandan yayındırmaq mümkün 

oldu. Feodalların çoxu öz yerlərinə qayıtdılar. Farslar "Vardan Mamikonyanla Albaniya 

və  Gürcüstan  arasında  çox  məharətlə  bağlanmıĢ  ittifaq  müqaviləsini  pozmağa" 

müvəffəq  oldular.  451-ci  il  iyunun  3-də Artaz vilayətindəki  Avarayr düzündə  (indiki 

Maku  ilə  Xoy  arasında)  farslarla üsyançılar  arasındakı  məĢhur  döyüĢ üsyançıların  ağır 

məğlubiyyəti ilə baĢa çatdı. 

Ümumqafqaz antisasani üsyanı yatırıldıqdan az sonra,  457-463-cü  illərdə  alban 

xa lqın ın  Sasanilərə  qarĢı  çevrilmiĢ  ən  böyük  üsyanı  baĢ verdi.  Üsyana hökmdar  II 

Vaçe özü baĢçılıq edirdi. 450-451-ci illər üsyanından sonra heç bir güzəĢtə getməyən 

Sasani Ģahı II Yəzdigərd albanların ən vacib tələblərini belə ödəmək istəmədi. 

457-ci  ildə  II  Yəzdigərd  vəfat  etdi; onun  ölümü  Ġranda hakimiyyət  uğrunda 

mübarizəni  kəskinləĢdirdi.  Bundan  istifadə edən  II Vaçe farslara qarĢı çıxdı. Bu çıxıĢ 

ilk  növbədə  özünü  II  Vaçenin  məcburi  surətdə  qəbul  etdiyi  zərdüĢtilikdən  əl 

çəkməsində göstərdi. 

459-cu  ildə  Ġranda  hakimiyyətə  Peroz  (459-484)  gəldi.  Onun  dövründə 

təbəələrin onsuz da ağır olan vəziyyəti uzunmüddətli  quraqlıq, qıtlıq və Perozun xarici 

müharibələri nəticəsində daha da ağırlaĢdı. 

Bütün  bunlar  Albaniyada  narazılığa  və  arasıkəsilməz  üsyanlara  səbəb  oldu. 

Erməni tarixçisi YeqiĢenin dediyi kimi, Ġran dövlətində müvəqqəti olaraq yaranmıĢ əmin-

amanlıq  459-cu  ildə "alban hökmdarının tabe olmaqdan qəti imtina etməsi ilə" pozuldu. 

Çola  keçidini  ələ  keçirən  alban  üsyançıları  maskutların  qoĢunlarını ölkəyə buraxaraq, 



58 

 

Böyük Qafqazın on bir "hökmdarı" ilə ittifaq bağladılar və onların köməyilə Albaniyaya 



soxulan Sasani qoĢunları ilə iki il uğurlu hərbi əməliyyatlar apardılar. Farsların Vaçe ilə 

dəfələrlə  danıĢıqlara  girmək  cəhdləri  heç  bir  nəticə  vermədi.  Onda  Peroz  böyük 

muzdla  tutduğu  hunları  -  onoqurları  köməyə  çağırdı.  Alan  qapısından  Albaniyaya 

soxulan  hunlar  462-ci  ildə  albanla rla  döyüĢə  girdilər,  bütün  ili  alban  hökmdarı  ilə 

vuruĢdular. Vaçenin qoĢunlarının  azalmasına  və dağılmasına baxmayaraq  hunlar onu 

tabe edə bilmədilər. 

Bu müharibə Ġran ordusunun muzdlu döyüĢçüləri olan onoqurlar üçün də çox 

uğursuz oldu. Onların bir qismi döyüĢ meydanında, digərləri xəstəliklərdən həlak oldu. 

Albaniyada  457-ci  ildə  baĢlayan  bu  üsyan  yalnız  463-cü  ildə  yatırıld ı. 

Sasanilərin ölkədəki  mövqeyi yenidən möhkəmləndi, II  Vaçe taxt-tacdan imtina etdi, 

arĢakilər sülaləsinin hakimiyyətinə 30 illik ara verildi; ölkəni Sasanilərin caniĢini - mərzban 

idarə etməyə baĢladı. 

Moisey  Kalankatlı  yepiskop  Qutun  hakimiyyətdən  uzaqlaĢdırılmıĢ  Vaçeyə 

göndərdiyi  mədhiyyə-məktubundan  gətirdiyi  parçada  siyasi  hakimiyyətini  itirmiĢ 

ölkənin  din inin  əldən  verilmədiyin i  xüsusi  qeyd  edərək  yazırdı:  "Sənin  ölkənin 

doğma dini hifz olunmuĢ, böyük kilsələr salamat, kiçik kilsələr əmin-amanlıqda, ruha-

nilər ibadətlərdə, qurbanlar mehrablarda qalmıĢdır". 

ġahənĢah  Perozun Ģərq sərhədlərdə eftalilərlə  apardığı uğursuz  müharibələr, 

albanlara qarĢı göndərdiyi cəza dəstələri, vergi zülmünün güclənməsi, nahararların irsi 

imtiyazlarının  sıxıĢdırılması,  dini  təqiblər  Cənubi  Qafqazda  yeni  üsyan  üçün  Ģərait 

yaratdı. Albaniya, Ġberiya və Ermənistanda 481 -ci ildə baĢlayan bu üsyanlar təxminən 

484-cü  ilədək  davam  etdi.  Üsyançı  albanlar,  iberlər  və  ermənilərlə  arasıkəsilməz 

döyüĢlər aparan farslar elə bu zaman eftalitlərə məğlub oldular. Pero z öldürüldü. 484-

cü  ildə  eftalitlər  Ġran  hüdudlarına soxuldular.  Bu  hadisə  onsuz  da  zəif  düĢmüĢ  Ġran 

qoĢunlarını Cənubi Qafqaz torpaqlarından uzaqlaĢdırdı. 

484-cü  ildə  ĢahənĢah  ValarĢ  (484-488)  Ġran  hökmdarı  elan  edildi.  Ġranda  hökm 

sürən ağır siyasi və iqtisadi vəziyyət müharibə nəticəsində dağılmıĢ kəndli təsərrüfatını 

bərpa  etməyə  çalıĢan  ValarĢı  onun sələflərinin  Cənubi  Qafqazda həyata  keçirdikləri 

dini təqib siyasətinə son qoymağa və Qafqaz xalqları  ilə sülh bağlamağa məcbur etdi. 

Nvarsaq  kəndində  üsyançıların təqdim  etdiyi Ģərtlərlə bağlanmıĢ  bu sülh  müqaviləsinə 

görə  Ġran hökuməti  Albaniya,  Ermənistan  və  Gürcüstanda  xeyli  güzəĢtlərə yol  verdi, 

Albaniyada arĢakilər sülaləsinin hakimiyyəti yenidən bərpa edildi. Alban hökmdarının 

daxili  idarəçilikdə  müstəqilliyi  tanındı.  Din  və  etiqad  azadlığı  təmin  edildi,  alban 

əyanlarının  imtiyazları  bərpa  edildi,  feodal  naharar  nəsillərinin  iyerarxiya  prinsipi 

toxunulmaz  qaldı.  Ölkənin  ali  hakimi  və  nahararların  baĢçısı  yalnız  alban hökmdarı 

özü  ola  bilərdi.  Sasanilər  məzdəkizmi  zorla  qəbul  etdirməməyi,  xristianlar  isə 

atəĢpərəstləri  öz  dinlərinə  döndərməməyi  öhdələrinə  götürdülər.  Albaniyadan daxil 

olacaq  xəracın  qədəri  azaldıldı.  Albanlar  Ġran  süvari  ordusuna  atlı  verməkdən  azad 

edildilər. 

487-c i  ildə  alban  arĢaki  sülaləsin in  sonuncu  nümayəndəsi,  II  Vaçenin 



59 

 

qardaĢı oğlu Mömin ləqəbli III Vaçaqan alban hökmdarı oldu. Moisey Kalankatlı yazır: 



"Vaçedən  baĢlayaraq  Mömin  Vaçaqana  kimi  keçən  30  il  müddətində  Albaniya 

hökmdarsız  qaldı...".  Alban  tarixçisinin  sözlərinə  görə,  "yenidən  bir  məmləkət 

daxilində  birləĢən Albaniya sakinləri  hökmdar  ailəsindən  cəsur,  müdrik,  dərrakəli  və 

hündür boylu Vaçaqanı seçdilər. Alban hökmdarı  Vaçenin  qardaĢı  Yəzdigərdin  oğlu 

olan Vaçaqanı Ġran Ģahı ValarĢın kö məy i ilə taxta oturtdular". 

Mömin  Vaçaqanın  hökmdarlığı  Albaniyanın  siyasi  və  mədəni-dini  dirçəliĢi 

idi.  O,  hər  Ģeydən  əvvəl,  ölkədə  dini  birliyə  nail  olmağa,  xristianlığın ümumdövlət 

dininə çevrilməsinə çalıĢdı. Bu məqsədlə o, atəĢpərəstləri, bütün bütpərəst təriqətlərini 

möhkəm təqib edir, onların kökünü kəsirdi. III Vaçaqan məktəblər açır, dağıdılmıĢ kilsə 

və monastırları yenidən qurur, yenilərini tikir, kilsə rütbələrini bərpa edirdi. Albaniyanın 

müstəqilliyini möhkəmləndirməyə çalıĢan III Vaçaqan yad dini-siyasi təsirlərə və xarici 

qüvvələrin  assimilyatorçu  siyasətinə  qarĢı  dayana  biləcək  müstəqil  alban  kilsəsinin 

böyük siyasi rolunu nəzərə alaraq, bu kilsənin laxlamıĢ dayaqlarını möhkəmləndirməyi, 

onu iqtisadi cəhətdən gücləndirməyi zəruri hesab etdi. Bu məqsədlə o, Aquen məclisini 

topladı. Bu məclis bir tərəfdən alban kilsəsinin müstəqilliyinin təsdiq edilməsinə kömək 

etməli,  digər  tərəfdən  dövlət hakimiyyətini  möhkəmləndirmək,  feodal  azğınlığına son 

qoymaq,  ruhaniləri  dünyəvi  əyanlarla  bərabərləĢdirmək,  dünyəvi  əyanların  və 

ruhanilərin vergi ödəyən zümrə ilə münasibətlərini nizamlamaq, eləcə də ölkənin siyasi 

müstəqilliyini saxlamaq və yadelli qüvvələrlə mübarizə  etmək  məqsədilə bütün silklərin 

dini  birliyinə  nail  olmaq  üçün  Ģərait  yaratmalı  idi.  III  Vaçaqan Albaniyada son ArĢaki 

hökmdarı oldu. 

ArĢakilər  sülaləsindən olan bütün alban  hökmdarları  müstəqil  alban siyasəti 

aparır,  alban  ideallarına  -  alban dövlətinə,  xalqına,  dininə sədaqətlə  xidmət  edirdilər; 

tədricən  onların  ilkin  farslıq  əlamətləri  aradan  getmiĢ,  onlar  tez  bir  zamanda  yerli 

mədəniyyəti  mənimsəmiĢ,  albanlaĢmıĢdılar.  Alban  ArĢakiləri  dövründə  Albaniyanın 

siyasi strukturunu mərkəzləĢmiĢ feodal dövləti kimi təqdim etmək olar. 

Hökmdar ölkənin ali hakimi olub, dünyəvi və ruhani hakimiyyətin qanunverici 

və məĢvərətçi orqanlarına, ölkənin bütün hərbi qüvvələrinə rəhbərlik edirdi. ġəhərlərin 

salınması  da  hökmdarın  səlahiyyətlərinə  daxil  idi.  Ġranda  olduğu  kimi,  Albaniyada  da 

"hökmdar hakimiyyətinə ArĢakilər nəslinin ümumi malı kimi baxılır və yalnız bu nəslin 

nümayəndələri ona iddiaçı ola bilirdilər". 

Albaniyanın  mühüm  strateji  əhəmiyyətini  (köçəri  hücumlarının  qarĢısının 

Qafqaz keçidlərində alınması), onun təbii ehtiyatlarını, ticarət yollarını nəzərə alan Ġran 

Ģahları  I  əsrdən  VI  əsrədək  Albaniyanın  dövlətçiliyinə  toxunmamıĢ,  burada  Alban 

hökmdarlarının -kiçik ArĢakilərin hakimiyyətini saxlamıĢdılar. 

Beləliklə,  Alban  dövləti  alban  arĢakiləri  dövründə  qədim  Albaniyanın 

ənənələrini davam etdirərək, özünün heç kəsdən asılı olmayan müstəqil daxili və bəzən 

də xarici siyasətini yürütmüĢdür. 

510-cu  ildə,  Sasani  impe riyasında  vəziyyət  sabitləĢən  kimi,  Ġran  Ģahları 

Albaniya  və  Ġberiyada  (Kartlidə)  yerli  hökmdar  sülalələrini  ləğv  etdilər.  I  Xosrov 



60 

 

tərəfindən  keçirilən  inzibati  islahatlar  nəticəsində  Sasani  imperiyasının  dörd 



caniĢinliyə  (kusta)  bolünməsi  təsdiq  edildi.  Bütün  Cənubi  Qafqaz  ölkələri  kimi, 

Albaniya  da  ġimal  caniĢinliyinin, Adurbadaqan  -  Azərbaycan da  adlandırılan  Qafqaz 

kustunun  tərkibinə  daxil  edildi  və  "Ġranın və qeyri-Ġranın ĢahənĢahının"  mərzbanları 

(caniĢinləri) tərəfindən idarə olunmağa baĢlandı. Bu vəziyyət 628-ci ilə  kimi davam 

etdi. 

 

 

 

 

§ 2. ALBANĠYADA XRĠSTĠANLIĞIN YAYILMASI. KĠLSƏ 

TƏġKĠLATININ STRUKTURU 

 

Qafqazda,  eləcə  də  bütün  xristian  dünyasında  olan  qədim  xris tian 



kilsələrindən biri alban kilsəsidir. 

Albaniya,  xristian  icmalarının  IV  əsrdən  xeyli  əvvəl,  xristianlıq  dövlət  dini 

olmamıĢ  yarandığı  ölkələr  sırasındadır.  Alban  ənənəsinə görə,  eramızın  ilk  əsrlərinin 

baĢlanğıcında  Yerusəlimdən,  Suriyadan  ilk  xristian  missionerləri,  həvariləri 

(apostolları)  və  həvarilərin  Ģagirdləri  Albaniyaya  gəlmiĢ,  ilk  xristian  icmaları 

yaranmıĢdı. Yenə də alban ənənəsi  xristianlığın yayılmasında bir-birini əvəz edən iki 

dövrü  qeyd  edir:  həvari  dövrü  adlanan  birinci  mərhələ  həvarilərdən  Faddeyin, 

Varfolo meyin və həvari Faddeyin Ģagirdi Yeliseyin adı ilə bağlıdır. IV əsrə kimi davam 

edən bu dövrü Ģərti olaraq siryanipərəst dövrü adlandıraq. Ġkinci (yunanpərəst) mərhələ 

Maarifçi Qriqorinin və alban hökmdarı Urnayrın adları ilə bağlıdır. 

Erməni  kilsəsindən  fərqli  olaraq  alban  kilsəsi  öz  mənĢəyinə  görə  ilkin 

çağından  bilavasitə  Yerusəlimlə,  Yerusəlimin  kilsəsi  ilə,  sonralar  isə  Yerusəlimin 

patriarxlığı ilə bağlı olub. Bu baxımdan alban kilsəsi, kökü həmçinin Yerusəlim kilsəsi 

ilə bağlı olan gürcü kilsəsinə bənzəyir. 

Xristianların I-II əsrlərdə Yerusəlimdən Ģimal-Ģərqdə və Ģərqdə geniĢ təbliği 

həvari Paveldən sonra həvarilərdən Fomanın,  Andreyin,  Varfolomeyin, həvari Fomanın 

qardaĢı  Ardayın  (Adday-Fadday-Faddey)  və  Faddeyin  Ģagirdləri  -  Yeliseyin  və  Marın 

adları ilə bağlıdır. 

Bu həvarilər və onların Ģagirdləri Suriyada (mərkəz - Antioxiya), kiçik ellin 

dövləti olan Osroyenada (mərkəz - Edessa), Nisibində, Mesopotamiyada  (Ġkiçayarasında), 

Kiçik  Ermənistanda,  eləcə  də  Ģərqdə və Ģimal-Ģərqdə  -  Ġranda  (Sələvkiyə  -  Ktesifonda), 

Cənubi Qafqaz ölkələrində - Gürcüstanda, Albaniyada təbliğat aparırdılar. 

Beləliklə,  xristianlığın  Ģərqdə  daĢıyıcıları  aramilər  oldu.  Ġncil  təliminin 

siryanilərin  (suriyalıların,  aramilərin)  köməyilə  ġərq  ölkələrində  yayılması  çox  vaxt 

onların ticarət həyatında oynadıqları rolla izah edilir. Aralıq dənizi ilə Yaxın və Uzaq ġərq 

ölkələri arasında fəaliyyət göstərən köhnə su və quru ticarətinin çox hissəsi siryanilərin 

əllərində  idi.  Ticarət  yolları  onları  Mesopotamiyadan  çox  uzaqlara,  Ġrandan  Cənubi 


61 

 

Qafqaz  vilayətləri  olan  Gürcüstana,  Ermənistana,  Albaniyaya  aparırdı.  Ta  qədimdən 



ticarətlə  məĢğul  olan  siryanilər  ticarət  əməliyyatların ı  həyata  keçirərkən  eyni 

zamanda  yeni görüĢün yayıcısına  çevrilir,  xristian  təliminin  hər  yerə  çatdırılmasına 

yardım edirdilər. 

Xristianlığın  Albaniyaya  nüfuz  etməsi,  burada  erkən  xristian  icmasının 

yaranması, artıq qeyd edildiyi kimi, həm həvari Varfolomeyin, həm də həvari Faddeyin 

adları ilə bağlıdır. Moisey Kalankatlı xəbər verir: "Lakin, ədalət günəĢinin çıxdığı vaxt 

yetiĢdikdə,  xilasımız,  dərkedilməz  varlıq  -  Atamızın  Ģöhrət  və  mahiyyətinin  iĢığı 

hamımızın qeydinə qalmaq üçün bizim yanımıza gəlib heç  vaxt ayrılmadığı varlığın 

Ģöhrətinə sahib olduqda, o, öz müqəddəs və sevimli Ģagirdlərini [dini] təbliğ etmək üçün 

dünyanın  hər  yerinə  göndərdi.  ġərq  sakinlərinin  bəxtinə  Ermənistana  gəlib,  Artaz 

vilayətində  Ermənistan  hökmdarı  Sanatrukun  əzabla  öldürdüyü  həvari  Faddey 

düĢdü". 


Moisey Kalankatlının təqdim etdiyi bu parça bir də ona görə  qiymətlidir  ki, 

burada  müəllifin  ġərqdə  -  Albaniyada  aparılan  həvari təbliğinin Ġsanın Ģagirdlərinin 

"dünyanın hər yerində" apardıqları təbliğlə eyni vaxtda baĢ verdiyini, yəni arada heç bir 

fasilə  olmadığını  göstərmək  istəyi  xüsusi  qeyd  edilmiĢdir.  Alban tarixçisi  daha sonra 

yazır: "Onun (Faddeyin) Ģagirdi müqəddəs Yelisey (EliĢe) Yerusəlimə qayıdaraq, onun 

əzabları haqqında  ...digər  həvarilərə  danıĢır...  Yelisey orada  Yerusəlimin  ilk  patriarxı, 

[Ġsanın] qardaĢı müqəddəs Yakov tərəfindən təyinat alır. Yeliseyin payına ġərq düĢür". 

Burada  müəllif  "digər  həvarilər"  dedikdə  Faddeyin,  Yeliseyin  və  baĢqa  həvarilərin 

fəaliyyətlərinin eyni  zaman  çərçivəsində,  yəni  I—II  əsrlərdə  baĢ  verdiyini  göstərmək 

istəyir. Gördüyümüz kimi, bu mətndə ġərq dedikdə, Albaniya nəzərdə tutulur.  Moisey 

Kalan katlının  iĢlətdiyi  "ġərq",  "ġərq  ölkəsi",  "ġimal-ġərq"  anlayıĢların ın  tədqiqi 

onların  Albaniyanı,  Yerusəlimə  nisbətlə  xristian  dünyasının  Ģərq  hüdudlarında 

yerləĢən albanlar ölkəsini bild irdiklərini sübut edir. 

Moisey  Kalankatlının  sonrakı  məlumatına  görə,  boynuna  ġərqdə  təbliğat 

aparmaq düĢən  Yelisey "Yerusəlimdən  Ġrana yola  düĢür,  Ermənistanın  yanından  ötüb, 

maskutların [ölkəsinə] gəlir və öz təbliğatına Çolada baĢlayır. Buradan o, Uti vilayətinə 

gəlir. Müqəddəs patriarx [Yelisey] Gisə gələrək burada kilsə yaradır, ona təmiz,  qansız 

qurban gətirir. Bura, biz ġərq sakinlərinin kilsələrinin əsası qoyulduğu yer, ilk  mənəvi 

mərkəzimiz,  ziya  aldığımız  ilk  məkandır".  Göründüyü  kimi,  müəllif  müqəddəs 

Yeliseyin keçdiyi yolu çox dəqiq təsvir etmiĢdir; o, Yerusəlimdən, Ġrandan və görünür 

ki, Adurbadaqandan keçərək, Ermənistana daxil olmadan, onun yanından ötmüĢ, Xəzər 

dənizinin  qərb  sahilinə  çıxmıĢdır.  Məlum  olduğu  kimi,  mətndə  adları  çəkilən  Çola 

Albaniyanın Ģimal-Ģərq  ucqarında,  Gis  ölkənin Ģimal-qərb ucqarında, yəni  Kürün sol 

sahilində, Uti isə Kürün sağ sahilində yerləĢirdi. Yeliseyin sağ sahil Albaniyasında da 

təbliğat  aparması  mətnin  baĢqa  yerlərindən  olan  məlumatla  təsdiq  olunur:  "Bizim 

ziyalan mağımızın  əvvəl  səbəbi  Yeliseydən  olmuĢdur.  O,  üç  ölkənin  -  Çolanın, 

Lpinanın  və  həyatının  əzabla  baĢa  yetdiyi  Albaniyanın  ilk  maarifçisi  idi"..  Xristian 

ədəbiyyatında, xristian ənənəsində Yelisey yalnız Faddeyin Ģagirdi kimi deyil, həm də 



62 

 

peyğəmbər kimi tanın ır. 



Alban kilsəsinin həvari baĢlanğıcı ideyası, eləcə də onun Yerusəlim  kilsəsilə 

genetik qohumluğu, onunla zəifləmək bilməyən daimi əlaqəsi Moisey Kalankatlının 

bütün  tarixi  boyu qırmızı  xətt  kimi  keçir.  O,  dəfələrlə  qeyd  edir  ki,  həvari  Faddeyin 

Ģagirdi,  Yerusəlimdə  Albaniya  patriarxı  təsdiq  edilən  Yelisey  burada,  Cənubi 

Qafqazda ilk  kilsənin əsasını qoymuĢdu. Onu bu v əzifəyə  I əsrdə  Yerusəlimin  ilk 

patriarxı, Ġsanın qardaĢı Yakov təsdiq etmiĢdi.  

Kilsənin  həvari  baĢlanğıcının  əhəmiyyəti  ondadır  ki,  əvvəla,  bu  həmin 

kilsənin  daha  qədim  və  əzəli  o lduğunu,  ikincisi  isə,  onun  baĢqa  kilsələrin 

vasitəçiliy i  ilə  deyil,  ilk  mənbə,  yəni  həvarilərin  özləri  tərəfindən  təsis  edildiyini 

sübut edir. 

Albaniyada  həvarilik  adlandırılan  ilk  dövrdə  xris tianlıq  Ermənistan  və 

Ġberiyaya nisbətən daha uğurla mənimsən miĢdi. Bunu həm yazılı mənbələr, həm də 

dövrün özü təsdiq edir. 

Xristianlığ ın  Ermən istana  nisbətən  Albaniyada  daha  erkən  yayılmasını 

yerli  mənbə  olan  "Alban  tarixi"  əsərində  erməni  katolikosu  Avraamın  albanlara 

ünvanlanmıĢ  məktubu  sübut  edir:  "Bizimkindən  əzəli  o lan  alban  [patriarxı]  taxtı 

əvvəllər b izimlə (ermənilərlə) həmfikir idi". BaĢqa bir yerdə deyilir: " Yelisey orada 

(Albaniyada)  təbliğat  apardı  və  Ermən istandan  əvvəl  orada  (Albaniyada)  Gis 

kəndində  kilsə  tikdirdi.  Bu  kilsə  ġərq  kilsələrinin  anası  -  metropoliya  idi".  BaĢqa 

bir  misal:  " Yunan  təqviminin  43-cü  ilində  albanların  (xristianlığı  qəbul  etməklə) 

maariflənməsindən 270 il sonra ermənilər də maarifləndilər".  

Xristianlığ ın  Albaniyada  təbliğin in  ilk  siryanipərəst  dövründə  Ġncil 

kəlamları  Yaxın  və  Orta  ġərqin  bütün  ölkələrində  olduğu  kimi,  siryani  (arami) 

dilində yayılırdı. Bu, yalnız həvarilər və onların Ģagirdlərinin deyil, həm də Suriya 

missionerlərinin fəaliyyəti ilə bağlı idi. Moisey Kalan katlı ö z əsərində siryanipərəst 

dövr  haqqında  mühakimə  yürütmək  imkan ı  verən  məlu matları  təqdim  etmiĢ dir; 

Suriya  rahib lərinin  IV-V  yüzillərdə  Albaniyadakı  fəaliyyəti,  xristian  abidələri 

üzərindəki arami yazıları haqqında olan xəbərlər belə məlu matlardandır.  

Etnik rəngarənglik, politeizmin  hökmran lığ ı yeni ideologiyanın, monoteist 

din olan  xristianlığ ın  mənimsənilməsi üçün əlveriĢli  zəmin  yaratdı. Təsadüfi deyil 

ki,  Yelisey  öz  təbliğatına  Albaniyanın  etnik  baxımdan  daha  rəngarəng olan  Ģimal 

hissəsindəki  Çola  v ilayətindən  baĢladı.  Albaniyada  Faddeyin  (Dadi)  və  onun 

Ģagirdi  Yeliseyin adı ilə bağlı erkən  kilsələrin  mövcudluğu da  xristianlığın burada 

daha  əvvəl  yayıldığını  təsdiq  edir.  AraĢdırmalar  göstərir  ki,  "ilk  çağlar  s ürətlə 

yayılan  xristianlıq  Parfiya  hökmranlığı  dövründə  ġərqdə  böyük  uğurlar  qazandı, 

lakin  Ġranda  hakimiyyət  baĢına  gəlmiĢ Sasanilər sülaləsinin düĢmənçilik siyasəti iki 

əsrin  nəticələrini  heçə  endirdi".  Məhz  buna  görə  I—III  əsrlərdə  (birinci  mərhələdə) 

Albaniyada xristianlığın təntənəsindən heç bir söhbət gedə bilməz. Xristian dini ölkədə 

yalnız IV əsrdə vətəndaĢlıq hüququ qazana bildi; bu, xristianlığın Yaxın və Orta ġərq 

ölkələrində  ümumi  təntənəsi,  onun  Roma  imperiyasındakı  qələbəsi  ilə  bağlı  idi.  Bu, 



63 

 

həmçinin alban arĢaki hökmdarlarının siyasəti ilə bağlı idi.  



Ġkinci  "yunanpərəst"  mərhələ,  yəni  xristianlığın  dövlət  dininə  çevrilməsi, 

bütün Cənubi Qafqaz ölkələri - Albaniya, Ermənistan və Ġberiya üçün ümumi idi. Hər 

üç  ölkə  üçün  bu  mərhələ  Maarifçi  Qriqorinin  adı  ilə  bağlı  olsa  da  xristianlığın 

Albaniyada təntənəsi üçün alban hökmdarı Urnayrın göstərdiyi fəaliyyət də xüsusi qeyd 

edilməlidir. 

Qriqori kimi Parfiya mənĢəli olan Urnayr, Moisey Kalankatlının yazdığına görə, 

"Müqəddəs  Qriqorinin  Ermənistandakı...  möcüzələrini  eĢidərək,  yanlıĢ  yollardan  əl 

çəkib,  haqqa  doğru  üz  tutdu.  Bundan  sonra  Urnayr  öz  əyanları  və  alban  qoĢunu  ilə 

Ermənistana yola düĢdü; burada qırx gün pəhriz saxladıqdan sonra hamılıqla Müqəddəs 

Üç  Uqnuma  iman  gətirdilər.  Urnayr bütün qoĢunu  ilə  birlikdə  müqəddəs suya  girdi, 

sudan da sinəsi müqəddəs ruhla dolmuĢ çıxdı". 

Moisey  Kalankatlının sözləri  ilə  desək,  "Müqəddəs  Qriqoridən  ikinci  həyat 

qazanmıĢ"  Urnayr  albanları  yenidən  maarifləndirdi.  Beləliklə,  313-cü  ildə  Urnayr 

xristianlığı  dövlət  dini  elan  etdi.  MənĢəcə  ArĢakilərdən  olan  Urnayrın  (və  onun 

varislərinin)  xristianlığı  qəbul  etmələri,  əlbəttə,  onların  daxili  inamları  və  ya 

xristianlığa olan  meyillərindən daha  çox  siyasi  mülahizələrlə  bağlı  idi.  Monoteist din 

olan xristianlığın köməyilə Urnayr çoxmillətli alban dövlətini birləĢdirmək və ZərdüĢt 

Ġranına qarĢı durmaq niyyətində  idi.  Varisləri  də bu siyasəti  çox  gözəl  baĢa  düĢür  və 

onu davam etdirirdilər. 

BaĢ  keĢiĢ  rütbəsini  Kesariyədə  almıĢ  Maarifçi  Qriqori  Ermənistandan  baĢqa 

"Ġberiya və Albaniyada"da dini bilikləri yayırdı. Albaniyanın Haband vilayətinə gələn 

bu mömin, "Allah oğlunun (Ġsanın) ehkamlarına əməl etməyi xalqa öyrədir; o, Amaras 

Ģəhərində  kilsənin  özülünü  qoyur  və  bu  tikintinin  baĢa  çatdırılması  üçün  iĢçilər  və 

nəzarətçilər təyin edir". 

Xristianlığ ın  "yunanpərəst"  II  mərhələsi,  yu xarıda  qeyd  etdiyimiz  kimi, 

bütün Cənubi Qafqaz ölkələrində ümumi olsa da, müddəti və xüsusiyyətləri baxımından 

fərdi cəhətlərə malik idi; bu isə, sözsüz ki, siyasi səbəblərlə izah oluna bilər. Tədqiqatlar 

göstərir  ki,  alban,  erməni və  iber  kilsələrinin  imperiya  kilsəsi  ilə  münasibətləri  "siyasi 

Ģəraitlə bağlı iĢıqlandırılmalıdır; baĢqa sözlə desək, ölkənin [ġərqi Roma] imperiyasından 

siyasi asılılıq dərəcəsi kilsənin asılılığı səviyyəsində özünü göstərməlidir". Məlumdur ki, 

bu asılılıq  Ermənistanda daha ço x,  Ġberiyada  isə nisbətən  az  idi;  Albaniyanın isə heç bir 

asılılığı  yox  idi.  Ona  görə də ellinpərəst Maarifçi  Qriqori  və  onun  nəvəsi  Qriqorisdən 

sonra  alban  kilsəsi  Yerusəlim  kilsəsi  ilə  münasibətlərini  davam  etdirirdi.  Bütün  bunlar 

elmdə  hakim  olan  fikrin  -  ilk  xristian  təbliğatçılarının  Albaniyaya  Ermənistandan 

göndərilməsi fikrinin əsassız olduğunu göstərir. Bu, sağsahil  Albaniyası  vilayətlərində 

fəaliyyət göstərən xristian təbliğatçılarının Ermənistandan, sol sahil Albaniyasının Ģimal-

qərb vilayətlərinə (yəni Ġori və Alazan çayları arasındakı vilayətlərə) göndərilənlərin isə 

Ġberiyadan gəlmələri fikrinə də aiddir. 

Məlum olduğu kimi, Sasanilər öz tabeliklərində olan Cənubi  Qafqaz xristian 

xalqlarına  sabit  münasibət  bəsləmirdilər.  Xristianlığın  ġərqi  Roma  imperiyasında 



64 

 

qələbəsi  (IV  əsrin  əvvəlində)  bu  münasibəti  daha  da  gərginləĢdirdi.  Sasani  dövləti 



ərazisində rəsmi kilsə ilə mübarizə aparan müxtəlif  xristian təriqətləri müdafiə edilməyə 

baĢlanıldı. 

Bununla  yanaĢı,  IV  əsrin  əvvəlində  dövlət  dini  elan  edilən,  hökmdar,  saray 

adamları, feodal əyanlar tərəfindən qəbul edilən, əhali arasında təbliğ edilən xristianlıq 

ümu mxalq din inə çevrilib, hər yerdə yayılmadı. Əhali arasında əsası təbiət qüvvələrinə 

sitayiĢlə  qoyulan  qədim  yerli  d inlərə,  man ilik  ehkamlarına,  Sasanilərin  tətbiq 

etdikləri  müxtəlif  zərdüĢtilik  təriqətlərinə  inam hələ  də yaĢayırdı. Moisey  Kalankatlının 

məlumatına  görə,  alban  arĢaki  hökmdarları  Urnayr,  II  Vaçe,  III  Vaçaqan  müxtəlif 

bütpərəstlik dinlərinin köklərini kəsmək üçün Ģiddətli mübarizə aparırdılar. V əsr Aquen 

məclisində  qəbul  edilmiĢ  qanunların  ikisi  xristianlığaqədərki  dinlərin  qalıqlarının 

təqib olunmasına həsr edilmiĢdi. 

Xristianlığın  yayılması  və  qərarlaĢmasında  təkmilləĢdirilmiĢ  alban 

əlifbasının və alban  yazısının  yaranması,  məktəblərin  təĢkil  edilməsi,  Bibliyanın  və 

baĢqa  dini  ədəbiyyatın siryani  və  yunan  dillərindən  alban  dilinə  tərcüməsi  böyük 

rol oynadı. 

Alban  ArĢaki  hökmdarların ın  fəaliyyəti  nəticəsində  yeni  feodal 

cəmiyyətinin  ideoloji  əsası  olan  xristianlıq  Albaniyanın   ictimai-siyasi  və  sosial 

həyatında  mühüm  rol  oynamağa  baĢladı.  Ölkənin  feodal  hökmdarı  və  feodal 

əyanları  alban  kilsəsi,  onun  ruhaniləri  üçün  maddi  baza  yaratdılar;  bütpərəst 

məbədlərin  əksər  torpaq  sahələri  və  sərvəti,  eləcə  də  hö kmdar  və  əyanların 

bağıĢladıqları torpaq payları kilsənin ixtiyarına keçd i.  Kilsə  xeyrinə əhalinin bütün 

kənd  təsərrüfatı  gəlirlərin in  1/10  h issəsini  təĢkil  edən  "kilsə  onda  biri"  tutulurdu. 

Bundan  baĢqa  çoxsaylı  natural  vergilər  və  könüllü  nəzirlər  də  verilirdi.  Din  

xadimləri  öz  xid mətləri  müqabilində  torpaq  sahələri  -  xostaklarla  təmin 

olunurdular. 

Alban  hökmdarları  alban  kilsəsinə,  alban  xristian  ruh anilərinə  böyük 

qayğılar  göstərir,  onlara  imtiyazlar  verir,  onları  dünyəvi  əyanlarla  (azatlarla) 

bərabərləĢdirməyə  çalıĢırdılar;  məhz  buna  görə  saray  məhkəməsi  ilə  yanaĢı 

əvvəllər  keĢiĢin, daha sonra isə yepiskopun hakimlik etdikləri  kilsə  məhkəməsi də 

təsis edilmiĢdi. 

 

 

 



 

 

 



 

 

 



 

65 

 

 




Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin