§ 2. ADURBADAQAN. SƏRHƏDLƏRĠ VƏ ġƏHƏRLƏRĠ
Orta fars (pəhləvi) abidələrində Adurbadaqan (hərfən "odun himayəsində
olan ölkə") adlanan qədim Atropatena III yü zildən dünyanın yeni imperiyası -
Sasani dövlətinin tərkibinə onun ayrılma z h issəsi kimi da xil olu r.
Müxtəlif xalqların tarixlərinin üzvü bağlılığ ına gətirib çıxaran bu birlik
tədqiqatçını Adurbadaqan - Cənubi Azərbaycan tarixin in bu və ya digər aspektini
əlahiddə iĢıqlandırmaq məsələsində çətinliklərlə üzləĢdirir. Məhz buna görə
Sasanilər dövründə imperiyanın bir parçası olmuĢ güney Azərbaycanı tarixin in
mü xtəlif yönlərini ü mu mi Sasani dövləti tarixi baxımından öyrənmək özünü doğ-
ruldur.
Dövrümü zə yetiĢmiĢ III—VII əsr mənbələrində erkən Sasani dövründəki
Adurbadaqanın sərhədləri haqqında dəqiq məlu mat yoxdur. Yalnız gü manla
ehtima l et mə k olar ki, bu vilayətin hüdudları elə Sasanilərə qədərki Parfiya
dövlətinin tərkibində olan Atropatena hüdudları ilə üst-üstə düĢürdü. Mənbələr
ancaq Sasanilərin son dövrlərində - I Xosrov ƏnuĢirəvanın (531-579) vaxtında
inzibati-ə ra zi bölgüsünə dair olan məlu mat ı qoruyub saxla mıĢdır. Məlu matda I
Xosrov ƏnuĢirəvanın inzibati islahatlarından sonra geniĢ ərazili "ġima l" caniĢinliyi
olan Adurbadaqan (Azərbaycan) "tərəfinə" - k ustuna daxil edilmiĢ vilayətlərin
adları çəkilir. Bilavasitə Adurbadaqan sərhədləri isə daha çox sonrakı fars
materialların ı da özündə əks etdirən IX-X əsr ərəb coğrafıyaĢünasların ın
məlu matları əsasında müəyyənləĢdirilir. Bu materiallara görə Adurbadaqanın Ģimal
sərhədi Araz boyunca idi. Cənubda sərhədlər Zəncana və Dinəvər düzünə yetiĢir,
Xulvan düzü və ġəhrə zurdan keçərək, Dəclə çay ına çatan əraziyə kimi uzan ırdı.
Bu dövr Adurbadaqan Ģəhərləri haqqında əsas məlu matı da ərəb
mənbələrindən alır, buna orta fars (pəhləvi), Bizans və siryani qaynaqlarından
götürdüyümüz adda-budda xəbərləri də əlavə edirik.
VI əsrə aid "ġəhristaniha-i Ġran" ("Ġran Ģəhərləri") adlı kiçik coğrafi
traktatda Sasani dövlətinin ġimal - Adurbadaqan caniĢinliyinin tərkib inə daxil olan
iki A zərbaycan Ģəhərinin adları çəkilir.
Birinci Ģəhər - bütün "Adurbadaqan tərəfin" mətndə adı çəkilməyən
paytaxtı Ərdəbildir; verilən məlu mata görə, "Adurbadaqanın paytaxtını
Adurbadaqan spahbədi EranquĢnasp tikdirmiĢdir" (bu ad, ço x gü man, I Xosrov
ƏnuĢirəvanın sərkərdəsi və vəziri o lmuĢ QuĢnasp - QuĢasp, CuĢnas ilə bağlıdır).
ġəhərin digər Bazan Feyruz adı ərəb mənbələrində qorunub s axlan mıĢdır. Həmin
məlu mata görə bu ad Sasani ĢahənĢahı Perozun (459-484) Ģəhəri tikdirməsi ilə
bağlıdır. Bu Ģahın adı Adurbadaqanın baĢqa Ģəhərlərinə ( məsələn, ġad Pero z-
Feyruz) dair məlu matlarda da çəkilir.
Ərdəbil adı, Ģübhəsiz, Sasani üsuli-idarəsi tərəfindən verilən Bazan -
Feyruz adından daha erkən hesab olunmalıdır. Tədqiqatçı ların fikrincə, bu sözün
birinci "Ərdə" - hissəsi qədim Ġran ın düzlük və kosmik nizam ilahəsi Arta ilə
20
əlaqədardır.
"Ġran Ģəhərləri" əsərində adı çəkilən ikinci Ģəhər "Turanlı Əfrasiyabın
Adurbadaqan kustunda tikdirdiyi Qan zak"dır.
Ərəb müəllifləri öz coğrafi əsərlərində Qanzakı (Cən zə, Qazna)
Dinəvərdən Marağaya, oradan isə Urmiya gölünə tərəf gedən yolun üstündə,
Marağadan 6 fərsəx (1 fərsəx təqr. 5-6 km) cənubda təsvir edirlər.
Adurbadaqanın ilk paytaxtı Qan zakın - Cən zənin yerinin müəyyən
edilməsində u zun müddət ziddiyyətli fikirlər söyləmiĢ tədqiqatçılar, nəhayət,
yekdil rəyə gəlmiĢlər: qədim Qan zak müasir Leylan rayonunda, Caqatu çayının sağ
qolu üstündə, Urmiya gölündən cənub-Ģərq istiqamətdə yerləĢmiĢdi.
Ərəblərə qədərki köhnə adı Əfraharud olan qədim Marağa Səhənd
dağından cənubda, öz mənbəyini bu dağdan götürən Səfiçayın sahilindədir.
Sasanilər dövründə, görünür, orada yerləĢən qədim atəĢ pərəstlik məbədinə
görə Azərabad adlanan Təbriz Ģəhəri mühü m mərkəz və Sasani ordusunun bazası
idi; ĢahənĢahın saraylarından biri burada yerləĢirdi.
Sonrakı ərəb qaynaqlarında Təbrizin kiçik yaĢayıĢ məntəqəsi və kənd
kimi xatırlan ması onun son Sasanilər dövründə tənəzzül etdiy ini, əvvəlki
əhəmiyyətini itirdiy ini və yalnız VIII yüzildən sonra dirçəlməyə baĢladığını
göstərir.
Adurbadaqan caniĢinliyinə daxil olan Muğan vilayətinin adı ilk dəfə
Sasani Ģahı Narsenin (293-302) 293-cü ilə aid Payqulu (Kürdüstanda) yazısında
çəkilir. Yazın ın sonunda Narsenin ĢahənĢah elan olunması mərasimində iĢtirak
edənlər sırasında "MuğanĢahın" adı çəkilir. Bu titul IX yüzil ərəb müəllifi Ġbn
Xordadbehin məlu matı ilə də təsdiq olunur.
Azərbaycanın tarixi coğrafiyası üçün əhəmiyyət kəsb edən Payqulu
yazısında Narsenin ĢahənĢah elan edildiyi III əsrin sonu üçün maskut hökmdarı
Porsamanın (və ya Forsamanın), Sika mĢahın, eləcə də Cor (Ço r, Çoqa)
hökmdarın ın adları çəkilir. Yazının sonunda isə deyilir: "...və onlar bizdən
asılılıqlarını və bizə xid mət etmək istədiklərini bildirmək üçün gəldilər".
Mənbələrin məlu matına görə, Sasanilərin ġimal caniĢinliyi tərkibinə daxil
etdikləri Balasakan vilayətinin adı ilk dəfə "ZərdüĢt Kəbəsi"ndə (Ġstəxr
yaxınlığındakı NəqĢi Rüstəmdə) aĢkar edilmiĢ 262-ci ilə aid I ġapurun üçdilli
kitabəsində, daha sonra isə baĢ kahin Kartirin 290-293-cü illə rə aid kitabələrində
çəkilir.
Adurbadaqanın III-VII əsrlərə aid yaĢayıĢ məskənləri içərisində Marağa -
Urmiya yolu üstündə yerləĢən Cabravanın, onunla Urmiya Ģəhəri arasında olan
Nerizin də ad ları çəkilir.
Orta çağ ərəb müəllifləri (əl-Bəlazuri, Ġbn Xo rdadbeh və b.) "qədim
Ģəhər" kimi təqdim etdikləri Urmiyanı atəĢpərəstlərin dili ilə "ZərdüĢtün Ģəhəri"
adlandırırlar. Mənbələrdə Sasani dövrü Adurbadaqan Ģəhərlərindən Sələmas
(Səlmas), Bərzə, Sərat, Mey məd (M iməz), Dəh xərqan (Dih xərrəqan, Dehnəxircan),
21
Bacarvan və b. haqqında da məlu mat vard ır.
§ 3. YERLĠ VƏ GƏLMƏ TAYFALAR, XALQLAR,
ONLARIN QARġILIQLI MÜNASĠBƏTLƏRĠ
Ta qədim zamanlardan mü xtəlif istiqamətli karvan yolların ın kəsiĢdiyi
torpaqları ö zündə birləĢdirən Azərbaycan ərazisinin coğrafi mövqeyi bu yerlərin
əsrlər boyu köçəri tayfa və xalq ların hücumlarına məru z qalmasına səbəb olmuĢdu.
Aylar, illər, əsrlər biri digərini əvəz etmiĢ, mü xtəlif dilli, ləhcəli yaxın -uzaq tayfa
və xalq lar hərə bir məqsədlə yurdumuza gəlmiĢ, əksəriyyəti istədiyini əldə edəndən
sonra geri, ö z elinə qayıtmıĢ, bir q ismi isə Azərbaycan torpağını məskən edərək,
yerli əhali ilə qaynayıb-qarıĢ mıĢ, buralarda məskən salmıĢdı. Ço x qədim
zaman lardan davam edən bu proseslər Azərbaycanın uzun əsrlər boyu mürəkkəb
etnik tərkib ini və mədəni simasın ı müəyyənləĢdirmiĢdi.
Mənbələrin məlu matına görə, eramızın ilk əsrlərində tarixi Azərbaycan
ərazisinin Ģimal hissəsini əhatə edən Albaniyanın qədim əhalisin i albanlar, utilər,
kaspilər, gird imanlar, tsavdeylər, leqlər, gellər, çilb lər, qarqarlar və b. təĢkil
edirdilər
1
.
Eramızın I—III əsrlərində Albaniyaya massagetlər (maskutlar), sarmatlar,
alanlar və b. axıĢ mağa baĢladılar. Erkən erməni mənbələri albanla rın Ģimal-Ģərq
qonĢuluğunda təĢəkkül tapmıĢ "maskutlar məmləkəti" haqqında məlu mat verir. Bu
dövrdə Dərbənddən AbĢeronadək Xəzərsahili bölgədə irandilli tayfalar da
məskunlaĢ mıĢdı. Sonrakı əsrlərdə, Sasanilərin köçürmə siyasəti ilə əlaqədar, həmin
ərazidə yaĢayan irandillilərin sayı getdikcə artır; onların o zaman danıĢdıqları, indi
"tat" adlandırılan dil, eləcə də cənub-qərb bölgəsində yayılmıĢ talıĢ dili bu bölgə
azərbaycanlıların ın bu gün də iĢlətdikləri ana dilləridir.
Dövrün tədqiqatçıların ın fikrincə, ço xləhcəli Albaniya, görünür, üs tün
dialektdən yaranmıĢ vahid ümumi dilə (koyneyə) də malik id i. III əsrdə bu dildə,
əvvəllər o lduğu kimi, ü mu malban bayramları və mərasimləri keçirilir, ço xsaylı
dövlət-inzibati qurum institutları fəaliyyət göstərir, ordu idarə edilirdi və s.
Albanlar üçün bu dil sonrakı əsrlərdə də tayfalararası ünsiyyət vasitəsi olmuĢ, V
əsrin əvvəllərində onun əsasında alban yazısı yaradılmıĢdı. Mənbələrin yazdığ ına
görə, kilsə ayinlərin in bu dildə icra edilməsi ilə əlaqədar "Ġncil" və b. dini kitablar
alban dilinə tərcü mə edilmiĢ, orijinal ədəbiyyat yaradılmıĢ, məktəblər və digər
mədəni-maarif idarələri fəaliyyət
1
Bu tayfa və xa lqla rdan bəzilə rin in mənĢələrinə dair fikir ayrılığ ına
gətirib çıxaran mülah izələri "Azərbaycan xalqının formalaĢmasın ın baĢa
çatması"na həsr edilmiĢ XIV fəsildə təqdim edəcəyik.
22
göstərmiĢdi.
Cənubi Azərbaycan (Adurbadaqan) əhalisinin III-VII əsrlərdə etnik tərkibi və
dilləri haqqında sinxron ədəbiyyat, demək olar ki, heç bir məlu mat vermədiy i üçün
bu barədə əsas mənbə əvvəlki və sonrakı dövrlərə aid antik və ərəb müəlliflərin in
əsərlərid ir. Mənbələrin təhlili göstərir ki, Sasanilər dövründə imperiyanın
vilayətlərindən biri olan Albaniyadan fərqli olaraq özünün müstəqil inzibati-idarə
sistemi olmayan Adurbadaqanın ərazisi əsasən türkdilli və irandilli tayfalarla
məskun id i. Əhalinin bir hissəsi Ġran dilləri qrupunun ləhcə və dialektlərində
danıĢsa da, həmin dil qrupundan olan hakim orta fars -pəhləvi dili geniĢ xalq
kütlələrin in danıĢıq dili ola bilməmiĢ, yaln ız ka rgüzarlıqda iĢlədilmiĢ, hakim
təbəqənin dili olmuĢdu. Bunu Cənubi Azərbaycan ərazisində (MiĢkinĢəhrdə və
Taxtı Süley manda) bu vaxtadək həmin dövrə aid yalnız orta farsdilli yazılı
abidələrin aĢkar edilməsi də təsdiq edir. Onu da qeyd etmək lazımdır ki, tarixi
toponimiya, bu dil və dialekt lərin Cənubi Azərbaycanda bu gün də qalan qalıqları,
eləcə də həmin dillərdə yazılmıĢ və bizə gəlib çatmıĢ orta əsr yazılı ədəbiyyatının
nümunələri sübut edir ki, Adurbadaqanın Ġran dialektləri orta fars dilindən kəskin
seçilirdi. X əsrin ortalarında yazmıĢ görkəmli ərəb alimi və səyyahı əl-Məsudi
Azərbaycan əhalisinin bir hissəsinin danıĢdığı azəri dilin i fars dilinin dari və
pəhləvi kimi xüsusi ləhcəsi hesab edirdi; həmin əsrin sonlarında Azərbaycanda
olmuĢ baĢqa bir ərəb coğrafiyaçısı əl-Müqəddəsi bu dilin Ġran dilləri qrupuna daxil
olduğuna etiraz etməsə də, onun çətin anlaĢıldığ ını, ağır olduğunu, bəzi sözlərin isə
xo rasanlılarınkına o xĢadığını təsdiq edir
1
.
Ġran dialektlərinin bu daĢıyıcıları ilə yanaĢı, həmin dövrdə Cənubi
Azərbaycan ərazisinin bəzi yerlərində həm Adurbadaqan dialektlərindən, həm də
orta fars dilindən fərqli dialektdə danıĢan kürdlər də yaĢayırdılar; bunu ərəb
iĢğalları prosesində azərbaycanlılarla (mənbədə: Azərbaycan əhalisi ilə) bağlanılan
müqavilədə Balasakan və Savalan kürdlərin in adların ın çəkilməsi təsdiq edir.
III əsr Azərbaycan ərazisinə türkdilli tayfaların axını ilə əlamətdard ır. Hələ Dionisi
Periyeqet (e. II əsri) Xəzərsahili xalqlar haqqında məlu matında yazırdı: "...ġimal-
qərb tərəfdən baĢlasaq... Xəzər dənizi sahilində birinci yaĢayanlar skiflərdir...,
sonra unnlar (yəni hunlar - N. V.), onlardan sonra kaspilər, daha sonra dağlıq
ölkədə yaĢayan döyüĢkən albanlar və kadusilər, onlara yaxın mərdlər,kirkanlar və
tapirlərdir...”
1
Burada IX yüzil ərəb alimi əl-Cahizin bir Ģəhadətini qeyd etmək yerinə düĢərdi;
əl-Cahizin təsdiq etdiyinə görə, türklər və xorasanlılar mahiyyətcə bir xalqdır, oxĢar
xasiyyətə malikdirlər, özləri də həmhüdud yaĢayırlar.
kanlar və tapirlərdir...”
23
Dionisin in bu mə lu matı art ıq II əsrdə Ģimallı-cənublu Azərbaycan
ərazisində Qafqaz, Ġran və türk (unnlar-hunlar) etnik ko mponentlərin in
mövcudluğuna dəlalət edir.
Erməni tarixçisi Movses Xorenatsinin yazdığına görə, hökmdar ValarĢın
(Volo ke zin) (197-215/6) dövründə "xəzir (xəzər) və basil (barsil) kütlələri
birləĢərək öz hökmdarları Vnasep Surxapın baĢçılığ ı ilə Kür çayın ı keçd ilər və
onun bu biri sahilinə səpələndilər". Ço xsaylı ordu ilə köçərilərin qarĢısını kəsən
ValarĢ Çorayadək onları qaytara bilsə də, özü "qüdrətli o xatanların əlində" həlak
olur. Ondan sonra hakimiyyət baĢına keçən Xosrovun (217-236) dövründə
mənbələrin (Aqafangel və b.) hunlar adlandırdığı həmin türk tayfaları yenidən
Cənubi Qafqaz ərazisində görünürlər. Bu dəfə onlar Sasanilər sülaləsinin ilk
hökmdarı ĢahənĢah I ƏrdəĢirə (224-241) qarĢı arĢakilərdən olan Xosrovun təĢkil
etdiyi koalisiyanın tərkibində mu zdlu döyüĢçülər kimi çıxıĢ ed irdilər.
Bundan sonrakı 80 ildə mənbələr ġimali Qafqaz ərazisində yaĢayan köçəri
tayfaların bu dağ silsiləsinin cənub ətəklərinə hücumu faktın ı qeydə almayıb lar.
Tədqiqatçılar bunu, bir tərəfdən köçəri tayfaların ġərq i Qafqazyan ı ərazidə
yerdəyiĢmələri və hunların o dövrdən "hunların torpağı" adlandırılan ġimali
Dağıstan ərazisində möhkəmlən mələri ilə (bu ərazi Bizans mənbələrində o dövrdə
görünür daha ön mövqe tutan barsillərin - xəzərlərin adı ilə Barsiliya kimi məĢhur
idi), digər tərəfdən, məhz bu illərdə (III əsrin II yarısında), gürcü mənbələrindəki
məlu mata görə, alanların Cənubi Qafqazın qərb zonasına, o cümlədən Ġberiyaya
hücumlarının fəallaĢ ması ilə bağlay ırlar.
IV əsrin ilk dekadasında, mənbənin "Ģimal hökmdarı Tedrexon"
adlandırdığı baĢçının rəhbərliyi ilə Dərbənd keçid ini aĢan barsillər yenidən
Albaniya ərazisinə hücum etdilər, lakin Qarqar dü zündə basıldılar. Görünür, məhz
bu məğlubiyyət hunların öz cənub qonĢuları maskutlardan (Cənubi Dağıstan və
Azərbaycanın həmhüdud bölgəsində məskun idilər) siyasi asılılığın ı təmin edir.
Tarixçi Favstos Buzand IV əsrin 30-cu illərində maskut hökmdarı Sanesanın
(Movses Xorenatsi onu Sanatruk adlandırır) "öz baĢçılığı altında hunlardan,
paxlardan, tavasparlardan, xeçmataklardan, ijmaxlardan, qatlar və qluarlardan,
quqarlardan, çilblə rdən (cilv lərdən), ba lasiçlə r və yeqersvanlardan ibarət böyük
qoĢun" toplayaraq Ermənistana yürüĢ etdiyi haqqınd a məlu mat verir. Yerli
mənbələ rdə hun və alan tayfaların ın həmin əsrin 60-c ı illərində Cənubi Qa fqaz
hadisələrində iĢtirakı haqqında da məlu mat vardır. Lakin elə bu mənbələr Cənubi
Qafqaz ərazisində bu vaxtadək baĢ verən bütün hərbi əməliyyatlarda fəal iĢtirak
edən Ģimal tayfalarının sonrakı mühü m hadisələrdə, xüsusilə birləĢmiĢ ermən i-
Ro ma qoĢunu ilə iranlılar arasındakı Dzirav döyüĢündə (371-ci il) iĢtirak
etmədiklərini təsdiq edir. Tədqiqatçılar bunu ġimali Qafqazda, məh z, bu dövrdə
baĢ verən və nəticə etibarilə bütün Avropa dünyasını sarsıdan tarixi hadisələrlə
bağlayırlar. Belə ki, IV əsrin 60-cı illərin in lap sonlarında hunların Asiyadan
24
Avropaya ikinci və əsas hərəkatı baĢlanır; Volqanı adlayan yeni hun tayfaları
ġimali Qafqaz düzlərinə yayılırlar. On ların Azov dənizi ilə Xə zər dənizi arasında
köç edən alanlarla toqquĢmaları sonuncuların nəhayət ram edilmələri ilə baĢa çatır.
377-378-c i illə rdə hunlar a rtıq Pannoniyada (indiki Macarıstanda) möhkə mlənə
bildilər.
Əsas hun tayfaların ın 371-ci ildə ġimali Qafqaz düzlərindən qərbə - Qara
dənizə, sonra isə Dunay sahillərinə getmələri heç də o demək deyildi ki, onlar
Qafqa za, o cü mlədən Azərbaycan ərazisinə daha hücum et mədilər. Mənbələrdə
395-c i ildə Dunay sahillərindən Cənubi Qafqa za və Ön Asiyaya doğru yönəldilən
dağıdıcı hun yürüĢləri haqqında çoxsaylı məlu mat vardır. Bizans yazıçı-dip lo matı,
hun hökmdarı Attilanın Dunaydakı iqamətgahında olmuĢ Panili Priskin (V əsr)
məlu matına görə, Basix və Ku rsix adlı iki sərkərdənin baĢçılıq etdikləri hun
qoĢunları "hansısa bir gölü" (Azov dənizin i) keçərək, " 15 günlü k yoldan sonra bir
dağı (Qafqazı - N. V.) aĢdılar və Midiya ərazisinə yetiĢdilər". Hadisələrin canlı
Ģahidi olmuĢ latın yazıçısı Yevseviy Ġyeronim gördüyü dəhĢətləri belə təsvir edirdi:
"...bütün ġərq, Qafqazın vəhĢi tayfalarının qabağını kəsən Ġskəndər bəndini aĢan,
...Meotidanın ucqarlarından qopub gələn hun dəstələrinin cəld atlarda oraya -buraya
çaparaq, hər yeri qırğ ın və dəhĢətə düçar etmələri haqqındakı qəfil xəbərdən
lərzəyə gəld i". Sasanilərin və b izanslıların tabeliyində olan b ir ço x yerləri, o
cümlədən Suriya, Kappadokiya, Fin ikiya, Fə ləstin, Misir və s. Ölkələri çalıb-çap ıb
geri qayıdan hunlar, bu dəfə yollarını Xə zə r sahili boyunca, AbĢerondan saldılar,
"sualtı qayanın dibindən qalxan alovun" yanın dan keçərək, Dərbənd keçidi
vasitəsilə ö z yerlərinə döndülər.
Hunların ġimali Qafqazda qalan hissəsi V əsrin əvvəllərində onoqur
(onoğıız - ?) tayfasının baĢçılığ ı ilə hun-bulqar tayfa birliyin i yaratdı. Ermən i
tarixçisi Yeq iĢenin (YeliĢe, V əsr) əsərində bu tayfa haylandur adı ilə qeydə alınıb.
Onun məlu matma görə "honların ölkəsi", "haylandurların ölkəsi" "honların
qapısı"ndan - Çora (Dərbənd) qalasından Ģimala doğru ərazini tuturdu.
Yerli mənbələrin təhlilindən belə nəticə çıxarmaq olur ki, onoqurların
(haylandurların) V əsrin əvvəllərindən yenidən baĢlamıĢ yürüĢləri ilə Ģimal
tayfaların ın Azərbaycan ərazisinə əsas məqsədləri talan və qənimət olan hücumları
davam etdirilir.
Azərbaycan ərazisinə bu dövrdə hücum edən tayfalar arasında onoqurlarla
yanaĢı, Ģübhəsiz, mənbələrin bəzən ü mu mi "hun" adı ilə birləĢdird iyi oğur (oğuz),
saraqur (sarı oğuz), akatsir (ağac ər, ağ xəzər - ?), bardur (bayundur?), kutriqur,
kəngər və b. tayfalar da vardı.
Moisey Kalankatlı "II Yəzdigərd in [438-454] hakimiyyətindən iyirmi il
əvvəl", yəni V əsrin 20-ci illərində Albaniyanın Sünik vilayətinə "böyük ordu ilə"
gələrək, burada yurd salmıĢ, sözsüz ki, oğuz (oğur) türklərinin "adlı-sanlı nəslindən
olan Qor və Qazan adlı iki qardaĢ" haqqında məlu mat verir. V əsr ermən i tarixçisi
Parblı Lazar indiki Naxçıvan, Cənubi Azərbaycan və onlara yaxın ərazilərdə
25
məskunlaĢ mıĢ kəngərlərin yaĢadıqları yeri "Kəngərlərin vilayəti", oradakı dağı
"Kəngərlərin dağı" ad landırırdı.
Əsasən Çora - Dərbənd keçidindən olan bu axının qarĢısını almaq üçün
Sasanilər burada güclü müdafiə qurğuları yaratmıĢ, Albaniyada nizami atlı
dəstələri yerləĢdirmiĢdilər.
Ġstər Ġran, istərsə də Bizans, bəzən isə Albaniyanın özü də Qafqaz
keçid lərini hun-bulqar birliy indən olan tayfalardan qorusalar da, yeri gələndə
onlardan öz hərbi məqsədləri üçün istifadə edirdilər. 450-451-ci illər hərəkatı
dövründə "alban hökmdarları nəslindən olan Vahanın" vasitəçiliy i ilə onoqurlarla
bağlanmıĢ sülh müqaviləsi Ġrana qarĢı mübarizədə onların da iĢtirakın ı təmin etməli
idi. Lakin vədlərinə xilaf çıxan onoqurlar Sasanilərin qələbəsi ilə nəticələnən
Avarayr döyüĢündən yalnız bir il sonra, 452-ci ildə, yenidən Cənubi Qafqaz
ərazisinə hücum edib, təkcə Ġranın deyil, Bizansın da torpaqlarını talan edərək,
Mesopotamiyayadək irəlilədilər.
Onoqur - haylandurlar haqqında Azərbaycanla bağlı yeni mə lu mat alban
hökmdarı Vaçenin üsyanının yatırılmasında onların bu dəfə Sasanilər tərəfində
çıxıĢ etmələri ilə əlaqədardır.
V əsrin 60-cı illərində onoqurlar Albaniya əra zisində ola rkən, ġimali
Qafqazdakı siyasi vəziyyət kəskin surətdə dəyiĢdi. Buna hunların sabirlər adı ilə
tanman yeni qüdrətli tayfasının Xəzərin Ģimal-qərb sahillərinə gəlməsi səbəb oldu.
ĠrtıĢyanı torpaqlardan türk-avar tayfalarının sıxıĢdırıb çıxard ıqları sabirlər
("Sibir" toponimi onların adın ı özündə saxlamıĢdır) öz növbələrində Kalmık
çöllərində yaĢayan saraqurları, daha sonra isə Azərbaycandan qayıtmıĢ onoqurları
onların yurd yerlərindən qovub çıxartdılar. Bu hadisə Volqadan Dunayadək geniĢ
bir ərazidə məskən salmıĢ mü xtəlif türk tayfalarının b ir-birinə qənim kəsilməsinə,
yeni yerdəyiĢmələrə səbəb oldu.
V əsrin sonlarında ġərq i Qafqazyanı düzlərdə sabirlə rin baĢçılıq etdiyi
köçəri tayfalar ittifaq ı yarandı. Məhz, bu ittifaq onoqurların baĢçılıq etdiyi hun-
bulqar tayfalarının ilk iri birliyin in parçalan masına və nəhayət dağılmasma gətirib
çıxartdı.
Qafqazın Ģimalında cərəyan edən bu proseslərin əks -sədası onun
cənubunda baĢ verən hadisələrin inkiĢafına da təsir etməyə bilməzdi. 481-ci ildə
Sasanilərə qarĢı çıxıĢ edən albanlar kö mək üçün yenə də hunlara müraciət etdi lər.
Bu hadisələr haqqında daha geniĢ məlu mat verən Parb lı Lazar ü mu mi "hon"
termin ini iĢlətdiy i üçün, köməyin konkret hansı hunlardan göndərildiyin i açmaq
mü mkün deyil. Lakin artıq 466-cı ildə öz təĢəkkül prosesinin ilk mərhələsinə
qədəm qoymuĢ yeni hun-bulqar hərbi-siyasi ittifaqı məhz sabirlərin baĢçılığı ilə
meydana çıxmıĢdı. Onların elə bu dövrdən baĢlayan cənuba doğru ekspansiyaları
haqqında yerli və baĢqa mənbələr ço xlu məlu mat verir. Bu mənbələrin təhlili
göstərir ki, öz hakimiyyətlərini Cənubi Qafqaz ərazisinə də yaymaq istəyən, VI
əsrin əvvəllərində artıq qüdrətli tayfa ittifaqın ın baĢında duran sabirlər, görünür,
26
503-cü il in sonunda Sasanilərin müdafiə etdiy i Dərbənd keç idini aĢaraq
Albaniyaya, sonra isə Ġberiyaya hücum etmiĢ, qısa müddətdə bu zəngin və strateji
baxımdan mühüm ölkələri ələ keçirdilər. 504-cü ilin yazında ĢahənĢah Kavadın
(488-531) baĢçılıq etdiyi qüvvələrin müharibəyə qoĢulmasına ba xmayaraq, hərbi
əməliyyatlar yaln ız 508-ci ildə baĢa çatdırılmıĢ, Sasanilər Qafqazın hər iki keçid inə
tam sahib ola b ild ilər. 515-ci ildə sabirlər yenidən Cənubi Qafqaza (bu dəfə
Sasanilərin müqavimətlərini qıra b ild ikləri Dəryal keçidindən) hücum etdi,
Mesopotamiya və Kiç ik Asiyayadək irə liləyə bildilər.
Sasani imperiyasının Ģimal hüdudları ilə həmsərhəd olan ərazidə, qüdrətli
sabir birliy inin yaran ması bütün bunlarla yanaĢı, dövrün iki böyük, lakin rəq ib
imperiyaların ı mu zdlu qüvvə mənbəyi ilə də təmin etdi; əvvəlki dövrlərdə o lduğu
kimi indi də sabirlər ö z sələflərin in yolu ilə gedərək ardı-arası kəsilməyən Ġran-
Bizans müharibələrində, rəqiblərin Cənubi Qafqaz və Mesopotamiya ərazilərində
apardığı döyüĢlərdə fəal iĢtirak edirdilər. Mənbələrin məlu matına görə, 552-ci ilin
əvvəlində çoxsaylı sabir dəstələri Bizansa qarĢı Ġran ordusu sıralarında döyüĢərkən
hun-bulqar birliyin in baĢqa bir qrupu, az qala 45 illik fasilədən sonra, yenidən
Albaniya ərazisinə qarətkar yürüĢ etdi. Moisey Kalankatlı bu yürüĢün baĢında
xəzərlərin durduğunu qeyd edirdi. Tədqiqatçıların fikrincə, Ġran ın tabeliy ində olan
Albaniyaya edilən bu hücumu hunların bizanspərəst qrupları (sabirlərdən asılı o lan
xəzərlər, barsillər, eləcə də sabirlərin Ġrana qarĢı əks mövqe tutan hissəsi) təĢkil
edirdilər. Eyni hadisələrin ərəb tarixçisi ət-Təbəri tərəfindən təqdim edilən
təsvirində yürüĢ iĢtirakçıları arasında xəzərlərlə yanaĢı bulqar, bələncər (barsil) və
alan tayfalarının da adları çəkilir. Müəllifin verdiy i xəbərə görə, məğlub edilmiĢ
köçərilərdən alın mıĢ 10 min əsir A zərbaycanın Ģimal torpaqlarında yerləĢdirilird i.
VI yüzilin ikinci yarısında ġimali Qafqazın etnosiyasi xəritəsi hunların
yürüĢündən sonra baĢ vermiĢ ikinci mühü m dəyiĢikliyə uğradı; Qafqazyanı düzlərdə
yaĢayan hun birliklərinə son qoyan bu dəyiĢiklik ġimali Monqolustanda Türk
xaqanlığının (551-744) yaranması ilə əlaqədar qərbə yeni köçəri axınının - avar
tayfalarının yönəlməsi nəticəsində baĢ verdi.
588-ci ildə məhz avarlar sabirlərin baĢçılıq etdiyi hun birliyinə son qoydular
və az sonra Dunay sahillərində məskən saldılar. Darmadağın edilmiĢ sabirlərin Cənubi
Qafqaza keçən böyük bir hissəsi Xosrov ƏnuĢirəvan tərəfindən Kürün sol sahilində,
indiki ġəmkirlə Ağstafadan Ģimala tərəf, tarixi Kambisena ərazisində yerləĢdirildi.
Sabirlərin Ġberiya ilə sərhəddə məskunlaĢdırılması Sasani Ġran dövlətinin daxili siyasət
sahəsində ardıcıl atdığı növbəti addım olmaqla yanaĢı, imperiyanın narahat Ģimal-qərb
sərhədlərinin möhkəmləndirilməsi kimi də qiy mətləndirilə bilər.
Bizans tarixçisi Menandr (VI əsr) məhz bu dövrdə Kürün sol sahilində
sabirlərlə yanaĢı yaĢayan, sonralar isə sağ sahilə köçürülən alanlar haqqında da
məlumat verir. Bu tarixçin in yazdığına görə, VI əsrin 70-ci illərində Bizansın
Albaniya ərazisinə hücumundan sonra rumların tərəfini saxlamağa məcbur edilmiĢ
sabirlər və alanlar Kürün sağ sahilinə köçürülmüĢ, lakin sonradan yenidən iranpərəst
27
mövqelərini qoruya bilmədilər.
ġimali Qafqaz sabirlərin Albaniyaya köçməyən qalıqları isə Dağıstan
ərazisində yaĢayan köçəri və yarımköçəri tayfalarla qarıĢaraq, barsillər və baĢqa etnik
qruplarla birlikdə paytaxtı Varaçan (Bələncər) olan "Hunlar məmləkəti"ni yaratdılar.
VI əsrin II yarısından baĢlayaraq sabir, bulqar, barsil və b. türkdilli Qafqaz
tayfaları ilə birlikdə Monqolustandan Qara dənizədək böyük bir ərazini əhatə edən
Türk xaqanlığın ın tərkibinə daxil olmuĢ xəzərlər həmin tayfalar arasında aparıcı rol
oynamağa baĢladı. VII əsrin 20-ci illərində Bizans imperatoru Ġraklinin (610-641) Ġrana
yürüĢü zamanı xəzərlər Bizansın tərəfində Cənubi Qafqaza soxulmuĢ türk qoĢunları
arasında əsas qüvvəni təĢkil etdilər. Dərbəndi, Tiflisi, o cümlədən bütün Albaniyanı
iĢğal edən xəzərlər Türk xaqanlığında ara müharibələri baĢlananadək (630-cu ildə) bu
yerləri əllərində saxladılar. Elə buna görə də bir müddət sonra buralara gəlmiĢ ərəblər
çox vaxt bu ölkələri Azərbaycanla birlikdə "Xəzərlər (yəni türklər) ölkəsi"
adlandırırdılar.
Bütün deyilənlər VII əsrə yaxın Azərbaycan əhalisinin tərkibində, əvvəllər
olduğu kimi, türkdilli, irandilli və qafqazdilli komponentlərin olduğunu təsdiq edir;
lakin VI yüzilin sonlarından baĢlayaraq bu tərkibdəki türk komponenti bir qədər də
üstünləĢir, türkdilli əhalinin yayılma arealı daha da geniĢlənir. Tədricən bu dil bütün
azərbaycanlıların daxili ünsiyyət dilinə çevrilir.
Ço xsaylı tarixi və eləcə də linqvistik faktlar (V-VII əsrlərə aid yerli Qafqaz
mənbələrində türkizmlər, Azərbaycanın türkdilli toponimikası və s.) sübut edir ki, VII
əsrin sonlarında qafqazdilli, irandilli, türkd illi olmalarından asılı o lmayaraq bütün
azərbaycanlılar arasında funksional birincilik artıq türk dillərinə məxsus idi. Məhz bu
dövrdən, mövcud tayfa, eləcə də dialekt və ləhcə fərqləri zəminində ümumxalq
Azərbaycan-türk dili formalaĢmağa baĢladı; məhz bu dövrdə az sonra yeni tarixi
birliyin - Azərbaycan xalqın ın təĢəkkülünə gətirib ç ıxaran etnik, ictimai -iqtisadi və
mədəni dəyiĢikliklər üçün ilkin Ģərtlər hazırlandı.
28
II FƏSĠL
III-VII ƏSRLƏRDƏ AZƏRBAYCANIN
ġĠMALINDA - ALBANĠYADA ĠCTĠMAĠ
QURULUġ VƏ SĠNFĠ MÜBARĠZƏ
Dostları ilə paylaş: |