§ 5. ALBANLARIN TƏSƏRRÜFAT HƏYATI
Tarixi ġimali Azərbaycan - Albaniya ərazisinə təbiət hər Ģeyi səxavətlə bəxĢ
etmiĢdi; əlveriĢli iqlim, zəngin meĢələr, məhsuldar və yaxĢı suvarılan çöllər və düzlər,
geniĢ yaylaqlar və qıĢ otlaqları, faydalı qazıntılar. Albaniyada hər biri təsərrüfatın
müəyyən sahəsinin inkiĢafı üçün əlveriĢli Ģərait yaradan bir neçə torpaq - iqlim zonası
var idi. Ya xĢı suvarılan məhsuldar sahələr, eləcə də süni suvarmaya ehtiyacı
olmayan, kifayət qədər yağıĢ düĢən dağətəyi rayonlar ölkə əhalisinin əsas təsərrüfat
forması olan əkinçiliy in, onun əsas sahələri olan tarlaçılıq, üzümçülük və Ģərabçılığın
zonası idi. Əkinçilik Kür-Araz ovalığında və Xəzəryanı düzlərdə geniĢ inkiĢaf
tapmıĢdı. Buranın torpağı öz münbitliyi və məhsuldarlığı ilə həm antik, həm də orta əsr
erməni və ərəb müəlliflərini heyrətə gətirirdi. Hələ Strabon (e.ə. I - e. I əsr) qeyd
edirdi ki, Alban düzü çaylar və digər sularla Babil və Misir düzlə rindən daha yaxĢı
suvarılır.
Dağətəyi rayonlardan fərqli olaraq Kür-Araz və Xəzəryanı düzlərdəki
əkinçilik süni suvarmasız mümkün deyildi. Burada qalıqları ölkən in mü xtəlif
hissələrində - Mil düzündə (Govurarx), Muğanda və Xəzəryanı rayonlarda aparılan
qazıntılar və axtarıĢlar nəticəsində aĢkara çıxarılan mürəkkəb və geniĢ Ģaxəli irriqasiya
(arxlar və kəhrizlər, kanallar Ģəbəkəsi) sistemi var idi. Ölkənin əsas su arteriyası qolları
ilə birlikdə Kür və Araz çayları idi.
Arxeoloji məlumatlara görə, albanlarda Ģum əkinçiliyi mövcud idi. Torpaq,
qalıqları Mingəçevirdəki orta əsr yaĢayıĢ məskənində aĢkara çıxarılmıĢ dəmir
gavahının köməyi ilə Ģumlanırdı. Arxeoloqlar xeyli miqdarda biçin alətləri - dəmir
oraqlar, dəryaz kərəntiləri, habelə dərz bağlamaq üçün sümük yabalar aĢkara çıxarmıĢlar.
Moisey Kalankatlının məlumatına görə, Kür çayının hər iki sahili boyunca arpa və
buğda becərilirdi. Albaniyada həmçinin yabanı arpa bitir, darı becərilirdi.
Mingəçevir rayonunun Sudağılan kəndində, habelə Xınıslı Ģəhərgahında
aparılan arxeoloji qazıntılar nəticəsində arpa, darı və buğda qalıqları aĢkara çıxmıĢdır.
Yazılı qaynaqlara, eləcə də arxeoloji materiallara görə dənli bitki məhsulları torpaq
quyularda, habelə iri təsərrüfat küplərində saxlanılırdı. Taxılın döyülməsində ağac və
daĢ vəllərdən, ağac dəyənəklərdən, habelə mal-qaranın köməyindən istifadə olunurdu,
bu zaman heyvanların hərəkəti taxılın dırnaqla döyülməsinə səbəb olurdu. Dən,
dəyirman daĢları və daĢ kirkirələrlə üyüdülürdü. Çoxsaylı əkinçilik alətlərinin, habelə
taxılın saxlanılması üçün düzəldilən torpaq quyuların aĢkar edilməsi əkinçiliyin
yüksək inkiĢaf səviyyəsinə çatdığını sübut edir.
Albaniya öz üzüm tənəklərinin qeyri-adi məhsuldarlığı ilə Ģöhrət tapmıĢdı.
Ölkədə bağçılıq çox inkiĢaf etmiĢdi; əncir, nar, albalı, sitrus bitkiləri, Ģaftalı, Ģabalıd, zoğal,
qoz, zeytun və s. yetiĢdirilirdi. Ərəb müəllifləri burada zəfəran, kətan və tut yetiĢdirildiyini
qeyd edirlər.
Bağçılıqla yanaĢı bostançılıq da Azərbaycanda geniĢ yayılmıĢ təsərrüfat
sahələrindən biri olmuĢdur. Örənqala Ģəhərgahında arxeoloji qazıntılar nəticəsində
38
aĢkar edilmiĢ quyulardan meyvə toxumları ilə yanaĢı, qarpız və iki növ yemiĢ tumu
tapılmıĢdır.
Albanların təsərrüfatlarında Ģərabçılığ m xüsusi çəkisi böyük idi.
Mingəçevirdə e. III-VII əsrlərinə aid qəbir abidələrindən üzüm tumlarından baĢqa Ģərab
çöküntüləri və dəridən hazırlanan tuluq parçaları da tapılmıĢdır. Bu tapıntılar göstərir
ki, A zərbaycanda həmin dövrdə Ģərabı təkcə iri küplərdə deyil, tuluqlarda da saxla-
yırdılar. Tuluqlardan Ģərab daĢınması üçün də istifadə edilirdi.
Azərbaycanın Ģimal hissəsində becərilən texniki bitkilərdən biri də boyaq
kökü adı ilə tanınan qızıl boyadır. Qırmızı rəng kimi istifadə edilən bu bitki mənbələrdə
"qırmız" adlanır.
Azərbaycanın nisbətən isti yerlərində yayılan pambıqçılıq yerli əhalinin
təsərrüfat məĢğuliyyətində özünə möhkəm yer tutmuĢdu. Movses Xorenatsi
Beyləqanda yaĢayan əhalinin baĢqa mükəlləfiyyətlərlə yanaĢı, pambıqdan da natura
Ģəklində vergi verdiyini bildirir. Moisey Kalankatlının məlumatına görə, pambıq Kür
sahillərində xüsusilə ço x yetiĢdirilirdi.
Ölkənin əsas əkinçi əhalisi Kür və Arazın məhsuldar vadilərində, Kiçik və
Böyük Qafqazın dağətəyi yerlərində cəmləĢmiĢdi. Ölkənin iqtisadi cəhətdən daha da
inkiĢaf etmiĢ vilayətləri məhz bu bölgələrdə id i.
Maldarlıq Azərbaycan əhalisinin həyatında ta qədimdən bəri mühüm yer
tuturdu. ġirəli otlarla örtülü alp çəmənlikləri olan dağ rayonları, Kür-Araz ovalığı və
Xəzəryanı rayonların q ıĢda da demək olar, qar görməyən çölləri köçəri maldarlığ ının
geniĢ inkiĢafı üçün Ģərait yaradırdı.
Albaniya öz otlaqları ilə elə məĢhur idi ki, qonĢuluqdakı ermənilər də öz
mal-qara sürülərini qıĢlamaq üçün alban torpaqlarına gətirirdilər. Antik və erkən orta
əsrlər müəlliflərinin məlumatlarına görə burada keçi, qoyun, iribuynuzlu mal-qara, at,
donuz, dəvə bəsləyirdilər. Erkən orta əsrlər dövründə ovçuluq peĢəsi getdikcə tənəzzül
edir; buna müvafiq olaraq iri və xırda buynuzlu mal-qara saxlayanların sayı artırdı.
Albanların bu təsərrüfat sahəsi haqqında Moisey Kalankatlı da məlumat verir;
Albaniyada iri və xırda buynuzlu mal-qara və atların, o cümlədən minik atlarının bəs -
lənildiyi barədə yazan müəllif, ağ alban atı cinsini xüsusi qeyd edir.
Arxeoloji və etnoqrafik material erkən orta əsrlər Albaniyasında
dəvəçiliyin də inkiĢaf etdiyini göstərir. Dəvələrdən yük daĢımaq və min ik üçün
istifadə edird ilər.
Tədqiqatlar bu dövr Albaniyada süd məhsullarının yüksək səviyyədə
hazırlandığını da təsdiq edir. Azərbaycanlı maldarlar və qoyunçular öz
təsərrüfatlarında saxsı, ta xta və dəri nehrələrdən istifadə edird ilə r.
Arxeoloji və etnoqrafik tədqiqatlar Albaniyada yun və dərinin geniĢ istehsalı
və tətbiqi haqqındakı məlumatı təsdiq edir. Mingəçevir qazıntılarında qoyun qırxmaq
üçün qırxılıq alətlər aĢkara çıxarılıb; dəmir qırxılıqlar katakomba (yeraltı sərdabə)
qəbirlərində də tapılıb. Belə dəmir qırxılıqları azərbaycanlı qoyunçular bu gün də öz
təsərrüfatlarında iĢləd irlər.
39
Maldarlıqla Albaniyanın həm yarımköçəri, həm də oturaq əhalisi məĢğul
olurdu. Lakin təsərrüfatçılığın daha geridə qalmıĢ formalarının hakim olduğu dağlıq
rayonlarda bu sahə üstünlük təĢkil edirdi.
Albaniyanın təsərrüfat həyatında balıqçılıq da böyük rol oynayırdı. Balığı
duzlayır, qurudur və dəvələrlə qonĢu ölkələrə aparırd ılar. Onun piyindən müalicə
əhəmiyyətli yağ əldə edir, içalatın ı qaynatmaqla qiy mətli nərə yapıĢqanı
hazırlay ırdılar.
Orta əsr mənbələrində Kür sahili əhalisinin balıq ovu ilə məĢ ğul olması
haqqında çoxlu məlu mat vardır. Mo isey Kalankatlı albanların Kür və Arazdan
tutulan balıqdan xəzərlərə bac verdiklərini xəbər verir.
§ 6. ġƏHƏRLƏR VƏ DĠGƏR YAġAYIġ MƏSKƏNLƏRĠ
Albaniyanın erkən orta əsrlər dövrü Ģəhər həyatının canlanması və
Ģəhərlərin artması ilə səciyyələnir. Bu zaman köhnə Ģəhərlərin (Qəbələ, Naxçıvan,
Dərbənd) tikilib geniĢlən məsi prosesi ilə yanaĢı, yeni Ģəhərlərin (Bərdə, Beyləqan
və b.) yaranması prosesi gedirdi. QonĢu Ermənistan dövlətçiliyin in ləğ vi ilə
əlaqədar baĢ verən tənəzzül müqabilində Albaniya Ģəhərlərinin tərəqqisi bu dövrün
özünəməxsus xüsusiyyətlərindən idi.
Albaniyada feodal münasibətləri bir qədər baĢqa Ģəraitdə, qüvvətli siyasi
mərkəzi hakimiyyət Ģəraitində inkiĢaf edirdi; bu hakimiyyət Ģəhərlərin olmasını
maddi zəru rət hesab edir, onların tərəqqisinə kö mək göstərməyə çalıĢır, feodallarla
mübarizədə onlardan istifadə edirdi. Yeni feodallaĢan əyanlarda da onlara pay
edilmiĢ torpaqları mənimsəməyə maraq yaranır; bütün bunlar Ģəhər həyatının
çiçəklən məsinə, köhnə Ģəhərlərin abadlaĢdırılmasına, yeni Ģəhərlərin salın masına
gətirib çıxarırdı.
Albaniya Ģəhərlərin in ticarət-sənətkarlıq təbəqəsi arasıkəsilməyən ticarəti
təmin edə bilən güclü mərkəzi hakimiyyətə məxsus qüdrətli dövlətin olmasında
maraqlı idi. Məh z buna görə, erkən orta əsrlər A lbaniya Ģəhərləri alban
arĢakilərinin, sonralar isə alban mihran ilərin in dayağı id ilər.
Albaniya Ģəhərləri ya ticarət yolu üzərində yerləĢən kənd icmasına
əsaslanan qədim məskənin yerində, ya hökmdar və ya feodal təsərrüfatının
(dastakertin) bazasında, ya da sənətkarlıq və ticarətin inkiĢafı üçün əlveriĢ li o lan
yerlərdə təĢəkkül tapmıĢdı. Albaniyada aĢağıdakı Ģəhərlər var idi: beynəlxalq
tranzit ticarətin in ana yollarında meydana çıxmıĢ Ģəhərlər; Bərdə, Dərbənd, Qəbələ,
Çoqa, Beyləqan belə Ģəhərlərdən id i. Bu Ģəhərlər iri in zibati və ticarət -sənətkarlıq
mə rkə zləri sayılırd ı. Qaynaqlarda onlar "əzə mətli" və "Ģan -Ģöhrətli" Ģəhərlər
40
adlandırılırd ı. ġəhərlərdən ġəki, ġəmkir, Girdiman, Naxçıvan və b. əsas ticarət
yollarından aralı və ucqar yerlərdə salın mıĢ sənətkarlıq və ticarət mərkəzləri idi. Bu
Ģəhərlər eyni zamanda hərbi dəstələrin yerləĢdiyi qalalardı. Üçüncü tip Ģəhərlər
əkinçilik xarakteri daĢıyan, sosial-iqtisadi mənada Ģəhər olmayan, lakin feodal
vilayətlərinin in zibati mərkəzləri sayılan Ģəhərlər idi. Belə Ģəhərlərə indiki Ağdam
rayonunda yerləĢən Gavurqala, Qax rayonundakı Torpaqqala, Mingəçevir və bir
sıra baĢqa məskənləri aid etmək olar. Ġlk iki tip Ģəhərlərin ətrafında əhalisi kənd
təsərrüfatı ilə məĢğul olan kənd nahiyələri yerləĢird i.
Moisey Kalankatlı və Movses Xorenatsinin məlu matları A lbaniya
Ģəhərlərinin siyasi strukturunu aydınlaĢdırmaq imkanın ı verir; məlu m o lur ki, bu
Ģəhərlər yerli məmu rlar, hakimlər tərəfindən idarə olunurdu. V əsrdə Tsri Ģəhərinin
hakimi a rĢaki hökmda rla rın ın nəslindən olan Xoçkarik id i. Mənbələrdə ki mə lu mat
bütün Ģəhər sakinlərinin iĢtirak etdiyi, kəskin siyasi Ģəraitdə qərarlar çıxaran Ģəhər
yığıncaqlarının olması ehtimalın ı da verir. Belə ki, 626-cı ildə, xəzərlər Bərdəyə
hücum etdiyi zaman Sasani mərzbanı, yaln ız alban əyanlarının və Ģəhər
sakinlərinin razılığ ını alandan sonra xəzərlərə hərbi müqavimət göstərilməsi
haqqında qərar qəbul edə bilmiĢdi.
Albaniyanın mühüm Ģəhərlərindən biri Qəbələ id i. ġəhər e.ə. IV əsrin
sonu - III əsrin əvvəllə rində meydana çıxmıĢ və e. XVIII əsrinədək mövcud
olmuĢdur. V əsrədək Qəbələ Albaniyanın paytaxtı, alban hökmdarları və alban
arxiyepiskopunun iqamətgahı olmuĢ, paytaxt Bərdə Ģəhərinə köçürüldükdən sonra
isə ölkənin ən iri siyasi-in zibati, d ini-in zibati (arxiyep iskopluq), ticarət-sənətkarlıq
və mədəni mərkəzlərindən biri olaraq qalmıĢdır. Ço xillik arxeoloji iĢlər nəticəsində
məlu m olmuĢdur ki, I əsrin sonundan XVIII əsrin ortalarınadək Ģəhər Qaraçay və
Covurluçay arasındakı hündür təpədə yerləĢmiĢdi. ġəhər 25 ha-da çox sahəni tutan,
içqalası Səlb ir adlanan Ģimal və Qala adlanan cənub hissələrinə bölünürdü. ġəhər
sakinləri IX əsrədək əsasən Səlbirin, IX əsrdən isə Qalanın ərazisində yaĢayırdılar.
Qazıntılar zaman ı ço xsaylı yaĢayıĢ evləri və ictimai tikili qalıqları, habelə zəngin
maddi-mədəniyyət nümunələri aĢka ra çıxarılmıĢdır.
V əsrdən sonra Moisey Kalankatlıya görə, alban hökmdarı Vaçe tərəfindən
tikilmiĢ Bərdə (onun Partav adı erməni mənbələrindəki yazılıĢ formasına əsaslanır)
paytaxt olur. Mühüm karvan yollarının qovĢağında yerləĢən bu Ģəhər Yaxın və Orta
ġərqin ən iri ticarət mərkəzlərindən biri idi. Böyük Uti v ilayətində yerləĢən Bərdə
erkən orta əsrlərdə Qafqaz Albaniyasının siyasi, dini və mədəni mərkəzinə çevrildi.
Bərdə son alban arĢakilərinin və Mihranilər sülaləsindən olan hökmdarların, VI əsrdən
isə alban katolikosunun iqamətgahı olur. Ticarət-sənətkarlıq mərkəzi olan bu
Ģəhərdən baĢqa yerlərə ipəkqurdu, barama, çoxlu ipək, qızıl boya və s. aparılırdı. 628-ci
ildə Ġran-Bizans müharibələri zamanı Bərdə Bizansın müttəfiqləri o lan xəzərlər
tərəfindən dağıdılmıĢdı. ġəhər ancaq VIII əsrin əvvəllərində, Xilafətin Ģimal
vilayətlərinin hakimi Əbd əl-Əziz ibn Xatimin əmri ilə bərpa edilmiĢdir.
Naxçıvan - Azərbaycanın ən qədim Ģəhərlərindən biridir. Yazılı qaynaqlarda,
41
Araz çayının sol sahilində yerləĢən bu Ģəhər haqqında ən erkən məlumat tarixçi Ġosif
Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaçısı Ptolemeyə (e. II əsr) mə xsusdur. V-VII və
XIII-XVII əsrlərin erməni, VIII-XIII əsrlərin alban müəlliflərində, eləcə də IX-XIII
əsrlər ərəb və fars dilli mənbələrdə bu Ģəhər haqqında məlumat vardır. I əsrdən VI
əsrədək Naxçıvan Albaniyada Ģəhər və vilayət olmuĢdur. 591 -ci il müqaviləsinə görə
Naxçıvan Sünik və Vaspurakan vilayətləri tərkibində bilavasitə Ġrana tabe edilmiĢdir.
VI-VII əsrlərdə Naxçıvanda Ġran Ģahı I Xosrovun adından pul kəsən zərbxana var idi. Ġran
- Bizans müharibələri zamanı Naxçıvan gah Sasani, gah da Bizans qoĢunlarının
basqınlarına məruz qalırdı.
Erkən orta əsrlər dövründə Dərbənd yalnız albanların baĢ qalası,
Sasanilərin Qafqazdakı istinadgahı kimi deyil, həm də mühüm orta əsr Ģəhəri, ən iri
ticarət-sənətkarlıq və siyasi mərkəzlərdən biri kimi tanın mıĢdı. Onun qədim
dünyanın ən mühü m ticarət yollarından biri ü zərində tutduğu əhəmiyyətli mövqeyi,
alban hökmdarları və Sasanilər dövründə xüsusi hərbi-strateji əhəmiyyəti Ģəhərin sürətli
inkiĢafı üçün Ģərait yaratmıĢdı. VI əsrdə Dərbənd mütəĢəkkil daxili struktura, dürüst
seçilmiĢ topoqrafiyaya malik Ģəhər kimi məĢhur idi.
"Alban tarixi"ndə Dərbənd "əzəmətli Ģəhər" adlandırılırd ı. VIII əsr erməni
tarixçisi Gevondun məlumatına görə, Dərbənd qala divarları və bürclərlə əhatə
olunmuĢdu. Ananiy ġirakatsinin "Erməni coğrafiyası"nda Dərbənd "Çora keçidin in
Ģəhəri, dənizin ortasında tikilmiĢ möhtəĢəm istinadgah" adlandırılmıĢdır.
Moisey Kalankatlının təsvirindən Ģəhərin küçə və meydanlar sis temini
əhatə edən daxili planı məlu m olur: "[Xəzərlər] abır-həyasını itirmiĢ yırtıcı
canavarlar kimi [Ģəhər sakinlərin in] ü zərinə atıld ılar, Ģəhərin küçə və
meydanlarında onları amansızcasına kəsib-doğradılar... A lovun yanan qamıĢlıqda
dolaĢan [dilləri] kimi onlar bir qapıdan girib, o b irisindən çıxırd ılar".
Alban hökmdarları və Sasani Ģahlarının hərbi-siyasi dayağı və strateji
məntəqəsinin əvvəlcə böyük bir qarnizonun yerləĢdiyi mühü m inzibati mərkəzə,
daha sonra isə inkiĢaf edərək ticarət-iqtisadi mərkəzinə çevrilməsi nəticəsində
Dərbənd bir Ģəhər kimi təĢəkkül tapmıĢdır. Strateji məntəqənin erkən orta əsr
Ģəhərinə çevrilməsində Sasani Ģahlarının quruculuq fəaliyyəti böyük rol
oynamıĢdır.
Ticarət-sənətkarlıq mərkə zi kimi Dərbəndin əsas sənətkarlıq sahəsi
qədimdən burada mövcud olmuĢ və sonralar daha da inkiĢaf etmiĢ toxuculuq idi.
Dərbəndin arxeo loji təbəqələrində çoxlu silah, Ģeypur, metal məmu latlar, zinda n,
çəkic, mis və dəmir filizi qalıqlarının tapılması burada metal emalı və
metallurg iyanın inkiĢafına dəlalət edir. ġüĢə əĢyalarının ço xluğu, onların
özünəməxsusluğu və geniĢ çeĢidi Dərbənddə ĢüĢə istehsalının yüksək inkiĢafından
danıĢmağa imkan verir.
Dulusçuluq burada çox yüksək inkiĢaf səviyyəsinə çatmıĢdı. Xeyli ən
mü xtəlif təyinatlı qab-qacaq, ço xlu saxsı su borusu, biĢmiĢ kəıp ic, kirəmit, soba
qalıqları, qab-qacaq biĢirmək üçün vəsait və s. Ģəhərin yüksək inkiĢaf etmiĢ
42
dulusçuluq istehsalından xəbər verir. Bu dövrdə Dərbənd həm də mühüm
beynəlxalq ticarət mərkəzinə çevrilir; ehtimal ki, bu zaman o daha ço x Xəzəryanı
ticarət yolunun ən böyük tranzit məntəqəsi rolunu oynayırdı.
ġəhər ərazisinin sahəsinə (150 ha-a yaxın) görə Dərbənd Ön Asiya,
Cənubi Qafqaz və Orta Asiyanın bir çox ən iri erkən orta əsr Ģəhərlərin i xey li
geridə qoyurdu. Arxeolo ji məlu mat lara görə, dənizkənarı rayon hesaba
alın mamaqla Ģəhərin məskunlaĢmıĢ ərazisin in ü mu mi sahəsi 26-27 ha-a çatırdı ki,
bu da Ģəhərin divarlarla əhatə olunmuĢ sahəsinin 1/6 hissəsini təĢkil edird i.
QuruluĢ baxımından Dərbənd aydın Ģəkildə iki tərkib h issəyə ay rılır:
içqala və Ģəhərin özü; indi narınqala adlanan içqala xüsusi yer tuturdu. Bu, Ģəhər
hakiminin iqa mətgahı, onun sarayı və qarnizonun yerləĢdiyi yer, inzibati, hərbi-
siyasi və mədəni mərkəz id i. 2,5-3,5 m qalın lıqda, ayrı-ayrı sahələrdə hündürlüyü
20-25 m-ə çatan möhtəĢəm divarlar onu alın maz qalaya çevirir. Ġlkin o rta əsrlər
Dərbəndi Ģəhər strukturunun bir hissəsi olan rabada (Ģəhər ətrafına) malik deyild i;
beləliklə, d ivarlarla əhatə olun muĢ çox böyük ərazi Ģəhərə kifayət qədər iri sahədə
geniĢlənmək və in kiĢaf etmək imkanı verirdi.
ġəhərin sosial strukturuna gəldikdə isə, qeyd etmək lazımdır ki,
narınqalada alban hökmdarları, sonralar isə Sasanilər tərəfindən təyin edilən Ģəhər
hakimi otururdu. Sasani Ģahlığ ının Dərbənddəki caniĢini V əsrdə " mərzban" titulu
daĢıyırdı. ġəhər əyanlarından ibarət hakim siniflə xırda alv erçi və sənətkarlar
arasındakı təbəqəni təĢkil edən döyüĢçülər Ģəhər cəmiyyətinin strukturunda xüsusi
yer tuturdular. Sasanilər sərhədlərin mühafizəsi üçün Dərbənddə hərbi kolon istləri
yerləĢdirərə k, onla ra torpaq paylayırdıla r.
Dərbənd o dövrdə ġərqi Qafqazda olan əsas xristian mərkəzlərindən biri
kimi də tanın mıĢdı.
Tədqiq edilən dövrdə Beyləqan, ġamaxı, ġabran, Xalxal, ġəmkir, A maras,
Xunan kimi Ģəhərlər də məĢhur id i.
§ 7. TĠCARƏT VƏ PUL DÖVRĠYYƏSĠ
Erkən orta əsrlər dövründə Albaniya təbii ehtiyatlarına və coğrafi Ģəraitinə
görə bir-b irindən fərqlənən vilayətlərdən ibarət geniĢ ərazin i tuturdu. Bu fərq
özünü ayrı-ayrı vilayətlərin məhsullarında da göstərirdi. Albaniyanın təbii
ehtiyatları baĢqa ölkə lərin də d iqqətini cə lb edird i. Bundan əlavə, A lbaniya
ərazisindən bir sıra tran zit ticarət yolları keçirdi. Xəzər dənizinin qərb sahili
boyunca uzanan yol xüsusilə canlı idi. Bu yol Cənubi Qafqazı, o cümlədən
Azərbaycanı həm Yaxın və Orta ġərqin mədəni mərkəzləriylə, həm də Qafqaz sıra
43
dağlarından Ģimalda yerləĢən ölkələrlə birləĢdirirdi. Burada daxili və tranzit
səciyyəli baĢqa ticarət yolları da fəaliyyət göstərirdi.
Əkinçiliyin və maldarlığın, habelə sənətin müxtəlif sahələrinin inkiĢafı əmtəə
istehsalına və ticarətə təkan verdi. Əhali izafi məhsulu bazarlarda satırdı. Əmtəənin bir
hissəsi istehsalçıların özləri tərəfindən satılırdı. Lakin çox vaxt istehsalçılarla
istehlakçılar arasında vasitəçi kimi əsas iĢləri alıĢ-veriĢ olan tacirlər çıxıĢ edirdilər.
Ticarətlə daha çox Ģəhərlilər məĢğul olurdular. Əhalinin, xüsusilə Ģəhər əhalisinin
təsərrüfat həyatında ticarətin mühüm ro l oynadığını Azərbaycan və Cənubi Dağıstan
ərazilərində aparılan arxeoloji qazıntılar zamanı aĢkar olunmuĢ çoxsaylı materiallar
təsdiq edir. Azərbaycanda bu cür materiallar Mingəçevirdə, Qəbələdə və ġamaxıda
daha çox aĢkar olun muĢdur.
Mingəçevirdəki 2 saylı yaĢayıĢ yerində, erkən orta əsrlər dövrü təbəqəsində
ticarətə aid baĢqa materiallarla yanaĢı, bürüncdən hazırlanmıĢ asma tərəzi qolu aĢkara
çıxarılmıĢdır.
Bir çox arxeoloji tapıntılar yerli əhalinin beynəlxalq ticarət əlaqələri haqqında
təsəvvür yaradır. Bu tapıntılar xaricdən gətirilmiĢ mü xtəlif məmulatla təmsil olunub.
Onların arasında Çində istehsal olunmuĢ ipək parça qalıqları, ayrı-ayrı ölkələrdən
gətirilmiĢ mü xtəlif bəzək əĢyaları, iĢlək üzlərində mü xtəlif rəsmlər həkk olunmuĢ daĢ
möhürlər (gemmalar), ĢüĢə qablar, yüksək zövqlə hazırlanmıĢ gümüĢ qablar, ço xsaylı
sikkələr və s. vardır.
Ġpək parça qalıqları Mingəçevirdəki erkən orta əsrlər dövrünə aid qəbirlərdə
tapılmıĢdır.
Azərbaycanda erkən orta əsrlərə aid abidələrdə aparılan qazıntılar zamanı
qliptika incəsənətinin çoxsaylı nümunələri - gemmalar aĢkar edilmiĢdir. Bu məmulat
baĢlıca olaraq möhür kimi iĢlədilirdi. Lakin onlar eyni zamanda bəzək əĢyaları idi.
Onların bir ço xu Ġrandan gətirilmiĢ və yaxud Ġran incəsənətinin təsiri altında Azər-
baycanda hazırlan mıĢdı.
Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı çoxlu ĢüĢə qab aĢkar
edilmiĢdir. Onların çoxu ticarət yolu ilə Finikiya, Suriya və Fələstindən gətirilmiĢdi.
Erkən orta əsrlər dövründə Albaniyada da ĢüĢə məmulatının istehsalına baĢlandı. Bu ĢüĢə
qablar ġimali Qafqaz və xüsusilə Dağıstan ərazisində daha çox aĢkara çıxarılmıĢdır.
Tarixi Albaniyanın ərazisində aĢkar olunmuĢ arxeoloji materiallar arasında
torevtika məmulatı xüsusi diqqətə layiqdir. Onların bir qismi, Ģübhəsiz, baĢqa
ölkələrdən gətirilmədir.
Gü müĢdən hazırlanaraq qızılı rənglə boyanmıĢ, hal-hazırda Sankt-
Peterburqun Dövlət Ermitajının kolleksiyasında saxlanılan dolça, Azərbaycanda və
Cənubi Dağıstanda hazırlanan digər tapıntılar da bu cür məmu latlar dairəsinə
daxildir.
Azərbaycan ərazisində ilk orta əsrlər dövrünə aid abidələrdə aparılmıĢ
arxeoloji araĢdırmalar zamanı idxal olunmuĢ baĢqa əĢyalara da təsadüf edilir və bu
əĢyalar həmin dovrün ticarət əlaqələrindən xəbər verir. Onların arasında çoxlu bəzək
44
əĢyaları vardır.
Erkən orta əsrlər dövründə Albaniyanın ticarəti və ticarət əlaqələri haqqında
yuxarıda qeyd olunmuĢ tapıntılarla yanaĢı, dəfinə halında və tək-tək nüsxələrlə
tapılmıĢ çoxsaylı sikkələr də məlumatlar verir. Bu tapıntılar göstərir ki, Albaniyanın
Sasani Ġranı ilə əlaqələri xüsusilə canlı olmuĢdur. Bu, bilavasitə həmin dövrün siyasi
və mədəni Ģəraiti ilə əlaqədardır. Sikkə tapıntıları təsdiq edir ki, erkən orta əsrlərdə
Albaniya bazarlarında Sasani gümüĢ sikkələri hakim rol oynamıĢdır. Hələlik tarixi
Albaniyanın ərazisində Sasani sikkələrin in ən ilkin nümunələri 1964-cü ildə Qəbələ
Ģəhərgahı yaxınlığında tapılmıĢ dəfinədən məlumdur. Dəfinə torpaq iĢləri zamanı
təsadüfən tapıldığından sikkələrin bir qismi əhali arasında yayılmıĢdır. Dəfinənin
sikkələrindən yalnız 158 ədədini toplamaq mümkün olmuĢ və həmin sikkələr
Azərbaycan Tarix Muzeyinə təhvil verilmiĢdir. Sonralar həmin dəfinədən aĢkar olun-
muĢ daha 5 sikkə həmin mu zeyə verilmiĢ dir. Dəfinədə olan sikkələrin əksəriyyətini
(155 ədədini) Sasani hökmdarı 11 Varəhranın (274-291) drahmaları (dirhəmləri) təĢkil
edir. Lakin dəfinənin tərkibində e. I—II əsrlərinə aid Parfiya və Roma sikkələrinin
tək-tək nüs xələri də vardır.
Erkən Sasani sikkələrinin azsaylı olması və bu dəfinə təsdiq edir ki, ilk
Sasani hökmdarları dövründə Albaniyada əvvəllər kəsilmiĢ Parfiya və Roma
sikkələrindən də istifadə olunmuĢdur. Güman etmək olar ki, tarixi Albaniya ərazisində
III-IV əsrlərə aid olan abidələrdə aparılmıĢ arxeoloji qazıntılar zamanı Sasani Ġranından
gətirilmiĢ məmulata, o cümlədən sikkələrə, nisbətən nadir hallarda təsadüf edilməsi
Albaniyanın Sasani təsiri dairəsinə tədricən daxil olması ilə izah edilə bilir. Sasani
sikkələrinin və digər məmulatın (qliptika, torevtika nü munələri və s.) axını sonralar
tədricən güclənmiĢ, V-VII əsrlərdə isə Albaniya bazarlarında xey li dərəcədə
artmıĢdı. TapılmıĢ Sasani sikkələrinin çoxsaylı nümunələri məhz bu dövrə aiddir.
Onlara həm tək-tək nüsxələr, həm də böyük dəfinələr Ģəklində Azərbaycanın bütün
ərazisində təsadüf olunmuĢdur. Azərbaycanda Sasani sikkələrinin V əsrin sonlarından
etibarən xüsusilə geniĢ Ģəkildə yayıldığını görkəmli alim Y.A.Paxo mov da çoxillik
tədqiqi nəticəsində təsdiq etmiĢdir.
Son illər ərzində aparılmıĢ arxeoloji qazıntılar zamanı Sasani sikkələrindən
ibarət yeni dəfinələr, həmin sikkələrin tək-tək nüsxələri tapılmıĢdır. Əvvəllər olduğu
kimi, bu sikkələrə Azərbaycanın bütün ərazisində - həm qədim yaĢayıĢ məskənlərinin
mədəni təbəqələrində, həm də qəbirlərdə təsadüf edilir.
Azərbaycanda tapılmıĢ bütün Sasani sikkələri gümüĢ drahmalarla
(dirhəmlərlə) təmsil olunmuĢdur. Sasani sikkələrinin bu nominalı çəkisinə və əyarına
görə Attika (Yunanıstan) pul-çəki sistemi əsasında kəsilmiĢ Parfiya drahmalarına
yaxındır. Tiplərinə görə Sasani sikkələri baĢqa sikkələrdən əsaslı Ģəkildə fərqlənir.
Sasani pullarının üz tərəfində ĢahənĢahın beldən yuxarı təsviri, arxa üzündə isə
zərdüĢtilik dinin in rəmzi olan mehrab - atəĢdanın və onu hər iki tərəfdən qoruyan
mühafizəçilərin təsviri verilmiĢdir. Sikkələrin hər iki üzündə pəhləvi yazısı vardır.
Hökmdarların portretləri adətən Ģərti verilir. Hər bir Sasani hökmdarının baĢqa hökm-
45
darlarınkından fərqlənən tacı vardır. Sikkələrin əks üzündə təsvir edilmiĢ mehrablar,
erkən sikkələrdəki hökmdar portretləri daha mükəmməl iĢlənməsilə seçilirdi. Sonrakı
dövrlərdə həmin təsvirlər sxematikləĢmiĢdir. Qeyd etmək lazımdır ki, tədqiqatçıların
dəfələrlə qeyd etdikləri bu xüsusiyyət Sasani Ġranı incəsənətinin bütün abidələri üçün
səciyyəvidir. Bu xüsusiyyət nəinki sikkələrdə, habelə böyük relyeflərdə, qliptika
məmulatında, torevtika abidələrində nəzərə çarpır.
Azərbaycan dəfinələrində I Xosrovdan baĢlayaraq bütün sonrakı Sasani
hökmdarlarının adlarına kəsilmiĢ pullar tapılmıĢdır. Bu tipli sikkələrin kəsilmə yerinin
müəyyənləĢdirilməsi mühüm maraq doğurur. Təəssüf ki, Sasani sikkələrinin heç də
hamısında onların kəsildiyi yer göstərilmirdi. Sasani hökmdarları sikkələrin kəsildiyi
yeri pulların üzərində yalnız V əsrin II yarısından etibarən qeyd etdirmiĢlər. Lakin çox
vaxt sikkələrin kəsildiyi yerin adı ixtisarla yazılmıĢ, bu isə həmin yerin
dəqiqləĢdirilməsinə əngəl törətmiĢdir məsələn, "Nax", yəni Naxçıvan, "Atra", yəni
Atropatena, "Qaza", yəni Qazaka və s.). Vəziyyət pəhləvi yazısının eyni hərflərinin
mü xtəlif fonetik (səs) məna daĢıması ilə mürəkkəbləĢir. Tədqiqatçılar (Y.A.Paxomov və
b.) Azərbaycan ərazisində tapılmıĢ Sasani sikkələrinin kəsildiyi yerləri
müəyyənləĢdirmək üçün iki cəhətə -Ərəb xilafətinin caniĢinləri tərəfindən Sasani tipi
əsasında Ġranın müxtəlif vilayətlərində kəsdirilmiĢ ilk ərəb pullarının təhlilinə və
onların tapıldığı yerlərə diqqət yetirmiĢlər. AĢkar edilmiĢdir ki, müəyyən iĢarəli bəzi
sikkələr Cənubi Qafqazın, o cümlədən Azərbaycanın sikkəxanalarında kəsilmiĢdir.
Tədqiqatçılar, həmçinin, müəyyənləĢdirmiĢlər ki, VI əsrin sonundan etibarən
Azərbaycan pul dəfinələrində üzərində eyni bir iĢarə olan Sasani drahmalarına xüsusilə
daha çox təsadüf olunmağa baĢlanır. Belə iĢarəsi olan drahmaların çoxluğu onların idxal
olunmadığını və Azərbaycanda kəsildiyini ehtimal etməyə imkan verir. Lakin hər halda
onların kəsildiyi yeri qəti Ģəkildə müəyyən etmək qeyri-mümkündür. Belə hesab edilir
ki, bu cür iĢarəyə malik Sasani drahmalarının Bərdədə zərb olunduğunu güman etmək
olar. Həmçinin, güman etmək olar ki, Dvində və Tiflisdə zərb olunmuĢ sikkələrdə də
belə iĢarə həkk etmiĢlər. Çünki bu vilayətlər də eyni inzibati bölgəyə daxil idilər.
Sasanilər dövründə Naxçıvan və Gilanda da üstündə müəyyən iĢarəsi olan sikkələrin
kəsildiyi zərbxanalar olduğu ehtimal olunur.
VI əsrin sonu - VII əsrin əvvəllərində Gürcüstanda zərb olunan Sasani tipli
sikkələrin üstündə əvvəlcə xaç, sonra isə gürcü yazısı həkk olunmuĢdur. Bu sikkələrin
üstündə hətta gürcü padĢahının adı da göstərilir, xaç isə daha qabarıq və sikkənin daha
görkəmli yerində həkk olunurdu.
Erkən orta əsrlər dövründə Azərbaycan ərazisində Bizans pulları geniĢ
yayılmamıĢdı. Hər halda göstərilən dövrə aid arxeoloji abidələrdə qazıntılar zamanı
Bizans pullarına nadir hallarda rast gəlinir. Hələlik Azərbaycanda bu dövrə aid yeganə
Bizans pulu Örənqala Ģəhər yerindəki qazıntılar zamanı mədəni təbəqənin alt qatında
tapılmıĢdır. Bu mis sikkə I Anastasinin (491-518) adından zərb olunmuĢdur. Ərəblərin
hücumu nəticəsində Sasanilər dövlətinin süqutundan sonra Azərbaycanda ərəb pulları
yayılmağa baĢladı.
|